Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5263/2020 17.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, iddiaçı X2 vəkili Vəkil1, Cavabdeh2 vəkili Vəkil4 iştirakları ilə, iddiaçı X2 Cavabdeh2 qarşı mənzildən çıxarılma və pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14102/2019 saylı, 25 noyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müə yyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16.07.2019-cu il tarixli, 2(005)1811/2019 saylı qətnaməsi ilə (sədrlik edən hakim A.N.Novruzova) iddia qismən təmin edilərək, Cavabdeh2 (övladı X11 ilə birlikdə) iddiaçı X2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi, *** saylı mənzilindən çıxarılması, Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi, *** saylı mənzilinin boşaldılaraq X2 istifadə və sahibliyinə qaytarılması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14102/2019 saylı, 25 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər İ.K.Xəlilov (sədrlik edən və məruzəçi), X.A.Cəmilova və İ.Ə.Kərimli) Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16.07.2019- cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı X6 Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanından Cavabdeh2 və onunla birlikdə azyaşlı övladı X7 çıxarılaraq mənzilin boşaldılması, xüsusi mülkiyyətinə cavabdeh və digər üçüncü şəxslərin qanunsuz müdaxiləsinə son qoyaraq mülkiyyət hüququnun bərpa edilməsi və mənzilin tam olaraq onun istifadə və sahibliyinə qaytarılması, bu günə qədər yaşadığı hər ay üçün 400 manat olmaqla kirayə pulu hesablanaraq cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasının xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X6 xx.xx.1992-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuşdur. Atası, X3 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanındakı 2 otaqlı mənzi li 16.03.2012-ci il tarixdə ünvan 2üsusi notariusu X1 iştirakı ilə bağışlama müqaviləsinə əsasən ona bağışlamışdır. Həmin müqavilə əsasında o Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nə müraciət etmiş və Seriya MA N ******* saylı, 19.04.2012-ci il tarixli mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququnu sözügedən daşınmaz əmlak üzərində rəsmiləşdirmişdir. Atası həmin evi onun üçün aldığını bütün ailə üzvlərinin yanında bəyan etmişdir. Lakin o cavan və subay olduğu üçün həmin evdən istifadə etmirdi. Ondan böyük qardaşı X8 ailə qurduqdan sonra evləri olmadığı üçün atasının məsləhəti və onun razılığı ilə həmin evə müvəqqəti olaraq köçmüş və yaşamağa başlamışlar. Atası qardaşına həmin evdən müvəqqəti istifadə etm əli olduğunu və onun ailə həyatı quracağı halda həmin evi boşaltmalı olduğunu bildirmişdir. Həmin mənzildə hal-hazırda heç kim rəsmi qeydiyyatda deyil. Bir müddət sonra qardaşı X8 öz həyat yoldaşı Cavabdeh2 ilə yola getmədiyindən aralarındakı nikahı pozmuşlar. Bundan sonra atası onlardan ailəlikcə mənzili tərk etməyi tələb etmişdir. Qardaşı həmin evi tərk etsə də, Cavabdeh2 atasının evinə köçəcəyini və həmin evdə biraz daha müvəqqəti yaşamağı üçün xahiş etmişdir. Atası keçmiş gəlininin və nəvəsi X7 çöldə qalmaması üçün onların xahişlərini nəzərə almış və biraz daha qalmağa icazə vermişdir. Amma atası Cavabdeh1 bildirmişdir ki, artıq boşanıblar və onu, yəni X4 evləndirmək istədiyindən həmin evi tezliklə boşaltmalı olacağını cavabdehin nəzərinə çatdırmış, cavabdeh də ən qısa zamanda həmin ev i boşaldacağını bildirmişdir. Lakin biraz vaxt keçdikdən sonra cavabdehin həmin evi boşaltmaq niyyətində olmadığını anladı. Hər dəfə ondan evi tərk etməsini tələb etsə də, müxtəlif bəhanələrlə həmin evi tezliklə boşaldacağına söz versə də, əməl etməmişdir. Cavabdehin və qardaşının həmin evə rəsmi qeydiyyatı yoxdur, onların onun evinə heç bir istifadə hüquqları yoxdur. Onun evində sanki kirayəşin kimi qalırdılar, sadəcə olaraq qardaşı və ailə olduğu üçün o pul almırdı. Cavabdehin həmin evdə qalması nəticəsində o xüsusi mülkiyyətindən sərbəst istifadə və ona sahiblik edə bilmir. Həmin ərazidə onun evi kimi evlərin kirayə haqqı 350-400 manat təşkil edir. Cavabdeh hər qaldığı ay üçün ona maddi zərər vurduğundan ayda 400 manat olmaqla kirayə haqqı ödəməlidir. İş üzrə yuxarıda qeyd edilən məhkəm ə qərarları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh2 həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh2 və vəkili Vəkil4 kassasiya şikayətini apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası cavabdehin Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində nəzərdə tutulmuş hüquqlarını pozmuş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, mənzilin onun keçmiş həyat yoldaşının ailəsinin yaşaması üçün alınmasına dair işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh2 vəkili Vəkil4 kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı X2 vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayar aq iddiaçı X6 və Cavabdeh2 heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, Cavabdeh2 vəkili Vəkil4, iddiaçı X2 vəkili Vəkil1 izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh2 kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normal arının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İşdə olan 16.03.2012-ci il tarixli bağışlama müqaviləsinin notariat qaydasında təsdiq olunmuş surətinə əsasən X3 özünə məxsus Bakı şəhər i, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi, *** saylı mənzili oğlu X5 bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışının notariat qaydasında təsdiq olunmuş surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi, *** saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 1628 nömrəli reyestr kitabının 149254 nömrəli vərəqində 19.04.2012-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ var. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə bir likdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1. maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. İş materiallarından görünür ki, iddiaçı mülkiyyətində olan mənzildən istifadə edə bilmədiyini bildirərək m ülkiyyət hüquqlarının həyata keçirilməsi üçün cavabdehin həmin mənzildən çıxarılmasını tələb edir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının tələbi əsaslı olduğu və cavabdehin həmin mənzildə yaşamaqda davam etməsinin heç bir qanuni əsası olmadığı üçün işə baxan birinci instansiya məhkəməsi cavabdehi həmin mənzildən çıxarmaqla düzgün nəticəyə gəlmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14102/2019 saylı, 25 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5263/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5263/2020
17.11.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver