Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2678/2020 22.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və X1 ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı və onun vəkili Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və x qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və onun hüquqi nəticələri aradan qaldırmaqla həmin kredit müqaviləsi əsasında verilmiş icra qeydinin ləğv olunması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-13628/2019 nömrəli qətnaməsindən İddiaçı x kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və x qarşı iddia ərizəsi və dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 arasında xda bağlanmış xx xxxxxx 2017-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi və onun hüquqi nəticələri aradan qaldırılmaqla həmin müqaviləyə əsasən verilmiş icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(007)-353/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı ilə Cavabdeh1 arasında xda bağlanmış xx xxxxxx 2017-ci il tarixli kredit müqaviləsi etibarsız hesab olunmaqla onun hüquqi nəticələrinin aradan qaldırılması, həmin müqaviləyə əsasən verilmiş ********* nömrəli xx.xx.2018-ci il tarixli icra qeydinin ləğv edilməsi qət edilmişdir. (hakim Fikrət Mirzəyev) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4995/2019 saylı, xx xxx 2019-cu iltarixli qətnaməsi ilə Cavabdeh1apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-353/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Tofiq Səmədov (sədrlik edən və məruzəçi) İkram Şirinov, Elşən Kazımov) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-6197/2019 saylı, xx xxxxxxxx 2019-cu iltarixli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4995/2019 saylı, xx xxx 2019-cu iltarixli qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına göndəril mişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13628/2019 saylı, xx xxxxxx 2019-cu iltarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-353/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdehlər Cavabdeh1 və xna qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və onun hüquqi nəticələrinin aradan qaldırılmaqla həmin kredit müqaviləsi əsasında verilmiş icra qeydinin ləğv olunması” tələbinə dair iddiası təmin edilməmişdir. (hakimlər Şeyda Məhərrəmova (sədrlik edən və məruzəçi) Məmməd Məmmədov, Elşad Şamayev) İddiaçı (vəkil Salamova Gülşən Arif qızı) kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və TƏRƏFLƏRİN İZAHATİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq pozuntuları ilə qəbul edilmişdir. İş üzrə obyektiv araşdırma aparılmamışdır. İddiaçı cavabdehdən pul almamış, bu müqavilə iddiaçının qızının cavabdehə olan borcunu pərdələmək üçün bağlanıb. İddiaçı azərbaycan dilində yazıb-oxuya bilmədiyi üçün müqaviləni oxumadan imzalayıb. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı və vəkili xxx kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddia ərizəsindən görünür ki, iddiaçı tələbinin faktiki əsası kimi onunla cavabdeh arasında xx xxxxxx 2017-ci il tarixdə bağlanmış kredit müqaviləsində göstərilən 40000 manat və 12000 ABŞ dolları məbləğində pulun ona verilməməsi, ümumiyyətlə, bu məbləğdə onunla cavabdeh arasında hər hansı borc söhbətinin olmaması, iddiaçının ona 5000 manat verməsi, bu pulun da 4000 manatını qaytarması, müqaviləni isə azərbaycan dilini yaxşı bilmədiyi üçün orada yazılanları bilmədən imzalamasına, aldadılmasına, ona hədə-qorxu gəlinməsinə istinad etmişdir. Tələbinin hüquqi əsası kimi isə iddiaçı Milki Məcəllənin 337.2, 337.4 və 339.1-ci maddələrini əsas götürmüşdür. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş, gəldiyi nəticəni də “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 1.7.2-ci bəndinə əsasən borc müqaviləsi üzrə razılaşdırılmış məbləğin depozit hesabına keçirilməli olduğu halda keçirilməməsi və madd i imkanı olmayan iddiaçıya cavabdehin heç bir girov tələb etmədən 40000 manat və 12000 ABŞ dolları verməsinin ağlabatan olmaması ilə əsaslandırmışdır. Qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, iş materiallarına və Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırki iş üzrə qərarında şərh olunan göstərişlərə əsasən tərəflər arasında kredit müqaviləsi bağlanmasına, tərəflərin “müqavilə azadlığı” prinsipi çərçivəsində tam sərbəst iradələri ilə hərəkət edib müqavilə bağlamalarına, müqavilə bağlamaq üçün tərəflərə maneə törədə biləcək heç bir səbəbin olmamasına, borc müqaviləsi bağlamaq üçün cavabdehin iddiaçını hər hansı təsirə və ya təzyiqə məruz qoymamasına, iddiaçının iddianın inandırıcılığına dəlalət edən hər hansı sübutu məhkəməyə təqdim etməməsinə, birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadələrinin MPM-in 81-ci maddəsinə uyğun gələn sübut olmamasına və borc müqaviləsi üzrə razılaşdırılmış məbləğin depozit hesabına keçirilməli olması barədə qaydanın kredit müqaviləsi bağlanandan sonra müəyyən edilməsinə istinad edərək, iddianı təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini ləğv, iddianı rədd etmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 324.1, 324.2, 324.4, 324.5, 337.1 və 339-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi müəyyən etdiyi işin hallarına uyğun olaraq maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, iddia tələbi kredit müqaviləsinin etibarsızlığı barədədir. Müqavilənin hüquqi nəticələrinin ara dan qaldırılmaqla həmin müqaviləyə əsasən verilmiş icra qeydinin ləğv edilməsi tələbi isə müqavilənin etibarsızlığından doğur. Buna görə də ilkin olaraq müqavilənin etibarsızlığı tələbi barədə apelyasiya instansiyasının gəldiyi nəticəyə qiymət verilməlidir. İşin apelyasiya instansiyası tərəfindən müəyyən edilən mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında xx xxxxxx 2017-ci il tarixli kredit müqaviləsi var. İşin mübahisəli halı həmin müqavilə üzrə pul verilib-verilməməsi, müqavilənin tərəflərin həqiqi iradə ifadəsi olub-olmamasıdır. Apelyasiya məhkəməsi iş materiallarına əsasən müqavilənin tərəflərin iradə ifadəsinə zidd olması, müqavilədə göstərilən məbləğin iddiaşıya verilməməsi halını müəyyən etməmişdir. Müqavilənin etibarsız sayılmasının əsasları və qaydası Mülki Məcəllənin 33 7-354cü maddələrində nəzərdə tutulmuşdur. İddiaçının onunla cavabdeh arasında bağlanmış kredit müqavilənin etibarsızlığına dəlalət edən hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilməmiş, əksinə, müqavilənin tərəflərin iradə ifadəsi azadlığına söykənməsi müəyyən edilmişdir. Mülki Məcəllənin 324.4-cü maddəsinə görə müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İddiaçının tələbinin hüquqi əsası kimi istinad etdiyi Mülki Məcəllənin 339-cu maddəsi isə yalnız o hallarda tətbiq edilə bilər ki, müqavilə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlm əsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış olsun. İddiaçı müqavilə bağlanarkən ona hədə qorxu gəlinməsinə, aldadılmasına istinad etsə də, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin bu halları da müəyyən edilməmişdir. Göründüyü kimi, apelyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə digər hüquq normaları ilə yanaşı, Mülki Məcəllənin 324.4-cü maddəsini düzgün tətbiq etmişdir. Şahid ifadələrini isə apelyasiya məhkəməsi iddianın təmin edilməsi üçün əsas hesab etməmişdir. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, notariat qaydasında təsdiq edilmiş müqavilənin etibarsız hesab edilməsi üçün elə formada sübutların olması tələb edilir ki, bu sübutların mötəbərliyi, ziddiyyətsiz olması aşkardır və bu sübutlarla müqavilənin etibarsız sayılm ası tələbini təmin etmək mümkündür. Hazırki halda isə apelyasiya məhkəməsi şahid ifadələrinin həmin meyarlara uyğun gəlməsini müəyyən etməmişdir. Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi şahid ifadələrini də Mülki Prosessual Məcəllənin 88 maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 160-1-ci bəndinə xx xxxx 2018-ci il tarixdə edilmiş əlavəyə əsasən borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul və saitinin tərəflərdən birinin digərinə verməsi və qaytarması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilməlidir. Tərəflər arasında kredit müqaviləsinin xx xxxxxx 2017-ci il tarixdə, başqa sözlə, Təlimata edilmiş dəyişiklikdən əvvəl bağlanması nəzərə alınarsa, kredit müqaviləsində göstərilmiş məbləğin depozit hesabına keçirilməli olması barədə dəlilin hazırki işə tətbiq edilməli olmaması barədə gəlinən nəticə də işin müəyyən edilmiş halına uyğun olmuşdur. Buna görə də apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır. Kassasiya şikayətində istinad edilən digər dəlillər isə işin faktiki halları ilə əlaqəlidir. Apelyasiya instansiya məhkəməsi tərəfindən işin faktiki hall arına qiymət verilib. İşin faktiki halları kassasiya məhkəməsi tərəfindən araşdırılmadığından, eləcə də apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğundan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin həmin dəlillərinə ayrıca qiymət verilməsi və apelyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən sa xlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)13628/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2678/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2678/2020
22.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver