Məhkəmə qərarları › İş №2(102)-2668/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2668/2020

09.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2668/2020 09.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, X3 və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(103)-11658/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim C.Ə.Tağıyev, iş 2(006)-2431/2019) iddiaçı “xxxxxxxxxxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 19.730,72 ABŞ dolları əsas borc, 12.811,49 ABŞ dolları faiz olmaqla, ümumilikdə 32.542,21 ABŞ dolları ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla məbləğində borc pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçı “xxxxxxxxxxxx” ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: X.Ə.Sarıyev, V.T.Həsənov və Ş.A.Məmmədova) Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: xx.xx.2015-ci il tarixli kredit sazişinə əsasən bank tərəfindən Cavabdeh1 36 ay müddətin ə illik 24 faiz ödəmək şərti ilə 22.220 ABŞ dolları məbləğində kredit verilmiş, Cavabdeh2 kredit müqaviləsi üzrə X2 bank qarşısında öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. 2019-cu ilin fevral ayında bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən ondan və digər Cavabdeh2 cəmi 35.585,16 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumunun bankın xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh1 kasasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxa rılmasını əsas göstərməklə qətnamənin faizlərin tutulması hissəsində ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya kollegiyasının iclasında Cavabdeh1 və vəkili kasasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili isə kasasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pr osessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, “xxxxxxxxxxxx” ASC və Cavabdeh1 xx xxxx 2015-ci il tarixli kredit sazişini bağlamaqla üzərlərinə qarşılıqlı surətdə öhdəliklər götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bank iş üzrə müəyyən olunduğu kimi, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək müqavilədə nəzərdə tutulmuş kreditin Cavabdeh1 verilməsini təmin etmiş və tərəflərin ümumi razılığına əsasən kreditin qaytarılma müddətini və şərtlərini müəyyən edən ödəniş cədvəli tərtib olunmuşdur. Lakin işdən göründüyü kimi Cavabdeh1 kreditin qaytarılması qaydası və şərtləri ilə əlaqədar üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və nəticədə onun banka əsas, faiz və cərimə borcu yaranmışdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Apelyasiya instansiyası məhkəməsi cavabdehlərdən tutulması tələb olunan faiz borcunun məbləğini müəyyən edərkən bank tərəfindən təqdim olunmuş maliyyə sənədlərinə istinad etmişdir. Kollegiya yuxarıda göstərilənlərlə əlaqədar apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisə maddi və prosessual hüquq normalarının tələblərinə və müəyyən olunmuş sübutlara uyğun həll edilməklə qətnamə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırıldığından kasasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli q ətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar