Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2675/2022 24.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Əlibaba qızının Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülki hüquq pozuntusu nəticəsində dəymiş zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-243/2021 nömrəli iş üzrə 30 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 24 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıda kıları müəyyən etdi: İşin halları Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 iyun 2016-cı il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdehlər X1 və qeyrilərinə qarşı orderin ləğv edilməsi, mənzilin boşaldılması və mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilmiş, Bakı “Radioquraşdırma” İB-nin Həmkarlar İttifaqı Komitəsinin 09 noyabr 2004-cü il tarixli, 41 saylı qərarı “Bakı şəhəri, Xətai rayonu, Cavanşir 4 ünvanında yerləşən yataqxanada, 1-ci mərtəbə, 2 otaqlı, 36 kv.mertrlik, 4A saylı otağının X1 verilməsi” hissəsində etibarsız hesab edilməsi, Bakı“ Radioquraşdırma” İB tərəfindən Bakışəhəri, Xətai rayonu, Cavanşir 4 ünvanında yerləşən yataqxanada, 1-ci mərtəbə, 2 otaqlı, 36 kv.mertrlik, 4A nömrəli mənzilinə dair İddiaçı verilmiş 12 aprel 2005-ci il tarixli order etibarsız hesab edilməsi, Bakı şəhəri, Xətai rayonu, Cavanşir 4 ünvanında yerləşən yataqxanada, 1-ci mərtəbə, 2 otaqlı, 36 kv.mertrlik, 4A nömrəli mənzilin boşaldılaraq Cavabdeh verilməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nin 15 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə Xətai Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 08 noyabr 2017-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin MK-nın 15 sentyabr 2016-cı il tarixli dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzilin təmirinə sərf etdiyi 21000 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Bi rinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, əvvəllər ailə üzvləri ilə birlikdə Bakı şəhəri Xətai rayonu Cavanşir küçəsi, 4 ünvanında yerləşən yataqxananın 4A saylı mənzilində yaşamış, Cavabdeh iddiası əsasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 iyun 2016-cı il tarixli qətnaməsi ilə həmin mənzilə dair onun adına verilmiş order etibarsız hesab edilmiş və mənzilin boşaldılaraq Cavabdeh verilməsi qət edilmişdir. Həmin qətnamədən verdiyi apelyasiya və kasasiya şikayətləri təmin olunmamış, qətnamə dəyişdirilmədən saxlanılaraq qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. Beləliklə, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə həmin yaşayış sahəsi ondan alınaraq Cavabdeh verilmişdir. O, həmin mənzildə yaşadığı müddət ərzində mənzili tam təmi r etdirmişdir. Belə ki, tavanın bütün səthini sökərək suvatdırmış, suvaq işlərindən sonra divara üzlük çəkilərək hamar şəklə salınmış, sonra isə divarlara divar kağızı çəkilmişdir. Bütün mənzillərə yenidən işıq çəkilmiş, 2 otaqda tavana üzlük çəkilmişdir. Mənzilin 1 otağına yağlı boya çəkilmiş, 1 otaqda döşəmə dəyişdirilmiş, taxtadan döşəmə vurulmuşdur. Balkon kərpiclə hörülmüş, balkonun içəri hissəsinə suvaq və üzlük vurulmuşdur. Balkonda divara və tavana rəngli boya vurulmuş, mənzilin fasad hissəsinə iki ədəd pəncərə qoyulmuş, döşəmə hamarlanmış və rənglənmişdir. Balkona və mətbəxə metlax döşənmiş, balkonda ayaqyolu tikilmiş, kafel, metlax vurulmuş, unitaz, smestitel, 150 litrlik su çəni və suqızdırıcı qoyulmuşdur. Habelə 1 ədəd plastik qapı qoyulmuşdur. Görülən işlərə görə usta pulu ver ilmişdir. Onun təmir etdirdiyi ev əlindən alınaraq cavabdehə verilmişdir. Cavabdeh vaxtında ona məlumat versəydi mübahisəli evi almaz və təmir işləri aparmazdı. Məhz onun təqsiri üzündən ona maddi ziyan dəymişdir. O, mənzilin təmirinə 21000 manat pul sərf etmiş və hesab edir ki, bu məbləğ cavabdehdən alınaraq ona ödənilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 11 mart 2019-cu il tarixli 2(011)-2216/2019 nömrəli qərardadı ilə (hakim İlahə Abbasova) məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin № 9734, 10 sentyabr 2019-cu il tarixli ekspert rəyinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Cavanşir 4 ünvanında yerləşən 4A saylı mənzilində aparılmış təmir tikinti işlərinin dəyəri mülki iş materiallarına əlavə olunmuş smeta cədvəlinə əsasən 14586 manat məbləğində müəyyən edilir. Birinci instansiya məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli 2(011)-2216/2019 nömrəli qətnaməsi ilə (hakim İlahə Abbasova) iddia tələbi qismən təmin edilərək, Cavabdeh qızından 14586 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddia qismən təmin edildiyi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 69%, yəni 20 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddia qismən təmin edildiyindən 100 manat ekspertiza xərcinin 69%, yəni 69 manatın cavabdehdən, 31%, yəni 31 manatın iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, İddiaçı B akı şəhəri, Xətai rayonu, Cavanşir 4 ünvanında yerləşən yataqxanada, 1-ci mərtəbə, 2 otaqlı, 36 kv.metrlik, 4A saylı otağın verilməsi ilə bağlı 12 aprel 2005-ci il tarixli order Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3682/2016 saylı 03 iyun 2016-cı il tarixli qətnaməsi ilə etibarsız hesab edildiyindən və həmin mənzilin boşaldılaraq Cavabdeh verilməsi qət edildiyindən, iddiaçı Cəbrayılova (Bayramova) Mələk Əlibala qızı isə 2004-cü ildən 2016-cı ilədək həmin ünvanda ailəsi ilə birlikdə yaşadığından və həmin mənzilin yaxşılaşdırılması ilə bağlı mənzili təmir etdirdiyindən mülki qanunvericiliyin normalarına əsasən vicdanlı sahib hesab edilməli, iddiaçı tərəfindən həmin mənzildə aparılmış yaxşılaşdırmaları mənzildən ayırmaq mümkün olmadığından əldə edilmiş ekspert rəyinə uyğun olaraq iddia tələbi təmin edilməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 157.5, 157.7, 157.8-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələri və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin qismən təmin edildiyi hissəsində ləğv edilərək həm in hissədə də iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İsmayıl Xəlilov- sədrlik edən və məruzəçi, Xəyalə Cəmilova, İlham Kərimli) xx.xx.2020-ci il tarixli, 2(103)-1752/2020 saylı qərardadı ilə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 04 mart 2021-ci il tarixli 10/3091 nömrəli rəyinə əsasən, iş materialında iddiaçı tərəfindən görülən işlərə dair smeta sənədinə əsasən, mənzilin təmiri zamanı divarlar suvanmış, elektrik xətləri çəkilmiş, balkon kərpic vasitəsilə hörülmüş, divara divar kağızı vurulmuş, tavan b oya ilə rənglənmiş, döşəmə rənglənmiş, qapı və pəncərə blokları quraşdırılmış, sanitar qovşağında kafel-metlax döşənmiş və su xətləri çəkilmişdir. Bakı şəhəri Xətai rayonu Cavanşir küçəsi, 4 yataqxana 1-ci mərtəbə, 2 otaqlı, 4A saylı mənzildə görülmüş işlərin ümumi dəyəri hazırkı bazar qiymətinə uyğun olaraq təqribən 10800 manat məbləğində müəyyən olunur. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İlham Kərimli- sədrlik edən və məruzəçi, Akif İsgəndərov, Elşən Kazımov) xx.xx.2021-ci il tarixli, 2(103)-243/2021 saylı qərardadı ilə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 23 sentyabr 2021-ci il tarixli 10/2936 nömrəli rəyinə əsasən, Bakı şəhəri Xətai rayonu Cavanşir küçəsi, 4 yataqxana 1-ci mərtəbə, 2 otaqlı, 4A saylı mənzildə faktiki vəziyyətdə giriş qapısının dəmir materialdan, pəncərələrin taxta materialdan, sanitar qovşağının və digər otaqların qapısının taxta materialdan ibarət olduğu, yataq otağında divarların boyandığı, tavanın şpaklyovka ilə hamarlanaraq boyandığı, döşəmənin taxta materialla üzləndiyi və boyandığı, qonaq otağında divarlara divar kağızı çəkildiyi, tavanın şpaklyovka ilə hamarlanaraq boyandığı, döşəmənin taxta materialla üzlənərək boyandığı, sanitar qovşağında divarlara kafel, döşəməyə metlağ vurulduğu, plastik materialdan qapı quraşdırıldığı, tavana lambirin vurulduğu, sanitar qovşağında su və kanalizasiya xətləri çəkildiyi, bir ədəd unitaz və bir ədəd tülpan quraşdırıldığı, mənzilin eyvanında kənar divarl arın kərpiclə hörüldüyü və suvandığı, eyvanda iki ədəd taxta materialdan olan pəncərənin quraşdırıldığı, eyvanın taxta arakəsmə vasitəsi ilə iki hissəyə bölündüyü və taxta materialdan qapı quraşdırıldığı, eyvanda döşəmənin bir hissəsinə dikt vurularaq boyandığı, digər hissənin isə sement məhlulu ilə hamarlanaraq üzərinə linolium sərildiyi, eyvanın divarlarının bir hissəsinin suvanaraq boyandığı, bir hissəsinin (mətbəx kimi istifadə olunan) kafellə üzləndiyi, tavanın şpaklyovka ilə hamarlanaraq boyandığı müəyyən olunmuşdur. Mənzildə elektrik, su və kanalizasiya xətləri mövcuddur. İstismar nəticəsində mənzilin divarlarında, tavanında, döşəməsində, qapı və pəncərələrində müxtəlif qüsurlar yarandığından faktiki vəziyyətdə mövcud olan qüsurların aradan qaldırılması üçün mənzildə cari təmir iş ləri aparılmalıdır. Sözügedən mənzilin ilkin vəziyyəti barədə məlumat olmadığından, eyni zamanda mənzildə görülmüş işlərə dair layihə-smeta sənədləri olmadığına görə həmin işlərin kim tərəfindən və nə zaman aparıldığını müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də həmin mənzildə iddiaçı tərəfindən hansı təmir işlərinin görüldüyünü və aşınma xərci nəzərə alınmaqla həmin işlərə çəkilmiş xərci müəyyən etmək mümkün olmamışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İlham Kərimli- sədrlik edən və məruzəçi, Akif İsgəndərov, Elşən Kazımov) xx.xx.2021-ci il tarixli, 2(103)-243/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin olunaraq, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli 2(011)-2216/2019 nömrəli qətnaməsinin dəyişdirilməsi, Cavabdeh 30 00 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi, apelyasiya icraatı zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərci kimi 50 manat pulun cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsində işə baxılarkən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10 sentyabr 2019-cu il tarixli № 9734 saylı rəyi yalnız iddiaçı tərəfin deməsinə görə tərtib olunmuş smeta cədvəlinə əsaslandığından, apellyasiya icraatı zamanı işə baxılarkən keçirilmiş təkrar məhkəmə tikinti-texniki ekspertizasının 04 mart 2021-ci il tarixli 10/3091 nömrəli rəyi isə kifayət qədər əsaslandırılmadığından, həmin ekspert rəyləri sübut növü kimi qəb ul edilməməlidir. 04 mart 2021-ci il tarixli 10/3091 nömrəli rəy verilərkən də yalnız iddiaçı tərəfin deməsinə görə tərtib olunmuş smeta cədvəlinə əsaslanılmış, aşınma xərci nəzərə alınmadan 1 kv.m təmir işlərinin bazar dəyərinin 300 manat olması əsas götürülməklə 36 kv.m sahədə görülmüş təmir işlərinin dəyərinin 36 x 300 = 10800 manat olması barədə rəy verilmişdir. Sözügedən mənzilin ilkin vəziyyəti barədə məlumat olmadığından, eyni zamanda mənzildə görülmüş işlərə dair layihə-smeta sənədləri olmadığına görə həmin işlərin kim tərəfindən və nə zaman aparıldığını müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də həmin mənzildə iddiaçı tərəfindən hansı təmir işlərinin görüldüyünü və aşınma xərci nəzərə alınmaqla həmin işlərə çəkilmiş xərci müəyyən etmək mümkün olmamışdır. İddiaçı həmin mənzild ə 2005-2016-cı illərdə yaşamaqla mənzildə təmir işləri aparmışdır. İddiaçı tərəfindən mənzildə təmir işlərinin aparılması cavabdeh tərəfindən də etiraf olunur. Ekspert rəyinə görə istismar nəticəsində mənzilin divarlarında, tavanında, döşəməsində, qapı və pəncərələrində müxtəlif qüsurlar yarandığından faktiki vəziyyətdə mövcud olan qüsurların aradan qaldırılması üçün mənzildə cari təmir işləri aparılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, həmin mənzildə iddiaçı tərəfindən hansı təmir işlərinin görüldüyünü və aşınma xərci nəzərə alınmaqla həmin işlərə çəkilmiş xərci müəyyən etmək mümkün olmasa da, mənzilin yaxşılaşdırılmasına sərf olunmuş xərcin əvəzi kimi cavabdeh tərəfin təklif etdiyi 3000 manat məbləğində pulun cavabdehdən alınıb iddiaçıya verilməsi ədalətli və ağlabatandır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Bakı şəhəri Xətai rayonu Cavanşir küçəsi, 4 ünvanında yerləşən yataqxananın 1-ci mərtəbəsində 2 otaqlı 36 kv.metr sahəsi olan 4A saylı otağın verilməsi ilə bağlı 12 aprel 2005-ci il tarixli order Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 iyun 2016-cı il tarixli qətnaməsi ilə etibarsız hesab edildiyindən və həmin mənzilin boşaldılaraq Cavabdeh verilməsi qət edildiyindən, İddiaçı 2005-ci ildən 2016-cı ilədək həmin ünvanda ailəsi ilə birlikdə yaşadığından və həmin mənzilin yaxşılaşdırılması ilə bağlı xərc çəkdiyindən, iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Lakin vurulmuş zərərə görə təyin olunmuş ziyanın məbləği ilə razılaşmayan kollegiya hesab edir ki, mənzildə aparılmış yaxşılaşdırmanın əvəzi kimi cavabdehdən idd iaçının xeyrinə tutulmalı olan məbləğ 3000 manat məbləğində müəyyən edilməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin təkrar apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Məcəllənin 157.7-ci maddəsini düzgün tətbiq etməyərək iddiaçının vicdansız sahibliyini qeyd etmişdir. Belə ki, iddiaçı tələb etdiyi pul vəsaitini evin təmirinə xarclədiyi anda həmin evə başqa şəxsin iddialı olduğunu bilməmiş və digər şəxsə verilmiş (cavabdehə) orderin olmasından xəbərsiz olmuşdur. Bakı A pellyasiya Məhkəməsi Mülki Məcəllənin 1091-ci maddəsinə istinad edərək iddiaçını əsassız varlanmış şəxs hesab etmişdir. Halbuki, təmirinə xərc çəkilmiş evə dair ona xx.xx.2005-ci il tarixli order verilmişdir. Odur ki, təmirə xərc çəkildiyi anda “Bakıradioquraşdırma” İB-nin Həmkarlar İttifaqını ilə iddiaçı arasında qanuni müqavilə (order) olmuşdur. Həmin order yalnız Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 08 noyabr 2017-ci il tarixli qərarı ilə (birinci və ikinci instansiya məhkəməsinin qətnamələri qüvvədə saxlanılmlşdır) həmin order ləğv edilmişdir. Odur ki, iddiaçının əsassız varlanmış şəxs hesab edilməsi əsassız və qanunsuzdur. Mülki Məcəllənin 157.6-cı maddəsinin tələbi Bakı Apellyasiya Məhkəməsi tərəfindən ümumiyyətlə nəzərə alınmamış və ya əsassız varlanmaya istinadla pərdələnmiş və faktiki olaraq (hətta iddiaçının vicdansız sahib olmasını qəbul etsək belə) qanunun tələbinə əsasən iddiaçının cavabdehdən “əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini tələb etmək” hüququnun məhdudlaşdırılması yolverilməzdir. Məhkəmə əsassız varlanmaya haqsız istinadla bunu etməyə çalışmışdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının MPM-nin 102.2-ci maddəsi pozularaq, hansı səbəbdən Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 9734 nömrəli ekspert rəyini əsassız hesab etməsi və təkrar məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi qərardadda göstərilməmişdir. Məhkəmə özünü burada tamamilə qərəzli aparmış, obyektivliyini məlum olmayan səbəblərdən itirmişdir. Həmin ekspert rəyinə görə iddiaçı tərəfindən mən zildə aparılmış təmir-tikinti işlərinin dəyəri 14586 manat təşkil etmişdir. Ekspert öz ağlasığmaz rəyində sözügedən mənzilin ilkin vəziyyəti barədə və görülmüş-işlərə dair rəsmi layihə smeta sənədlərinin olmamasına istinad edərək təmir xərclərinin müəyyən edilməsinin münkünsüzlüyü barədə absurd bir rəy vermişdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının MPM-nin 102.3-cü maddəsi də pozularaq işdə iştirak edən şəxslərin vəsatəti olmadan təkrarən təkrar texniki-tikinti ekspertizaları təyin olunmuşdur. Qerardad da, təkrar ekspertizaların kimin vəsatəti əsasında təyin olunması barədə heç bir məlumat yoxdur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahat ları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şi kayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı göstərilən hissədə yoxlanılır. Tətbiq edilən hüquq “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarına əsasən, «mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəx si qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.” Azə rbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyər indən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli ola n bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kasasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, iddiaçı kasasiya şikayətini apelyasiya kollegiyasının onu əsassız olaraq vicdansız sahib, əsassız varlanmış şəxs hesab etməsi bu hallarla bağlı maddi hüquq normalarının tələblərinin pozuntusuna yol verməsi, hansı səbəbdən Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 9734 nömrəli ekspert rəyinin əsassız hesab edilməsinin əsaslandırılmaması, vəsatət olmadığı halda əsassız olaraq təkrar ekspertiza təyin edilməklə prosessual pozuntuya yol verilməsi ilə əsaslandırmağa çalışmışdır. İlk olaraq iddiaçının ape lyasiya kollegiyasının ona vicdansız sahib və əsassız varlanmış şəxs münasibəti ilə yanaşması, bu barədə maddi hüquq normalarının pozuntusuna yol verilməsi ilə bağlı dəlili üzrə qeyd edilməlidir ki, kasasiya yoxlaması nəticəsində iddiaçının göstərilən dəlilləri öz təsdiqini tapmamışdır. Belə ki, yoxlama nəticəsində işdən aşkar olunan hal odur ki, apelyasiya kollegiyası iddiaçının vicdanlı sahib olması ilə razılaşmış, cavabdehin məhkəmə aktı əsasında iddiaçının uzun müddət yaşadığı mənzildə təmir işləri həyata keçirməsi ilə bağlı təmir işlərinin nəticəsində təmirsiz evə münasibətdə hansı səviyyətə olmasından asılı olmayaraq təmirli evə sahiblənməklə iddiaçıya münasibətdə əsassız varlanmış şəxs olmasını göstərmiş, cavabdehin əsassız varlanmış şəxs hesab edilməsinin əsasını isə onunla iddiaçı arasında mənzildə aparılmış yaxşılaşdırma işləri ilə əlaqədar müqavilə əsasının mövcud olmadığı ilə əsaslandırmış, yekun olaraq bu qənaətləri əsasında birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnaməni yalnız yaxşılaşdırma işlərinə sərf edilmiş vəsaitlə bağlı hissədə dəyişdirmişdir. İddiaçının Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 9734 nömrəli ekspert rəyinin əsassız hesab edilməsinin əsaslandırılmaması barədə dəlilinə gəldikdə isə, kasasiya yoxlaması nəticəsində apelyasiya kollegiyasının qəbul etdiyi qətnamədən görünən hal odur ki, apelyasiya kollegiyası həmin rəylə müəyyən edilmiş məbləğin iddiaçının bildirdiyi smetaya uyğun müəyyən edilməsi, bildirdiyi hallarla bağlı digər hər hansı sübutu məhkəməyə təqdim edə bilməməsi ilə əsaslandırmış, iddiaçı tərəfindən tələb ini təsdiq edə biləcək digər hər hansı sübutlar təqdim edil bilinmədiyindən yaxşılaşdırma işləri ilə bağlı cavabdehin etiraf etdiyi məbləğdə tələbi təmin etmək prosessual qanunvericiliyin tələblərinə uyğun davranmışdır. İddiaçının vəsatət olmadığı halda əsassız olaraq təkrar ekspertiza təyin edilməklə prosessual pozuntuya yol verilməsi ilə dəlili üzrə isə bildirilməlidir ki, mülki prosessual qanunvericilikdə ekspertiza təyin edilməsinin əsasları aydın şəkildə ifadə edilmişdir. Ekspertiza təyin edilməsi ilə bağlı müəyyən edilmiş prosessual normalarının mahiyyəti ondan ibarətdir ki, hakim işə baxarkən mübahisə üzrə xüsusi bilik tələb edən halların aydınlaşdırılması və müəyyən edilməsi məqsədilə istər tərəflərin müraciəti, istərsə də öz təşəbbüsü ilə ekspertiza təyin etmək hüququna və səlahiy yətinə malikdir ki, apelyasiya kollegiyası da təkrar ekspertiza təyin etməklə hər hansı porsessual pozuntuya yol verməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-243/2021 nömrəli iş üzrə 30 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və
Məhkəmə qərarları › İş №2(102)-2675/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-2675/2022
24.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver