Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2679/2019 24.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 aprel 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ Suraxanı Rayon Məhkəməsinin 23 yanvar 2018-ci il tarixli (hakim Z.Sadıqov; 2(010)830/2018) qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 03 iyun 2015-ci il tarixli ***** ***** №-li Nağd pul krediti müqaviləsi üzrə 14.060 (on dörd min altmış) manat məbləğində əsas borc, 2.252,72 (iki min iki yüz əlli iki manat 72 qəpik) manat məbləğində faiz borcu və 83,96 (səksən üç manat 96 qəpik) manat məbləğində cərimə olmaqla - cəmi 16.396,68 (on altı min üç yüz doxsan altı manat 68 qəpik) manat məbləğində borcun iddiaçı “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, Cavabdeh 02 fevral 2015-ci il tarixli ************ №-li Kredit xətti müqaviləsi üzrə 2.088 (iki min səksən səkkiz) manat məbləğində əsas borc, 345,42 (üç yüz əlli iki manat 42 qəpik) manat məbləğində faiz borcu və 13,45 (on üç manat 45 qəpik) manat məbləğində cərimə olmaqla - cəmi 2.446,87 (iki min dörd yüz qırx altı manat 87 qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı “Bank VTB (A zərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xeyrinə tutulması, Cavabdeh 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 aprel 2018-ci tarixli qətnaməsi ilə (hakimlər: A.İmanov (sədrlik edən və məruzəçi) E.Nəbiyev və Cavabdeh; 2(103)-4518/2018) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhər Suraxanı Rayon Məhkəməsinin 23 yanvar 2018-ci il tarixli, 2(010)-830/18 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 yanvar 2015-ci il tarixli *************** №-li Nağd pul krediti müqaviləsinə əsasən 24 iyul 2017-ci il tarixə hesablanmış 5.961,26 ABŞ dolları məbləğində əsas borc, 1.016,87 ABŞ dolları məbləğində faiz borcu və 113,12 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 7.091,25 ABŞ dolları məbləğində borcun, 02 fevral 2015-ci il tarixli ************* saylı “Kredit xətti müqaviləsi”nə əsasən 25 dekabr 2016-cı il tarixə hesablanmış 1.859,50 ABŞ dolları məbləğində əsas borc, 363,53 ABŞ dolları məbləğində faiz borcu və 71,28 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 2.446,87 ABŞ dolları məbləğində borcun Cavabdeh alınaraq iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı Bank "VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə ə sasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə verərək, 03 iyun 2015-ci il tarixli *************** №-li Nağd pul krediti müqaviləsinə əsasən 13 noyabr 2017-ci il tarixə hesablanmış 14.060 manat məbləğində əsas borc, 2.252,72 manat məbləğində faiz borcu və 83,96 manat məbləğində cərimə olmaqla, cəmi 16.396,68 manat məbləğində borcun, 02 fevral 2015-ci il tarixli ************* saylı “Kredit xətti müqaviləsi”nə əsasən 13 noyabr 2017-cı il tarixə hesablanmış 2.088 manat məbləğində əsas borc, 345,42 manat məbləğində faiz borcu və 13,45 manat məbləğində cərimə olmaqla, cəmi 2.446,87 manat məbləğində borcun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh arasında bağlanmış 03 iyun 2015-ci il tarixli *********** №-li Nağd pul Krediti Müqaviləsinə əsasən sonuncuya istehlak məqsədi ilə 60 ay müddətinə illik 24 % dərəcəsi ilə 12.922 ABŞ dolları məbləğində kredit verilmiş və buna görə də, cavabdehin ərizəsinə əsasən onun 30 yanvar 2015-ci il tarixli Nağd pul krediti müqaviləsi üzrə hesablanmış 12.922 ABŞ dolları məbləğində borcu silinmişdir. Eyni zamanda, iddiaçı “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh arasında bağlanmış 02 fevral 2015-ci il tarixli Kredit xətti müqaviləsinə əsasən sonuncuya kredit verilməsi üçün kredit xətti açılmışdır. Tərəflər arasında tərtib edilmiş “Ödəniş cədvəli”nə əsasən kredit faizlərinin borclu tərəfindən Ba nka qaytarılmasının müddətləri və qaydası müəyyən edilmişdir. Kreditin və ona hesablanmış faizlərin qaytarılmasının məhkəmədən kənar qaydada təmin edilməsi üçün mümkün olan bütün tədbirlər görülsə də, heç bir nəticə verməmiş və borcalan Cavabdeh müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir. 07 oktyabr 2015-ci il tarixli 01 saylı Razılaşmaya əsasən 03 iyun 2015-ci il tarixli ************ №-li Nağd pul Krediti Müqaviləsinə dəyişiklik edilərək, Cavabdeh 07 oktyabr 2015-ci il tarixə mövcud olan borcu konvertasiya edilərək, 13.543 manat məbləğində müəyyən edilmişdir. Eləcə də, 03 fevral 2016-cı il tarixli 02 saylı Razılaşmaya əsasən 03 iyun 2015-ci il tarixli *************** №-li Nağd pul Krediti Müqaviləsinə dəyişiklik edilərək, Cavabdeh 03 fevral 2016-cı il tarixə mövcud olan bo rcu konvertasiya edilərək, 14.060 manat məbləğində müəyyən edilmişdir. Həmçinin, 07 oktyabr 2015-ci il tarixli 01 saylı və 03 fevral 2016-cı il tarixli 02 saylı Razılaşmalara əsasən 02 fevral 2015-ci il tarixli Kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilmişdir. Lakin, cavabdeh yenə də ödəniş cədvəlinə uyğun olaraq hər ay Banka ödənişlər etməli olduğu halda - buna riayət etməmiş və əvvəllər müəyyən məbləğdə ödənişlər etmiş olsa da, sonradan heç bir ödəniş etməyərək, əsas kredit borcunun və faizlərin ödənişi cədvəlinə riayət etməməklə, müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Borcun lazımi qaydada ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, onun Banka 03 iyun 2015-ci il tarixli Nağd pul krediti müqaviləsinə əsasən 13 noyabr 2017-ci il tarixə hesablanmış 14.060 manat məbləğində əsas borc, 2.252,72 manat məbləğində faiz borcu və 83,96 manat məbləğində cərimə olmaqla, cəmi 16.396,68 manat məbləğində borcu, 02 fevral 2015-ci il tarixli Kredit xətti müqaviləsinə əsasən 13 noyabr 2017-ci il tarixə hesablanmış 2.088 manat məbləğində əsas borc, 345,42 manat məbləğində faiz borcu və 13,45 manat məbləğində cərimə olmaqla, cəmi 2.446,87 manat məbləğində borcu yaranmışdır. Buna görə də, iddia tələbinin təmin edilməsi və Cavabdeh 03 iyun 2015-ci il tarixli ************ №-li Nağd pul Krediti Müqaviləsinə əsasən 13 noyabr 2017-ci il tarixə hesablanmış 14.060 manat məbləğində əsas borc, 2.252,72 manat məbləğində faiz borcu və 83,96 manat məbləğində cərimə olmaqla, cəmi 16.396,68 manat məbləğində borcun, 02 fevral 2015-ci il tarixli Kredit xət ti müqaviləsinə əsasən 13 noyabr 2017-ci il tarixə hesablanmış 2.088 manat məbləğində əsas borc, 345,42 manat məbləğində faiz borcu və 13,45 manat məbləğində cərimə olmaqla, cəmi 2.446,87 manat məbləğində borcun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, iddiaçı “Bank VTB (Azərbaycan)” ASC ilə onun arasında bağlanmış 03 iyun 2015-ci il tarixli *********** №-li Nağd pul Krediti Müqaviləsinə əsasən sonuncuya istehlak məqsədi ilə 60 ay müddətinə illik 24% dərəcəsi ilə 12.922 ABŞ dolları məbləğində kredit verilmiş və buna görə də, ərizəsinə əsasən onun 30 yanvar 2015-ci il tarixli Nağd pul krediti müqaviləsi üzrə hesablanmış 12.92 2 ABŞ dolları məbləğində borcu silinmişdir. Eyni zamanda, iddiaçı “Bank VTB (Azərbaycan)” ASC ilə onun arasında bağlanmış 02 fevral 2015-ci il tarixli Kredit xətti müqaviləsinə əsasən ona kredit verilməsi üçün kredit xətti açılmışdır. 07 oktyabr 2015-ci il tarixli 01 saylı Razılaşmaya əsasən 03 iyun 2015-ci il tarixli *************** №-li Nağd pul Krediti Müqaviləsinə dəyişiklik edilərək, onun 07 oktyabr 2015ci il tarixə mövcud olan borcu konvertasiya edilərək, 13.543 manat məbləğində müəyyən edilmişdir. 03 fevral 2016-cı il tarixli 02 saylı Razılaşmaya əsasən 03 iyun 2015-ci il tarixli *************** №-li Nağd pul Krediti Müqaviləsinə dəyişiklik edilərək, onun 03 fevral 2016-cı il tarixə mövcud olan borcu konvertasiya edilərək, 14.060 manat məbləğində müəyyən edilmişdir. Həmçinin, 07 okt yabr 2015-ci il tarixli 01 saylı və 03 fevral 2016-cı il tarixli 02 saylı Razılaşmalara əsasən 02 fevral 2015-ci jl tarixli Kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilmişdir. O, müqavilə üzrə bir müddət lazımi qaydada ödənişlər etsə də, sonradan maddi vəziyyəti pisləşdiyinə görə ödənişlər edə bilməmişdir. Buna görə də o, iddia ərizəsi üzrə tələb edilən hər iki müqavilə üzrə əsas borcu qəbul etsə də, maddi imkanı olmadığı üçün iddiaçı tərəfindən hesablanmış faiz və cərimə borcunun ondan tutulmasına etiraz etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayət i onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və hüquq normalarının tələbləri pozulmaqla əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Belə ki, əvvəlki aylarda ödənişlərini vaxtlı-vaxtında qrafiq üzrə aparmış, lakin sonradan maddi vəziyyətinin pisləşməsi ilə bağlı ödənişləri etmək iqtidarında olmamış, bu barədə banka müraciət etmiş, müraciətlərinin heç biri nəzərə alınmamış, bank tərəfindən heablanmış faiz və cərimələr həddindən artıq şişirdilmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mü mkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edibetməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşd irilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən,o, cümlədən iş materiallarında olan 03 iyun 2015ci il tarixli *************** №-li Nağd pul krediti müqaviləsindən görünür ki, “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti - “Bank”, Cavabdeh - “kredit alan” olmaqla bağlanmış müqaviləyə əsasən ona 60 ay müddətinə illik 24 % dərəcəsi ilə 12.816 ABŞ do lları məbləğində kredit verilmişdir. Həmin Müqavilənin 5.4.3-cü bəndinə əsasən, bu Müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti “Bank”a qaytarmaq və faizləri ödəmək kredit alanın vəzifəsidir. Həmin Müqavilənin 9.2-ci bəndinə əsasən, bu Müqavilə üzrə gecikdirilmiş kreditə görə hər gecikdirilən gün üçün gecikdirilmiş əsas borc məbləğinin hər tam və ya natamam 10 AZN/ABŞ dolları/RUB üçün 0,05 AZN/ABŞ dolları/RUB məbləğində cərimə hesablanır və kredit alan tərəfindən ödənilir. 07 oktyabr 2015-ci il tarixli 01 saylı Razılaşmadan görünür ki, “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti - “Bank”, Cavabdeh - “kredit alan” olmaqla, tərəflər 03 iyun 2015-ci il tarixli *************** №-li Nağd pul krediti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə razılığa gəlmişlər. Həmin Raz ılaşmanın 1-ci bəndinə əsasən, “Kredit alan”ın “Bank”a 07 oktyabr 2015-ci il tarixə mövcud olan borcu konvertasiya edilərək 13.543 manat məbləğdə müəyyən edilir. 03 fevral 2016-cı il tarixli 02 saylı Razılaşmadan görünür ki, “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti - “Bank”, Cavabdeh - “kredit alan” olmaqla, tərəflər 03 iyun 2015-ci il tarixli *************** №-li Nağd pul krediti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə razılığa gəlmişlər. Həmin Razılaşmanın 1-ci bəndinə əsasən, “Kredit alan”ın “Bank”a 03 fevral 2016-cı il tarixə mövcud olan borcu kapitallaşdırılaraq 14.060 manat məbləğdə müəyyən edilir. Həmin Razılaşmanın 2-ci bəndinə əsasən, “Razılaşma”nın imzalandığı tarixdən, “Kredit alan” kredit məbləğini Kredit müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada 60 a y müddəti ərzində istifadə etməyi və 03 fevral 2021-ci il tarixədək qaytarmağı və kreditdən istifadəyə görə “Bank”a illik 28 % ödəməyi öhdəsinə götürür. Ödəniş cədvəlindən görünür ki, cavabdehin Banka olan borcunu müvafiq cədvəl qrafıkinə əsasən müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəlini Cavabdeh imzası ilə təsdiq etmişdir. Həmin Ödəniş cədvəlindən görünür ki, kredit müqaviləsi üzrə ödənişin son müddəti 03 fevral 2021 -ci il tarixi müəyyən edilmişdir. “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin 13 noyabr 2017-ci il tarixli Arayışından görünür ki, 03 iyun 2015-ci il tarixli *************** №-li Nağd pul krediti müqaviləsi üzrə Cavabdeh 13 noyabr 2017-ci il tarixinə Banka 14.060 manat məbləğində əsas, 2.252,72 manat məbləğində faiz və 83,96 manat məbləğində cərimə borcu olmaqla, cəmi 16.396,68 manat məbləğində borcu vardır. 02 fevral 2015-ci il tarixli ********** №-li Kredit xətti müqaviləsindən görünür ki, “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti - “Bank”, Cavabdeh - “Kredit alan” olmaqla, bağlanmış həmin Müqaviləyə əsasən sonuncuya kredit verilməsi üçün bərpa olunan kredit xətti açılmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, hazırkı müqaviləyə əsasən Bank “Kredit alan”a bank hesabının açılması və 1.900 ABŞ dolları məbləğində bərpa olunan kredit xəttinin təqdim olunması üzrə öhdəliklər götürür, “Kredit alan” isə öz növbəsində həmin kredit xətti üzrə alınan vəsaitlərin hazırki Müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə istifadə edilmiş məbləğə illik 32 faiz ödənilməsi üzrə öhdəliyinə götürür. Həmin müqavilənin 2.3 -cü bəndinə əsasən, kredit xətti 02 fevral 2015-ci il tarixdən 02 fevral 2017-ci il tarixə kimi açılır. Həmin müqavilənin 9.2.1-cı bəndinə əsasən, gecikdirilmiş faiz borcu üzrə hər biri tam və ya natamam 10 AZN/USD/EUR/RUB-yə görə Banka 0,08 AZN/USD EUR/RUB məbləğində cərimə ödəyir. Həmin müqavilənin 9.2.2-ci bəndinə əsasən, “Kredit alan” hər bir gecikmə günü üçün vaxtı keçmiş əsas borc üzrə illik 50 % cərimə faizi ödəyir. 07 oktyabr 2015-ci il tarixli 01 saylı Razılaşmadan görünür ki, “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti - “Bank”, Cavabdeh - “kredit alan” olmaqla, tərəflər 02 fevral 2015-ci il tarixli ********** №-li Kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə razılığa gəlmişlər. Həmin Razılaşmanın 1-ci bəndinə əsasən, “Kredit alan” ın “Bank”a 07 oktyabr 201 5-ci il tarixə mövcud olan borcu konvertasiya edilərək, 2.045 manat məbləğdə müəyyən edilir. Həmin Razılaşmanın 2-ci bəndinə əsasən, “Razılaşma”nın imzalandığı tarixdən, “Kredit alan” kredit məbləğini Kredit müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada 48 ay müddəti ərzində istifadə etməyi və 07 oktyabr 2019-cu il tarixədək qaytarmağı və kreditdən istifadəyə görə “Bank” a illik 29 % ödəməyi öhdəsinə götürür. 03 fevral 2016-cı il tarixli 02 saylı Razılaşmadan görünür ki, “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti - “Bank”, Cavabdeh - “kredit alan” olmaqla, tərəflər 02 fevral 2015-ci il tarixli ********** №-li Kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə razılığa gəlmişlər. Həmin Razılaşmanın 1-ci bəndinə əsasən, “Kredit alan” m “Bank”a 03 fevral 2016-cı il ta rixə mövcud olan borcu kapitallaşdırılaraq, 2.088 manat məbləğdə müəyyən edilir. Həmin Razılaşmanın 2-ci bəndinə əsasən, “Razılaşma”nın imzalandığı tarixdən, “Kredit alan” kredit məbləğini Kredit müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada 36 ay müddəti ərzində istifadə etməyi və 03 fevral 2019-cu il tarixədək qaytarmağı və kreditdən istifadəyə görə “Bank”a illik 29 % ödəməyi öhdəsinə götürür. Ödəniş cədvəlindən görünür ki, cavabdehin 02 fevral 2015-ci il tarixli ********** №-li “Kredit xətti müqaviləsi” üzrə Banka olan borcunu müvafiq cədvəl qrafıkinə əsasən müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəlini Cavabdeh imzası ilə təsdiq etmişdir. Həmin Ödəniş cədvəlindən görünür ki, kredit müqaviləsi üzrə ödənişin son müddəti 03 fevral 2019-cu il tarix i müəyyən edilmişdir. “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin 13 noyabr 2017-ci il tarixli arayışından görünür ki, 02 fevral 2015-ci il tarixli ********** №-li Kredit xətti müqaviləsi üzrə Cavabdeh 13 noyabr 2017-ci il tarixinə Banka 2.088 manat məbləğində əsas, 345,42 manat məbləğində faiz və 13,45 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2.446,87 manat məbləğində borcu vardır. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh 03 iyun 2015-ci il tarixli *************** №-li Nağd pul krediti müqaviləsi və 02 fevral 2015-ci il tarixli ********** №-li Kredit xətti müqaviləsi ilə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək, iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; - 442-ci maddəsinə ə sasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1.maddəsinəəsasənisə,öhdəliyinonunicrasıüçünmüəyyənləşdirilmişmüddətdəicraedilməməsi borclununicranıgecikdirməsisayılır. -462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kredi tor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 739.1. maddəsində göstərilir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2. maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman mübahisəli hüquq münasibətlərini tənzimləyən hüquq norm aları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir Beləliklə Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-830/2018 saylı 23 yanvar 2018-ci il tarixli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətb iq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 18 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2679/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2679/2019
24.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver