Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2671/2022 18.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X1 cavabdeh XXX İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2671/2022 Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü Bakı şəhəri, 18 may 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1818/2022 nömrəli iş üzrə 21 fevral 2022-ci il tarixli qərardadından cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binası nda yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı X3 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 20271 (iyirmi min iki yüz yetmiş bir) manat maddi ziyanın, ödənilmiş dövlət rüsumu 30-manatın, nümayəndə və vəkil üçün ödənilmiş 71 manat 50 qəpik pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3230/2021 saylı iş üzrə 13 oktyabr 2021-ci il tarixli qətnaməsi (G.Əsədova) ilə iddia tələbinin qismən təmin edilmiş, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 4.673,28 (dörd min altı yüz yetmiş üç manat iyirmi səkkiz qəpik) mana t məbləğində maddi ziyan, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, hüquqi xidmətə görə 71,50 (yetmiş bir manat, əlli qəpik) məbləğində pulun iddiaçı X1 xeyrinə tutulması, qalan hissədə iddianın təmin olunmaması və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatın cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutulub dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
3. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1818/2022 nömrəli, 25 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), Nümayəndə və M.Məmmədov) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayəti cavabdehə qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.
5. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən elektron kabinet vasitəsi ilə apellyasiya instansiyası məhkəməsinin həmin qərardadından kassasiya şikayəti verilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1818/2022 saylı, 21 fevral 2022-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1818/2022 saylı, 25 yanvar 2022-ci il tarixli qərardadından cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
7. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, kassasiya şikayəti elektr on imza vasitəsi ilə “Rəhbər – X2” tərəfindən imzalansa da vəkil tərəfindən imzalanmamışdır, halbuki kassasiya şikayətinə vəkil – X4 adına verilmiş order əlavə edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
8. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti (vəkil X6) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunmasını və kassasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir.
9. Kassasiya şikayətində qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 fevral 2022-ci il tarixli, 2(103)- 1818/2022 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qanuni təmsilçi tərəfindən imzalanmış, vəkil orderi şikayətə əlavə olunmuş, lakin yanlışlıq üzündən vəkil şikayəti imzalam ağı unutmuşdur. Hesab edilir ki, kassasiya şikayətinə vəkil orderi əlavə olunduğu üçün, vəkilin texniki yanlışlıq üzündən şikayəti imzalamaması səbəbindən cavabdehin məhkəmə müdafiəsi hüququndan məhrum edilməsi ədalətli qərar hesab edilməməlidir. Şikayəti vəkil imzalamaqla təkrar göndərmiş və cavabdehin şikayətinə baxılacağına, Nərimanov Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2(005)-3230/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul ediləcəyinə inanılır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
11. Maddə 67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə y enidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir.
12. Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.
13. Maddə 408.1.1. Kassasiya şikayəti Məcəllənin 402-ci maddənin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apelyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
14. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmü ş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
15. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
16. Hazırkı kassasiya şikayətində cavabdeh tərəfindən qərardad tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhk əməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması üçün əsas yoxdur.
18. Apellyasiya instansiyasınin müəyyən etdiyi işin hallarından görünür ki, kassasiya şikayəti elektron imza vasitəsi ilə “Rəhbər – X2” tərəfindən imzalansa da vəkil tərəfindən imzalanmamışdır, halbuki kassasiya şikayətinə vəkil – X4 adına verilmiş order əlavə edilmişdir.
19. Belə olan halda, apellyasiya məhkəməsinin yuxarıda qeyd edilən prosessual hüquq normalarına istinadən kassasiya şikayətini geri qaytarması qanunvericiliyə uyğun olmuşdur. Kassasiya şikayətində göstərilənlər həmin qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.
20. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyasının qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
21. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1818/2022 nömrəli iş üzrə 21 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: Zaur Əliyev