Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2672/2020 23.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı Əmanətlərin Sığortalanması Fondunun vəkili X1 iştirakı ilə, Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)1249/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Sərdar Mehrəliyev) 2(004)1002/2019 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə id dia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2015-ci il tarixli, 40 saylı kredit müqaviləsi üzrə 8358,39 ABŞ dolları əsas borc, 2739,46 ABŞ dolları faiz borcu, 267,51 ABŞ dollarə dəbbə pulu olmaqla, cəmi 11365,36 ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) borc və ödənilmiş dövlət rüsumunun 24,90 manat hissəsinin iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – İkram Şirinov - sədrlik edən və məruzəçi, Tofiq Məmmədov, Elşən Kazımov) xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi iləCavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi onun apelyasiya şikayətinə əsasən (mübahisələndiril ən hissədə) dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 8358,39 ABŞ dolları əsas borc, 2739,46 ABŞ dolları faiz borcu, 2467,51 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 13565,36 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka müqaviləsi ilə yüklü edilmiş cavabdehə məxsus “BYD-GF3” markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili - 2014, ban - LGXC16DF3E0011337, rəngi - ağ) avtomobilə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və kasasiya şikayətinə qarşı etiraz: Cavabdeh kasasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apelyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: İddiaçı Əmanətlərin Sığortalanması Fondunun vəkili X4 məhkəmə kollegiyasının iclasında kasasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəy işdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbu l olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, “xxxx” ASC ilə Cavabdeh arasında bağlanılmış 17.02. 2015-ci il tarixli, 40 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən borc alana 36 ay müddətinə, illik 19% olmaqla 10135 ABŞ dolları məbləğində kredit verilmişdir. “xxxx” ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2015-ci il tarixli, 40a saylı ipoteka müqaviləsinin surətindən görünür ki, “BYD-GF3” markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobil müqavilə üzrə öhdəliklərin icrasının təminatı kimi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi xx.xx.2015-ci il tarixdə AR DİN BDYPİ QİŞ-də qeydiyyatdan keçmişdir. xx.xx.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixli, 40 saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə banka borcu 8358,39 ABŞ dolları əsas borc, 27 39,46 ABŞ dolları faiz borcu, 2467,51 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 13565,36 ABŞ dolları təşkil edir. Cavabdeh ləğv prosesində “xxxx”ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “müqavilə üzrə öhdəliyin üçüncü şəxsə verilmiş hesab edilməsi” tələbinə dair 2(006)-2157/18 saylı mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 2(006)-2157/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbləri rədd edilmiş, qətnamə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Birinci instansiya məhkəməsi iş materillarını araşdıraraq və sadalanan normalara istinad edərək i ddia tələbini yuxarıda göstərilən qaydada qismən təmin etmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur. Apelyasiya instansiyası məhkəməsi cavabdehin ipoteka predmetinin qiymətləndirilməməsi dəlili ilə bağlı qeyd etmişdir ki, hazırkı ipoteka predmeti olan avtomobilin yeri məlum deyil, bu səbəbdən onun qiymətləndirilməsi mümkün olmamışdır, eyni zamanda ipoteka predmeti olan əmlak avtomobildir və məlum məsələdir ki, avtomobil tez aşınan əmlakdır. Bu səbəbdən hazırkı ipoteka predmeti olan avtomobil hərrac mərhələsində qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı (qismən) təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apelyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kasasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni o lduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Kasasiya şikayətinin Mülki Məcəllənin 526-cı maddəsinin hazırki işə tədbiq edilməsi ilə bağlı dəlilini məhkəmə kolegiyası əsassız hesab edir. Belə ki, “öhdəliyi qəbul etmiş şəxsin məsuliyyəti” adlanan həmin normaya görə, əgər kimsə müqaviləyə əsasən başqa şəxsin əmlakını qəbul edirsə, həmin şəxsin kreditorları əvvəlki borclunun məsuliyyətinin davam etməsinə baxmayaraq, müqavilənin bağlandığı andan özlərinin həmin vaxtadək mövcu d olmuş pretenziyalarını əmlakı qəbul edənə qarşı irəli sürə bilərlər. Əmlakı qəbul edənin məsuliyyəti alınmış əmlakın tərkibi və müqavilə üzrə ona mənsub olan tələblər ilə məhdudlaşır. Əmlakı qəbul edənin məsuliyyəti onunla əvvəlki borclu arasındakı razılaşmaya əsasən istisna edilə və ya məhdudlaşdırıla bilməz. Göründüyü kimi, qeyd edilən norma müqaviləyə əsasən əmlakı qəbul etmiş şəxsin öhdəliyi qəbul etməsi hallarını tənzimləyir. Hazırki işdə isə digər şəxslərin Cavabdeh öhdəliyini qəbul etməsi iş materiallarından müəyyən edilməmişdir. Digər tərəfdən işdən göründüyü kimi, Cavabdeh ləğv prosesində “xxxx”ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “müqavilə üzrə öhdəliyin üçüncü şəxsə verilmiş hesab edilməsi” tələbinə dair 2(006)-2157/18 saylı mülki iş üzrə Nəsimi Rayon M əhkəməsinin 2(006)-2157/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbləri rədd edilmiş, qətnamə qanuni qüvvəsini almışdır. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kasasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki kol egiyasının 2(103)-1249/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-2672/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2672/2020
23.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver