Məhkəmə qərarları › İş №2(102)-2674/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2674/2023

05.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2674/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 (hüquqi varisi X6), Cavabdeh3 və Cavabdeh2 qarşı (üçüncü şəxs "xxxx" Azərbaycan Açıq Səhmdar Cəmiyyəti cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər: ipoteka hessbına ödənilmiş borcun qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), X9 və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-138/2023 nömrəli, 21 fevral 2 023-cü il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh3 kassasiya şikayətlərinə 05 iyul 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-495/2014 saylı 28 noyabr 2014-cü il tarixli qətnaməsinə əsasən cavabdehlər Cavabdeh3,İddiaçı, X10 və Cavabdeh2 müştərək qaydada 427816 ABŞ dolları əsas, 6273,82 ABŞ dolları faiz və 30,50 ABŞ dolları cərimə, cəmi 434120,32 ABŞ dolları məbləğində pulun ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və ödənilmiş 30 manat dövlət rüsumunun, həmçinin ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 64 manat məbləğində dövlət rüsumu və xidmət haqqının tutularaq "xxxx" (Azə rbaycan) ASC-yə ödənilməsi, tutmanın X4 tam mülkiyyət hüququ ilə məxsus olan və dəyəri 203700 ABŞ dolları məbləğində qiymətləndirilən Gəncə şəhəri, Nizami rayonu, Əbdülkərim Mehmandarov küçəsində 0,05084 ha torpaq sahəsində yerləşən 75D nömrəli binanın 4-cü girişinin 1-ci və 2-ci mərtəbəsində 409,8 kv.m ümumi, 399,3 kv.m əsas, 10,5 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi və İddiaçı xüsusi mülkiyyət hüququ ilə məxsus olan dəyəri 764000 ABŞ dolları məbləğində qiymətləndirilən Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 265 ünvanda yerləşən 408,1 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərraca çıxarılması, satışından əldə olunmuş pul vəsaitinin borcun və dövlət rüsumunun ödənilməsinə yönəldilməsi, borc və dövlət rüsumu kimi ödənilmiş pu l ödənildikdən sonra artıq qalan məbləğin Cavabdeh3 qaytarılması qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 06 yanvar 2016-cı il tarixli qətnaməsi ilə sözügedən qətnamə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qərarı ilə isə Gəncə Apellyasiya Məhkəməsinin 06 yanvar 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

2. Sözühedən qətnamənin məzmununda qeyd edilmişdir: "xxxx" (Azərbaycan) ASC ilə cavabdeh İddiaçı arasında bağlanmış 21 sentyabr 2012-ci il tarixli, 107589-7-2605 nömrəli zaminlik müqaviləsindən görünür ki, İddiaçı kredit götürən Cavabdeh3 bank qarşısında götürdüyü pul öhdəliyini icra və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tam icra edilməsini öhdəsinə götürmüşdür.

3. Qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmiş, Hərracın yekunları barədə xx.xx.2018-ci il tarixli protokola əsasən İddiaçı məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Atatürk pr, 265 ünvanda yerləşən qeyri-yaşayış sahəsi satış qiyməti 1299029,20 manat məbləğində, təkrar satış qiyməti isə 1104174,82 manat, 25 faiz aşağı olan qiyməti isə 828131,11 manat məbləğində müəyyən edilərək "xxxx" MMC tərəfindən hərraca çıxarılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra “iddiaçı”) məhkəməyə müraciət edərək, maddi zayan olaraq ******* (bir milyon üç yüz min) manat, mənəvi ziyan olaraq 100000 (yüz min) manat pulun və dövlət rüsumu kimi ödəbnilmiş 30 manatın cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilm əsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər iddiaçıya müraciət edərək, onlara biznes üçün, o cümlədən Şəmkir rayonu, Qaralar kəndində yerləşən 4,7 ha torpaq sahəsində parnik quraşdırmaq üçün pul lazım olduğunu, bankdan kredit götürmək üçün razılaşdıqlarını, lakin, bunun üçün zamin və girov qoymaq lazım olduğunu bildirmiş, ərindən və iddiaçıdan kömək istəmişlər. Həmin vaxt iddiaçının həyat yoldaşı X1 olmudur. Onlarla ailəvi dostluq edən cavabdehlər iddiaçının əri Sadıq Talıbovu razı salmışlar ki, mülkiyyətdə olan Gəncə şəhəri, Nizami rayonu, Mehmandarov küçəsi, 75D-də yerləşən qeyri-yaşayış sahəsini və Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 265-də yerləşən 408,1 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsini banka girov qoyaraq pul götürsünlər.

6. Beləliklə, cavabdehlər 21 sentyabr 2012-ci il tarixli 107536-1-3807/1 müqavilə əsasında Bank VTB-dən 635000 ABŞ dolları məbləğində kredit götürmüşlər. Bank tərəfindən verilmiş kreditin təminatı kimi xüsusi mülkiyyət hüququ ilə X4 məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Mehmandarov küçəsi, 75D-də yerləşən, həmçinin iddiaçıya məxsus Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 265-də yerləşən qeyri-yaşayış sahəsi ipotekaya qoyulmuşdur. Həmin əmlaklar xx.xx.2012-ci il və xx.xx.2012-ci ildə bağlanmış ipoteka müqavilələri əsasında bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Bu zaman X2 adına olan Gəncə şəhəri, Nizami rayonu, Mehmandarov küçəsi, 75D-də yerləşən qeyri-yaşayış sahəsi 203700 ABŞ dollan məbləğində, iddiaçının adına olan Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 265-də yerləşən 408,1 m2 ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsi isə 764000 ABŞ dolları məbləğində qiymətləndirilmişdir.

7. Cavabdeh3 tərəfindən kreditin ödənilməsi dayandırıldıqdan sonra, Bank məhkəməyə müraciət etmiş, yaranmış borcun cavabdehlərdən tutulması və həmin məbləğin yüklü edilmiş əmlaklara yönəldilməsini xahiş etmişdir. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsində keçirilmiş məhkəmə prosesinin gedişindən iddiaçının və onun əri X7 xəbərsiz olmuşlar. Belə ki, onların hər ikisi yaşlı və bir çox xəstəlikləri olan insanlardır. Sadıq Talıbov, ümumiyyətlə, sərbəst hərəkət qabiliyyətini itirib. Hər ikisi uzun müddət həkim nəzarətində müalicə olunmuşlar. Daha sonra, Sadıq Talıbov vəfat etmişdir.

8. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsi 28 noyabr 2014-cü il tarixli qətnaməsi ilə iddianı tam təmin etmişdir. Cavabdehlər, əmlakın satılıb borcun bağlanması yolunu seçiblər. Yuxarı instansiya məhkəməsinə şikayət verməyiblər ki, hərrac tez baş tutsun.

9. Bir il sonra iddaçı tərəfindən verilmiş şikayətlərin isə, heç bir əhəmiyyəti olmayıb. Ali Məhkəmənin 13 aprel 2017-ci il tarixli qərarı ilə, birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə qalmışdır.

10. Bundan sonra Gəncə şəhər Kəpəz rayon İcra şöbəsinin sifarişi əsasında iddiaçıya məxsus olmuş Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 265 ünvanda yerləşən qeyri-yaşayış sahəsi ilkin və təkrar hərraca çıxarılmış, həmin hərraclarda satış baş tutmadığından ilkin qiyməti 1299029,20 manatdan təqribən 36% ucuzuna, yəni 828131,11 manata tələbkar "xxxx"-yə satılmışdır.

11. Əmlak hərrac satışı yolu ilə əlin dən çıxdıqdan sonra, iddiaçının ağır maddi vəziyyətə düşdüyünü görən cavabdehlər Şəmkir rayonu, Qaralar kəndində yerləşən 4,7 ha torpaq sahəsində kredit hesabına qurulmuş parniki iddiaçının mülkiyyətinə vermişlər. Bir müddət sonra isə, iddiaçını aldadaraq həmin torpaq sahəsini digər Cavabdeh2 adına keçiriblər ki, iddiaçıya dəymiş ziyanı guya o, ödəyəcək.

12. Həmin vaxtdan bir il keçsə də, iddaçıya heç bir maliyyə vəsaiti ödənilməmişdir.

13. İddiaçı hesab edir ki, cavabdehlər Bank VTB-dən götürülmüş krediti birgə əldə edərək öz maraqları üçün sərf etmiş, bir hissəsinə də istixana quraşdırmışlar. Sonra krediti ödəməyərək iddiaçının əmlakdan məhrum olmasına səbəb olmuşlar. Nəticədə iddiaçıya ******* (bir milyon üç yüz min) manat maddi, 100000 (yüz min) manat mənəvi ziyan dəymişdir.

14. İddiaç ı iddianı əsaslandırarkən Mülki Məcəllənin 475.1-ci maddəsinə istinad etmişdir.

15. Birinci instansiya məhkəməsində Cavabdeh2 nümayəndəsi və vəkili iddiaya etiraz edərk göstərib ki, iddiaçı özü də təminatçı (ipotekaqoyan) olub. Belə olan halda bir təminatçının digər təminatçıdan pul tələb etməyi hüquqi cəhətdən doğru deyil.

16. Birinci instansiya məhkəməsində Cavabdeh1 nümayəndəsi və vəkili də iddia tələbinə etiraz edərək göstərib ki, krediti Cavabdeh3 götürüb, Cavabdeh3 biznesi inkişaf etdirəcəyi və yaxud batıracağı əvvəlcədən bilinə bilməzdi. Borc iddiaçının pulu hesabına deyil, əmlakı hesabına ödənilib. Əmlak qiymətləndiriləndən sonra açıq hərracdan satışa çıxarılıb və borc hesabına ödənilib.

17. Nərimanov Rayon Məhkəməsinin 2(005)-204/2021 saylı, 08 aprel 2021-ci il tarixli qətnaməsi i lə iddia rədd edilmişdir. (hakim Kəmalə Əmirxanova)

18. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı maddi ziyanın ödənilməsi ilə bağlı Mülki Məcəllənin 475.1-ci maddəsinə istinad etmiş, hansı ki, həmin normada öhdəliyi icra etmiş zaminin ona dəymiş ziyanın tələb etmək hüququ nəzərdə tutulmuşdur.

19. Qeyd edilənləri nəzərə alaraq və mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verməklə birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçının cavabdehlərə qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiasının təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir.

20. Birinci instansiya məhkəməsi mənəvi zərərə aid iddia tələbi ilə bağlı “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfind ən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına istinad edərək qeyd etmişdir ki, cavabdehlərin hər hansı hərəkəti nəticəsində iddiaçıya mənəvi zərərin yetirilməsi sübut olunmur. Buna görə də iddia tələbi mənəvi zərərin tutulması hissəsində də təmin olunmamalıdır.

21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 475.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

22. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qə tnaməsinin ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır.

24. Cavabdeh X8 vəfat etdiyi üçün X6 onun prosessual hüquq varisi kimi işə cəlb edilmişdir.

25. Cavabdeh X5 prosessual hüquq varisi üçün X3 nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək göstərib ki, təmsil etdiyi şəxs zamin olaraq faydalanan şəxs olmayıb.

26. Apellyasiya instansiyası məhkəməsində iştirak edən üçüncü şəxsin nümayəndəsi V.Qaracayev Cavabdeh3 banka borcunun qalmadığını və məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.

27. Cavabdeh1 xx.xx.2022-ci il tarixdə ölmüşdür və onun vərəsəsi X6 həmin cavabdehi hüquqi varisi kimi əvəz etmişdir.

28. Apellyasiya instansiyası məhkəməsin in sorğusuna Gəncə şəhəri üzrə İcra İdarəsinin 20 fevral 2023-cü il tarixli, 8887/16 saylı cavab məktubuna əsasən icra sənədi xx.xx.2016-cı il tarixində Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş, həmin tarixdə icraatın başlanması haqqında qərar qəbul edilərək icraata başlanılmışdır. "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli hərracın yekunları barədə protokoluna əsasən borclu İddiaçı məxsus Gəncə şəhəri, Nizami Rayonu, Atatürk prospekti 265 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 828.131.11 manat məbləğində Bank VTB ASC-nin nümayəndəsi tərəfindən əldə edilmişdir. Gəncə şəhəri, Nizami rayonu, Abdulkərim Mehmandarov küçəsində 75D-də yerləşən qeyri-yaşayış sahəsinin satılması barədə protokol daxil olmamışdır. "xxxx" Hərrac Mərkəzi tərəfindən Gəncə şəhəri üzrə İcra İdarəsinin depozi t hesabına ödənilmiş, qalıq 5000 manat pul vəsaiti borclu Cavabdeh3 qaytarılmışdır.

29. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman, iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehdən iddiaçının xeyrinə 828.131.11 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, qalan hissədə, yəni 471.868.89 manat pul vəsaiti (1300000- 828.131.11=471.868.89) və 100000 manat mənəvi zərər hissəsində iddiadan imtina etmişdir.

30. Bakı Apellyasiya Məhkəməsinin 2(103)138/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının iddia tələbindən qismən imtinası qəbul edilmiş və 471.868.89 manat pul vəsaiti və 100000 manat mənəvi zərər hissəsində iş üzrə icraata xitam verilmişdir.

31. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-138/2023 saylı, 21 fevral 2023-cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilmiş, Cavabdeh3 828.131.11 (səkkiz yüz iyirmi səkkiz min bir yüz otuz bir manat on bir qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. (hakimlər Anar Tanrıverdiyev, (sədrlik edən və məruzəçi), İkram Şirinov və Elşən Kazımov)

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq göstərib ki, iddiaçı iddia ərizəsində mövqeyini özünə məxsus əmlakın bank qarşısında yüklü edildiyindən və banka olan borcun həmin əmlakın satılaraq ödənildiyindən cavabdehdən həmin m əbləğin tutularaq iddiaçıya ödənilməlidir olması ilə əsaslandırmışdır. İş materiallarından da görünür ki, iddiaçı tərəfindən bank qarşısında yüklü edilmiş əmlakın ipotekaya yönəldilməsi yolu ilə Bank qarşısında olan öhdəlik icra edilmişdir. Lakin iddiaçının istinad etdiyi sübutun araşdırılmasından ötrü birinci instansiya məhkəməsi tərəfindən öhdəliyin icra edilib-edilməməsi, həmçinin borcun ipoteka predmetinə yönəldilib-yönəldilməməsi məsələlərinin müəyyən edilməsi üçün müvafiq sorğular verilməmiş, araşdırmalar aparılmamışdır.

33. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman borcun ipoteka predmetinə yönəldilməsi ilə bağlı Gəncə şəhər Məhkəməsindən 2(043)-495/2014 saylı mülki iş materialı sorğu edilmiş, eləcə də Gəncə şəhəri üzrə İcra İdarəsinə sorğu verilərək, 434120.32 ABŞ dol ları məbləğində borcun hansı əmlaka tutmanın yönəldilməsi nəticəsində icra edilməsi məsələsi araşdırılmışdır.

34. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlib ki, Cavabdeh3 banka olan borcunun icrası üçün ipoteka ilə yüklü edilmiş yalnız İddiaçı məxsus əmlak satılaraq borc ödənilmiş, X4 məxsus əmlak isə satılmamışdır. Borc məbləği İddiaçı məxsus olan və ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, Nizami Rayonu, Atatürk prospekti 265 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə tutmanın yönəldilməsi hesabına ödənildiyindən, Mülki Məcəllənin 509.1-ci maddəsinin tələblərinə əsasən iddia tələbi iddiaçıya məxsus əmlakın dəyərinin cavabdehdən tutulması hissəsində əsaslıdır. İddiaçıya məxsus əmlak 828.131.11 manata satılmışdır. Belə olan halda, həmin məbləğ borclu (cavabdeh) Cavabdeh3 tutularaq iddiaçıya ödənilməlidir.

35. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə digər cavabdehlər borclu deyil, zamin olduqlarından iddia tələbi borcun Cavabdeh1 hüquqi varisi və Cavabdeh2 tutulması hissəsində təmin edilə bilməz.

36. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 386.1, 390.1, 442, 445, 448.1, 465.2, 739.1, 739.2, 509.1, 509.2, 509.3-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

37. İddiaçı kassasiya şiakyəti verərək, qətnamənin qismən – iddianın təmin edilməyən hissəsində ləğv, iddianın həmin hissədə də təmin edilməsini xahiş etmişdir.

38. İddiaçın kassasiya şikayətini belə əsaslandırıb: - Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 28 noyabr 2014-cü il tarixli qətnaməsi 2 his sədən ibarət olub, 1-ci hissə borcun Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması, 2-ci hissə isə tələbin ipoteka predmetinə yönəldilməsi. İcra məmuru tələbin könüllü icra edilməsi üçün 10 günlük müddət vermiş, bu müddət ərzində borclular qətnamə ilə üzərlərinə düşən vəzifələri qəsdən yerinə yetirmədikləri üçün qətnamənin 2-ci hissəsini icrasına başlanmış və əmlak satılmışdır. Yəni borclular qətnamənin 1-ci hissəsi üzrə vəzifələrini icra etsəydilər, məcburi icra tədbirlərinə başlanmayacaqdı; - Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 28 noyabr 2014-cü il tarixli qətnaməsi çıxana kimi Cavabdeh1 və Cavabdeh2 zamin idilər, qətnamə çıxandan sonra onların statusu dəyişmiş və onlar borclu olmuşlar. Artıq onların üzərinə qətnaməni icra etmək vəzifəsi düşmüşdür. Onlar isə bu vəzifən i yerinə yetirməmişlər; - apellyasiya instansiya məhkəməsi işin bu məqamını diqqətlə araşdırmamış və həmin şəxslərə yalnız zamin kimi yanaşmışdır. Qeyd edilən qətnamə həm Cavabdeh3, həm Cavabdeh1, həm də Cavabdeh2 öhdəlik yaratmışdır; - iddiaçının əmlakının dəfələrlə ucuz qiymətə hərracda satılmasının səbəbi həmin şəxslərin qətnaməni icra etməmələri olmuşdur.

39. Cavabdeh3 da (Vəkil3) kassasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

40. Cavabdeh kassasiya şikayətini belə əsaslandırıb: - apellyasiya məhkəməsinin şikayət verilən qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə 828.131.11 (səkkiz yüz iyirmi səkkiz min bir yüz otuz bir manat 11 qəpik), yəni sonuncunun əmlakı hesabına ödənilmiş vəsaitin hamısının tutulması qə t edilmişdir. Başqa sözlə, apellyasiya məhkəməsi, “birgə öhdəlikdə” iddiaçının üzərinə düşən payın mövcud olmadığını qəbul etdiyini qətnamə ilə təsdiq etsə də (bütün məbləği cavabdehdən tutmaqla), ona bu məbləğin ödənilməli olmasının hüquqi əsası kimi Mülki Məcəllənin 509.2-ci maddəsini tətbiq etmişdir. Həmin maddə isə reqress tələbi irəli sürülməsini bütün öhdəlik məbləğinə deyil, “birgə borclunun” “öz payı çıxılmaqla” şərtləndirmişdir. Bu halda ən azından Mülki Məcəllənin 509.2-ci maddəsi tətbiq edilməklə, həmin məbləğin yarısına münasibətdə reqress tələb irəli sürülə bilərdi; - hazırkı iş üzrə iddiaçının özünün hərəkətləri nəticəsində onun iddia etdiyi məbləğ iki dəfə artmışdır. Qətnamə qəbul edilən vaxt Mərkəzi Bankın məzənnəsi ilə 1 ABŞ dolları 0.78 manat olmaqla tutmalı məbləğ 340 52 4 (üç yüz qırx min beş yüz iyirmi dörd) manat təşkil etmişdir. Heç bir təmin edilməsi perspektivi olmayan həmin iş üzrə iddiaçının verdiyi şikayətlər nəticəsində yekun qərar çıxarılması daha bir neçə il uzadılmış və nəticədə şikayət təmin olunmamış, lakin tutulmalı məbləğ məzənnə nəzərə alınmaqla 2.4 dəfə artmışdır. Göründüyü kimi, iddiaçı özünün heç bir perspektivi olmayan davranışı ilə hazırkı iş üzrə tələbin 2,4 dəfə, yəni, 487 607 manat artmasına şərait yaratmışdır; - hətta fərziyyə olaraq, iddia tələbinin əsaslı olması qəbul edilsə belə, bu halda Mülki Məcəllənin 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yara nmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; - nəhayət, qeyd etmək lazımdır ki, hazırkı iş üzrə iddiaçının tələbi, Mülki Məcəllənin əsassız varlanma fəslinin müddəaları ilə əsaslandırıla bilərdi. Belə ki, hazırkı iş üzrə cavabdehin banka olan borcu ipoteka predmeti hesabına ödənildiyindən nəticə etibarı ilə mübahisəyə cavabdehin bankdan götürdüyü kredit hesabına varlanması halı əsaslarından baxıla bilərdi. Lakin bu halda da iddia təmin oluna bilməzdi. Belə ki, mülki işin materiallarından da görünür ki, “İpoteka saxlayana İpoteka predmetinin əldə edilməsi üçün Hərracın Yekunları barədə 10/06 Protokol” 12 fevral 2018-ci il tarixdə tərtib edilmişdir. İddiaçının iddia ərizəsi isə Nərimanov rayon məhkəməsinə xx.xx.2020-ci il tarixdə daxil olmuşdur. Mülki Məcəllənin 109 5-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. - Mülki Məcəllənin 500 və 509.1-ci maddələri düzgün tətbiq edilməyib. məsi və MPM-in

41. Cavabdeh daha sonra kassasiya şikayətinə əlavə təqdim edərək bunları göstərmişdir: - apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətlərində göstərilənlərdən əlavə daha bir halı nəzərə almamışdır ki, iddiaçı özü də iddia ərizəsində etiraf etmişdir ki, əmlak hərrac satışı yolu ilə əldən çıxdıqdan sonra iddiaçının ağır maddi vəziyyətə düşdüyünü görən cavabdehlər Şəmkir rayonu, Qaralar kəndində yerləşən parniki iddiaçının mülkiyyətinə veriblər. Göründüyü kimi, iddiaçı alınmış kredit hesabına qurulmuş parnikin (istixananın) onun mülkiyyətində olmasını təsdiqləyir, lakin torpaq sahəsinin onun mülkiyyətinə verilmədiyini elə təqdim etməyə çalışır ki, guya parnik onun əlindən alınıb. Halbuki, parnik hələ xx.xx.2016-cı ildən iddiaçının mülkiyyətinə verilmiş, həmin istixanada kənd təsərrüfatı məhsulları yetişdirməklə gəlir əldə etmiş, lakin sonradan istixananın yerləşdiyi torpaq sahəsi üçün icarə haqqını ödəmədiyi səbəbindən torpağın mülkiyyətçisi Cavabdeh2 iddiası əsasında icarə müqaviləsinə xitam verilmişdir; - iddiaçı notarial qaydada verdiyi iltizamla istixananın onun mülkiyyətində olmasını təsdiq etmişdir. Bankdan alınmış kredit hesabına quraşdırılmış istixananın iddiaçının mülkiyyətində olması, həmçinin həmin istixanadan istifadə edərək g əlir götürməsini təsdiq edən qanuni qüvvəyə minmiş məhkəmə aktları mövcuddur; - istinad edilən məhkəmə qətnamələrindən və sənədlərdən də göründüyü kimi, Cavabdeh3 bankdan aldığı kredit hesabına quraşdırılmış istixana xx.xx.2016-cı ildən iddiaçının mülkiyyətinə verilmişdir, iddiaçı 6 ilə yaxın müddət ərzində həmin istixanadan istifadə edərək gəlir əldə etmişdir. İstixananın yerləşdiyi torpaq sahəsinin icarə müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə həmin müqaviləyə xitam verilmişdir ki, bununla bağlı Cavabdeh3 hər hansı məsuliyyət daşımır. İddiaçının ona təklif olunmuş icranı (kredit hesabına quraşdırılmış istixananın ona verilməsini) qəbul etməklə, eyni əsaslardan çıxış edərək hazırkı iş üzrə iddia qaldırmağa subyektiv hüququ olmamışdır. b).Kassasiya şikayətlərinə qarşı etir azın dəlilləri

42. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 509.1. Birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Maddə 509.2. Əgər borcluların məsuliyyətinin həcmini müəyyənləşdirmək mümkün deyildirsə, onlar bir-biri qarşısında eyni dərəcədə məsuliyyət daşıyırlar. Maddə 509.3. Kreditor qar şısında birgə öhdəliyi icra edən birgə borcluya kreditorun digər borclulara qarşı tələbi, habelə bu Məcəllənin 196-cı maddəsində nəzərdə tutulmuş qaydada kreditorun digər borclulara münasibətdə hüququ keçir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaların a və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq n ormalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

43. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Kassasiya şikayətində iddiaçı qətnaməni iddia tələbini təmin edilməyən hissəsində, cavabdeh isə tam mübahisələndiriblər. Buna görə də məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

45. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. İlk olaraq iddiaçının kassasiya şikayəti üzrə məhkəmə kollegiyası iddianın digər cavabdehlər Cavabdeh1 hüquqi varisi və Cavabdeh2 qarşı təmin edilməyən hissəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı saymır.

47. Qətnamədən görünür ki, apellyasiya instansiyası həmin hissədə iddianı rədd edərkən, cavabdehlər Cavabdeh1 hüquqi varisi və Cavabdeh2 borclu deyil, zamin olmalarına istinad etmi şdir.

48. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarına görə Cavabdeh1 və Cavabdeh2 borcalan Cavabdeh3 "xxxx" (Azərbaycan) ASC qarşısında kredit öhdəliyinə zamin durmuşlar. Məhkəmə qətnaməsi ilə əsas borclu Cavabdeh3la yanaşı, borc məbləği zaminlərdən də tutulmuşdur. Cavabdeh3 banka olan borcunun icrası üçün ipoteka ilə yüklü edilmiş iddiaçıya məxsus əmlak 828.131.11 manata satılaraq borc ödənilmişdir.

49. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianı əsas borclu Cavabdeh3 qarşı təmin etməkdə haqlı olsa da, digər iki cavabdehə qarşı yuxarıda göstərilən əsasla iddianı rədd etməkdə haqlı olmamış, həmçinin gəldiyi həmin nəticəni də kifayət qədər əsaslandırmamışdır.

50. Məhkəmə kollegiyası qeyd edilən məsələ ilə bağlı aşağıdakıları q eyd etməyi zəruri hesab edir.

51. Mülki Məcəllənin 311.2-ci maddəsinə görə əgər mülkiyyətçi şəxsi borclu deyildirsə, tələb ona mülkiyyətçinin kreditoru təmin etdiyi vaxt keçir.

52. İstinad edilən maddədə düzünə göstəriş olmasa da, normanın məzmunundan belə nəticə çıxır ki, kreditor olan bank təmin edilərsə, onun tələb hüququ mülkiyyətçiyə keçir. Nəzərə alınsa ki, kredit və zaminlik müqavilələri üzrə bankın tələb hüququ həm əsas borcluya, həm də zaminlərə münasibətdə mövcuddur, belə olan halda, tələbin mülkiyyətçiyə keçməsi dedikdə, bankın həm əsas borcluya, həm də zaminlərə tələb hüququnun da mülkiyyətçiyə keçməsi ehtiva olunmalıdır. Qeyd edilməlidir ki, zaminlik əsas öhdəliyin icrasının təmin edilməsini ehtiva edən institutdur və zamin əsas öhdəliyin icra edilməsinə məsuliyyət daşıyır. (MM, 460.1, 470.1, 472)

53. Mülki Məcəllənin 11.1-ci maddəsinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

54. Buna görə də “tələb hüququnun mülkiyyətçiyə keçməsi”nə aydınlıq gətirilməsi üçün Mülki Məcəllənin 11.1-ci maddəsinin tələbi baxımından analoji norma kimi həmin Məcəllənin 196-cı maddəsi nəzərdən keçirilə bilər. Həmin normaya görə əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. X üsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir.

55. Qanunun analogiyası kontekstində yanaşıldıqda, kreditoru təmin edən mülkiyyətçi kreditorun yerinə keçir. Bu isə o deməkdir ki, kreditorun bütün hüquqları, o cümlədən ona verilmiş zaminlik hüquqları da mülkiyyətçiyə keçir. Başqa sözlə, öhdəlik tam icra edilmədiyi halda, kreditorun istər əsas borcluya, istər zaminə qarşı, istərsə də girov və ipotekaya nə hüquqları var idisə, bu hüquqlar tam şəkildə öhdəliyi icra etmiş şəxsə keçir. Çünki öhdəliyi icra etmiş şəxs kreditora çevrilir, kreditorun yerini tutur. Belə olan halda kredito run bir qisim hüquqlarının öhdəliyi icra etmiş şəxsə keçməsi, bir qisim hüququnun keçməməsi hüquqi qeyri-müəyyənliyə gətirib çıxarır. Buna görə də Mülki Məcəllənin 311.2ci maddəsinə əsasən iddiaçının hazırki tələbi zaminlərə qarşı irəli sürmək hüququnun olması istisna edilmir.

56. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddianın zaminlərə qarşı rədd edilməsi barədə gəldiyi nəticəni əsaslı saymır.

57. Cavabdehin kassasiya şikayətinə gəldikdə, iddiaçının kassasiya şikayəti ilə bağlı yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməməlidir.

58. Məhkəmə kollegiyası cavabdehin Mülki Məcəllənin 509.2-ci maddəsinə əsasən ən azı birgə borclunun öz payının çıxılmalı olması barədə kassasiya şikayətini n dəlillərini əsaslı saymır. Çünki iddiaçının cavabdehin kredit müqaviləsi üzrə götürdüyü borcdan hər hansı məbləğdə pul alması və faydalanması müəyyən edilməyib.

59. Cavabdehin Mülki Məcəllənin 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratmasının nəzərə alınmalı olması barədə kassasiya şikayətinin dəlili də əsassızdır. Cavabdeh bu dəlilini iddiaçının əvvəlki kredit borcu ilə bağlı məhkəmə aktlarından şikayət verməsi, nəticədə keçən müddət ərzində manatın ABŞ dolarına nisbətdə ucuzlaşması ilə izah etsə də, bu dəlil qəbul edilə bilməz. Məhkəmə aktlarından şikayət vermə k iddiaçının hüququ olub. Hüquqdan vicdanla istifadə edilməsi Mülki Məcəllənin 21.3-cü maddəsində nəzərdə tutulan zərərin yaranması və ya artmasına əsas verən hal kimi qəbul edilə bilməz.

60. Cavabdehin kassasiya şikayətinə əlavədə göstərdiyi dəlillər isə işin faktiki halları ilə bağlı olan yeni dəlillərdir, bu dəlillər işə mahiyyəti üzrə baxan məhkəmələrin baxış predmeti olmayıb. Kassasiya instansiyası məhkəməsinə isə yeni dəlillər verilə bilməz. Bu baxımdan, həmin dəlillərə qiymət verilməsinə məhkəmə kollegiyası lüzum görmür.

61. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın digər cavabdehlərə qarşı təmin edilməyən hissəsində ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin qeyd edilən hissədə ləğv olunma əsası kimi yuxarıda şərh edilən hallarla bağlı qiymətləndirmə aparmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməli, Cavabdeh3 kassasiya şikayəti təmin edilməməli, qətnamə ona aid hissədə dəyişdirilmədən saxlanmalıdır.

62. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-138/2023 saylı, 21 fevral 2023-cü il tarixli qətnaməsi iddianı n digər cavabdehlərə qarşı təmin edilməyən hissəsində ləğv edilsin. İş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın. Cavabdeh3 kassasiya şikayəti təmin edilməsin, qətnamə ona aid hissədə dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar