Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-268/2022 11.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1588/2021 nömrəli iş üzrə 02 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 11 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 25 avqust 2010-cu il tarixdə Bakı şəhəri 3 saylı dövlət notariat kontorunda bağlanmış kredit müqaviləsinin surətindən görünür ki, Orucov X1 Rasim Şakir oğluna 1 il, 25.08.2011ci il müddətinə qaytarmaq şərtilə 20000 manat məbləğində kredit vermişdir. 18 may 2012-ci il tarixdə Bakı şəhər notariusunda bağlanmış kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı 50000 manat məbləğində borc pul almış və həmin pulu 1 il ərzində ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Zəngilan rayon məhkəməsinə müraciət edərək, Cavabdeh 70000 (yetmiş min) manat borc məbləğinin İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ona bildirmişdir ki, şəx si ət və ət məhsullarının satışı ilə məşğul olur. Həmin biznesə bir qism vəsait qoyulduqdan sonra bir ay ərzində qoyulmuş vəsait ilə birlikdə gəlir əldə etmək imkanı vardır. Bu səbəbdən onların arasında 25 avqust 2010-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən borclu Cavabdeh 1 (bir) il müddətinə 20000 manat məbləğində kredit verilmişdir. Həmçinin iddiaçı ilə Cavabdeh arasında 18 may 2012-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən də İddiaçı borclu Cavabdeh 1 (bir) il müddətinə 50000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən borclu Cavabdeh 1 (bir) il müddətinə qeyd olunan məbləğləri qaytarmağı öhdəsinə götürsə də krediti ödəməkdən yayınmışdır. İddiaçı öhdəliyini icra edərək pulu Cavabdeh vermiş, lakin cavabdeh üzərinə düşən öhdəliyi icra etməyərək pulu qaytarmaqdan imtina etmişdir. Bu səbəbdən iddiaçı Cavabdeh ümumilikdə 70000 (yetmiş min) manat borc məbləğinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Zəngilan Rayon Məhkəməsinin 04 noyabr 2016-cı il tarixli qətnaməsi ilə (hakim S.Əhmədova, iş № 2(034)-885/2016) iddia qismən təmin edilərək, Cavabdeh oğlundan 50000 (əlli min) manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, X2 ilə İddiaçı arasında 25 avqust 2010-cu il tarixli və 18 may 2012-ci il tarixli kredit müqavilələri bağlanmışdır. Həmin kredit müqaviləsi Notariat kontorunda qeydiyyata alınaraq təsdiq edilmişdir. Qeyd olunan 25 avqust 2010-cu il tarixli müqavilənin 1-ci bəndinə əsas ən İddiaçı Cavabdeh bir il müddətinə qaytarmaq şərti ilə 20000 manat, 18 may 2012-ci il tarixli kredit müqaviləsinə əsasən yenə də bir il müddətinə 50000 manat məbləğində borc pul vermişdir. İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə Bakı şəhəri, Nəsimi RPİ-nin 02 yanvar 2016-cı il tarixli cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul olunmuşdur. Həmin şikayətlə bağlı materialında olan İddiaçı izahatından görünür ki, 2010cu il tarixdə Cavabdeh ona pul tapıb versə birlikdə biznes qura biləcəklərini demişdir. O, bir qədər fikirləşdikdən sonra 20000 manat pul taparaq Cavabdeh vermiş, Rasim işlədikdən bir müddət sonra qazancı onunla yarı bölmüşdür. Bu bölgü hər ayın 5-i baş vermişdir. Onların iş birliyi təxminən üç ay davam etmişdir. Üç aydan sonra o, verdiyi 20 000 manat pulu Cavabdeh almışdır. İş materiallarından, İddiaçı şikayəti üzrə toplanmış materialdan və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla müəyyən olunur ki, Cavabdeh hazırda İddiaçı 50000 manat borcu qaytarması təsdiqini tapmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti vermiş və onunla əsaslandırmışdır ki, qətnaməni əsassız, qanuna zidd və qeyri-obyektiv hesab edir. Belə ki, onun iddiaçıya hazırda heç bir borcu yoxdur. O, ilk müqaviləni iddiaçı ilə 2010-cu ildə, ikinci müqaviləni isə 2012-ci il tarixlərdə bağlamışdır. Pulu faizi ilə birlikdə tam şəkildə iddiaçıya qaytarmışdır. İddiaçı isə müqavilələrin üzərində 4 il keçdikdən sonra ona qarşı borc tələbi ilə məhkəməyə müraciət etmişdir. Mülki qanunvericilikdə göstərilmişdir ki, pu l tələbləri ilə bağlı iddia müddəti 3 ildir və iddia həmin müddət ərizində qaldırıla bilər. Həmçinin iddia müddəti keçdiyi üçün iddia tələbinin rədd edilməsi barədə ərizə ilə də məhkəməyə müraciət etmişdi. O, ilk məhkəmə iclasında iştirak edərkən iddianı qəbul etmədiyini və qeyd olunan məbləği tam şəkildə müxtəlif vaxtlarda iddiaçıya qaytardığını bildirmişdi. Bu hal məhkəmə qətnaməsində öz əksini tapsa da, məhkəmə tərəfindən ərizə və yuxarıda sadaladıqları hallar tam araşdırılaraq qətnamə qəbul edilsəydi, bu gün bir vətəndaş kimi onun hüquqları pozulmazdı. Barəsində belə bir qətnamə olmasını bu yaxınlarda icra şöbəsinə dəvət edildikdən sonra bilmişdir. Onun və nümayəndəsinin növbəti məhkəmə iclaslarından xəbərləri olmamışdır. Çünki o, həmin ərəfələrdə həbsdə olmuşdu. Sumqayıt Apellyasiya M əhkəməsi Mülki Kollegiyasının 02 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Abasov və S.Qafari, iş № 2(105)-1588/2021) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Zəngilan Rayon Məhkəməsinin 04 noyabr 2016-cı il tarixli, 2(034)-885/2016 saylı qətnaməsi iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh borc aldığı 50000 manatı 1 il ərzində, yəni 18.05.2013-cü il tarixədək iddiaçıya qaytarmadığından birinci instansiya məhkəməsinin iş üzrə bu hissədə gəldiyi nəticə qanuni və əsaslıdır. Cavabdeh iddiaçıya borcunun olmamasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, cavabdeh 18 may 2012-ci il tarixli kredit müqaviləsini də mübahisələndirməm işdir. İşə birinci instansiya məhkəməsində baxılarkən Cavabdeh ərizə ilə müraciət edərək hazırki mübahisəyə iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində də iddiaçının 18.05.2012-ci il tarixli kredit müqaviləsi üzrə 3 illik iddia müddətini ötürdüyünü qeyd etmişdir. İşdən görünür ki, İddiaçı hazırki iddia ərizəsi 13 may 2016-cı il tarixdə tərtib etmiş, 12 may 2016-cı il tarixdə dövlət rüsumu ödəmişdir. Digər tərəfdən, İddiaçı iddia ərizəsinin məhkəməyə daxil olma ştampında 26 may 2016-cı il tarix qeyd edilsə də, iddia ərizəsinin üzərində olan dərkənarın tarixində düzəliş edilmişdir. Göstərilən halları nəzərə alaraq məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kass asiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)1588/2021 nömrəli iş üzrə 02 iyul 2021-ci il tarixli qətnaməsini İddiaçı iddia tələbinin təmin edilməsi hissəsində maddi və prosessual hüquq normalarının pozulması, düzgün tətbiq edilməməsi ilə qəbul edilməklə əsassız və qanunsuz olduğundan ləğv edib, iddia tələbi üzrə məhkəməyə müraciət etmək üçün qanunvericiliklə müəyyən edilmiş 3 illik iddia müddəti 3 il 8 gün ötürüldüyündən iddia müddətini tətbiq etməklə İddiaçı iddia tələbindən imtina barədə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinin dəlilləri apell yasiya şikayətinin dəlilləri ilə eyni olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən cavabdeh kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qismən, iddianın təmin olunan hissəsini mübahisələndirmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun qismən yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müd dəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan s onra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və m iqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirmək lə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1.-ci m addəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1.-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası mə hkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1588/2021 nömrəli iş üzrə 02 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-268/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-268/2022
11.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver