Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-627/2024 07.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı payın müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri barədə mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X8 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə2, nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı payın müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri barədə mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli 2(060)-5967/2023 nömrəli qətnaməsindən ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İşdə olan 22 aprel 2014-cü il tarixdə Sumqayıt şəhəri 4 saylı notariat kontorunun notariusu X2 tərəfindən təsdiq edilmiş AN-İ № ******* saylı, xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 28,8 kv.metr, yaşayış sahəsi 15,9 kv.metr olan 1 otaqlı mənzil X6 tərəfindən İddiaçı 29784,40 manat məbləğinə satılmışdır.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Çıxarışın surətindən görünür ki, ölçüsü 28,80 kv.metr olan ünvan 1 İddiaçı xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydiyyat aparılmışdır.
3. Sumqayıt şəhəri qeydiyyat şöbəsi tərəfindən 01 fevral 2023-cü il tarixində verilmiş AZ-İ № 446029 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və İsmayılova Ceyhunə İldırım qızı arasındakı nikah Sumqayıt Şəhər Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2022-ci il tarixdə pozulmuş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 01 fevral 2023cü il tarixdə 45 № ilə qeydiyyat aparılmışdır.
4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 15 may 2023-cü il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, 34-cü məhəllə, ev 16/14 ünvanında yerləşən 48 saylı mənzil ünvan 2ü il tarixli 4Ə- 03/878 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında İddiaçı adına qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli xx.xx.2014-cü il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. Sonradan İddiaçı **********88-05101-093014 reyestr nömrəli, Sumqayıt şəhəri, 34-cü məhəllə, ev 16/14 ünvanında yerləşən 48 saylı mənzilə dair çıxarışın itirilməsi ilə bağlı müraciət etmiş və ********** qeydiyyat nömrəli xx.xx.2023-cü tarixli dövlət reyestrindən elektron çıxarış verilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, 34-cü məhəllə, 16/14 nömrəli evin, 48 nömrəli mənzilindən cavabdeh İsmayılova (Həsənova) Ceyhunə İldırım qızının çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh İsmayılova (Həsənova) Ceyhunə İldırım qızı arasında Sumqayıt şəhər qeydiyyat şöbəsində 27 iyun 2014-cü il tarixində 638 nömrəli nikah qeydə alınmışdır. Ailə qurduqdan sonra tərəflər iddiaçıya məxsus olan və ünvan 1-də yerləşən bir otaqlı mənzildə yaşamağa başlamışlar. Ailə kimi yaşadıqları müddətdə övladları olmamış, tərəflərin münasibətləri tədricən pisləşmiş və boşanma həddinə gəlib çatmışlar. Artıq bir ailə olmaqlarının qeyri-mümkün olduğunu nəzərə alaraq iddiaçı boşanma üçün məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsi tərəfindən tərəflərə 3 ay müddət verilməsinə baxmayaraq, barışıq olmamış və məhkəmənin 02 noyabr 2021-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək aralarındakı nikah ləğv edilmişdir. Cavabdeh qətnamədən apellyasiya, sonra isə kassasiya şikayətləri versə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 06 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş 01 fevral 2023-cü il tarixli nikahın pozulması haqqında şəhadətnaməni əldə etmişdir. İddiaçı öz vəsaiti hesabına cavabdehlə nikaha daxil olmamışdan əvvəl, 22 aprel 2014-cü il tarixli alqı-satqı müqaviləsi əsasında ünvan 1-də yerləşən bir otaqlı mənzili alaraq əldə etmiş və mənzilə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsindən ********** qediyyat nömrəli xx.xx.2014-cü il tarixli dövlət reyestrindən çıxarış iddiaçının adına verilmişdir. Nikahda olduğu müddətdə həmin çıxarış cavabdeh tərəfindən itirilmişdir. Odur ki, iddiaçı “Asan Xidmətə” müraciət edərək xx.xx.2023-cü il tarixli yeni elektron çıxarış almışdır. Eyni zamanda, 2 saylı Sumqayıt Ərazi İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli cavabda xx.xx.2014-cü il tarixli çıxarışın iddiaçının adına verilməsi qeyd olunaraq göstərilmişdir. Tərəflər arasında nikahın ləğv olunmasına və iddiaçının tələblərinə baxmayaraq cavabdeh iddiaçının mülkiyyətində olan mənzildən çıxmaqdan əsassız olaraq imtina etmişdir. Bu isə mülkiyyətçi olaraq iddiaçının hüquqlarının pozulması deməkdir. Odur ki, pozulmuş hüquqları bərpa edilməli, cavabdeh mülkiyyətində olan mənzildən çıxarılmalı və bununla da iddiası təmin olunmalıdır.
7. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, 34-cü məhəllə, ev 16/14-də yerləşən, 48 saylı mənzil üzərində payının ½ hissədə müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, İddiaçı ilə xx.xx.2014-cü il tarixdə rəsmi nikah qeydiyyatdan keçməklə ailə həyatı qurmuşdur, birgə nikahdan övladları olmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nikah pozulmuşdur. İddiaçı iddia ərizəsində mənzili öz vəsaiti hesabına alması iddiası tam əsassız və yalandır. Belə ki, xx.xx.2014-cü il tarixdə nişanlanmışlar, nişan günü anası keçmiş qaynatasından, bu gənclərin harada yaşayacaqlarını soruşduqda, o da cavabında 18.000 manat pulu olduğunu bildirmiş və yataqxanada bir otaq almaq niyyətində olduğunu göstərmişdir. Anası da hamının yanında ona bildirmişdir ki, onun qonşuluğunda mənzil satılır və 20.000 manat da o versə, birdəfəlik həmin evi ala bilərlər. İddiaçı və onun atası dərhal razılaşmış, anası da həmin məbləği İddiaçı vermişdir ki, adına mənzil alsın. Mənzili aldıqdan sonra həmin mənzildə onun və valideynlərinin tərəfindən əsaslı və tam şəkildə təmir edilmişdir. Təmir xərcləri də 8000 - 10.000 manat arasında vəsait xərclənmişdir. Həmin məbləği də tam şəkildə onlar ödəmişlər. Mənzil təmir olunub başa çatdıqdan sonra ilkin iddia üzrə iddiaçı nikaha girdiyi gündən çox hissəsi onun vəsaiti hesabına alınmış mənzilə köçmüş, qeydiyyata düşmüş və artıq 9 ildən çoxdur ki, mənzildə öz mənzili kimi yaşayır. İddiaçı mənzilin alınmasına və təmirinə çəkdiyi xərc onun çəkdiyi xərcdən azdır. Ona görə də, qarşılıqlı iddia əsaslıdır və təmin edilməlidir.
9. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, xahiş etdi hissəsində “paylı mülkiyyət hüququnun tanınması” yazmaq əvəzinə texniki səhv olaraq “mülkiyyət hüququnun tanınması” kimi qeyd etmişdir. Odur ki, Sumqayıt şəhəri, 34-cü məhəllə, ev 16/14-də yerləşən, 48 saylı mənzil üzərində payının ½ hissədə müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
10. Bununla əlaqədar məhkəməyə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı atası ilə bağlı çəkilmiş video görüntü olan elektron daşıyıcı təqdim etmişdir.
11. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək bildirmişdir ki, o, evlərin alqı-satqısı ilə məşğul olmuşdur. Sözügedən mənzilin alqısatqı işləri və beh alınması məsələsi ilə bağlı Nümayəndə2 xanımla danışmışdır. Həmin evi əvvəl 45.000 manata təklif etsə də, sonda 40.000 manat məbləğdə razılaşmışlar. Bundan əlavə qeyd edir ki, alqı-satqı müqaviləsi bağlanan zaman müqavilədə qeyd olunan məbləğ valyuta olaraq manat məzənnəsi ilə hesablanmışdır, lakin tərəfdən aldığı məbləğ isə ABŞ dolları ilə olmuşdur. Bundan başqa əmlakla bağlı behi Təranə xanım ona təqdim etmişdir. Həmçinin keçən danışıqlar zamanı Təranə xanım yarı məbləği ödədiyini bildirmişdir. Hətta hüquqşünas olmasından dolayı mənzil satılarkən gələcəkdə problemin yaranmaması məqsədilə Təranə xanıma həmin mənzilin qızının adına qeydiyyata alınmasını da məsləhət etmişdir.
12. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 4798/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdeh İsmayılova (Həsənova) Ceyhunə İldırım qızı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-498/2022 nömrəli, 06 aprel 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
13. Həmin qərardan görünür ki, xx.xx.2018-ci il tarixli “Nikah haqqında çıxarış”dan müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah Sumqayıt şəhər Qeydiyyat şöbəsində 27 iyun 2014-cü il tarixdə bağlanmış və 638 nömrə ilə qeyd olunmaqla sonuncuya “İsmayılova” soyadı verilmişdir.
14. İşdə olan “Elektron Məhkəmə” sistemi vasitəsilə əldə edilmiş sorğu məlumatından görünür ki, Cavabdeh ünvan 1 ünvanı üzrə qeydiyyatdadır.
15. Sumqayıt Şəhər Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(060)-5967/2023 nömrəli qətnaməsi ilə (Şəbnəm Həxiyeva) ilk iddia üzrə İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair ilk iddia tələbinin təmin edilməməsi, məhkəmə xərclərinin ilk iddia üzrə iddiaçıya aid edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilib, ünvan 1 üzərində Cavabdeh ½ pay hüququ və İddiaçı ½ pay hüququ üzrə mülkiyyət hüquqlarının tanınması qət edilmişdir.
16. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli əmlak xx.xx.2014-cü il tarixdə tərəflərin xx.xx.2014-cü il tarixdə keçirilmiş nişan mərasimindən sonra qarşılıqlı iddia üzrə cavabdehin adına qeydiyyata alınsa da, birgə nikah dövründə əldə edilməmişdir. Lakin məhkəmə iclasında iştirak etmiş şahid ifadəsi ilə müəyyən edilir ki, sözügedən mənzilin dəyəri birgə nikah dövründə tərəflərin ümumi gəlirləri hesabına deyil, onlar nikaha daxil olanadək, yəni 22 aprel 2014-cü il tarixində qarşılıqlı iddia üzrə iddiaçının anası tərəfindən məbləğin yarısı ödənilərək əldə edilmiş və tərəflər sonra rəsmi nikaha daxil olmuşlar. Bu səbəbdən də, ünvan 1 üzərində Cavabdeh ½ pay hüququ və İddiaçı ½ pay hüququ üzrə mülkiyyət hüquqları tanınmalı, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair ilkin iddia tələbi rədd edilməlidir.
17. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43, Azərbaycan Respublikası Mülki Məcəllənin 27.1, 157.1, 225.1, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5.3, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 36.3, Azərbaycan Respublikası MPM-in 4.1, 14.2, 76.1-76.3, 77.1, 80, 217.3, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
18. Qətnamədən ilk iddia üzrə İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini ilk iddianın təmin edilməsi və qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, mübahisəli mənzili nikaha girməmişdən əvvəl əldə etmişdir. Birinci instansiya məhkəməsinin sübut kimi istinad etdiyi həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Lakin hazırkı iş üzrə görüntülərdə olan şəxs Nümayəndə1 birbaşa əlaqədar tərəf kimi qəbul edilə bilməz. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə2, nümayəndəsi və vəkili X3 apellyasiya şikayətinə etiraz edib, təmin edilməməsini xahiş etdilər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
23. Maddə 43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
24. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
25. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.
26. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
27. Maddə 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər.
28. Maddə 214.2. Paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi mülkiyyətin yaradılmasına və artırılmasına onlardan hər birinin qoyduğu mayadan asılı olaraq, onların paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin edilə bilər.
29. Maddə 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər.
30. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
31. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
32. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
32. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
33. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
Azərbaycan Respublikası Ailə Məcəlləsi:
34. Maddə 5. Ailə qanunvericiliyinin və mülki qanunvericiliyin ailə münasibətlərinə analogiya üzrə tətbiqi
35. Ailə üzvləri arasında yaranan münasibətlər ailə qanunvericiliyi və ya tərəflər arasındakı sazişlə tənzimlənmədikdə və həmin münasibətləri bilavasitə tənzimləyən mülki hüquq normaları olmadıqda, ailə münasibətlərinin mahiyyətinə zidd olmayan və oxşar münasibətləri tənzimləyən ailə və (və ya) mülki hüquq normaları tətbiq olunur. Bu normalar olmadıqda isə ailə üzvlərinin hüquq və vəzifələri ailə qanunvericiliyinin və mülki qanunvericiliyin ümumi prinsiplərinə, eləcə də humanizm və ədalət prinsiplərinə uyğun olaraq müəyyən edilir.
36. Maddə 9. Nikahın bağlanma qaydası (...) 9.4. Ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır.
37. Maddə 32. Ər-arvadın birgə mülkiyyəti 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
37. Maddə 34. Ər-arvadın hər birinin mülkiyyəti 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). (...)
39. Maddə 35. Ər-arvadın hər birinin əmlakının onların birgə mülkiyyəti sayılması Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
40. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
41. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
42. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
44. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
45. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
46. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətlərinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. İşdə olan 22 aprel 2014-cü il tarixdə Sumqayıt şəhəri 4 saylı notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş AN-İ № ******* saylı, xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 28,8 kv.metr, yaşayış sahəsi 15,9 kv.metr olan 1 otaqlı mənzil X6 tərəfindən (X4 adından) İddiaçı 29784,40 manat məbləğinə satılmışdır.
49. İşdən həmçinin görünür ki, həmin mənzilə dair xx.xx.2014-cü il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. Sonradan İddiaçı **********88-05101-093014 reyestr nömrəli, Sumqayıt şəhəri, 34-cü məhəllə, ev 16/14 ünvanında yerləşən 48 saylı mənzilə dair çıxarışın itirilməsi ilə bağlı müraciət etmiş və ********** qeydiyyat nömrəli xx.xx.2023cü tarixli dövlət reyestrindən elektron çıxarış verilmişdir.
50. Mübahisəli daşınmaz əmlak xx.xx.2014-cü il tarixdə - tərəflərin xx.xx.2014-cü il tarixdə keçirilmiş nişan mərasimindən sonra alınmışdır, yəni mənzil birgə nikah dövründə əldə edilməmişdir. Tərəflər arasında nikah sazişi bağlanmamışdır.
51. İlk İddiaçı mübahisəli mənzilin birgə nikah dövründən əvvəl ona məxsus olmasını göstərmiş və İsmayılova (Həsənova) Ceyhunə İldırım qızının həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir, qarşılıqlı iddiaçı Cavabdeh isə qeyd olunan mənzilin birgə nikah dövründə rəsmi qeydiyyata alınmasa da, mənzilin dəyərinin yarısının anası tərəfindən ödənilərək birgə vəsait hesabına əldə edilməsini göstərmiş və mənzil üzərində payının ½ hissədə müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
52. Məhkəmə kollegiyası hesab edir ki, ilk öncə mənzil üzərində Cavabdeh mülkiyyət hüququ əldə edib-etməməməsinə qiymət verilməlidir. Mənzil üzərində İddiaçı mülkiyyət hüququ tərəflərin xx.xx.2014-cü il tarixdə nikaha daxil olmazdan 2 ay əvvəl xx.xx.2014-cü il tarixdə qeydə alınmışdır. Odur ki, hazırkı mənzil tərəflərin birgə nikah dövründə əldə etdiyi əmlak hesab edilə bilməz. Lakin tədqiq olunmuş sübutlarla və işin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, mənzilin xx.xx.2014-cü il tarixdə alınması üçün məqsəd tərəflərin quracağı ailənin yaşayış sahəsi ilə təmin edilməsi olmuşdur. Mənzilin alınması üçün ödənilmiş pul vəsaitinin yarısının Cavabdeh valideyni tərəfindən ödənilməsi iddiaçını zənginləşdirmək məqsədi daşımamış, qızının gələcək ailə həyatında mənzilə sahib olması məqsədini daşımışdır.
53. Məhkəmə kollegiyasının iclasında mübahisəli mənzilin alınmasına görə ilk iddia üzrə cavabdeh tərəfin pul vəsaiti ödəməsinin təsdiqi üçün iş üzrə sübut növü qismində təqdim edilmiş videoyazıya münasibəti öyrənilərkən ilk iddia üzrə İddiaçı bildirmişdir ki, videogörüntüdə atası pulun borc verilməsini qeyd etsə də, o, içkili olmuşdur.
54. Birinci instansiya məhkəməsində ilk iddia üzrə iddiaçının atası Nümayəndə1 iddiaçının nümayəndəsi qismində iştirak etmiş və ona verilmiş suala cavab olaraq videogörüntüdəki şəxsin özü olduğunu təsdiq etmiş, lakin danışıqlarının saxtalaşdırıldığını bildirmişdir.
55. Növbəti məhkəmə iclasında ilk iddia üzrə iddiaçının vəkili bildirmişdir ki, videogörüntülər tərəflərin boşanma ərəfəsində qeydə alınmışdır. İlkin iddia üzrə iddiaçının atası görüntü qeydə alınan zaman gəlininin danışıqlarına əhəmiyyət vermədiyini bildirmişdir. Belə ki, o, tərəflər arasında barışıq ola biləcəyini, ailənin dağılmayacağını düşünmüşdür. Bu səbəbdən də, mahiyyətinə varmadan gəlininə təsdiqedici cavablar vermişdir. İkinci görüntüdə isə artıq borc məsələlərindən söhbət getmişdir. Bu da görüntülərin planlı şəkildə qeydə alındığını təsdiq edir.
56. Birinci instansiya məhkəməsinin iclasında mübahisəli mənzilin satışını həyata keçirmiş X6 şahid qismində dindirilmiş və o, ifadə verərək həmçinin bildirmişdir ki, sözügedən mənzilin alqı-satqı işləri və beh alınması məsələsi ilə bağlı Nümayəndə2 (qarşılıqlı iddia üzrə iddiaçının anası) ilə danışmışdır. Əmlakla bağlı behi Təranə xanım ona təqdim etmişdir. Həmçinin keçən danışıqlar zamanı Təranə xanım yarı məbləği ödədiyini bildirmişdir. Hətta hüquqşünas olmasından dolayı mənzil satılarkən gələcəkdə problemin yaranmaması məqsədilə Təranə xanıma həmin mənzilin qızının adına qeydiyyata alınmasını da məsləhət etmişdir.
57. Göründüyü kimi həm birinci instansiya məhkəməsindəki icraat zamanı, həm də hazırkı icraatda mübahisəli mənzilin dəyərinin yarı hissəsinin qarşılıqlı iddia üzrə iddiaçı tərəfin ödədiyi, tərəflərin əslində niyyətilərinin ümumi mülkiyyət əldə etmək olması məhkəmə iclasında işdə iştirak edən şəxslərin izahatları və tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur.
58. Mübahisəli mənzili əldə etdikdən iki ay sonra tərəflər nikaha daxil olmuş və həmin mənzildən təyinatı üzrə birlikdə yaşayış sahəsi kimi istifadə etməyə başlamışlar.
59. Məhkəmə kollegiyası mübahisəli mənzil alınarkən iş üzrə tərəflərin iradə ifadəsinin həqiqi mənasını, mənzil alınana qədərki danışıqlarını, tərəflərin qarşılıqlı münasibətlərini, onların sonrakı hərəkətlərini nəzərə alır və hesab edir ki, alğı-satqı müqaviləsinə görə mübahisəli mənzilin əvəzində müəyyənləşdirilmiş pul məbləğinin yarı hissəsinin qarşılıqlı iddia üzrə iddiaçı tərəfin ödəməsi halı ümumi mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuşdur.
60. Mülki Məcəllənin 213.5-ci maddəsinə əsasən, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər.
61. Həmin Məcəllənin 214.2-ci maddəsinin məzmunundan görünür ki, paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi mülkiyyətin yaradılmasına və artırılmasına onlardan hər birinin qoyduğu mayadan asılı olaraq, onların paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin edilə bilər.
62. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).
63. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu MPM-in 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
64. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.
65. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.
66. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisəli mənzildə tərəflərin paylarının ½ hissədə müəyyən edilməsi və ilk iddia üzrə cavabdehin mənzildən çıxarılmasına dair tələbin təmin edilməməsi barədə gəldiyi nəticəni əsaslı hesab edir və belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli 2(060)-5967/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.