Məhkəmə qərarları › İş №2(102)-2662/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2662/2024

01.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2662/2024 01.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimlərin X7 və X1rşı iddia tələbi ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-2662/2024 (Açar sözlər: sağlamlığa vurulmuş maddi ziyanın əvəzinin və mənəvi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimlərin X7 və X1rşı “sağlamlığa vurulmuş maddi ziyanın əvəzinin və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddi ası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1265/2024 nömrəli, 26 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 (Vəkili Vəkil4) tərəfindən verilmiş kassasiya şikayətinə 01 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Ə.Əliyev adına Azərbaycan Respublikası Həkimlərin X7 və X3 Xəstəlik tarixinin 759 nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışında, pasiyent İddiaçı klinikanın İİ cərrahiyyə şöbəsinə daxil olarkən ona qarının ön divarının piy yastığı, ağ xəttin yırtığı, uşaqlıq yolunun sallanması və hər iki qol nahiyəsinin lipoması diaqnozu qoyulması qeyd olunmuşdur.

2. X10 Nevrologiya şöbəsindəki xx.xx.2022-ci il tarixli müayinəyə əsasən, İddiaçı orta və m il sinirinin bazu səviyyəsində zədələnməsi, sağ yuxarı ətrafın plegiyası, hərəkət və tropiki funksiyasının pozulması, sol aşağı ətrafın İ-İİ dərəcə venoz çatışmazlığı diaqnozu qoyulmuşdur.

3. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda xx.xx.2022-ci il tarixli müayinəyə əsasən, İddiaçı sağ qoltuqaltı nahiyənin, bazunun cərrahi əməliyyatdan sonrakı kobud dartıcı çapıqları, çapıq nahiyələrində sağalmayan yaralar, orta və dirsək sinirləri zonasında hissiyyatın olmaması, sağ bazunun yaxınlaşdırıcı dirsək oynağının açıcı (170*) büzücü (80*) kontrakturası, mil-bilək oynağının açıcı (0*) kontrakturası, İ, İİ, İİİ, İV, V barmaqlarının açıcı-bükücü, yaxınlaşdırıcı, uzaqlaşdırıcı kontrakturası, əlin və barmaqların neyrogen-caynaqvari deformasiyası, daimi ağrı sindromu, ətrafın funksiyası nın pozulması diaqnozu qoyulmuşdur. 4. “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” PHŞ-də xx.xx.2022-ci il tarixli müayinəyə əsasən, İddiaçı orada da sağ qoltuqaltı nahiyənin törəməsinin çoxalmasından sonrakı sağ orta və dirsək sinirlərinin ifadəli neyropatiyası sağ yuxarı ətrafın hərəkətində pozulmalar diaqnozu qoyulmuşdur.

5. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutu üzrə 162-K nömrəli əmrdən xx.xx.2022-ci il tarixli çıxarışda, Plastik və X4 qəbul diaqnostika şöbəsinin müdiri ilə bağlanılmış 40 nömrəli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndi, “a” yarımbəndinə əsasən öz xahişi ilə xitam verilmiş olduğu qeyd edilmişdir.

6. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin X7 və X8, Bakı şəhəri 26 saylı vəkil bürosunun sorğusuna xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən xx.xx.2021-ci il tarixdə klinikada həkim Cavabdeh2 tərəfindən əməliyyat olunmuş İddiaçı klinikaya ödəniş etməmişdir. Həkim Cavabdeh2 xx.xx.2019-cu il tarixdən 192-K nömrəli əmrlə əmək müqaviləsi əsasında klinikada işləyir. Müvafiq qaydada sertifikasiyadan keçirilməsi üçün Səhiyyə Nazirliyinə aidiyyəti üzrə məktub göndərilmişdir.

7. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2023-cü il tarixində verdiyi 237 nömrəli məsləhət vərəqəsinə əsasən xəstə İddiaçı müayinə edilmiş, diaqnozu müəyyən edilmiş və ona sonrakı müayinə və müalicənin Neyrocərrahiyyə xəstəxanasında aparılması məsləhət görülmüşdür. 8. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli arayışında müayinə zamanı İddi açı sağ qol arxa nahiyəsində qoltuq altından başlanıb, dirsəyə qədər uzanan kontrakturaya səbəb olan, üzərində sağalmayan yaralar olan çapıq toxuma görülmüş, xəstənin sağ qolundakı kontrakturanın açılması üzərində sağalmayan yaralar olan çapıq toxumanın ləğvi üçün təxmini olaraq 2-3 seanslı əməliyyatın olması, bu 2-3 seanslı əməliyyatların qiyməti hər şey daxil təqribən 14.000-17.000 manat təşkil etməsi qeyd edilmişdir.

9. İddiaçı xx.xx.2027-ci ilədək üçüncü dərəcəli əlillik müəyyən edilmiş və əlilliyin səbəbi kimi, yuxarı ətrafın mononevropatiyaları, sağ qoltuqaltı nahiyənin törəməsinin çıxarılmasından sonrakı, sağ orta və dirsək sinirlərinin ifadəli neyropatiyası. Sağ yuxarı ətrafın distal monoparezi. Sağ yuxarı ətrafın hissi, hərəki, trofiki pozulmaları. Dirsək sinirinin zədələnməsi, dirsək sinirlər zonasında hissiyyatın olmaması. Digər daimi ağrı sindromu. Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, sağ yuxarı ətraf əzələlərinin hipotrofiyası. Oynaqların kontrakturası, sağ bazunun yaxınlaşdırıcı, dirsək oynağının açıcı (170 dərəcə) bükücü (80 dərəcə) kontrakturasi, mil-bilək oynağının açıcı (0 dərəcə) konturakturası, l.ll,lll,İV,V barmaqların açıcı - bükücü yaxınlaşdırıcı, uzaqlaşdırıcı kontrakturası. Yuxarı ətrafın vətər və əzələsinin travmasının nəticələri. Orta və dirsək sinirlər zonasında hissiyyatın olmaması göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

10. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Nümayəndə cavabdehlər Cavabdeh2 və Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimlərin X7 və X6 (bundan sonra cavabdehlər və ya, ad, soyad, Klinika) qarşı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, iddiaçının sağlamlığına vurulmuş zərərə görə və bərpası üçün tələb olunan 40.000 manat maddi, mənəvi ziyana görə isə 10.000 manat məbləğində pul vəsaitinin, iddianın verilməsinə görə ödənilmiş 240 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2021-ci il tarixdə cavabdeh Klinikaya müraciət edərək, müayinələrdən keçmiş və sağlamlığı ilə bağlı şikayətini müalicə həkimi, plastik cərrah Cavabdeh2 qəbulunda olarkən bildirmişdir. Qeyd edilən şikayətləri ilə b ağlı əməliyyat olunmasının zəruriliyi məsləhət görülmüş və əməliyyatı plastik cərrah Cavabdeh2 həyata keçirmişdir. Razılaşdıqları kimi əməliyyatlara görə həkim Cavabdeh2 3.800 manat pul ödəmiş, lakin ona bunun qarşılığında hər hansı ödəniş qəbzi verilməmişdir. Əməliyyat ümumi anesteziya altında olmuş və eyni vaxtda abdomenoplastika, xolesistektomiya, vaginoplastika və hər iki qol nahiyəsində lipomanın ləğvi əməliyyatları həyata keçirilmişdir. Digər əməliyyatlar uğurlu keçsə də, sağ qol nahiyəsinin lipomasının ləğvi əməliyyatı uğurlu keçməmişdir. İddiaçı əməliyyatdan sonra sağ qolunun əməliyyat olan hissəsinin qaraldığını müşahidə etmiş və şiddətli ağrı olduğundan ona ağrıkəsici vurulmuşdur. Həkim ona bunun adi hal olduğunu bildirmişdir. Yaşadığı Gəncə şəhərinə qayıtdıqdan sonra iddiaçının şiddətli ağrıları olduğundan həkim ilə əlaqə saxlamış və yenidən müayinə olunmaq üçün Klinikaya gəlmişdir. Müayinə zamanı həkim iddiaçının qolunun əməliyyat olunan hissəsinin yaralarını sıyıraraq yenidən həmin hissəni təmizləmiş və narahat olmamasını, ölmüş hüceyrələr yenidən yaranacağını bildirmişdir. Həkim iddiaçını müayinə və müalicə olunması üçün Bakı şəhərində yerləşən xəstəxanaların birində nevropatoloqun qəbuluna göndərmişdir. Nevropatoloqun qəbulunda olarkən qolunun vəziyyətini gördükdə həkim qorxmuş və ağır təsiredici dərmanlar yazmışdır. Gəncə şəhərinə gələndən sonra ağrıları kəsmədiyindən, günü-gündən daha da şiddətli olduğundan xx.xx.2021-ci il tarixdə X19 müraciət edərək, orada Qoşqar Rəsulov adlı həkimin qəbulunda olarkən müayinədən keçmişdir. Müayinə zamanı bildirmişlər ki, əməliyyat olunan hissədə tromb yaranmışdır və sinirlər zədələnmişdir. Ultrasəs və rəngli doppler müayinəsinin nəticəsi olaraq göstərilmişdir ki, damar divarları qeyri-düzgündür. Braxial v distalında dirsək çuxurundan proksimala damarın 40-45%-ni əhatə edən hipoexogen quruluşlu tromb izlənilir, damar tam kompressiya olunmur, rənglə dolum hissəvidir (rekanalizə axım). İddiaçı vəziyyətinin pis olduğunu dəfələrlə həkim Cavabdeh2 bildirsə də o, “səbr elə, belə olur, həkimə getməyə ehtiyac yoxdur, o yaradır, o, mənim işimdir, cərrahi bir şeydir, sulanan yerlərə kseroforum tozu tökəcəksiniz sağalacaq, ona heç bir müdaxiləyə ehtiyac yoxdur” kimi cavablar vermişdir. Qolun işləməməyini isə fizioterapevtik problem kimi əlaqələndirmiş, həkimə getməməyi məsləhət bilmişdir. Sinirin açılması üçün yaranın sağalmasını, şişlərin çəkilməli olduğunu bildirmişdir. İddiaçı 6 ay xəstəxanalarda müalicə almağa başlamış, Cavabdeh2 dediyi kimi fizioterapiya müalicəsi almış, lakin heç bir nəticəsi olmamamış, əksinə get-gedə əli yığılmağa başlamışdır. xx.xx.2022-ci il tarixdə iddiaçı X17 Onur adlı türk uzmanın qəbulunda olmuş və müayinənin nəticəsi olaraq göstərilmişdir ki, “üst və alt truncus tutulumu ile giden ağır derece plexopatı ile uyumlu bulgular saptanmışdır”. Əməliyyat olunan qolunun fotoşəkillərində onun qolunun vəziyyəti acınacaqlı vəziyyəti göstərilmiş, yaraları həqiqətən də dəhşətlidir, əli yığılmışdır və bir sözlə vəziyyəti ürəkaçan deyildir. Onu əməliyyat edən Cavabdeh2 öz işinə səhlənkar və vicdansızcısana yanaşmış, iddiaçını bir növ şikəst və sağalmaz həddə çatdırmış və buna baxmayar aq onun bərpa olunması üçün heç bir ciddi cəhd göstərməmişdir. Yalnız ümumi sözlərlə məsləhətlər vermiş və beləcə də iddiaçını gecikdirərək, onun vəziyyətinin daha da ağırlaşmasına səbəb olmuşdur. Məhz ümumi müayinələr zamanı başqa həkimlər iddiaçıya bildirmişlər ki, müalicəni gecikdirmişdir, artıq 6 ay vaxt keçmişdir, toxumalar zədələnmişdir və ona görə də sinirləri bərpa etmək mümkünsüz olmuşdur. Hazırda da heç bir həkim onun müalicəsini üzərinə götürmür və bunun mümkünsüz olduğunu bildirirlər. İddiaçı bütün bu müddət ərzində müxtəlif tibb müəssisələrində keçdiyi müayinə və müalicələrə, dərmanlara və yollara həm xeyli vəsait xərcləmiş, həm də xeyli vaxt sərf etmişdir. O, əməliyyatı üçün etdiyi ödənişdən əlavə, 4.000 manat məbləğində vəsaiti yalnız uğursuz əməliyyatın nəticələrinin aradan qaldırılması üçün (xəstəxanalarda müayinələrə, gedib-gəldiyi yollara və s.) sərf etmişdir. Hazırda onun sağ qolu tamamilə funksiyasını itirmiş, gənc ailəli qadın kimi həm məişət həyatı, həm də əmək fəaliyyəti pozulmuşdur. Hazırda iddiaçının qolunun bərpa olunması üçün apardığı danışıqlardan sonra onun bərpasını yalnız İsrail və Türkiyədə yerləşən müvafiq klinikalarda fəaliyyət göstərən həkimlər öz üzərlərinə götürür və bunun kifayət qədər bahalı prosedur olduğunu ona bildirirlər. Türkiyədə fəaliyyət göstərən həkim bildirmişdir ki, ilk olaraq yaraları üçün əməliyyat olunmalıdır, hansı ki əməliyyatın dəyəri təxminən 3.500 Avrodur və əməliyyatdan sonra 3 həftə orada, yəni İstanbul şəhərində qalmalıdır. Əməliyyatdan sonra 6 ay gözlənilməli və təkrar oraya müayinə üçün gedilməlidir. Əgər yara bağlanarsa, sinirlərin müalicəsi və yaxud əməliyyatı proseduru başlanılmalıdır. Təbii ki, bütün bunlara görə xeyli miqdarda, iddiaçının hesablamasına görə 40.000 manat məbləğində maddi vəsait tələb olunur ki, iddiaçı bunu qarşılamaq iqtidarında deyildir. Hesab etmişdir ki, cavabdeh Klinika tibb sahəsində müvafiq təlimata uyğun olaraq əhaliyə keyfiyyətli tibbi xidmət göstərməli olduğu və klinikanın plastik cərrahı Cavabdeh2 müvafiq təlimata uyğun olaraq öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərməli olduğu halda işinə səhlənkar yanaşmış və nəticədə iddiaçının sağlamlığına ciddi zərər vurduqlarından, ona vurulmuş zərəri qanunvericiliyin tələblərinə uyğun olaraq ödəməlidirlər.

12. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X18” X24 tərəfindən verilmiş 590/KEŞ nömrəli, xx.xx.2021-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, İddiaçı sağ yuxarı ətraf (qolunun) funksiyasının pozulması, qolunda yaranmış yara və digər fəsadlar diaqnozu aparılmış müvafiq müayinələr əsasında düzgün təyin edilmişdir. Mütəxəssis müayinəsi zamanı isə “Sağ yuxarı ətrafın mil, orta və dirsək sinirlərinin hissəvi travmatik zədələnməsi”-nin olduğu müəyyən edilmişdir. Qeyd edilən patologiya X5 G56 (Yuxarı ətrafların mononevropatiyaları) kodu ilə beynəlxalq təsnifata daxil edilmişdir. İddiaçı yuxarı sağ ətrafının sinirlərində yaranmış funksiya pozuntusu yara nahiyəsində kobud çapıq toxumalarının və digər fəsadların kompressiya hesabına işemiya yaradaraq s inir əzələ toxumasının zədələməsi ilə müşahidə olunan “Folkman Kontrakturası” əlamətlərinə uyğun gəlsə də yaranmış funksiya pozuntusu “Sağ yuxarı ətrafın mil, orta və dirsək sinirlərinin hissəvi travmatik zədələnməsi” hesabına baş vermişdir. İddiaçı səhhətində yaranmış “Sağ əlin kontrakturası. Sağ yuxarı ətrafın mil, orta, dirsək sinirlərinin innervasiya zonasında hipesteziya”sı ilə nəticələnən travmatik sinir zədələnməsinə məsul şəxs həkim Cavabdeh2 Fərman qızıdır. Sağ yuxarı ətrafın mil, orta, dirsək sinirlərinin innervasiya zonasında hipesteziyası cərrahiyyə əməliyyatına qədər onun səhhətində mövcud hər xəstəlik(lər) əlaqəsi istisna edilir. Qeyd olunan patologiyanın onun üzərində icra edilmiş cərrahiyə əməliyyatı arasında birbaşa səbəbli əlaqə vardır. Sağ yuxarı ətrafın mil, orta, dirsə k sinirlərinin innervasiya zonasında hipesteziyası müalicə (operativ və ya konservativ) və reabilitasiya tələb edən fəsadlardır. Lakin müalicənin Azərbaycan Respublikası ərazisində mümkün olub-olmadığı, müalicəyə hansı miqdarda vəsaitin tələb edilməsi məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyildir. Müalicəyə tələb olunan müddətin proqnozu barədə əvvəlcədən fikir söylənilməsi mümkün deyildir. Həmçinin xx.xx.2021-ci il tarixdə Ə.Əliyev adına “Azərbaycan Respublikası Həkimləri X7 və X8”nda aparılmış “Sağ qol nahiyəsinin lipomasının ləğvi” cərrahiyyə əməliyyatının texniki cəhətdən qüsurlu icra edilməsi ilə əlaqədar səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin tələbləri pozulmuşdur. Əlavə olaraq “X21”nda İddiaçı xx.xx.2021-ci il tarixdə təyin edilmiş “Braxial v distalınd a dirsək çuxurundan proksimala damarın 40-45 %-ni əhatə edən hipoexogen quruluşlu trombun izlənməsi, damarın tam kompressiya olunmaması”, xx.xx.2022-ci il tarixdə “X15”da “Orta və mil sinirinin bazu səviyyəsində zədələnməsi, sağ yuxarı ətrafın plegiyası, hərəkət və tropiki funksiyasının pozulması, sol aşağı ətrafın İ-İİ dərəcə venoz çatmamazlığı”, xx.xx.2022-ci il tarixdə “X14 və Ortopediya İnstitutu”nda “Sağ qoltuqaltı nahiyənin, bazunun cərrahi əməliyyatdan sonrakı kobud dartıcı çapıqları, çapıq nahiyələrində sağalmayan yaralar, orta və dirsək sinirləri zonasında hissiyyatın olmaması, sağ bazunun yaxınlaşdırım dirsək oynağının açıcı (170°), bükücü (80°) kontrakturası, milbilək oynağının açıcı (0°) kontrakturası, İ, İİ, İİİ, İV, V barmaqlarının açıcı-bükücü, yaxınlaşdırım, uzaqlaşdırım ko ntrakturası, əlin və barmaqların neyrogen-caynaqvari deformasiyası, daimi ağrı sindromu, ətrafın funksiyasının pozulması”, xx.xx.2022-ci il tarixdə “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında “Sağ qoltuqaltı nahiyənin törəməsinin çoxalmasından sonrakı sağ orta və dirsək sinirlərinin ifadəli neyropatiyası sağ yuxarı ətrafın hərəkətində pozulmalar” və xx.xx.2022-ci il tarixdə “X21”nda “Üst və alt mənfəzinin tutulması ilə gedən ağır dərəcəli pleksopatiya” diaqnozları ilə klinikalarda müayinə və müalicələrin aparılmasının xx.xx.2021-ci il tarixdə Ə.Əliyev adına “Azərbaycan Respublikası Həkimləri X9 və X8”nda onun üzərində aparılan “Sağ qol nahiyəsinin lipomasının ləğvi cərrahiyyə əməliyyatı”nın qüsurlu icrası ilə birbaşa səbəbli əlaqəsi olduğu qeyd edilmişdir.

13. İddiaçını n nümayəndəsi və vəkili Nümayəndə iş üzrə yekun məhkəmə qərarı çıxarılan zaman təqdim edilmiş ekspert rəyinin, Respublika Klinik Xəstəxanasının 237 nömrəli, xx.xx.2023-cü il tarixli məsləhət vərəqinin, "xxxx" MMC Xətai Klinikasının xx.xx.2023-cü il tarixli arayışının nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçının üzərində xx.xx.2021-ci il tarixində cavabdehin çalışdığı Klinikada qarının ön divarının piy yastığı (abdomonoplastika) (1), ağ xəttin yırtığı (2), uşaqlıq yolunun sallanması (vaginaplastika) (3), xolesistektomiya (ödün götürülməsi) (4) və hər iki qol nahiyəsinin lipomasının götürülməsi (liposaksiya) (5) əməliyyatları icra edil mişdir. İddiaçının cavabdehə 3.800 manat ödəniş etməsi heç bir sənədlə təsdiq olunmamışdır. Cavabdeh iddiaçıdan hər hansı ödəniş tələb etməmiş və almamışdır. İddiaçı əlavə olaraq digər həkimlərə 4.000 manat xərc çəkdiyini bildirmiş, amma bununla bağlı da heç bir rəsmi və mötəbər sübut təqdim etməmişdir. İddiaçı qolunun bərpasının yalnız İsrail və Türkiyədə yerləşən tibb müəssisələrində mümkün olduğunu bildirmişdir ancaq bununla bağlı da heç bir rəsmi sənəd, sübut, dəlil təqdim etməmişdir. Bütün cərrahi əməliyyatlar tibbi praktikaya, elmi qaydalara və tibbi etikaya uyğun aparılmışdır. Dörd əməliyyat icra edilən şəxsdə ilk günlərdə kəskin ağrıların olması tam normaldır və bu əməliyyatın qüsuru deyil. İddiaçı cavabdehlə danışıq aparmış və Cavabdeh2 da hər dəfə israrla onun Bakıya, onun yanına müayinəyə gəlməli olduğunu bildirmiş, lakin cavabdeh eyni qaydada imtina etmiş, Bakıya gələ bilməyəcəyini demiş, buna imkanı və vaxtı olmadığını bəhanə gətirərək, məhz ən lazımlı şəxsin, onu əməliyyat edən cərrahın yanına gəlməkdən yayınmışdır. Belə ki, qaydalara əsasən və iddiaçıya bildirildiyi kimi, iddiaçı tam bir həftə sonra müayinəyə gəlməli olsa da, iddiaçı bunun əksinə, öz təşəbbüsü ilə bir sıra həkimlərin müayinəsinə getmişdir ki, bunun da heç bir ciddi nəticəsi olmamışdır. Əgər iddiaçı vaxtında cavabdeh həkimin yanına gəlsə idi, dərhal müvafiq müdaxilə edilər və vəziyyət bu hala gəlməzdi. 18.08.-xx.xx.2021-ci il tarixlərində, tam altı gün klinikada qalmış, altı gün ərzində onu müayinə və müalicə etmişlər, qulluqlar aparılmışdır. Əgər iddiaçı dediyi kimi onun sağ qolu zədələnmiş olsa idi, damar zədələnsə idi, tromblaşma yaransaydı, həmin sağ qol nahiyəsində qan dövranında problem olsa idi, yara bir neçə saata, ən geci bir günə nekroz (qanqrena) olardı və cərrahi müdaxilə baş tutmalı idi. İddiaçının sağ qol nahiyəsində sonradan tromb yaranmasının və ya sinir probleminin isə birbaşa edilmiş əməliyyatla əlaqəsi yoxdur və bu müvafiq sənədlərlə təsdiq edilməmişdir. İcra edilən liposaksiya əməliyyatı zamanı sinirlərin zədələnməsi ehtimalı yoxdur.

15. Cavabdeh Klinikanın nümayəndəsi X16 iddia tələbinə etiraz edərək, izahatında bildirmişdir ki, iddiaçı maddi zərərin əvəzi olaraq 40.000 manat tələb etsə də, həmin məbləğin düzgün icra edilməmiş cərrahiyyə əməliyyatının nəticələrinin aradan qaldırılmasına sərf edilməsinə dair sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə dəymiş zərərlə onun nəticəsi arasında səbəbli əlaqə müəyyən edilməlidir. Belə ki, məlumdur ki, iddiaçı üzərində əməliyyatları cavabdeh həkim icra etmişdir. Əgər əməliyyatla nəticəsi arasında səbəbli əlaqə müəyyən edilərsə, iddiaçının sağlamlığının bərpasına xərclədiyi real məbləğin və mənəvi zərərin ödənilməsi də klinikadan deyil, məhz digər cavabdeh həkimdən tutulmalıdır.

16. Azərbaycan Tibb Universiteti X11 travmotologiya şöbəsinin həkim-mütəxəssisi X13 cavabdehin vəsatəti üzrə rəy verərək bildirmişdir ki, cavabdeh tərəfindən aparılan əməliyyatla iddiaçıda yaranan tibbi disfunksiyasının heç bir əlaqəsi yoxdur. Çünki liposaksiya edilən dərialtı toxumalarıdır, oradan heç bir sinir keçmir. Müvafiq xəstəliyi törədən sinirlər bazu hissəsinin tam mərkəzində, sümüyə yaxın yerləşir, cavabdeh hə kim isə həmin yerə daxil olmamışdır. Qaralmış nahiyələr “yosept” adlı məhlulla silinir. Bəlkə də dərinin rənginin qaralması ona görə baş vermişdir. Arteriya bağlansa belə, qaralma 6 saatdan tez ola bilməz. Reflektor damar spazmasından yaranır və həmin spazmın əməliyyatla əlaqəsi ola bilməz. Çünki piydə sinir ucları olmadığından liposaksiya ilə sinir zədələnməsi ola bilməz. Yaranın çirk verməsinin səbəbi infeksiyadır.

17. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(008)-333/2023 nömrəli, 25 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Həqiqət Mahmudova) iddia tələbi qismin təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin X7 və X2 iddiaçıya vurulmuş maddi zərərə görə 17.000 (on yeddi min), mənəvi zərərə görə 3.00 0 (üç min) manat olmaqla, cəmi 20.000 (iyirmi min) manat məbləğində pul vəsaiti və 150 (bir yüz əlli) manat ödənilmiş dövlət rüsumunun əvəzi müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

18. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının sağlamlığına cavabdeh həkim Cavabdeh2 Fərman qızı, habelə onun işlədiyi, əməliyyatın icra edildiyi, buna razılıq verildiyi və şərait yaradıldığı Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin X7 və X8 tərəfindən zərər vurulmuşdur.

19. Məhkəmə qeyd etmişdir ki, “Məhkəmə Tibbi Ekspertiza və X18” PHŞ tərəfindən verilmiş 590/KEŞ nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyində iddiaçının müalicəsinin Azərbaycan Respublikası ərazisində mümkün olub-olmadığı, mü alicəyə hansı miqdarda vəsaitin tələb edilməsi məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid olmadığı, müalicəyə tələb olunan müddətin proqnozu barədə əvvəlcədən fikir söylənilməsi mümkün olmadığı göstərilmişdir. TƏBİB qərardadın icrası ilə bağlı “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası”na müraciət ediləcəyi təqdirdə, müvafiq müayinələrin aparılması və nəticəsi barədə məlumatın verilməsinin mümkün olacağını bildirmiş, sonuncu - “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası isə iddiaçının sonrakı müayinə və müalicələrinin Neyrocərrahiyyə xəstəxanasında aparılmasını məsləhət görmüşdür. Belə olduğu təqdirdə, məhkəmə, iddia tərəfinin məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli "xxxx" MMC-nin arayışında göstərilmiş, İddiaçı həkim Cavabdeh2 tər əfindən icra edilmiş uğursuz əməliyyatın nəticələrinin aradan qaldırılması üçün 2-3 seanslı əməliyyatın labüdlüyünü və buna təqribən 17.000 manat məbləğində pul vəsaitinin tələb olunduğunu ağlabatan hesab edir və belə nəticəyə gəlir ki, iddia tələbi vurulmuş maddi ziyana görə, cavabdehlərdən 17.000 manat pulun tutulması hissəsində əsaslı olmuşdur.

20. Məhkəmə vurulmuş mənəvi ziyanın ödənilməsi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçının sözügedən əməliyyatdan sonra səhhətindəki mövcud və bir neçə əməliyyat icra edilmədən nəticəsinin aradan qaldırılması mümkün olmayan pisləşmə, əmək qabiliyyətinin əhəmiyyətli dərəcədə azalması, ona qoyulmuş diaqnozlar, çoxsaylı (hətta bundan sonra da davam edəcək) müayinə və müalicələrdən onun mənəvi sarsıntılar və iztirablar keçirməsi aşkardır. Ona görə də məhkəmə iddiaçıya vurulmuş mənəvi ziyana 3.000 məbləğində pulun cavabdehlərdən tutulmasını məqsədəmüvafiq hesab etmişdir.

21. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1, 1097.1, 1099-cu maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Plenumunun Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2002-ci il tarixli Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.200 8-ci il tarixli Qərarının 8-ci bəndinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 216-220, 227, 233, 360cı maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

22. Qətnamədən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əməliyyatdan sonra iddiaçı sağ qolunun əməliyyat olan hissəsinin qaraldığını müşahidə etmiş və şiddətli ağrı olduğundan ona ağrıkəsici vurulmuşdur. Bundan sonra iddiaçı bir çox həkim müayinələrində olmuş və məhz ümumi müayinələr zamanı başqa həkimlər iddiaçıya bildirmişlər ki, müalic əni gecikdirmişdir, artıq 6 ay vaxt keçmişdir, toxumalar zədələnmişdir və ona görə də sinirləri bərpa etmək mümkünsüz olmuşdur. İddiaçı sırf olaraq sağlamlığına dəyən zərərin birbaşa cavabdeh həkimin etdiyi əməliyyatla əlaqəli olduğunu iddia etmişdir. Onlar isə qətiyyən bununla razı deyildirlər. Cavabdeh həkimin həyata keçirdiyi əməliyyatla iddiaçının sağlamlığına dəyən zərərin səbəbli-əlaqəsi yoxdur. Cavabdeh tərəfindən keçirilən bütün cərrahi əməliyyatlar tibbi praktikaya, elmi qaydalara və tibbi etikaya uyğun aparılmışdır. İddiaçının kəskin ağrıları olan zaman iddiaçı cavabdehlə danışıq aparmış və cavabdeh həkim də hər dəfə israrla onun Bakıya, onun yanına müayinəyə gəlməli olduğunu bildirmiş, lakin iddiaçı eyni qaydada imtina etmiş, Bakıya gələ bilməyəcəyini demiş, buna imkanı və vaxtı olmadığını bəhanə gətirərək, məhz ən lazımlı şəxsin, onu əməliyyat edən cərrahın yanına gəlməkdən yayınmış, bunun əksinə, öz təşəbbüsü ilə bir sıra həkimlərin müayinəsinə getmişdir ki, bunun da heç bir ciddi nəticəsi olmamışdır. Əgər iddiaçı vaxtında cavabdehin yanına gəlsə idi, dərhal müvafiq müdaxilə edilər və vəziyyət bu hala gəlməzdi. Əgər iddiaçının dediyi kimi onun sağ qolu zədələnmiş olsa idi, damar zədələnsə idi, tromblaşma yaransaydı, həmin sağ qol nahiyəsində qan dövranında problem olsa idi, yara bir neçə saata, ən geci bir günə nekroz (qanqrena) olardı və cərrahi müdaxilə baş tutmalı idi. İddiaçı isə altı gün normal qalmış və altı gündən sonra sağlam vəziyyətdə evə buraxılmışdır. İddiaçının sağ qol nahiyəsində sonradan tromb yaranmasının və ya sinir probleminin isə birbaşa edil miş əməliyyatla əlaqəsi yoxdur və bu müvafiq sənədlərlə təsdiq edilməmişdir. İcra edilən liposaksiya əməliyyatı zamanı sinirlərin zədələnməsi ehtimalı yoxdur. Bu faktı məhkəmə iclasında rəyi alınmış Azərbaycan Tibb Universiteti X11 travmotologiya şöbəsinin həkim - mütəxəssisi X13 da təsdiqləmişdir. Bundan başqa iddiaçının qolunun bərpasının yalnız İsrail və Türkiyədə yerləşən tibb müəssisələrində mümkün olduğunu bildirmiş, lakin bununla bağlı da heç bir rəsmi sənəd, sübut, dəlil iddiaçı tərəfindən təqdim edilməmişdir.

24. Cavabdeh2 nümayəndəsi Vəkil3 iş üzrə “Məhkəmə-Tibbi Ekspertiza və X12” X23 ekspert rəyində qeyd edilən nəticəyə dair ekspert tərəfindən hər hansı bir əsas, mənbə göstərilmədiyini, ekspert rəyinin əsaslandırıcı hissəsində nəyə istinadən həmin nəticəyə gəldiyinin müəyyən edilmədiyini, ümumiyyətlə ekspertin xəstəni müayinə etmədiyini, özəl klinikanın mütəxəssislərinə göndəriş edildiyini, mütəxəssislərdən birinin sinirin zədələndiyini müəyyən etməyin cərrahi müdaxilə edilmədən mümkün olmadığını qeyd etməklə suallara cavab vermədiyini, digər mütəxəssisin isə xəstənin sözləri ilə onun mövcud şikayətini qeyd etməklə kifayətləndiyini, ümumiyyətlə qoyulan suallara ətraflı cavab verilmədən ekspert tərəfindən yalançı rəy verildiyini və məhkəmə tərəfindən də həmin rəyə istinad olunaraq iddianın təmin edildiyini bildirmiş, ekspertin məhkəmə iclasında dinlənilməsini, təkrar və əlavə ekspertizanın keçirilməsini məhkəmədən xahiş etmişdir.

25. İddiaçının nümayəndəsi vəkil Nümayəndə ekspertiza keçirilməsi barədə vəsatətlərinin yazılı formada təqdim edilməsinin qanunverici liyin tələbi olduğunu bildirməklə, birinci instansiya məhkəməsində qarşı tərəfin nümayəndə vəkilinin ekspert rəyi ilə razılaşdığını, hər hansı etiraz bildirmədiyini qeyd etmiş, cavabdeh tərəfin hal-hazırda ekspert rəyini mübahisələndirməsinin işin həllinin süni şəkildə uzadılması məqsədi daşıdığını, məhkəmənin hər iki tərəfi maraqlandıran sualları ekspert qarşısında qoyduğunu və iddiaçının ekspertiza əsasında göndərişlər üzrə bir çox müxtəlif müayinələrdən keçdiyini, toplanılan sənədlər, edilən müayinələr əsasında kifayət qədər əsaslı rəy verildiyini bildirmişdir. Qeyd etmişdir ki, iddiaçı əməliyyata sağ-salamat girmiş, məhz əməliyyat nəticəsində əlillik almışdır, hal-hazırda o sinir zədələnməsi səbəbindən sağ qolunu işlədə bilmir, barmaqları açılmır, məhkəmə ilə nəzərdə tutulan məbləğ idd iaçının sağlamlığının tam bərpa edilməsinə yetmir, iddiaçının sağ qolu bütün yara və çirk içindədir, dərisi yoxdur, çirkin qarşısı alınmalı, ora dəri köçürülməlidir, bunlar kifayət qədər bahalı əməliyyatlardır. Bildirmişdir ki, sinir məsələsinə dair isə sübut əldə edə bilmədiklərindən bunun üçün nə qədər xərc lazım olduğunu müəyyən edə bilməmişlər, məhkəmə qətnaməsi ilə tutulan məbləğ yalnız dərinin köçürülməsini təmin edən məbləğidir, qarşı tərəf öz məsuliyyətini anlamaq, mübahisənin barışıq yolu ilə həll edilməsinə çalışmaq əvəzinə işi daha da çətinləşdirməkdədir.

26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-1265/2024 nömrəli, 26 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Talışınski (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Azad İmanov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

27. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya şikayətinin faktiki - sübutedici dəlillərinin hüquqi əsasları ilə uzlaşmadığından və formal mülahizə xarakteri daşıdığından əsassızdır.

28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri cavabdeh həkim tərəfindən sübuta yetirilməmişdir. Mülki münasibətlər müstəvisində iddiaçının məruz qaldığı iztirabların və bunun nəticəsi olan mənəvi zərərin mövcudluğu sübuta ehtiyacı olmayan hamıya bəlli olan hallardır, mənəvi zərərin kompensasiyasının mütənasib olmaması isə müəyyən edilməmişdir.

29. Apell yasiya instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 21, 1096.1, 1097.1, 1097.3. 1097.5, 1099.1. 1099.2, 1112, 1118.1-ci maddələrinə, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublıkasının Qanununun 57, 59-cu, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 384, 392, 393 və 402-406cı maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

30. Qətnamədən Cav abdeh2 (Vəkil4) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, abdomenoplastika, xolesistektomiya, vaginoplastika və hər iki qol nahiyəsində lipomanın ləğvi əməliyyatları şəxsin öz istəyi ilə könüllü icra edilmişdir. Bu zaman iddiaçının həmin əməliyyatlara daxil olması üçün cavabdeh həkim tərəfindən hər hansı məcburiyyətə yol verilməmişdir. İddiaçı məhz özünün istəyi ilə bioloji narazılığının aradan qaldırılması məqsədilə cavabdeh həkimə müraciət etmişdir. Artıq uzun müddətdir ki, plastik estetik cərrah kimi çalışan cavabdeh həkimə edilən belə müraciətlərin çoxu da şəxslərin cərrah qarşısında öz istəkləri ilə tələblər qoyması, öz görünüşlərindən narazı olması, cərrah tərəfindən risklər barəsində məlumat verilsə də, könüllü olaraq əməliyyatı istəmələrinə baxmayaraq əməliyyatdan sonra istədikləri görünüşü əldə etməmələri ilə bağlıdır. İddiaçı də plastik estetik cərraha müraciət etmiş, Cavabdeh2 tərəfindən də keçiriləcək əməliyyat barəsində bütün məlumatlar verilmiş, lakin iddiaçı tərəfindən öz görünüşünün istədiyi formada olması üçün könüllü olaraq əməliyyatın edilməsinə razılıq verilmişdir. Bu baxımdan hal-hazırda edilən əməliyyatı mübahisələndirilməsi, o cümlədən birinci instansiya məhkəməsi tərəfindən iddiaçının tələbinin qismən təmin edilməsi haqqında qətnamə qəbul edilməsi, apellyasiya instansiyası məhkəməsi tərəfindən isə birinci instansiya m əhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması tamamilə qanunsuzdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

32. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, kassasiya şikayətinin dəlillərinin əsassız olduğundan təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

33. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

34. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

35. Maddə 21.3. Zərərin işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

36. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

37. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

38. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

39. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

40. Maddə 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər.

41. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

42. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

43. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.

44. Maddə 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozula rkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublıkasının Qanunu.

45. Maddə

57. Vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar.

46. Maddə

59. Tibb v ə əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanuna uyğun olaraq məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarı.

47. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

48. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam ba xdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

53. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddi ndə baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

56. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

57. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

58. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

59. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

60. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

62. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səl ahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

63. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şi kayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

64. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəl diyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 65. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəb ər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

66. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

67. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

68. Beləliklə, məhkəmə kollegiyas ı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

69. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

70. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1265/2024 nömrəli, 26 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar