Məhkəmə qərarları › İş №2(102)-2667/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2667/2024

11.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2667/2024 11.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: borcun qaytarılması, əsassız varlanma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlundan və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)-3/2024 nömrəli, 17 aprel 2024- cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 15.09.2022-ci il tarixli əlyazma ilə yazılmış qəbzdə qeyd olunmuşdur ki, “mən Şərur rayon Çərçiboğan kənd sakini Cavabdeh Şərur şəhər sakini İddiaçı 20000 $ (iyirmi min dollar) aldım. Pulu xx.xx.2023-cü il tarixdə qaytaracağıma söz verdim”. 2. xx.xx.2022-ci il tarixli əlyazma ilə yazılmış qəbzdə qeyd olunmuşdur ki, “mən Şərur rayon Çərçiboğan kənd sakini Cavabdeh Şərur şəhər sakini İddiaçı 7000 (yeddi min) manat aldım. Pulu xx.xx.2023-cü il tarixdə qaytaracağıma söz verdim”. 3. xx.xx.2022-ci il tarixli əlyazma ilə yazılmış qəbzdə qeyd olunmuşdur ki, “mən Şərur rayon Çərçiboğan kənd sakini Cavabdeh Şərur şəhər sakini İddiaçı 80000 $ (səksən min dollar) aldım. Pulu xx.xx.2023-cü il tarixdə qaytaracağıma söz verdim”. 4. 02.02.2023-cü il tarixli aktdan görünür ki, N axçıvan MR Daxili İşlər Nazirliyinin əməkdaşlarının, Cavabdeh Bəhlul oğlunun və “N-Crap” xərçəng fermasının sahibi X1 X3 iştirakı ilə Cavabdeh Bəhlul oğluna 1975 ədəd 20-lik pul əsginası olmaqla 39500 manat, 1750 ədəd 10-luq pul əsginası olmaqla 17500 manat, 7600 ədəd 5-lik pul əsginası olmaqla 38000 manat olmaqla, ümumilikdə 95000 (doxsan beş min) manat məbləğində pul qaytarılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borclu olduğu 100000 ABŞ dolları məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, Şərur rayon Çərçiboğan kənd sakini Cavabdeh ilə uzun zamandır ki, tanışdır. Arada ona xarici valyuta lazım olanda Fuaddan almışdır, aralarında ticari əlaqələr olduğundan Fuad ondan arada borc pul istəmişdir, o, Fuada 2022-ci il sentyabr ayında manat alması üçün 20000 (iyirmi min) ABŞ dolları, oktyabr ayında 70000 (yetmiş min) manat və noyabr ayında 80000 (səksən min) ABŞ dolları məbləğində pul vermişdir. Fuad ondan borc alması barədə dilindən iltizam yazaraq həmin borcu nə vaxt qaytaracağını göstərmiş, həmçinin şəxsi maşının texniki pasportunun özünü və şəxsiyyət vəsiqəsinin surətini ona vermişdir. Fuad ondan aldığı 70000 (yetmiş min) manatı hissə-hissə olaraq qaytardığı üçün qalan pullarını tam istəmişdir. 2023-cü ilin yanvar ayının 15-də Fuad ona telefonda Naxçıvana getməyini, orada ona 18000 (on səkkiz min) manat pul veriləcəyini bildirmiş, ona inanaraq Naxçıvan şəhərinə şəxsi maşını ilə getdiyini, lakin həmin şəxsə heç kimin pul vermədiyini öyrənmişdir. Sonradan məlum olmuşdur ki, Fuad ondan DİN orqanlarına şikayət edib, Fuad həm də ona şər ataraq onun pulunu vermək istəmirmiş, ona görə də o, məcbur qalıb məhkəməyə müraciət edib.

7. Cavabdeh izahatında göstərmişdir ki, iş materialında olan pulun alınması barədə qəbzləri həqiqətən də özü yazmış, xx.xx.2022-ci il tarixli qəbzdə qeyd olunan 20000 (iyirmi min) ABŞ dollarını, xx.xx.2022-ci il tarixli qəbzdə qeyd olunan 7000 (yeddi min) manat pulu tamamilə ödəmişdir. Həmin məbləği də Təranə məhkəmə iclaslarında verdiyi izahatlarında yetmiş min manat kimi qeyd etmiş, lakin bunun yalan olduğunu göstərmişdir. xx.xx.2022-ci il tarixli qəbzdə qeyd olunan pulun 80000 (səksən min) ABŞ dolları deyil, 8000 (səkkiz min) ABŞ dolları olduğunu göstərək, sonradan Təranənin özünün həmin qəbzdə qeyd olunan səkkiz min rəqəmini səksən min kimi düzəliş etdiyini bildirmişdir. Müxtəlif vaxtlarda Təranəyə həmin pulların xeyli hissəsini ödədiyini, bunun iş materialında olan “WhatsApp” sosial şəbəkəsi vasitəsilə bir birlərinə göndərdiyi səs yazıları ilə də təsdiqini tapmışdır. Təranəyə 28000 (iyirmi səkkiz min) manat borcunun qaldığını, maddi vəziyyəti pisləşdiyi üçün həmin pulu ödəyə bilmədiyini, həmin pulu da ona ödəyəcəyini bildirmişdir.

8. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 352 nömrəli məhkəmə-xəttşünaslıq ekpertizasının rəyində qeyd olunmuşdur ki, ekspertizaya göndərilmiş 2(110)-187/2023 nömrəli mül ki işin 08-ci vərəqəsində olan, 15 noyabr 2022-ci il tarixli qəbzdə “80000” rəqəminin sonundakı sıfır rəqəmi İddiaçı tərəfindən və ya Cavabdeh tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 4/978 nömrəli məhkəmə-xəttşünaslıq ekpertizasının rəyində qeyd olunmuşdur ki, ekspertizaya təqdim edilmiş 2(110)-187/2023 nömrəli mülki işin 08-ci vərəqəsində olan, 15 noyabr 2022-ci il tarixli qəbzdə “80000” rəqəminin sonuncu “0” rəqəminin İddiaçı tərəfindən və ya Cavabdeh tərəfindən icra olunub-olunmamasını, həmçinin“80000” rəqəminin sonuncu “0” rəqəminin və “15.2022” rəqəmlərindəki “0” rəqəminin eyni şəxs tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır.

10. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş və məhkəmə iclasında tədqiq olunmuş CD disklərdən görünür ki, tərəflər arasında müxtəlif vaxtlarda pulun alınıb verilməsinə dair səs yazıları mövcuddur.

11. Şərur Rayon Məhkəməsinin 2(110)-187/2023 nömrəli, 06 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Seymur Qarayev) iddianın qismən təmin edilməsi, Cavabdeh 55000 ABŞ dolları məbləğində pulun qətnamənin icra olunduğu günə olan ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, Cavabdeh ekspertiza xərci olaraq 126 manat məbləğində pulun tutulması qət edilmişdir.

12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin iddiaçıdan aldığı pulları tam olaraq geri qaytarmaması, üzərinə götürdüyü öhdəliklərin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və o risk dairəsinə daxil olan öhdəliyi icra etmədiyi bütün halları üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, qalan borcunu razılaşdırdıqları kimi iddiaçıya ödəməlidir.

13. Məhkəmənin qənaətinə görə hazırki mübahisə üzrə Cavabdeh əsassız varlandığından, İddiaçı isə əmlakından məhrum olduğundan, həmçinin cavabdehin varlanmasına haqq qazandıran əsas və ya müqavilə olmadığı üçün o əldə etdiklərini iddiaçıya qaytarmalıdır.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 445.2, 448.1, 739.1 1091, 1092.1-ci; Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 80, 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiy a instansiyası məhkəməsindəki icraat

15. İddiaçı (vəkili Nümayəndə) apellyasiya şikayəti verərək Şərur Rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 2(110)-187/2023 nömrəli qətnaməsinin qismən ləğv edilməsi, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Cavabdeh apellyasiya şikayəti verərək Şərur Rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 2(110)-187/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. İddiaçının apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş və məhkəmə iclasında tədqiq olunmuş CD disklərdən görünür ki, tərəflər arasında müxtəlif vaxtlarda pulun alınıb verilməsinə dair sə s yazılan mövcuddur. Məhz həmin səs yazılarına məhkəmə tərəfindən istinad olunaraq tələb qismən təmin olunmuşdur. İddianın qismən təmin edilməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmadığının nəticəsi kimi verilmiş bir qərar olduğunu hesab edir. Eləcə də göstərmişdir ki, “N-Crap” xərçəng fermasının sahibi X1 X3 məhkəmə zalına gəlib ifadə verməsini xahiş etmiş, həmin şəxsin məhkəmə zalına gəlməsinə baxmayaraq hakim onu qəbul etməmişdir.

18. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi maddi və prosessual hüquq normalarına ziddir və iş materialları ilə təkzib edilir. Belə ki, birinci instansiya məhkəməsində işə qeyri-obyektiv və birtərəfli baxılmış, işin faktiki halları araşdırılmamış və düzgün hüquqi qiymət verilməmişdi r. Məhkəmə qətnaməsində onun İddiaçı müxtəlif vaxtlarda 20000 (iyirmi min) ABŞ dolları pul, 8000 (səkkiz min) ABŞ dolları pul və 7000 (yeddi min) manat olmaqla, cəmi 54000 (əlli dörd min) manat pulu faizə almışdır. Həmin aldığı pullardan həm əsas borcu və faiz borcunu artıqlaması ilə 109390 manatdan çox iddiaçıya ödəmişdir. İddiaçı hər dəfə ona pul verərkən əl yazısı yazdırıb və imzalatdırıb pulu ona verirdi. 15 noyabr 2022-ci il tarixli əlyazmada o, 8000 (səkkiz min) ABŞ dolları məbləğində pulu alarkən sonradan 0 rəqəmi əlavə edilib və mötərizə içərisində qeyd olunan və sözlə yazılan səkkiz min sözü səksən min yazılmışdır. Hər dəfə iddiaçı ona pul verərkən imzaladığı sənədlərin surətini istəsə belə ona verməmişdir. Qanunvericiliklə bank və bank olmayan kredit təşkilatları istisna olmaqla fiziki şəxslərin borcu faizə verməsi yolverilməzdir. Halbuki o, həm əsas borcdan, həm də faiz borcundan ödəmişdir. İddianın təmin edilməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmadığının nəticəsi kimi verilmiş bir qərar olduğunu hesab edir. Hesab edir ki, məhkəmə qeyd etdiyi halları (sübutları) tam və hərtərəfli araşdırmadan nəticəyə gəlmişdir.

19. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)3/2024 nömrəli 17 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Mehman Allahverdiyev (sədrlik edən və məruzəçi), Əli Allahverdiyev və Səxavət Bəylərli) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti təmin edilərək Şərur Rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 2(110)-187/2023 nömrəli qətnaməsi ləğ v edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbinin rədd edilməsi, keçirilmiş ekspertizaların dəyəri olan 126 manatın cavabdehdən tutulması qət edilmişdir.

20. İddianın rədd edilməsi barədə qətnamə qəbul etmiş apellyasiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, işə baxan məhkəmə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmiş, iş üzrə mövcud olan sübutların tədqiqi və mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar hərtərəfli və tam araşdırılmamış, maddi və prosessual hüquq normalarına əməl etməməklə düzgün olmayan qətnamə qəbul etmişdir.

21. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbinin əsası kimi cavabdehə 20000 (iyirmi min) ABŞ dolları və 8000 0 (səksən min) ABŞ dolları məbləğində pul verdiyini, hazırda cavabdehin ona 100000 (bir yüz min) ABŞ dolları borcu olduğunu bildirmiş, iddia ərizəsinə tələbini təsdiq edəcək sübut qismində isə əlyazma ilə sadə yazılı formada yazılmış pulun cavabdeh tərəfindən alınmasını təsdiq edəcək iki qəbz təqdim etmiş, həmin qəbzlərdən 20000 (iyirmi min) ABŞ dolları məbləğində borcun cavabdeh tərəfindən alınmasına münasibətdə cavabdeh tərəfindən bu məbləğin iddiaçıdan alınması, eyni zamanda həmin qəbzdə göstərilən məbləğin də məhz bu borc olmasını etiraf etməsi iş üzrə iddiaçının tələbini həmin hissədə sübutetmə yükündən azad etmişdir.

22. Lakin iddiaçı cavabdehə 80000 (səksən min) ABŞ dolları məbləğində pul verdiyini, həmin tələbi təsdiq edən sübut kimi tərəflər arasında tərtib olunmuş qəbzdə məhz cav abdehin ona iddia etdiyi bu məbləği almasını etiraf etdiyini bildirsə də, tələb və etirazının əsas kimi istinad etdiyi bu faktı sübut edə bilməmişdir.

23. Belə ki, istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya baxışı zamanı iddiaçı tərəfindən sübut kimi təqdim olunmuş həmin qəbzdə olan borc məbləğinin 80000 (səksən min) ABŞ dolları və ya 8000 (səkkiz min) ABŞ dolları olması məhkəmə tərəfindən müəyyən edilməmiş və keçirilmiş məhkəmə-xəttşünaslıq ekspertizalarının rəyləri ilə də həmin halı müəyyən etmək mümkün olmamışdır.

24. Eləcə də məhkəmə iddiaçı və cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş səs yazılarının qanunu pozmaqla əldə edilmiş sübut kimi qiymətləndirilməsinə münasibətdə qeyd etmişdir ki, həmin səs yazıları Mülki Prosessual Məcəllənin 76-cı maddəsinin tələblər i baxımından qanunsuz sayıla bilməz.

25. Belə ki, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə əsasən Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özü-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə ya zılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.”

26. İş üzrə iddiaçı tərəfindən işin mübahisələndirilən digər halı ondan ibarət olmuşdur ki, mübahisəli qəbzdə olan müdaxilə (qaralama) onun tərəfindən deyil, iş üzrə cavabdeh tərəfindən edilmişdir.

27. Həmin dəlilə münasibətdə apellyasiya məhkəməsi qeyd etmişdir ki, bu qəbzlər yazıldığı andan etibarən iddiaçıda saxlanılmış və tərtib olunduğu andan iddiaçının evində olmuşdur. Həmin qəbzlərin iddiaçının təşəbbüsü ilə tərtib olunması və gələcəkdə cavabdehin borcu ödəməkdən yayınacağı təqdi rdə əlində hər hansı sübutun olmasını arzulaması nəzərə alınarsa, iddiaçının bu qəbzlərin tərtib olunduğu vaxtdan məhkəməyə təqdim edildiyi anadək özü tərəfindən oxunmadığını deməsi ağlabatan görünmür.

28. İddiaçı tərəfindən işin mübahisələndirilən digər halı ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən ona qaytarılan pullar daha əvvəl Cavabdeh tərəfindən borc kimi götürülən 70000 (yetmiş min) manat pulun əvəzi olaraq ona verilmiş, cavabdeh tərəfindən ona 69000 manat pul qaytarılmışdır. Məhz bu səbəbdən də həmin məbləğlə bağlı iddia tələbi irəli sürməmiş, yalnız hazırki tələblə bağlı məhkəməyə müraciət etmişdir.

29. Həmin dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya baxışı zamanı dəfələrlə təklif olunmasına baxmayaraq iddiaçı cavabdehin əvvəldən ona borclu olduğunu iddia etdiyi bu məbləğin mövcudluğunu təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.

30. Cavabdehin apellyasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, iş üzrə cavabdeh tərəfindən mülki işin mübahisələndirilən halları ilə bağlı dəlillərinə münasibətdə tərəflərin baxılan mübahisəyə dair mübahisələndirdikləri hallar müvafiq olaraq biri digərini inkar etdiyindən və iş üzrə İddiaçı mülki işin mübahisələndirilən halları ilə bağlı dəlillərinə aydınlıq gətirilərək hüquqi qiymət verildiyindən, cavabdeh tərəfindən mülki işin mübahisələndirilən halları ilə bağlı dəlillərinə qiymət verilməsinə zərurət qalmamışdır.

31. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 76.3, 77.1, 88, 217-ci maddələrinə; “N.Əsədovanın şi kayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

33. Kassasiya şikayəti əsasən iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, cavabdehə 2022-ci ilin sentyab r ayında 20000 ABŞ dolları, oktyabr ayında 70.000 manat və noyabr ayında 80.000 ABŞ dolları verməsini, həmin məbləğlərin alması barədə qəbz yazaraq imzalamasını, cavabdehin pul məbləğlərini vaxtında və lazımı qaydada qaytarmamasını məhkəmə araşdırmamış, həmin hallara düzgün hüquqi qiymət verməmişdir. Bundan başqa məhkəmə tərəflərin məhkəmədə verdiyi ifadələri cavabdehin xeyrinə təfsir etməklə, maddi hüquq normalarını tətbiq etməmişdir. Eləcə də işə baxan məhkəmə gəldiyi nəticəsini yalnız iddiaçının izahatı ilə əsaslandırmışdır. Əlavə olaraq 15 noyabr 2022-ci il tarixli “pulun alınmasına dair” qəbzdə qeyd olunmuş rəqəmin xüsusi biliyə malik olan ekspert vasitəsilə müəyyən edilməsi zərurəti yaranmış, bu məqsədlə iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin olunmuş, ekspert qarşısında 6 su al qoyulmuş, lakin ekspertin rəyi kifayət qədər aydın və tam olmadığından, apellyasiya məhkəməsi MPM-nin 102.2-ci maddəsinin tələbinə görə əlavə ekspertiza təyin etməli olduğu halda, bunu etməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 35. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 36. 1091.2-ci əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həya ta keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 37. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 38. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 39. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 40. 76.2. bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidl ərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 41. 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir; 42. 77.1-cı maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; 43. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 44. 102.2-ci maddəsinə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə b ilər. 45. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; 46. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 47. 417.1, 417.1.1-maddələrinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

49. N.Əsədovanın şikayəti ü zrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarı: “... mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticə sində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar t ərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.” Kassasiya baxışının hədləri

48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyində n apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

53. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 4 19-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)3/2024 nömrəli, 17 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar