Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2676/2021 04.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı X2 açıq səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddiadan imtina əsası ilə iş üzrə icraata xitam verilməsi) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçı X2 ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-108/2020 nöm rəli, 12 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı X2 açıq səhmdar cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı "İddiaçı” X2 Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borc tələbi və tutmanın ipoteka yönəldilməsi tələbinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı İKB ASC-nin xeyrinə 27 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 14575,49 ABŞ dolları əsas, 6982,8 ABŞ dolları borcu və 1368,13 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 22926,42 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka yönəldilməsi haqqın da bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən, 2 otaqlı 48,4 kv.m ümumi, 30,1 kv.m yaşayış sahəsindən ibarət 2 nömrəli evin 8 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən, 2 otaqlı, 48,4 kv.m ümumi, 30,1 kv.m yaşayış sahəsindən ibarət 2 nömrəli evin 8 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı İKB ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 oğluna məxsus olan Su mqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən, 2 otaqlı, 48,4 kv.m ümumi, 30,1 kv.m yaşayış sahəsindən ibarət 2 nömrəli evin 8 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Sumqayıt Hacı Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən, 2 otaqlı, 48,4 kv.m ümumi, 30,1 kv.m yaşayış sahəsindən ibarət 2 nömrəli evin 8 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 həmin mənzildən çıxarılmalrı, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. Sumqayıt Şəhər Məhkəməsinin 03 dekabr 2018-ci il tarixli, 2(060)-5990/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim T.Mahmudova) İddiaçı X2 açıq səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 14575,49 ABŞ dolları əsas, 6982,80 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 21658,29 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borcun İddiaçı X2 açıq səhmdar cəmiyyətinin xeyrinə tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən 2 otaqlı, 48,4 k v.m ümumi, 30,1 kv.m yaşayış sahəsindən ibarət 2 nömrəli evin 8 nömrəli mənzilinə yönəldilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən 2 otaqlı, 48,4 kv.m ümumi, 30,1 kv.m yaşayış sahəsindən ibarət 2 nömrəli evin 8 nömrəli mənzilinin ilkin satış qiymətinin 32000 manat müəyyən edilməsi, ipotekaya qoyulmuş Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən, 2 otaqlı, 48,4 kv.m ümumi, 30,1 kv.m yaşayış sahəsindən ibarət 2 nömrəli evin 8 nömrəli mənzilinin açıq hərrac vasitəsi ilə satılması və satışdan əldə olunan məbləğdən 21658,29 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borcun İdd iaçı X2 açıq səhmdar cəmiyyətinin xeyrinə ödənilməsi, qalan məbləğin Cavabdeh2 qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı olmaqla, cəmi 60 manat məbləğində pulun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı X2 açıq səhmdar cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir.
3. Məhkəmə iddia tələbini qismən təmin edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04.05.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılma sına dair” 30.07.2008-ci il tarixli qərarına; Mülki Məcəlləsinin 157.1, 158, 269.1, 317.1, 467, 472.1, 472.2, 743; “İpoteka Haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.1, 1.0.6, 26.1, 33, 34.1, 39.3.3, 59.3-cü maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat
4. Sumqayıt Apellyasiya Məhkəməsinin (hakimlər-T.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Abasov və S.Qafari) 12 noyabr 2020-ci il tarixli, 2(105)-108/2020 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilmiş; İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 03 dekabr 2018-ci il tarixli, 2(060)5990/2018 saylı qətnaməsinə əsas və faiz borclarına, ipoteka predmetinin ilkin satış qiymətinə aid hissələrdə dəyişiklik edilmiş; cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada i ddiaçı “Yelo Bank” açıq səhmdar cəmiyyətinin (İddiaçı X2 açıq səhmdar cəmiyyətinin) xeyrinə 11296,52 (on bir min iki yüz doxsan altı ABŞ dolları 52 sent) ABŞ dolları əsas və 5060,17 (beş min altmış ABŞ dolları 17 sent) ABŞ dolları faiz borcu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) tutulması; Cavabdeh2 məxsus Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən 2 nömrəli evin 8 nömrəli mənzilinin açıq hərracda ilkin satış qiyməti 35000 (otuz beş min) manat müəyyən edilməsi; Qalan hissələrdə qətnamənin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti üzrə iddianın təmin edilmiş hissələrində dəyişdirilmədən saxlanılması qət edilmişdir.
5. Apelyasiya instansiyası məhk əməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirərkən Azərbaycan Respublikası Mülki Məcəllənin 270.1, 295, 317.1, 385.1, 442, 443.1, 445.1, 445.2, 448.1, 448.2, 449.4, 462.1, 465.2, 467, 470.1, 472.1, 472.2-ci maddələrinə; “İpoteka haqqında” qanunun 1.0.9, 4.1, 33, 39.3.3-cü maddələrinə; Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun 3, 5-ci maddəsinin 7 və 8-ci bəndləri; 6-cı maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri
6. İddiaçı X2 açıq səhmdar cəmiyyəti qətnamədən kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdı r ki, işə baxan məhkəmələr işin faktiki hallarını hərtərəfli araşdırmamış, müəyyən edilən hallara düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. d) Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq.
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə görə iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir.
9. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilm əsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
10. Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.
11. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.
12. Məcəllənin 261.0 və 261.0.4-cü maddələrinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir.
13. Həmin Məcəllənin 262.4-cü maddəsinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.
14. Məcəllənin 119.1. maddəsinə əsasn məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
15. Həmin Məcəllənin 417.1.5-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kassasiya baxışının hədləri
16. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
17. İddiaçı ərizə göndərərək iddiadan imtina etdiyini və iddiadan imtinanın hüquqi nəticələrinin ona izah olunduğunu bildirmişdir.
18. İddiaçının iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddi-hüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəmədə mülki və ya iqtisadi mübahisəyə dair işlərin başlanması, bir qayda olaraq, öz adından ərizə ilə məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də qanunvericilik iddiaçının iddiadan imtina etməsini bu imtinanın məhkəmə tərəfindən qəbul ediləcəyi təqdirdə iş üzrə icraata xitam verilməsinin əsası kimi nəzərdə tutur.
19. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd deyildir, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, imtinanın məhkəmə tərəfindən təsdiq edilməməsi üçün əsaslar yoxdur.
20. Ona görə də iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-108/2020 nömrəli, 12 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv olunmalı, iddiadan imtina ərizəsi qəbul edilməklə iş üzrə icraata xitam ve rilməlidir.
21. İş üzrə 145 və 350 manat ekspertiza xərcləri var və həmin məbləğ müvafiq olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin və “S-Əmlak” X1” MMC-nin hesabına keçirilməlidir. İddia qismən təmin olunduğu üçün 1-ci instansiya məhkəməsi həmin xərcləri cavabdehə aid etmişdi. Lakin iddiaçı iddiadan imtina etdiyindən iş üzrə məhkəmə xərcləri yenidən bölüşdürülməlidir. İddiaçının iddiadan imtina etməsi onun tələbinin təmin olunmamasına bərabər tutulur. Belə olan təqdirdə iş üzrə ekspertiza xərcləri iddiaçıya aid edilməlidir.
22. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X2 açıq səhmdar cəmiyyətinin iddia tələbindən imtinası təsdiq edilərək hazırkı iş üzrə Sumqayıt Apellyasiy a Məhkəməsi Mülki Kollegiyasının 2(105)-108/2020 nömrəli, 12 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi üzrə icraata xitam verilsin. Ekspertiza xərcləri dəyəri olan 495 (dörd yüz doxsan beş) manat iddiaçıya aid edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.