Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2667/2020 17.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddıaçı İddiaçı Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair ilkin; Cavabdeh maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 noyabr 2019-cu il tarixli 2(103)-12189/2019 nömrəli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikay əti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş 128900 manat zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia verərək fərdi yaşayış evinin tam qəzalı vəziyyətə düşməsi nəticəsində ona dəymiş 650000 manat dəyərində maddi zərərin, itmiş faydanın, mənəvi zərərə görə 60000 manat məbləğində pulun ilkin iddia üzrə iddiaçıdan tutularaq ona ödənilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Solmaz Ədilova) 18 iyun 2019-cu il tarixli, 2(005)-50/2019 nömrəli qətnaməsi ilə ilkin və qarşılıqlı iddialar təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (haki mlər Abiddin Hüseynov- sədrlik edən və məruzəçi, Azad İmanov və Vahid Sadıqov) 12 noyabr 2019-cu il tarixli 2(103)-12189/2019 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-50/2019 saylı iş üzrə 18 iyun 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə – qarşılıqlı iddianın təmin olunmaması hissəsində ləğv edilmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, İddiaçı maddi zərərə görə 81918 (səksən bir min doqquz yüz on səkkiz) manat, mənəvi zərərə görə 3000 (üç min) manat tutularaq Cavabdeh ödənilmiş, qarşılıqlı iddia qalan hissədə təmin edilməmiş iş üzrə keçirilmiş ekspertizaların xərcinin dəyəri olan 150 (yüz əlli) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hes abına köçürülməsi qət edilmişdir. İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək, işi yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, işə birtərəfli, qeyri-obyektiv və iddiaçıya münasibətdə qərəzli baxılmış, sübutlara obyektiv hüquqi qiymət verilməmiş, onun apellyasiya şikayətinə qarşı verdiyi etirazın dəlil-sübutları ümumiyyətlə müzakirəsiz buraxılmış, nəticədə də əsassız və ədalətsiz qətnamə qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi işin faktiki halları, mülki işdə olan rəsmi sənədləri ilə yox, hakimlərin şəxsi, heç bir mötəbər dəlillərlə təsdiqlənməyən mülahizələri ilə əsaslandırılmış, rəsmi sənədlərə, ekspert rəylərinə və digər sübutlara obyektiv hüquqi qiymət verilməmişdir. Bakı Torpaq Layihə Smeta Bürosu tərəfindən verilmiş smeta hesabatına əsasən mənzildə yerinə yetiriləcək söküntü, yenidənqurma, tikinti və təmir işlərinin bazar qiyməti 84918 manat məbləğində müəyyən edilməsi heç də onun tərəfindən Cavabdeh bu məbləğdə zərərin vurulması kimi qiymətləndirilə bilməz və bu barədə işin materiallarında hər hansısa ekspertizanın rəyi yoxdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin ümumiyyətlə zərərin yetirilməsi ilə əlaqədar rəy vermək səlahiyyəti yoxdur. Onun verdiyi arayışda yalnız evin bazar qiyməti göstəri lmişdir ki, buda mütləq, dəyişməz qiymət kimi qəbul edilə və evə dəymiş zərərin məbləğinin müəyyənləşdirilməsi əsası kimi götürülə bilməz. Məhkəmə kollegiyasının bitərəf ekspertlərin, ev alqı-satqısı üzrə ixtisaslaşmış qurumların arayışları olmadan, iş üzrə kompleks məhkəmə inşaat tikinti ekspertizası keçirilmədən, rəy alınmadan, özü ekspert qismində çıxış edərək və ekspertin vəzifəsinə və hüquqlarına aid səlahiyyətləri mənimsəyərək, bunları əsas götürərək onun tərəfindən cavabdehə vurulmuş zərərin məbləği kimi qiymətləndirməsi, kollegiya tərəfindən işə birtərəfli, iddiaçıya münasibətdə qeyri-obyektiv və qərəzli baxmasının təkzibedilməz sübutudur. Apellyasiya məhkəmə kollegiyası isə hüquqların həyata keçməsinə köməklik göstərmiş, əksinə iddiaçının bu hüquqlarının həyata keçməsinə maneçilik törətmiş, onun müdafiə, o cümlədən ədalətli məhkəmə vasitəsi ilə müdafiə olunmaq hüquqlarını köklü şəkildə pozmuşdur. Beləliklə sübut olunur ki, onun tərəfindən Cavabdeh evinə vurulmuş zərərin məbləği çox cüzi olmuşdur. Bu hal həmçinin Cavabdeh özünün verdiyi və mülki işin materiallarında olar, qəbzlə də sübuta yetirilir. Həmin qəbzdə o bildirir ki, S.Rəhman küçəsi 30 ünvanda yerləşən fərdi mülkiyyətinə dəymiş ziyan, yəni evin təmiri, hörülməsi və s. işlərə görə İddiaçı tərəfindən 3000 manat ödənilmişdir. Ailə üzvlərinin, yəni qeydiyyatda olan və olmayan şəxslərin heç bir iddiası və tələbi yoxdur. Gələcəkdə olmayacaq. Onu da bildirir ki, evin arxasında çöl divarının uçurtmamaq şərti ilə qazıntı və tikinti işlərinin aparılmasına o və ailə üzvləri heç bir etiraz etməyəcək, şirkətin iş fəali yyətinə maneçilik törətməyəcəklər. Əks təqdirdə şirkətə təzminat ödəyəcəklər. Həmin qəbz Cavabdeh və onun ailə üzvlərinin imzaları ilə təsdiq edilmişdir. Cavabdeh və onun ailə üzvlərinin imzaladıqları qəbzdən görünür ki, onların mübahisəsi şirkətlədir. Məhkəmə kollegiyası tərəfindən obyektiv hüquqi qiymət verilməmişdir və bu hal bir daha məhkəmə kollegiyasının ona qarşı qeyri-obyektiv mövqedə olmasını sübut edir. Bu haqda o, apelyasiya məhkəməsinə ünvanladığı etirazda ətraflı göstərib. Lakin apelyasiya instansiyası məhkəməsi etirazda göstərilənləri ümumiyyətlə müzakirəsiz buraxmış, onlara öz qətnaməsində heç bir qiymət verməmişdir. Bundan başqa məhkəmə kollegiyası öz üzərinə məhkəmə ekspertlərinin səlahiyyətlərini götürərək, məhkəmə tibb, məhkəmə psixiatrik ekspertləri kimi çıxış edərək qə tnaməsində göstərmişdir ki, baxılan iş üzrə cavabdehin ailə üzvləri ilə uzun illərdir yaşadığı evin yararsız hala düşməsi, həmin dövr ərzində evin qəzalı vəziyyətə düşməsi ilə bağlı onun keçirdiyi hisslər heç şübhəsiz ki, onun mənəvi sarsıntı keçirməsinə, iddiaçı tərəfindən törədilən qanunsuz hərəkətlərin onun şüurunda mənfi psixi reaksiyaya səbəb olmuşdur. Mənzilinə dəymiş zərər nəticəsində cavabdeh rahat yaşayış sahəsindən məhrum olmuş, bütün bu hadisələrin fonunda stress və həyəcan keçirmişdir. Apellyasiya məhkəmə kollegiyası öz mülahizələrini qanunlardan irəli gələn hal kimi göstərməklə, maddi və prosessual hüquq normalarının mənasına və tətbiqi qaydalarına şərh verməklə hakimlər öz səlahiyyətlərini aşaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin səlahiyyətlərini mənimsəmiş və bu səlahiyyətlərə aid məsələləri həll etmişdir. Bu isə qeyri-qanuni və yolverilməzdir. PROSESSUAL MƏSƏLƏLƏR Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPMnin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. İddıaçı İddiaçı vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmiş. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tə ləbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5, 170.2, 172.1, 560.1, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə istinadən gəldiyi nəticələrə əsasən hazırki işdə zərərin mövcud olması və cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya re al zərərin vurulması təsdiq olunur və buna görə də iddiaçı tərəfindən dəymiş zərərlə bağlı cavabdehə ödənilmiş 3000 manat pul maddi zərərin ümumi dəyərindən çıxılmaqla dəymiş maddi zərərin yekun məbləği 81918 manat müəyyən edilməlidir. Apellyasiya instansiyası məhkəməsi işin materialları gəldiyi digər nəticəyə əsasən isə iddia tələbinin maddi ziyanla bağlı qismən təmin edilmiş hissəsi nəzərə alınmaqla dəymiş mənəvi zərərin əvəzi kimi ilk iddia üzrə iddiaçıdan ilk iddia üzrə cavabdehin xeyrinə 3000 manat pul tutulması ağlabatan və ədalətlidir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələrlə, razılaşmayaraq qeyd edir ki, məhkəmə yəni qarşılıqlı iddianın qismən təmin edilməli olması nəticəsinə gələrkən dəymiş zərərin məbləği ilə, ona uyğun da mənəvi ziyanın məbləği üzrə də hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, işin materiallarından görünür ki, Bakı Şəhəri İcra Hakimiyyəti başçısının 18.09.2003cü il tarixli, 466 №-li sərəncamı ilə “X3” MMC-nə torpaq sahəsi ayrılarkən ərazidə yerləşən fərdi yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi və sakinlərin mövcud qanunvericilik əsasında köçürülməsi həmin hüquqi şəxsə həvalə edilmişdir. Qeyd olunan hüquqi şəxslə iddiaçı arasında bağlanmış podrat müqaviləsində iddiaçı yerinə yetirəcəyi işlərlə yanaşı, tikinti sahəsində 2 ədəd mövcud köhnə tikililərdə yaşayan sakinlərin köçürülməsini və mövcud köhnə tikililərin söküntü və söküntü dən əmələ gələn tullantıların daşınmasını öz öhdəsinə götürmüşdür. “X3” MMC və ya iddiaçı ilə cavabdeh arasında mübahisəli mənzilin sökülməsi, yaxud əvəzli əldə edilməsi barədə hər hansı əqd bağlanmamışdır. Buna baxmayaraq qeyd olunan hüquqi şəxsin podratçısı olan iddiaçı tərəfindən aparılmış söküntü, qazıntı və tikinti işləri nəticəsində cavabdehin əmlakına ziyan dəymişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək apellyasiya instansiyası məhkəməsinin iddiaçının podratçı kimi məsuliyyət daşıması və onun qanunazidd hərəkətləri nəticəsində cavabdehə dəymiş zərərin əvəzi ödənilməli olmasına dair qənaətləri ilə razılaşsa da, zərərin məbləğinə münasibətdə istinad etdiyi Torpaq Layihə Smeta Bürosu tərəfindən verilmiş smeta hesabatına, həmin məbləğin real və ağlabatan olduğu cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Daşınmaz əmlakın dövlət reyestri xidmətinin 1 saylı Bakı ərazi idarəsinin 21.11.2018-ci il tarixli rəyinə (arayışına) istinad etməsi ilə razılaşmır. Belə ki, işin materiallarından görünür ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti tərəfindən verilmiş 24.07.2018-ci il tarixli rəy, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə təhlükəsizliyə nəzarət dövlət agentliyinin “Azərinşaatlayihə” DBLKTİ-nin baş mühəndisi tərəfindən verilmiş 12.04.2018-ci il tarixli mütəxəssis rəyi və Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza rəyləri ilə ilkin iddia üzrə iddiaçının apardığı inşaat işləri nəticəsində cavabdehin mənzilinə maddi ziyan dəyməsi, mənzilin yararsız vəziyyətdə olduğu müəyyən edilmiş, lakin dəymiş ziyanın aradan qaldırıl masına sərf olunan vəsaitin məbləği müəyyən edilməmişdir. Sonuncu dəfə təyin edilmiş ekspertiza üzrə Məhkəmə Ekspertiza Mərkəzinin 29.08.2018-ci il tarixli, 14747 saylı ekspert rəyi ilə yaşayış evinin qəzalı vəziyyətdə və istismar üçün təhlükəli olduğu, həmçinin sökülərək, yenidən tikilməsinin məqsədə uyğun hesab olunduğu nəzərə alınaraq, ünvan 1 ünvanda yerləşən 18 saylı fərdi yaşayış evinə dəymiş maddi ziyanın dəyərini dəqiqliklə müəyyən etmək mümkün olmadığı, yaşayış evinə dəymiş ziyanın dəyəri, həmin ev söküldükdən və yenidən inşa olunmasına dair layihə-smeta sənədləri tərtib edildikdən sonra müəyyən olunmasının mümkünlüyü qeyd edilmişdir. Göründüyü kimi, ünvan 1 ünvanda yerləşən 18 saylı fərdi yaşayış evinə ziyan dəyməsi faktını mütəxəssislər və ekspert müəyyən etmiş, lakin ziyanın mə bləğinin müəyyən edilməsi üçün həmin evin sökülməsi və yenidən inşa olunmasına dair layihə-smeta sənədlərinin tərtib edilməsinə ehtiyac olduğunu qeyd etmişdirlər. İşin materiallarından görünür ki, cavabdeh apellyasiya instansiya məhkəməsinə mənzildə yerinə yetiriləcək söküntü, yenidənqurma, tikinti və təmir işlərinin bazar qiymətinin 84918 manat təşkil edilməsinə dair Bakı Torpaq Layihə Smeta Bürosu tərəfindən verilmiş smeta hesabatını, həmçinin mübahisəli mənzilin 19.11.2018-ci il tarixinə bazar dəyərinin 117000 manat olması barədə Daşınmaz əmlakın dövlət reyestri xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 21.11.2018-ci il tarixli rəyini təqdim etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə tərəfindən evin sökülməsi və yenidən inşa olunmasına dair layihə-smeta sənədlərinin tərtib ed ilməsi üçün müvafiq tədbirlər görülmədən, həmçinin cavabdehin təqdim etdiyi Bakı Torpaq Layihə Smeta Bürosunun tərəfindən verilmiş smeta hesabatı əsasında vurulmuş ziyanın hesablanması üçün əlavə ekspertiza təyin edilməsi məsələsi müzakirə edilmədən, həmin smetada göstərilən məbləği vurulmuş ziyanın həcmi kimi qəbul edilməsi düzgün olmamışdır. Mülki Prossesual Məcəlləsinin Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri i lə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən e dilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. «Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununun: - 7-ci maddəsinə əsasən ekspert tədqiqatı müvafiq ixtisas hüdudlarında, elmin və təcrübi əsaslar üzərində obyektiv, hərtərəfli və tam həcmdə aparmalıdır. Ekspertin rəyi elmin inkişafın müasir tələblərinə uyğun olan və hamı tərəfindən qəbul edilmiş elmi dəlillər əsasında yoxlanılmasına imkan verən müddəalara əsaslanmalıdır. - 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifəsidir. - 26-cı maddəsinə əsasən məhkəmə ekspertinin rəyində tədqiqatın nəticələrinin qiymətləndirilməsi, qoyulmuş suallar üz rə yekun nəticələrin əsaslandırılması və dürüst ifadə olunması göstərilməlidir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə ekspertiza rəyi olmadan Bakı Torpaq Layihə Smeta Bürosunun tərəfindən verilmiş smeta hesabatına əsasən iddiaçı tərəfindən dəymiş zərərlə bağlı cavabdehə ödənilmiş 3000 manat pul maddi zərərin ümumi dəyərindən çıxılmaqla ünvan 1 ünvanda yerləşən 18 saylı fərdi yaşayış evlə bağlı maddi zərərin yekun məbləği 81918 manat müəyyən edilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslı sayıla bilməz. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, Bakı Torpaq Layihə Smeta Bürosunun tərəfindən verilmiş smeta hesabatına sökülməsi və yenidən inşa edilməsi nəzərdə tutulan evin layihəsi, ölçüləri və s. zəruri məlumatlar göstərilməmişdir. B elə ki, ünvan 1 ünvanda yerləşən 18 saylı fərdi yaşayış evinin texniki pasportunda həmin evin 1 mərtəbəli olmaqla ümumi sahəsinin 80,5 kv.m, Daşınmaz əmlakın dövlət reyestri xidmətinin 1 saylı Bakı ərazi idarəsinin 21.11.2018-ci il tarixli arayışında isə 77,5 kv.m olması göstərilsə də, Bakı Torpaq Layihə Smeta Bürosunun tərəfindən verilmiş smeta hesabatının məzmununda göstərilən işlərin həcmi qeyd edilən sahələrə uyğun hesablanıb-hesablanmaması göstərilməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, təkrar (və ya kompleks) ekspertiza zamanı ünvan 1 ünvanda yerləşən 18 saylı fərdi yaşayış evinin hansı ölçülərdə olması bir daha dəqiqləşdirilməli, mübahisəli mənzilin yararsız vəziyyətə düşməsi faktı ilə bağlı tərtib ediləcək smetanın məhz həmin evin texniki xüsusiyyətlərini özündə ə ks etdirən sənədlərdə göstərilən ölçülər üzrə aparılmasına diqqət yetirilməli, dəymiş ziyanın məbləği real müəyyən edilməli, yalnız bundan sonra iddiaçı tərəfindən dəymiş zərərlə bağlı cavabdehə ödənilmiş 3000 manat pul maddi zərərin ümumi dəyərindən çıxılmalıdır. (əgər dəymiş zərərin məbləği artıq ödənilmiş məbləğin həddini keçərsə) Məhkəmə kollegiyası həmçinin hesab edir ki, yeni apellyasiya baxışı zamanı baxılan iş üzrə cavabdehin ailə üzvləri ilə uzun illərdir yaşadığı evin yararsız hala düşməsi, həmin dövr ərzində evin qəzalı vəziyyəti düşməsi ilə bağlı onun keçirdiyi hisslərin onun mənəvi sarsıntı keçirməsinə, iddiaçı tərəfindən törədilən qanunsuz hərəkətlərin onun şüurunda mənfi psixi reaksiyalara səbəb olması, mənzilinə dəymiş zərər nəticəsində cavabdehin rahat yaşayış sahəsindən məhrum olması, bütün bu hadisələrin fonunda stress və həyəcan keçirməsi kimi dəlillər nəzərə alınmaqla mənəvi zərərin əvəzi kimi qarşılıqlı iddia üzrə iddiaçının xeyrinə pul tutulması müəyyən edilərkən tutulan mənəvi ziyanın məbləğinin bir tərəfi həddən artıq zənginləşdirməmək, digər tərəfi isə müflis etməmək prinsipinə uyğun olaraq işin halları, qarşılıqlı iddia tələbinin maddi ziyanla bağlı hissəsi nəzərə alınmalıdır. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sü butlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İşdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Mülki Məcəllənin 21., 1096,1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidi r: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Məhkəmə kollegiyasının qənaətinə görə kassasiya şikayətinin dəlilləri yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən qismən, yəni, dəymiş zərərin məbləğinin kifayət qədər əsaslandırılmaması hissəsində əsaslıdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın təmin edilən hissəsinin ləğvi üçün qanuni əsasdır. Belə ki, apellyasiya instansiyası məhkəməsinin həmin hissə üzrə işə baxarkən gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə bu hissədə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normaları nın pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və vəkili Vəkil tərəfindən ve rilmiş kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 noyabr 2019-cu il tarixli 2(103)12189/2019 nömrəli qətnaməsi qarşılıqlı iddianın təmin edilmiş hissəsində ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2667/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2667/2020
17.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver