Məhkəmə qərarları › İş №2(102)-2674/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2674/2021

04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2674/2021 04.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit mübahisəsi üzər borc tələbi) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması və.s. tələblər üzrə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-3250/2019 nömrəli, 18 dekabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üz rə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 139712-CNS-14342 saylı, 10.12.2014-cü il tarixli “Avtomobil krediti müqaviləsi”nə əsasən cavabdehə avtomobil satın alınması üçün 60 ay müddətinə 17 faiz hesablanmaqla 20727.00 ABŞ dolları məbləğində kredit vermişdir. «Kredit Müqaviləsi»ndən irəli gələn öhdəliyin təmini üsulu kimi cavabdeh ilə bank arasında 139712-16-17188 saylı, 10.12.2014-cü il tarixli “İpoteka Müqaviləsi” bağlanmış və cavabdehə məxsus “Chervrolet Captiva minik” markalı, ** HV *** dövlət qeydiyyat nişanlı avtomobil banka ipotekaya qoyulmuşdur. Həmçinin «Kredit Miiqaviləsi»ndən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh2 ilə bank arasında 139713-7-8356 saylı, 10.12.2014-cü il tarixli “Zaminlik Müqaviləsi” bağlanmışdır. Borcalan müqavilə öhdliklərini vaxtında icxra etmədiyi üçün iddiaçı hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı “xxxx” ASC-nin nümayəndəsi T.A.İbrahimova iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 13 fevral 2017-ci il tarixə Banka borclu olduğu 18113,44 ABŞ dolları məbləğində əsas borc, 2053,81 ABŞ dolları məbləğində faiz borcu və 100,40 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 20267,65 ABŞ dolları məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb “xxxx” ASC-yə ödənilməsi və tələbin Cavabdeh1 mülkiyyət hüququ əsasında məxsus olub, ipoteka predmeti olan Chevrolet Captiva m inik markalı, ** HV *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və avtomobilin açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun “xxxx“ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi belə əsaslandırılmışdır: cavabdeh kredit vəsaitindən istifadə etsə də “Kredit Müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə borc yaranmışdır. Belə ki, cavabdeh “Kredit Müqaviləsi” üzrə öhdəliklərini 11.12.2015-ci il tarixdən icra etmir. İddiaçı tərəfindən cavabdehlərə pretenziya məktubları və bildiriş göndərilmiş, lakin cavabdeh öhdəliklərini tam icra etməmişlər. Belə ki, 13.02.2017-ci il tarixə cavabdehin Banka 20267.65 (iyirmi min iki yüz altmı ş yeddi dollar 65 sent) ABŞ dolları məbləğində kredit borcu vardır. Buna görə də İddiaçı1 ASC məhkəməyə müraciət etməli olmuşdur.

4. Abşeron Rayon Məhkəməsinin 02 iyun 2017-ci il tarixli, 2(012)-2435/2017 saylı qətnaməsi ilə (hakim Ş.H.Nəcəfova) iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 18113.44 ABŞ dolları məbləğində əsas borc, 2053.81 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 20167.25 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumunun əv əzi tutularaq iddiaçı xxxx ASC-yə ödənilməsi, ödəmənin ipoteka predmeti olan Cavabdeh1 məxsus Chevrolet Captiva minik markalı, tünd albalı metal rəngli, mühərrik LE**********, Ban L1CD26U9EB011916, 2014-ci il buraxılışlı, ** HV *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması, avtomobilin satışından əldə olunmuş pul vəsaiti hesabına xxxx ASC-yə ödənilməli olan borc və dövlət rüsumunun əvəzinin ödənilməsi və pul vəsaitinin qalan hissəsinin Cavabdeh1 qaytarılması qət edilmişdir.

5. Məhkəmə iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəllənin 319.1, 385, 386, 425.1, 439.1, 442, 445, 449, 462.1, 467, 470.1, 472, 739, 739.2-ci maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat

6. Sumqayıt Apelyasiya Məhkə məsi Mülki Kollegiyasının 2(105)-3250/2019 nömrəli, 18 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər- T.Quliyev (sərlik edən və məruzəçi), G.Tağızadə və E.Rəhimov ) Cavabdeh1 verdiyi apelyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 02 iyun 2017-ci il tarixli, 2(012)-2435/2017 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş və iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 18113.44 ABŞ dolları məbləğində əsas borc, 2053.81 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 20167.25 (iyirmi min yüz altmış yeddi min iyirmi beş sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul vəsaiti və 30 manat dövlət rüs umunun əvəzi tutularaq iddiaçı xxxx ASC-yə ödənilməsi, ödəmənin ipoteka predmeti olan Cavabdeh1 məxsus “Chevrolet Captiva” minik markalı, tünd albalı metal rəngli, mühərrik LE**********, Ban L1CD26U9EB011916, 2014-ci il buraxılışlı, ** HV *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, Avtomobilin ilkin satış qiymətinin 25.000 (iyirmi beş min) manat məbləğində müəyyən edilməsi və həmin avtomobilin açıq hərracdan satılması, avtomobilin satışından əldə olunmuş pul vəsaiti hesabına “xxxx” ASC-yə ödənilməli olan borc və dövlət rüsumunun ödənilməsi, pul vəsaitinin qalan hissəsinin Cavabdeh1 qaytarılması qət edilmişdir.

7. Apelyasiya instansiyası məhkəməsi qətnaməni ləğv edərkən ““Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu m addəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarına; «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 may 2015-ci il tarixli qərarına; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 10-cu bəndinə; Mülki Məcəllənin 295, 296.1, 317.1, 319.1, 385.1, 425.1, 442, 445.1, 445.2, 462.1, 467, 472.1, 472.2, 739, 740-cı maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

8. Cavabdeh1 kasasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

9. Kassasiya şikayəti belə əsaslandırılmışdır: apellyasiya baxışı zamanı ipoteka predmeti olan avtombilin real bazar qiyməti düzgün qiymətləndirilməmişdir. Belə ki, ipoteka müqaviləsi bağlanan zaman avtomaşının dəyəri 41455 ABŞ dolları müəyyən edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hü quq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

12. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

13. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

14. Maddə 385.1. Öhdəliyə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nə zərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. Maddə

442. Öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

17. Maddə 448.1. Əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

18. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun:

19. Maddə

33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

20. Maddə 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır.

21. Maddə 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etmə lidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyas ı məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Borclu qətnaməni ipotekanın ilkin satış qiyməti hissəsində mübahisələndirir. Azərbaycan Respublikası Ədliyyə Nairliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 noyabr 2019-cu il tarixli, 26240 saylı rəyi ilə avtomobilin orta bazar qiyməti təxminən 25.000 manat məbləğində müəyyən edilmişdir.

27. Cavabdeh həmin qiymətlə razılaşmır və avtomobilin ilkin satış qiymətinin ipoteka müqaviləsi bağlanılan zaman müəyyən edilmiş 41455 ABŞ dolları kimi nəzərə alınmalı olduğunu qeyd edir.

28. Kassatorun dəlilləri keçərli deyil. Əvvəla, nəzərə alınmalıdır ki, əmlakın ilkin satış qiməti kimi onun hazırkı bazar qiyməti əsas götürülmüşdür. Hansıki ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qi yməti deyəndə likvid qiymət nəzərdə tutulur. Belə qiymətləndirmə aparılsaydı, bu vəziyyət iddiaçının mənafeyinə uyğun olardı. Nəzərə alınsa ki, likvid qiyməti əmlakın bazar qiymətindən təqribən 10-20% daha aşağı qiymət deməkdir, onda təyin edilən ilkin satış qiyməti hər bir halda cavabdehin mənafeyinə uyğundur.

29. Bundan başqa, avtomaşının ilkin satış qiymətinin daha artıq olması ilə bağlı cavabdehin dəlili əsaslı deyil. Çünki tərəflər arasında ipoteka müqaviləsi 10.12.2014-cü il tarixdə bağlanmışdır və həmin vaxt avtomaşının dəyəri ABŞ dolları ilə müəyyən edilmişdir. Müqavilə bağlanan dövrdə 01 ABŞ dollarının Azərbaycan manatına nisbətdə məzənnəsi 0,78 qəpik təşkil edir. Bundan başqa, müqavilə bağalanan dövrdə avtomaşın təzə vəziyyətdə olmuşdur. Hazırda avtomaşın yeddi ildir ki, istifadə olunur. Ona görə ipoteka müqaviləsindəki qiymətin ilkin satış qiyməti kimi götürülməsi barədə dəlil açıq-aşkar əsassızdır.

30. Cavabdeh avtomaşının hazırkı dəyərinin ekspert rəyində nəzərə tutulan məbləğdən daha artıq olmasına dair mötəbər sübut təqdim edə bilməmişdir.

31. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.

32. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3250/2019 nömrəli, 18 dekabr 2019-cu il tarixli qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətid

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar