Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2674/2019 11.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Cəfərli Aminə Əliəsgər qızının katibliyi, kassator Cavabdeh, vəkili X2 iştirakı lə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 noyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakim N.Ə.Misirzadə, iş 2(011)-5347/2018) İddiaçı Cavabdeh qarşı iddiası qismən təmin edilmiş, cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 76 kv.m olan mənzil ilə iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi 5 ünvanında yerləşən ümumi sahəsi 8,7 kv.m olan qeyri-yaşayış sahəsinin ortaq divarında cavabdeh tərəfindən inşa edilən pəncərənin Cavabdeh öz hesabına sökülməsi, sökülmüş divarın tikilib təmir edilərək əvvəlki vəziyyətinə qaytarılması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər E.C.Kazımov, T.S.Səmədov, İ.S.Şirinov iş 2(103)-11646/2018) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Xətai Rayon Məhkəməsinin 10 avqust 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdir ilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi 5 ünvanında yerləşən ümumi sahəsi 8,7 kv.m olan qeyri-yaşayış sahəsi 05 aprel 2014-cü il tarixdə İddiaçı adına, eyni ünvanda yerləşən ümumi sahəsi 76 kv.m olan mənzil isə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 18 may 2018-ci il tarixdə Mərdiyev X1 Əsmər Rza qızının onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinin divarını dağıtmaqla qanunsuz olaraq pəncərə quraşdırdığına istinad edərək həmin pəncərənin sökülməsi, divarın əvvəlki vəziyyətinə qaytarılması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə ha zırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, onun mülkiyyət hüquqlarının pozulması, yaşayış sahəsindən gündəlik normal istifadə olunmasına şərait yaradılması məqsədi nəzərə alınmamışdır. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Aşağıdakılar a əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilməsi hissəsindələğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, işin həqiqi halları ilə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin mülkiyyətində olan qeyri -yaşayış sahəsi ilə iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin ortaq divarında pəncərə nəzərdə tutulmamış, cavabdeh ortaq divardakı pəncərəni özbaşına açmışdır. Ortaq divarlarda pəncərə boşluqlarının açılması da normativ sənədlər və hər iki qonşunun tələbatına cavab verməlidir. Bu baxımdan mübahisə qiymətləndirildikdə qeyri-yaşayış sahəsinin fasad divarında pəncərənin quraşdırılması nəticəsində iddiaçının hüququ cavabdeh tərəfindən pozulmuşdur, çünki fasad divaında pəncərənin quraşdırıldığı yer cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin havalandırılması üçün nəzərdə tutulmamışdır. Odur ki, iddiaçı qanunsuz inşa etdiyi pəncərənin cavabdehin öz hesabına sökülməsi və sökdüyü divarın tikilib təmir edilərək əvvəlki vəziyyətinə qaytarılmasını tələb etməkdə haqlıdır. Həmin q ətnaməni dəyişdirilmədən saxlayan apellyasiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə istinad edərək qətnaməsini onunla əsaslandırmışdlr ki, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə iddiaçının iddiasını əsaslandırdığı faktiki hala, yəni hazırki iş üzrə iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsi ilə cavabdehin mülkiyyətində olan, əvvəllər qeyri-yaşayış sahəsi, hazırda isə yaşayış sahəsinə çevrilmiş mənzilin ortaq divarında pəncərə nəzərdə tutulmadığı, cavabdehin ortaq divardakı pəncərəni özbaşına açdığı, texniki pasportda da, iki qonşu sahəsinin ortaq divarında pəncərənin mövcud olmadığı və bu faktın ekspert rəyi ilə təsdiq edilməsi məsələsinə faktiki olaraq hüquqi qiymət verilmişdir. Məhkəmə aktları ilə müəyyən edilən hallar isə preyudusia l əhəmiyyət kəsb etdiyindən sözügedən halın əlavə araşdırılmasına ümumiyyətlə zərurət yoxdur. Apellyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı deyildir. İşin mübahisələndirilməyən hallarından görünür ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin, cavabdeh isə həmin qeyri-yaşayış sahəsinin qonşuluğunda yerləşən yaşayış sahəsinin mülkiyyətçisidir. Hazırki mübahisə iddiaçıya məxsus qeyri-yaşayış sahəsi ilə cavabdehə məxsus mənzilin ortaq divarında cavabdeh tərəfindən açılmış pəncərə ilə bağlıdır. 2013-cü ildə Cavabdeh hazırki İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin faktiki sahibi kimi Yalçın Mərdiyevə qarşı “qanunsuz quraşdırılmış pəncərənin sökülməsi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iş üzrə qanuni qüvvəyə minmiş 27 fevral 2014-cü il tarixli məhkəmə qətnaməsi ilə Cavabdeh iddiası rədd edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, əvvəla, qeyri-yaşayış sahəsinin Yalçın Mərdiyevə aid olduğunu təsdiq edən hər hansı bir sənəd mövcud olmadığından, o, iddiaya cavab verməli olan şəxs də hesab edilə bilməz. Bununla bərabər Cavabdeh qeyri-yaşayış sahəsindən yaşayış sahəsi kimi istifadə edir, qeyri-yaşayış sahəsindən yaşayış sahəsi kimi istifadə edilməsi oranın təyinatına uyğun olmadığından qeyri-yaşayış sahəsinin havalandırma tələbləri yaşayış sahəsindən fərqlidir. Həmin qətnamədə həmçinin göstərilmişdir ki, qeyri-yaşayış sahələrinin ortaq divarında Cavabdeh özü tərəfindən özbaşına pəncərə açılmışdır. Cavabdeh həmin p əncərənin açılmasına səlahiyyətli orqanlar tərəfindən icazə verilməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Apellyasiya məhkəməsi həmin qətnamənin hazırki mübahisə üzrə presyudisial əhəmiyyət daşıdığına istinad edərək əlavə araşdırmanın aparılmasına ümumiyyətlə zərurət olmadığı barədə nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin sübut etməkdən azad olmaq üçün əsasları müəyyən edən 82-ci maddəsinin tələblərinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Mə hkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Göründ üyü kimi qanunverici qətnamənin preyuduisal əhəmiyyət daşımasını həmin qətnamədə müəyyən edilmiş halın başqa işdə eyni tərəflərin mübahisələndirməsi ilə şərtləndirmişdir. Müəyyən edilmiş halların dairəsi də məhz tələbin və ya etirazın əsası kimi istinad edilən hallarla məhdudlaşdırılmışdır. Apellyasiya məhkəməsinin istinad etdiyi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin məzmunundan görünür ki, həmin işdə Cavabdeh deyil, məhz Yalçın Mərdiyevin qanunsuz quraşdırdığı pəncərənin sökülməsi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi mübahisələndirilmişdir. Bu halda apellyasiya məhkəməsi həmin qətnaməyə istinad edərək iş üzrə əlavə araşdırma aparmamaqla prosessual hüquq normalarını pozmuşdur. Bununla bərabər, həmin qətnamə qüvvəyə mindikdən sonra 2 saylı Bakı İnzibatiİqtisad Məhkəməsinin 29 i yul 2015-ci il tarixli qərarı əsasında Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 76 kv.m olan qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə müraciətinin məhkəmənin mövqeyi nəzərə alınmaqla yenidən baxılması öhdəliyi Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 76 kv.m olan mənzil 02 mart 2017-ci il tarixdə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Beləliklə, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə zidd olmaqla qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməsi hissəsi ndə ləğv edilməklə, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 noyabr 2018-ci il tarixli qətnaməsi iddianın təmin edilməsi hissəsində ləğv edilsin, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2674/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2674/2019
11.04.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver