Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2676/2019 06.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 22 noyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı İKB ASC-nin və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon Məhkəməsinin 14 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim S.Səlimova) iddia qismən təmin olunaraq Cavabdeh, X2 və Zamin1 müş tərək qaydada 6002,31 ABŞ dolları əsas, 2670,36 ABŞ dolları faiz, 50 ABŞ dolları cərimə olmaqla cəmi 8722,67 ABŞ dolları kredit borcunun, habelə 20 manat dövlət rüsumunun əvəzinin İddiaçı İKB-nin xeyrinə, 10 manat dövlət rüsumunun və 155 manat ekspertiza tədqiqatının dəyərinin isə dövlət büdcəsinə tutulması qət olunmuşdur. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-12367/2018 saylı 22 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov, X.Mərdanova və F.Babayev) İddiaçı İnvestisiya Kommersiya Bankının nümayəndəsinin apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4741/2018 saylı iş üzrə 14 sentyabr 2018-ci il tarixli qətnaməsi cavabdehlərdən 50 (əlli) ABŞ dolları cərimə borcunun tutulması hissəsində dəyişdirilməsi, Cavabdeh, X2 və Zamin1 müştərək qay dada tutulmalı olan cərimə borcunun məbləği 400 (dörd yüz) ABŞ dolları müəyyənləşdirilməsi, qətnamənin İddiaçı İnvestisiya Kommersiya Bankına münasibətdə və onun mübahisələndirdiyi digər hissələrdə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı İnvestisiya Kommersiya Bankı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh, X2 və Zamin1 6212,98 ABŞ dolları əsas, 3297,95 ABŞ dolları faiz, 940,41 ABŞ dolları cərimə borcu olmaqla cəmi 10 451,34 ABŞ dolları borcun, habelə 20 manat dövlət rüsumunun müştərək qaydada tutulmasına dair əmr çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 aprel 2018-ci il tarixli əmri ilə ərizə təmin olunmuşdur. Sonradan Cavabdeh etiraz ərizəsi əsasında həmin əmr ləğv edilmiş və iddia icraatına keçilmiş, işə baxıldığı dövrdə iddiaçı bank iddia ərizəsinə əlavə verərək cavabdehlərdən 6212,98 ABŞ dolları əsas, 2736,88 ABŞ dolları faiz, 940,41 ABŞ dolları cərimə borcunun və 12.07.2017-ci il tarixindən 12.09.2018-ci il tarixinədək gecikdirilmiş vaxt üçün illlik 5% hesabı ilə hesablanmış 360,5 ABŞ dollarının, yəni cəmi 10 250,77 ABŞ dolları borcun, habelə 20 manat dövlət rüsumunun müştərək qaydada tutulmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı İKB ASC-ti və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, məhkəmə cavabdehin borcunun məbləğini müəyyən edərkən iş materiallarmda olan ekspert rəyinə istinad etmişdir. Lakin ekspert rəyi ilə cavabdehin əsas və faiz borcu düzgün hesablanmamışdır. Təkrar ekspertiza təyin edilməli və ekpert rəyi təqdim edilmiş digər sübutlarla yanaşı qiymətləndirilməli idi. Lakin məhkəmə prosessual pozuntuya yol verərək təkrar ekspertiza aparmadan səhv hüquqi nəticəyə gəlmişdir. Ona görə də Bakı Apelyasiya məhkəməsinin 22 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlilərini müdafiə edərək şikayətin təmin edilməsini Bakı Apelyasiya məhkəməsinin 22 nobayr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Mə hkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 22 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə ka ssasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməs i tərəfindən müəyyən edilmişdir ki, 10.09.2014cü il tarixli “bank hesab, kredit və zaminlik müqaviləsi”nə əsasən bank tərəfindən Cavabdeh 24 ay müddətinə illik 28 % hesablanmaqla 12 750 (on iki min yeddi yüz əlli) ABŞ dolları məbləğində kredit verilmiş, 12.05.2015-ci il tarixli razılaşmaya əsasən müqavilənin müddəti 12.07.2017-ci il tarixinədək uzadılmış, digər cavabdehlər adı çəkilən borcalanın öhdəlikləri üçün zamin qismində üzərlərinə öhdəlik götürmüş, müqavilə müddətinin bitdiyi tarixə borcalanın 6212,98 ABŞ dolları əsas, 2736,88 ABŞ dolları faiz, 940,41 ABŞ dolları cərimə borcunun, müqavilə müddəti bitdiyi tarixdən 12.09.2018-ci il tarixədək isə illik 5% hesabı ilə 360,5 ABŞ dolları borcunun yarandığı hesablanmışdır. Bununla belə birinci instansiya məhkəməsi təyin etdiyi ekspertizanın rəyi ilə müqavilə müddətinin bitdiyi 12.07.2017-ci il tarixinə borcalanın əsas borcunun 6002,31 ABŞ dolları, faiz borcunun isə 2670,36 ABŞ dolları təşkil etdiyini müəyyən etmiş, məhz bu rəyi əsas götürməklə və cərimə borcunun məbləğini mütənasib hesab etdiyi həddədək azaltmaqla həmin tələblər üzrə müvafiq nəticəyə gəlmişdir. İddiaçı bankın təqdim etdiyi sənədləri ekspert rəyi ilə birlikdə təhlil edən kollegiya hesab edir ki, müvafiq rəylə razılaşmamaq üçün hər hansı əsas mövcud olmamış və birinci instansiya məhkəməsi cavabdehlərdən tutulacaq əsas və faiz borcunun məbləğləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticədən görünür ki, kredit borclularının 6002,31 ABŞ dolları olduğu müəyyənləşdirilən əsas borclarına münasi bətdə iddiaçı 940,41 ABŞ dolları cərimə hesablayıb tələb etmişdir və kollegiyanın qənaətinə görə həmin məbləğin əsas borca mütənasib olmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olsa da, məhkəmə bu tənasübsüzliyin nisbətini müəyyənləşdirdiyi zaman səhvə yol vermişdir. Kollegiya hesab edir ki, cavabdehlərdən tutulmalı dəbbə pulunun məbləğinin 400 (dörd yüz) ABŞ dolları həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Kollegiya birinci instansiya məhkəməsinin “müqavilə müddəti bitdiyi tarixdən 12.09.2018-ci il tarixədək illik 5% hesabı ilə 360,5 ABŞ dolları borcun cavabdehlərdən tutulması” tələbi üzrə gəldiyi nəticəni isə əsaslı hesab edir; çünkü məhkəmənin də qeyd etdiyi ki, müqavilə müddətinin 12.07.2017-ci il tarixdə bitməsinə baxmayaraq iddiaçı bank 24.04.2018-ci il tarixdə məhkəməyə müraciət etmiş, eyni zamanda cavabdehlərin onlarda qalan pul vəsaitindən istifadə etməklə qazanc əldə etmiş olduqlarını sübuta yetirməmişdir. Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düş məsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olduğu üçün qanuni və əsaslıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, işdən gpründüyü kimi apellyasiya instansiyası məhkəməsi kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin, həmin məbləğə hesablanmış faiz məbləğinin cavabdeh tərəfi ndən mübahisələndirilməsi ilə əlaqədar tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsindən ötrü məhkəmə mühasibatlıq ekspertizası təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən tələb edilən əsas borc məbləği iddiaçı tərəfin subyektiv mülahizəsinə əsaslandığından və iddiaçının mövqeyini əks etdirdiyindən, iddiaçının tələb etdiyi həddə deyil, ekspert rəyində göstərilən əsas və faiz borc məbləği nəzərə alınmaqla, iddia tələbi əsas borc məbləği hissəsində ekspert rəyinə uyğun təmin edilməlidir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallara yetərincə hüquqi qiymət vermiş, iş üzrə tərəflərin izahatlarından əlavə, təqdim edi lmiş və araşdırılmış sübutlar əsasında qanuni və əsaslı qətnamə qəbul etmişdir. Digər tərəfdən işdən göründüyü kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı kassasiya şikayətində istinad etdiyi hallarına dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya Məhkəməsi işdə olan sübutlarla tərəflərin irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymə t verərək iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməsi qanuni və əsaslı olmaqla, maddi və prosessual hüquq normaları duzgün tətbiq edilmişdir. Buna görə də kassasiya şikayəti təmin edilmədən, Apellyasiya Məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı İKB ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın iş üzrə 22 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2676/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2676/2019
06.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver