Məhkəmə qərarları › İş №2(102)-2671/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2671/2020

25.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2671/2020 25.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X5, İddiaçı firmasının nümayəndəsi X2 və vəkili X3 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)12820/2019 saylı qətnaməsindən İddiaçı firmasının kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(005)3467/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim R.N.Quliy ev) İddiaçı firmasının Cavabdeh qarşı “pul tələbinə dair” iddiası təmin edilərək, cavabdehdən ödəniş vaxtı milli manata məzənnədə 1.600 ABŞ dollarının tutulub iddiaçı təşkilata ödənilməsi qət edilib. Cavabdeh qətnamədən apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)12820/2019 saylı qətnaməsi ilə (hakimlər İ.S.Şirinov sədrlik edən, məruzəçi, T.S.Səmədov və E.C.Kazımov) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd olunub. İddiaçı təşkilat qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, sonuncudan ödəniş günü milli manata məzənnədə 1.600 ABŞ dolları məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xihaş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı firmasının nümayəndəsi İmanqulu Xankişiyev və vəkili Ramiq Axundov kasasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədiyi üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edərkən, iddianın əsassız olmasına, iddianı təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə istinad edib və hüquqi mövqeyini MPM-nin 14.2, 77.1, 217.4-cü maddələrinin və digər prosessual normaların tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsin in gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi və prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, **********9100 saylı ödəniş tapşırığına əsasən İddiaçı firması tərəfindən cəmi 117,96 manat ödəniş edilib. Bundan 10 manat malların rəsmiləşdirilməsinə görə gömrük yığımları, 29,73 manat idxal gömrük rüsumu, 42,83 manat əlavə dəyər vergisi, 30 manat elektron gömrük xidməti haqqı, 5,40 manat elektron gömrük xidməti üzrə ƏDV-olub. Eləcə də, “Gömrük bəyannamələri”nə əsasən ünvan 1 ünvanda yerləşən İddiaçı firması Braziliya dövlətindən gətirilən İddiaçıtoloji, bərbərxana və ya analoji kreslolar, onların hissələri üçün gətirilən avadanlıqları gömrükdən keçirib və bunun üçün nəzərdə tutulan ödənişlər edilib. Həmçinin, “Gnatus-8” firması tərəfindən verilmiş məktubla müəyyən edilir ki, onların İddiaçıtoloji qurğularının qiymətinə nasos daxil deyil. İddiaçı təşkilatın təqdim etdiyi xx xxxxxx 2018-ci il tarixli məktubdan (pretenziyadan) görünür ki, iddiaçı təşkilat tərəfindən cavabdehdən öhdəliklərinin icrası tələb edilib, əks halda qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə müdafisi hüququndan istifadə olunacağı barədə ona xəbərdarlıq edilib. Cavabdeh tərəfindən məhk əməyə təqdim edilmiş xx xxxxxx 2016-cı il tarixli “qaimə faktura” dan isə görünür ki, cavabdeh 1 ədəd elektrik motor üçün 1.500 avro nəğd ödəniş edib. Apelyasiya instansiyası məhkəməsi sadalanan sübutları tədqiq edib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını işə əlavə edilmiş digər sübutlarla müqayisəli şəkildə təhlil edib müəyyən etmişdir ki, işin mübahisə olunmayan hallarına görə tərəflər arasında İddiaçıtoloji avadanlıqların sifariş edilməsinə dair şifahi müqavilə bağlanıb. Müqavilənin şərtlərinə görə iddiaçı təşkilat cavabdehin istədiyi stomoloji (qurğu) avadınlığı Braziliya dövlətindən gətirib ona satmağı öhdəsinə götürüb və tərəflər stomoloji (qurğu) avadanlığın qiymətini 14.700 ABŞ dollarına razılaşdırmışlar. Cavabdeh həmin şifahi müqa vilə əsasında iddiaçı təşkilata 13.100 ABŞ dolları ödəniş edib. Hazırda, iddiaçı təşkilat cavabdehdən ödənilməmiş qalan 1.600 ABŞ dollarını iddia edir. Tərəflər arasındakı hazırki mübahisə əslində cavabdeh tərəfindən sifariş verilmiş İddiaçıtoloji (qurğu) avadanlığın tərkibində ağız suyu soran və elektrik motorunun olub-olmaması ilə bağlı yaranıb. İddia ərizəsinə cavabdehin etirazı isə ondan ibarətdir ki, o, iddiaçı təşkilatla Braziliya dövlətinin istehsalı olan İddiaçıtoloji avadanlığın tam komplekt şəkildə gətirilməsi barədə razılaşıb və iddiaçı təşkilata 13.100 ABŞ dolları ödəniş edib. Lakin, iddiaçı təşkilat avanlığı natamam gətirib və nəticədə o, əlavə 1.700 avro ödəməklə çatışmayan hissələri almağa məcbur olub. İddiaçı təşkilat, cavabdehlə aralarında olan şifahi razılaşmada İddiaçıto loji (qurğu) avadanlığın tərkibində ağız suyu soran və elektrik motorunun olmadığını və cavabdehlə aralarında olan şifahi razılaşmada həmin hissələrin gətirilməsinin nəzərdə tutulmadığını və sair göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir mötəbər yazılı sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin m övcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, tərəflər arasında sözügedən İddiaçıtoloji (qurğu) avadanlığın alqı-satqısına dair hər hansı rəsmi müqavilə bağlanmadığı və cavabdeh isə iddiaçı təşkilatın tələbini etiraf etməydiyi üçün kasasiya şikayə tinin dəlilləri əsaslı sayıla bilməz. Belə ki, əvvəla Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilib. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. İddiaçı təşkilat kasasiya şikayətində sözügedən İddiaçıtoloji (qurğu) avadanlığın alqısatqısına dair müqavilənin bağlandığını, lakin ofisi su basdığı üçün kompüterlərin yandığını, müqavilələrin məhv olduğunu, buna görə də onları təqdim edə bilmədiyini qeyd etsə də, bu hal da iddianın təmin edilməsi üçün əsas ola bilməz. Çünki işdə, qeyd olunan halın doğru olmasını özündə ehtiva edən heç bir sübut yoxdur. Digər tərəfdən, apelyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları tədqiq edib haqlı olaraq qeyd etmişdir ki, cavabdehin İddiaçıtoloji kabinet üçün 15.000 ABŞ dolları dəyərində İddiaçıtoloji (qurğu) avadanlıq sifariş edərək üç ay onun təhvil verilməsini gözləməsi, bu müddət ərzində işləməməsi və yalnız iddiaçı təşkilat tərəfindən həmin avadanlıqların gətirilib quraşdırıldıqdan sonra çatışmayan həmin ağız suyu soran və elektrik motorunu başqa firmaya sifariş edərək, həm də baha qiymətə alması işin mübahisəsiz halıdır və bu hal da iddianın rədd edilməsi qənaətinə gəlməyə əsas verir. Çünki ən sadə məntiq də həmin hissələrin məhz iddiaçı təşkilata sifariş olu nmasını diqtə edir. Bu isə öz növbəsində cavabdehin iddia tələbinə etirazının, yəni iddiaçı təşkilatın müqavilə öhdəliyini həmin iki əşyaya münasibətdə yerinə yetirməməsi barədə dəlilinin əsaslı olduğunu göstərir. Bundan başqa, iddiaçı təşkilat kasasiya şikayətində “Gnatus-8” firmasının məktubuna istinad edərək, İddiaçıtoloji (qurğu) avadanlığın qiymətinə nasosun daxil edilmədiyini göstərsə də, kasasiya instansiyası məhkəməsi iddiaçı təşkilatın bu dəlili ilə də razılaşmır. Belə ki, sadalanan maddələrin mənasına tərəflər arasında öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Belə bir müqavilə isə işdə yoxdur. Bu səbəbdən də sözügedən məktub tərəflər arasında bağlanmış razılaşmanı özündə ehtiva etmədiyi üçün, İddiaçıtoloji (qurğu) avadanlığın qiymətinə nasosun daxil edilməməsi qənaətinə gəlməyə əsas vermir. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kasasiya instansiyası məhkəməsi kasatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxark ən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı firmasının kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)12820/2019 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar