Məhkəmə qərarları › İş №2(102)-2679/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2679/2023

18.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2679/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcu tələbi) 18.07.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun alınması tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-341/2023 nömrəli, 1 mart 2023-cü il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş ka ssasiya şikayətinə 18 iyul 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh ilə bağlanmış 04 avqust 2017-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-dən illik 29%-lə, 24 ay müddətinə 3000 manat kredit götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun alınması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 2611,40 manat əsas, 3128,72 manat faiz, 2429,86 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 378,72 manat faiz borcu olmaqla, cəmi 8548,70 manat pulun və 105,49 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə bağlanmış 04 avqust 2017-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdeh İddiaçı ASC-dən illik 29%-lə, 24 ay müddətinə 3000 manat kredit götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Beləliklə Cavabdeh banka 04 avqust 2017-cu il tarixli kredit müqaviləsi üzrə 2611,40 manat əsas, 3128,72 manat faiz, 2429,86 manat cərimə, Kredit müqaviləsi bitəndən sonra AR konstitusiya Məhkəməsinin xx.xx.2014-cu il tarixli Plenum Qərarına əsasən hesablanmış 378,72 manat faiz borcu olmaqla, cəmi 8548,70 mana t borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Odur ki, iddiaçı cavabdehdən 2611,40 manat əsas, 3128,72 manat faiz, 2429,86 manat cərimə, Kredit müqaviləsi bitəndən sonra AR konstitusiya Məhkəməsinin xx.xx.2014-cu il tarixli Plenum Qərarına əsasən Hesablanmış 378,72 manat faiz borcu olmaqla, cəmi 8548,70 manat borcun və ödənilmiş 105,49 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək ərizəyə uyğun izahat vermiş və göstərmişdir ki, iddiaçı iddia ərizəsində 04 avqust 2017-ci il tarixli kredit müqavilə sinə əsasən cavabdehə illik 24 ay müddətinə 3000 manat kredit vermişdir. Lakin iddia tələbi xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhər Məhkəməsinə təqdim edilmişdir. Bununla da iddiaçı tərəf iddia müddətini ötürmüşdür. Məhkəmədən iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Mingəçevir Şəhər Məhkəməsinin (hakim E.Cəbrayılzadə) 6 oktyabr 2022-ci il tarixli 2(051)-1824/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, hazırkı mübahisə müqavilə münasibətlərindən yaranan tələbdir. Həmin tələbə iddia müddəti şamil edilir. İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas və faiz borcunun alınması tələbinə dair iddianı, həmin tələb üzrə qanunda göstərilm iş üç illik iddia müddəti keçdikdən sonra vermişdir. Belə olan halda üç illik müddətin axımı xx.xx.2019-cu il tarixdə başlayaraq xx.xx.2022-ci il tarixdə başa çatmışdır. Bank tərəfindən iddia ərizəsi iddia müddəti başa çatandan sonra, xx.xx.2022-ci il tarixdə verilmişdir.

7. Məhkəmə gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 372, 373, 375-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 14, 77 və 217-ci maddələrinə ist inad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayətində göstərilmişdir ki, Mingəçevir Şəhər Məhkəməsi “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələr siyahısındadır. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh qarşı “borc tələbi” nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər 04 avqust 2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. İş materiallarında saxlanılan elektron ərizədən çıxarışa nəzər yetirsək görərik ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin göndərilmə t arixi xx.xx.2022-ci il, saat 19:43 kimi qeyd edilmişdir. İddiaçı iddia ərizəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə xx.xx.2022-ci il tarixdə müraciət etmiş və bununla da iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir.

10. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), M.A.Əsədli və E.M.Mehdiyev) 2(103)-341/2023 nömrəli, 1 mart 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, tərəflər arasında kredit müqaviləsi 04 avqust 2017-cu il tarixdə 24 ay müddətinə bağlanmış, iddiaçı isə iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Göründüyü kimi, 24 ay müddətinə bağlanmış 04 avqust 2017-cu il tarixli kredit müqaviləsinin icrası müddətindən, yəni 04 avqust 2019-cu il tarixdən 3 illik iddia müddəti artıq keçmişdir.

12. Məhkəmə kollegiyası iddiaçının xx.xx.2022-ci il tarixdən əvvəl xx.xx.2022-ci il tarixdə, yəni iddia müddəti başa çatmamış iddia verməsi barədə apellyasiya şikayətinin dəlillərinə qiymət verməklə qeyd etmişdir ki, Elektron Məhkəmə İnformasiya Sistemindən aydın şəkildə görünür ki, hazırki iş üzrə İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun alınması tələbinə dair iddia ərizəsi xx.xx.2022-ci il tarixdə həmin sistemə daxil olmuşdur. İddia ərizəsində göstərilmiş xx.xx.2022-ci il tarixi ilə iddia ərizəsinin Elektron Məhkəmə İnformasiya Sisteminə daxil olduğu xx.xx.2022-ci il tarixi arasında mövcud olan fərqə səbəb ola biləcək hər hansı halların nəzərə alınması iddia müddətini ötürməmə vəzifəsi daşıyan iddiaçının məsuliyyəti olduğundan apellyasiya şikayətinin həmin dəlilləri əsaslı hesab olunmur.

13. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 372, 373, 375, 385, 442, 462, 739 və 740-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlillər i a) Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayətində qeyd olunmuşdur ki, iddiaçı iddia ərizəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə xx.xx.2022-ci il tarixdə müraciət etmiş və bununla da iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. İddia müddətinin ötürülməməsinə dair məqamlar Bankın nümayəndəsi tərəfindən məhkəmənin nəzərinə çatdırılmış və “Elektron məhkəmə” informasiya sisteminə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin xx.xx.2022-ci il tarixdə yükləndiyini təsdiq edən sənədi əyani olaraq onlara göstə rərək təhvil vermiş, lakin kollegiya nümayəndənin təqdim etdiyi əsaslı sübutu nəzərə almayaraq AZEMİS “Elektron məhkəmə” informasiya sistemində iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin xx.xx.2022-ci il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə göndərildiyini iddia edərək apellyasiya şikayətini əsassız olaraq təmin etməmişdir. İddiaçı məhkəmə müdafiə hüququndan vaxtında istifadə edərək xx.xx.2022-ci ildə, yəni iddia müddətinin son günü sənədləri elektron sistemə yükləmişdir. Elektron sənədin isə hansı tarixdə dəftərxananın işçisi tərəfindən qəbul edilərək qeydiyyata alınması artıq həmin işçinin vəzifə öhdəlikləri çərçivəsində müəyyən edilən bir məsələdir və bu hal iddiaçı tərəfindən müvafiq iddia tələbinin iddia müddətini ötürmədən vaxtında, yəni iddia müddətinin son günü xx.xx.2 022-ci il tarixdə göndərilməsini inkar edə bilməz. Apellyasiya məhkəməsi həqiqətin müəyyən edilməsi istiqamətində tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasını məqsədəmüvafiq hesab etməmişdir. Belə ki, elektron sənədin göndərilmə və qəbul edilmə tarixləri arasında şübhə doğuran məqamları aradan qaldırmaq üçün AR Ədliyyə Nazirliyinin İnformasiya texnologiyaları və innovasiyalar İdarəsinə sorğu ilə müraciət edilib, müvafiq cavab alınmamışdır. Hər iki məhkəmə instansiyasının qanunvericiliyin müddəalarını pozaraq sübutları qiymətləndirməməsi yanlış qətnamənin qəbul edilməsinə gətirib çıxarmışdır. Məhkəmə nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh müqavilə üzrə iddiaçıdan kredit a lmaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh bankdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

17. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

18. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

19. Maddə 375.1. Hüququ n müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

20. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilm əməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

23. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

24. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gö zləməlidirlər.

25. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

26. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Prosessual Məcəllə

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

33. Maddə 418.3. Proses sual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Hazırkı k assasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

38. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

39. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mü lki kollegiyasının 2(107)-341/2023 nömrəli, 1 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar