Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2672/2021 25.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh1 Nizam qızına və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2672/21 (Açar sözlər: maddi ziyanın ödənilməsi) AAAAZ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu sədrlik edən, məruzəçi, Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı vəkili Nümayəndə, Cavabdehlər: Cavabdeh1 və Cavabdeh2 vəkili Vəkil iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 iyun 2020-ci il tarixli, 2(105)1254/2020 saylı qətnaməsindən ca vabdehlər Cavabdeh1 və Cavabdeh2 kasasiya şikayəti üzrə işə 25 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, cavabdehlərdən yol-nəqliyyat hadisəsi zamanı ona məxsus olan “Kia Sportage” markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 21.709, 25 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Şamaxı Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim E.Z.Hümbətov) iddia qismən təmin edilərək, iddiaçıya məxsus “Kia Sportage” markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı avtomobilə yol -nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq cavabdehlərdən 20.738,00 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, Cavabdeh2 etibarnamə olmadan digər Cavabdeh1 məxsus olan nəqliyyat vasitəsini idarə edərkən yolnəqliyyat hadisəsi törədib və nəticədə iddiaçının mülkiyyətində olan Elşən Şərifovun idarə etdiyi nəqliyyat vasitəsinə zərər dəyib. Ekspertin rəyinə görə iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 20.738 manat müəyyən edilib. Ona görə iddia qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada 20.738 manat pul tutulub iddiaçıya verilməli və qalan hissədə iddia rədd olunmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövq eyini Mülki Məcəllənin 21.1, 1096.1, 1097.1ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdehlər apelyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iş üzrə ədalətli qətnamə qəbul edilməsini xahiş ediblər. Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 09 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər L.M.Məmmədova sədrlik edən, məruzəçi, T.O.Quliyev və G.F.Tağızadə) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Şamaxı Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəli b, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 1096.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Cavabdehlər kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş ediblər. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətna mə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 vəkili Vəkil kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı vəkili Nümayəndə məhkəmə iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunl a müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsa sı kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdehlərin kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsini n ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayıb hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, işdən görünür ki, 2014-cü il buraxılışlı “Kia Sportage” markalı, ** ZA *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi iddiaçının xüsusi mülkiyyətindədir. 11 iyun 2019-cu il tarixdə Cavabdeh2 etibarnamə olmadan idarə etdiyi digər Cavabdeh1 məxsus “Mercedes E-280” markalı, ** OX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Nobel prospektində şəhər tərəfdən “Nargilə” kafesinə doğru “Bəh- bəh” restoranının yaxınlığında sola manevr edərkən idarəetməni itirərək sol zolağda hərəkətdə olan Elşən Şərifovun idarə etdiyi İddiaçı məxsus olan 2014-cü il buraxılışlı, “Kia Sportage” markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa tərəfi ilə toqquşmaqla arxa sol hissəsinin və alt qabaq sol hissəsini əzib və nəticədə Cavabdeh2 İnzibati Xətalar Məcəlləsinin 327.1, 269.1 və 332.1-ci maddələri ilə təqsirli bilinərək, Yol polisinin “İnzibati tənbeh vermə haqqında” 12 iyun 2019-cu il tarixli qərarı ilə 50 manat inzibati qaydada cərimə edilib. İşə əlavə edilmiş “Kia Motors” Servis Mərkəzi tərəfindən tərtib edilmiş 15 iyun 2019-cu il tarixli qüsur Aktından görünür ki, 2014-cü il buraxılışlı “Kia Sportage” markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə d əymiş zərərin aradan qaldırılması üçün 21.709,25 manat vəsait tələb olunur. İşə əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 21 oktyabr 2019-cu il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan “Kia Motors” Servis Mərkəzinin 15 iyun 2019-cu il tarixli qüsur aktına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Kia Sportage” markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxmini dəyəri 20.738 manat təşkil edir. Hazırda iddiaçı, cavabdehlərin təqsiri üzündən onun mülkiyyətində olan sözügedən nəqliyyat vasitəsinə 21.709,25 manat maddi zərər dəydiyini, bu faktın yol polisinin inzibati xəta haqqında qərarı və “Kia Motors” Servis Mərkə zinin qüsur Aktı ilə təsdiq edildiyini göstərib, cavabdehlərdən onun xeyrinə 21.709,25 manat pulun tutulmasını iddia edir. Cavabdehlər isə iddiaçıya məxsus nəqliyyat vasitəsinə dəymiş zərərin məbləğinin reallığı əks etdirmədiyini, həmin məbləğin şişirdildiyini, ekspert rəyinin “Kia Motors” Servis Mərkəzinin qüsur Aktına əsasən tərtib edilib verildiyini, müxtəlif saytlarda 2014-cü il buraxılışlı “Kia Sportage” markalı avtomobillərin bazar qiymətlərinin texniki vəziyyətindən, yürüşündən və mühərrikinin həcmindən asılı olaraq 25.000-30.000 manat civarında dəyişdiyini, yol-nəqliyyat hadisəsi zamanı iddiaçıya məxsus nəqliyyat vasitəsinin yalnız arxa sol hissəsinin və alt qabaq sol hissəsinin əzildiyini, həmin nəqliyyat vasitəsinə dəymiş zərərin məbləğinin 5.000 manatdan çox olmadığını göstərib, iddiaya etiraz edir. Mülki Məcəllənin 21.2, 1096.1 və 1097.1-ci maddələrinin mənasına görə, zərərin vurulub-vurulmamasını müəyyən etmək üçün aşağıdakı halların aydınlaşdırılması və həmin halların eyni vaxta mövcud olması zəruridir: zərərin mövcud olması; zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması; zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması; zərər vuran şəxsin təqsirli olması. Göründüyü kimi cavabdehlərin iddiaçıya qarşı mülki hüquq pozuntusu (delikt) törətmələri, yəni qanunla müdafiə edilən iddiaçının nəqliyyat vasitəsinə birbaşa ziyan vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əmələ yol vermələri işin mübahisə olunmayan hallarıdır. Hazırda tərəflər arasında yalnız iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsinə dəymiş zərərin məbləğinə dair fikir ayrılığı vardır. Əvvəla, işdən görünür ki, iddiaçıya məxsus “Kia Sportage” markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin buraxılış ili 2014-cü ildir. Yol-nəqliyyat hadisəsi zamanı yol polisi tərəfindən tərtib edilmiş “İnzibati xəta haqqında” 12 iyun 2019-cu il tarixli protokoldan və “İnzibati tənbeh vermə haqqında” 12 iyun 2019-cu il tarixli qərardan görünür ki, yol-nəqliyyat hadisəsi zamanı iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsinin arxa tərəfi toqquşmaya məruz qalıb və nəticədə nəqliyyat vasitəsinin arxa sol hissəsi və alt qabaq sol hissəsi əzilib. Bu faktları iddiaçı özü də iddia ərizəsində inkar etməyib. Apelyasiya instansiyası məhkəməsi qeyd olunan hallara diqqət yetirmədən, “Kia Motors” Servis Mərkəzi tərəfindən verilmi ş qüsur Aktında göstərilən ehtiyat hissələrinin tərkibini, işə əlavə edilmiş digər sübutlarla, o cümlədən yol polisi tərəfindən tərtib edilmiş “İnzibati xəta haqqında” 12 iyun 2019-cu il tarixli protokolda və “İnzibati tənbeh vermə haqqında” 12 iyun 2019-cu il tarixli qərarda göstərilən zədə almış detalların tərkibi ilə müqayisəli şəkildə təhlil etmədən, qüsur Aktında göstərilən ehtiyat hissələrinin qiymətinin, habelə xidmət haqqının real bazar qiymətlərinə uyğun olub-olmamasını lazımi qaydada araşdırmadan, ekspert rəyinin bilavasitə iddiaçıya məxsus nəqliyyat vasitəsinə baxış keçirilmədən, yalnız nəzəri hesablama yolu ilə “Kia Motors” Servis Mərkəzi tərəfindən verilmiş qüsur Aktına əsaslanaraq verilməsini nəzərə almadan, 2014-cü il buraxılışlı “Kia Sportage” markalı, ** ZA *** dövlət qeyd iyyat nişanlı nəqliyyat vasitəsinə cavabdehlərin təqsiri üzündən 20.738 manat zərər dəyməsinə dair işin halları barədə səhv nəticəyə gəlib. Cavabdehlərin apelyasiya və kasasiya şikayətlərinin dəlillərindən görünür ki, müxtəlif saytlarda 2014-cü il buraxılışlı “Kia Sportage” markalı avtomobillərin real bazar qiymətləri texniki vəziyyətindən, yürüşündən və mühərrikinin həcmindən asılı olaraq 25.000-30.000 manat civarındadır və hazırda iddiaçı əslində onlardan nəqliyyat vasitəsinin zədələnmiş hissələrinin dəyərini deyil, faktiki olaraq nəqliyyat vasitəsinin özünün dəyərini tələb edir. Yol-nəqliyyat hadisəsi zamanı iddiaçıya məxsus nəqliyyat vasitəsinin isə tam yararsız vəziyyətə düşməsi mülki iş materialları istisna olunur və bütün bunlar isə əslində qüsur Aktında və ekspert rəyində göstərilə n qiymətlərin açıq-aşkar şişirdilmiş olmaqla, sözügedən nəqliyyat vasitəsinə dəymiş real zərəri özündə əks etdirmədiyini təsdiq edir. Apelyasiya instansiyası məhkəməsi, gəldiyi nəticəni sözügedən qüsur Aktı, ekspert rəyi ilə əsaslandırmağa çalışsa da, həmin sənədlərin mötəbər sübut kimi Azərbaycan Respublikası MPM-nin 76.1, 76.2, 97.1-ci maddələrinin tələblərinə cavab verməməsini nəzərə almayıb, habelə zərurət yarandığı halda iddiaçıya məxsus sözügedən nəqliyyat vasçitəsinə dəymiş real zərərin məbləğini müəyyən etmək üçün bilavasitə nəqliyyat vasitəsinə ekspertin iştirakı ilə baxış keçirilməsini təmin etməklə əsaslandırılmış rəy alınmasını təmin etməmişdir. Sadalanan prosessual normaların mənasına görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əh əmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Ekspertiza mülki iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə elm, texnika, incəsənət və ya digər peşə (sənət) sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə ehtiyac yarandıqda təyin edilə bilər. Göründüyü kimi mülki prosessual qanunvericilikdə ekspertizanın keçirilməli olduğu xüsusi bilik sahələrinin dəqiq siyahısı göstərilməsə də, formalaşmış məhkəmə təc rübəsi nəticəsində belə qənaətə gəlmək olar ki, hüquqi biliklər və hamı üçün aşkar olan ümumi məsələlər istisna olmaqla, xüsusi bilik tələb olunan istənilən sualların aydınlaşdırılması üçün iş üzrə ekspertiza təyin edilə bilər. Eyni zamanda, nəzərə almaq lazımdır ki, ayrı-ayrı hallarda ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olsa da, bu hal da ekspert rəyinin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz və ekspertin rəyi də məhkəmə iclasında tədqiq olunmalı və digər sübutlarla yanaşı qiymətləndirilməlidir (MPM-nin 103.1 və 205.1-ci maddələri). Digər tərəfdən, iddia ərizəsindən görünür ki, yol-nəqliyyat hadisəsi baş verən zaman iddiaçıya məxsus nəqliyyat vasitəsi icbari sığorta növündə sığortalı olub. “İcbari sığort alar haqqında” Azərbaycan Respublikası Qanunun 50.1-ci maddəsinə görə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası- mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 50.2.1.1-ci maddəsində göstərilir ki, minik avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələrinin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir. Apelyasiya instansiyası məhkəməsi, nəqliyyat vasitəsinə dəymiş zərərə görə iddiaçıya sığorta ödənişinin verilib-verilməməsini aydınlaşdırmadan və bundan asılı olaraq iddianın əsaslığına hüquqi qiymət vermədən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Bu baxımdan kasasiya instansiyası məhkəməsi, cavabdehlərin kasasiya şikayətini qismən əsaslı sayıb hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyə olunub. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kasasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş həqiqi hallarını və sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kasasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən apelyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kasasiya şikayəti qismən təmin edilsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 iyun 2020-ci il tarixli, 2(105)-1254/2020 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2672/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2672/2021
25.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver