Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-268/2024 15.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ İş № 2(102)-268/2024 (Açar sözlər: işəgötürənə vurulmuş ziyana görə məsuliyyət, kassasiya instansiyası məhkəməsinin göstərişləri) Bakı şəhəri, 15 yanvar 2024-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)648/2023 nömrəli, 03 may 2023-cü i l tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 15 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Baxılan mübahisə xxx” MMC-də satış təmsilçiləri işləmiş Cavabdeh1 və Cavabdeh2 işəgötürənə vurulmuş ziyanın ödənilməsi üzrə yaranmışdır. 2. xxx” MMC xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmış hüquqi şəxsdir və qida məhsullarının satışını həyata keçirir.
3. Cavabdeh2 xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən ”xxx” MMC-də aylıq əmək haqqı 250 manat müəyyən edilməklə satış təmsilçisi vəzifəsinə (peşəsinə) işə götürülmüş, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərin təşəbbüsü ilə xx.xx.2020-ci il tarixdən onunla olan əmək müqaviləsinə xitam verilm işdir.
4. Cavabdeh1 xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən ”xxx” MMC-də aylıq əmək haqqı 250 manat müəyyən edilməklə satış təmsilçisi vəzifəsinə (peşəsinə) işə götürülmüş, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əsasən xx.xx.2020-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. 5. xxx” MMC-də xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Şəmkir regionu üzrə satış anbarında inventarizasıya aparılmış və inventarizasiya zamanı Cavabdeh1 işlədiyi dövr ərzində 437.339.02 manat kəsir müəyyən olunmuşdur. Bu barədə Cavabdeh1 da daxil olmaqla xxx” MMC-nin 4 əməkdaşı tərəfindən xx.xx.2020-ci il tarixli akt tərtib olunmuş və imzalanmışdır.
6. Cavabdeh1 həmin çatışmazlıqla bağlı İddiaçı MMC-nin rəhbərinə xx.xx.2020-ci il tarixdə yazdığı izaha tında bildirmişdir ki, MMC-nin Şəmkir deposunda 437339 manat pulun əksik gəlməsinin səbəbləri:
1. Pandemiya ilə bağlı, təxminən vaxtı keçmiş 50000 manat dəyərində malın anbarda qalması;
2. Ərazidə fəaliyyətini dayandırmış mağazalarda, təxminən 30000 manat dəyərində borcun qalması olmuşdur. Bundan başqa, 21900 manat dəyərində devalvasiya ilə bağlı yaranmış köhnə borc fərqini qəbul etmir. Yerdə qalan borcu qəbul edir, səhv etmişdir, şirkətin əvvəlki rəhbərliyi Fizuli Adıgözəlov və onun qardaşı oğlu Famil Adıgözəlovun dönəmində 100440 manat onun üzərinə pul yüklənmiş, həmin pulu üzərinə götürdüyünə görə səhv etmiş, lakin bu barədə şirkətin təsisçilərinə hər hansı yazılı və şifahi məlumat verməmişdir. 235000 (iki yüz otuz beş min) manat kəsir onun öz günahı üzündən olub və həmin məbləğdə borcu n məsuliyyətini tam öz üzərinə götürür.
7. Cavabdeh2 İddiaçı MMC-nin rəhbərinə xx.xx.2020-ci ildə yazdığı izahatında bildirmişdir ki, MMC-də yalnız bəzi vaxtlarda atası Cavabdeh1 kömək etmək məqsədilə işləmiş, boş vaxtlarında etibarnamə əsasında idarə etdiyi **-OB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə taksi xidməti göstərmişdir. MMC-də işlədiyi müddətdə 600-700 manat əmək haqqı almışdır. Atası onu kömək məqsədi ilə çağıranda, şirkətə mal gələndə onun anbara yerləşdirilməsinə, fəhlələrin üstündə başçı kimi durub onlardan malları təhvil almışdır. Anbarın açarları atasında və onda olurdu. Açar onlardan başqa heç kimdə olmurdu. Atası ona etibar etdiyi üçün həmin malları sayıb atasına təhvil verməmişdir.
8. Müstəqil-auditorun xx.xx.2020-ci il tarixli hesabatı ilə müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üçün maddi-məsul şəxs, İddiaçı MMC-nin Şəmkir bölgəsi üzrə satış təmsilçisi Cavabdeh1 öhdəliyində 432577.69 manat dəyərində mal çatışmazlığı vardır.
9. İddiaçı MMC-nin nümayəndəsi Cavabdeh1 ona tapşırılmış əmlakı mənimsəməsi barədə Şəmkir rayon prokurorluğuna müraciət etmiş və Cavabdeh1 MMC-də satış təmsilçisi işlədiyi 2012-ci il tarixdən xx.xx.2019-cu il tarixədək müddət ərzində öhdəliyində olan cəmi 899.4545,02 manat məbləğində qida və qeyri-qida məhsullarını mənimsədiyi, bundan sonra dövrün sonuna qalıq olaraq hesablanmış 633.555,81 manat dəyərində material qalığı ilə 200,978,12 manat dəyərində faktiki uçota alınmış materiallarının qalığının üzləşməsi nəticəsində 432.577,69 manat dəyərində qida və qeyri-qida məhsulunun C avabdeh1 tərəfindən müxtəlif vaxtlarda tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq istintaqa məlum olmayan ayrı-ayrı şəxslərə sataraq mənimsədiyi müəyyən edilmişdir. Həmin faktla bağlı cinayət işi başlanmışdır. Şəmkir rayon prokurorluğunun xx.xx.2021-ci il tarixli qərarı ilə Cavabdeh1 barəsində olan cinayət işi üzrə icraat dayandırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi (tələbin həcminin azaldılması barədə ərizə) ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 352577,96 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə belə əsaslandırı lıb ki, Cavabdeh1 uzun illər ”xxx” MMC-nin Şəmkir Regional üzrə (Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax) satış təmsilçisi olmuşdur. Bu müddət ərzində Cavabdeh1 oğlu olan digər Cavabdeh2 ilə birlikdə onlara etibar edilmiş maddi nemətləri vəzifəsindən sui-istifadə edərək mənimsəmişlər. Cavabdehin iştirakı ilə ”xxx” MMC-nin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Şəmkir regionu üzrə inventarizasıya aparılmış, Cavabdeh1 işlədiyi dövr ərzində 437339.02 manat əskik gəlmiş, cavabdeh izahatında yol verdiyi mənimsəmə hallarını qəbul etmiş və məsuliyyəti üzərinə götürmüşlər. Digər Cavabdeh2 da öz izahatında atası Cavabdeh1 vasitəçiliyi ilə ”xxx” MMC-də işlədiyini, fəhlələrə nəzarət etdiyini, malların təhvil alınmasını həyata keçirdiyini, anbarın açarının onlarda olduğunu bildirmişdir. Cavabdehlərin qanunazidd fəaliyyətləri nəticəsində ”xxx” MMC-nin aktivlərində 437.339.02 manat çatışmazlıq olmuşdur. Sonradan cavabdehlər iddiaçı təşkilata 80000 manat pul qaytarmışlar, cavabdehlərin hazırda 352577.69 manat borcları qalmışdır, həmin məbləğ üçün cavabdehlər birgə maddi məsuliyyət daşıyırlar.
12. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 157.2 və 442-ci maddələrinə istinad etmişdir.
13. Cavabdehlər iddiaya yazılı etiraz verərək, göstərmişlər ki, iddiaçı tərəfindən təzyiqlərə, hədə-qorxuya məruz qalaraq Cavabdeh2 borclu olmaqları barədə sənədə imza edib. Məhkəməyə təftiş haqqında iddiaçı tərəfindən heç bir sənəd təqdim edilməyib. Məhkəmə işi icraata qəbul etməzdən əvvəl audit yoxlamasının nəticəsini tələb etməli idi. İşlətdikləri kompüter id diaçı tərəfindən zorla onların əlindən alınıb. Bu səbəbdən borc barədə sənəddəki imza etibarsızdır.
14. Birinci instansiya məhkəməsinin qərardadı əsasında verilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli rəyi ilə Cavabdeh1 hesabında 432577.69 manat çatışmazlığın yaranması müəyyən edilmişdir.
15. Cavabdeh2 birinci instansiya məhkəməsində iddia tələbini qəbul etməyərək bildirmişdir ki, hazırki işin ona heç bir aidiyyəti yoxdur. Belə ki, şirkətdə atasına iş aparmaqda kömək etmişdir. 2015-ci ildən 2016-cı ilədək həmin şirkətdən maaş almışdır. Atasının borcunun bağlamaq üçün bacısının və bibilərinin qızıllarını satmış, qohumlarından borc istəyib 80.000 manat pulu ödəmişlər.
16. Göygöl Rayon Məhkəməsinin 2(066)-102/2021 nömrəli, 1 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, 352577,69 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. (hakim Qələmdar Abbasov)
17. Birinci instansiya məhkəməsi işdəki sənədlərə, o cümlədən ekspert rəyinə istinadən işin yuxarıda qeyd edilən hallarını göstərmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 443.1, 448.2, 739.1, 739.2-ci maddələrini sadalayaraq iddianın təmin edilməsi nəticəsinə gəlmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
18. Cavabdehlər apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişlər.
19. Apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırmamış və qətnamədə göstərilən nəticə işi n hallarına uyğun deyildir. Məhkəmə iddianı təmin edərkən xəstə, eyni zamanda iddiaçı tərəfindən təzyiqlərə məruz qalan Cavabdeh1 yazdığı izahata istinad etmişdir. Hansı ki, həmin izahatda 437739,02 manat deyil, 235000 manat qeyd edilmişdir. Qalan 50000 manat dəyərində olan malın anbarda olması, mağazalara paylanması, hələ satılmamış malın 30000 manat dəyərinə olması qeyd edilsə də, məhkəmə bunu araşdırmamışdır. Cavabdeh2 isə İddiaçı MMC-də məsul vəzifədə işləməmiş, onunla MMC arasında, ümumiyyətlə, əmək müqaviləsi olmamışdlr.
20. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1335/22 nömrəli, 18 may 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Fikrət Mehtiyev (sədrlik edə n və məruzəçi), Rəhman Muradov, Ədil Məmmədov)
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq göstərmişdir ki, məhkəmə iddianı təmin edərkən işdə olan sənədlərə düzgün hüquqi qiymət vermiş, hazırki tərəflər arasında yaranmış mübahisənin həllində səhvə yol verməmiş, nəticədə mahiyyəti üzrə düzgün qətnamə qəbul etmişdir.
22. Apellyasiya instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iş üzrə cavabdehlər apellyasiya şikayətində şikayətinin dəlillərini əsaslandıra bilməmiş, işin nəticəsinə təsir edən iş üçün əhəmiyyəti olan halları sübut edə bilməmişlər. Apellyasiya şikayətinin dəlilləri iş materialları ilə və məhkəmə baxışı zamanı təsdiqini tapmamışdır.
23. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 1091-ci maddəsi ilə ə saslandırmışdır. c) Kassasiya instansiya məhkəməsində birinci icraat
24. Cavabdeh2 (X1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər tərəfindən, xüsusilə Cavabdeh2 tərəfindən hər hansı əmlak əldə edilməsi baş verməmişdir. Məhkəmə tərəfindən maddi hüquq normasının pozulması nəticəsində apellyasiya şikayətinin dəlilləri üzrə düzgün hüquqi qiymətləndirmə aparılmamış və nəticədə cavabdehin qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə işinin ədalətli və açıq araşdırılması hüququ pozulmuşdur.
26. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-5573/2022 nömrəli, 11 noyabr 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, a pellyasiya instansiyası məhkəməsi qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
27. Ali Məhkəmnin mövqeyi belə olub: - məhkəmələr tərəfindən müəyyən olunmuş işin faktiki halları ondan ibarətdir ki, cavabdehlər əmək müqaviləsinə əsasən ”xxx” MMC-də satış təmsilçisi vəzifəsində işləmişlər. MMC-də xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Şəmkir regionu üzrə inventarizasıya aparılmış və inventarizasiya zamanı Cavabdeh1 işlədiyi dövr ərzində 437.339.02 manat əskik gəlmiş, bu barədə xx.xx.2020-ci il tarixli akt tərtib olunmuşdur. Cavabdeh1 müəyyən olunmuş çatışmazlıqla bağlı məsuliyyətini qismən qəbul etmiş, pandemiya ilə bağlı təxminən vaxtı keçmiş 50000 manat dəyərində malın anbarda qalması, ərazidə fəaliyyətini dayandırmış mağazalarda təxminən 30000 manat dəyərində borcun qalması, 21900 manat dəyərində devalvasiya ilə bağlı yaranmış köhnə borc fərqi nəzərə alınmaqla, yerdə qalan borcu qəbul etdiyini bildirmişdir. Cavabdehlərlə əmək müqavilələrinə xitam verilmişdir. İddiaçı MMC-nin şikayəti əsasında Cavabdeh1 fəaliyyətində müəyyən olunmuş çatışmazlıq faktı üzrə cinayət işi başlanmış Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və onun ağır xəstəliyi ilə əlaqədar barəsində olan cinayət işinin icraatı dayandırılmışdır; - apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuşdur; - belə ki, birinci instansiya məhkəməsi iddianın maddi hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 425.1, 442, 443.1, 448.2, 739.1, 739.2-ci maddələrini sadalamış, lakin i şin hallarına həmin normaların dispozisiya şərtlərinin uyğunluğunu əsaslandırmamışdır; - Apellyasiya instansiyası məhkəməsi isə birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən qətnaməsində yalnız Mülki Məcəllənin 1091-ci maddəsinə istinad etmiş, cavabdehlərin məsuliyyətinin əsası kimi əsassız varlanmanı müəyyən etmişdir. Lakin bu zaman MPM-nin 385.1 və 386-cı maddələrinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normasının pozulduğu halda qətnaməni ləğv etmədiyini əsaslandırmamışdır; - işin hallarına görə tərəflər arasında yaranmış mübahisə işçinin işəgötürənə vurduğu ziyanın ödənilməsi ilə bağlı işçi ilə işəgötürən arasında yaranmış mübahisədir və tərəflərin arasında yaranmış mübahisə Əmək Məcəlləsinin 32-ci fəslinin müddəaları və əlaqəli hüquq nor maları əsasında həll olunmalıdır; - Əmək Məcəlləsinin 191-ci maddəsində deyilir ki, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda; - tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birin in digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır (Əmək Məcəlləsinin 192-ci maddəsi); - cavabdehlə əmək müqaviləsinə xitam verilməsi faktı iddia tələbinin təmin edilməsini aradan qaldırmır. Çünki Əmək Məcəlləsinin 194-cü maddəsinə görə ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir; - Əmək Məcəlləsinin 199-cu maddəsinin “a” bəndində saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, “b” bəndində işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə v ə ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə işçinin vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıması təsbit edilmişdir. Həmin Məcəllənin 200.1-ci maddəsinə görə istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər; - Əmək Məcəlləsinin 202.1-ci maddəsinə görə işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Həmin Məcəllənin 20 2.2-ci maddəsinə görə işəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. - göründüyü kimi, işçinin vurduğu ziyana görə tam maddi məsuliyyət haqqında müqavilənin olması zəruri sayılır. Lakin baxılan işdə cavabdehlərlə bağlanmış tam maddi məsuliyyət haqqında müqavilələr işə əlavə olumamışdır; - eyni zamanda nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 200-ci maddəsinin 5-ci hissəsində tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hal larda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır; - istənilən halda işçinin zərərə görə maddi məsuliyyət daşıması üçün Əmək Məcəlləsinin 199-cu maddəsində müəyyən olunan şərtlər mövcud olmalıdır. Bu baxımdan tələb olunan ziyanın yaranmasında Cavabdeh2 təqsirkar əməli (hərəkəti və ya hərəkətsizliyi), bu əməlin qanuna zidd olması, onun qanunazidd əməli ilə tələb olunan ziyanın yaranması arasında səbəbli əlaqə məhkəmələr tərəfindən müəyyən olunub əsaslandırılmayıb; - məhkəmə cavabdehlərin MMC-də işləməsi və onlarla olan əmək müqavilələrinə xitam verilməsi barədə məlumatları, tərəflərin izahatlarında, xx.xx.2020-ci il tarixli aktda, aktla bağlı cavabdehlərin yazılı izahatlarında, xx.xx.2020-ci il tarixli müstəqil auditor hesabatında, iş üzrə keçirilmiş ekspert rəyində əksini tapmış məlumatları sadəcə qətnamədə qeyd etmiş, həmin sübutları ayrılıqda təhlil edib məcmu halda qiymət verməklə, Cavabdeh2 əməllərində Əmək Məcəlləsinin 199-cu maddəsində qeyd olunan şərtlərin mövcudluğunu müəyyən etməmiş, nəticə etibarilə Cavabdeh2 maddi məsuliyyətini əsaslandırmamışdır. Halbuki, Cavabdeh2 xx.xx.2020-ci il tarixli aktla bağlı yazılı izahatında yaranan mal çatışmazlığında özünün təqsirini etiraf etməmişdi; - xüsusilə nəzərə alınmalıdır ki, vurulmuş ziyanla bağlı sübut kimi istinad olunan sənədlərdə ziyanın yaranma müddəti müxtəlif qeyd olunmuşdur: xx.xx.2020-ci il tarixli aktda ziyanın xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək; xx.xx.2020-ci il tarixli müstəqil-auditor hesabatında xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il ta rixədək; Cavabdeh1 barəsində olan cinayət işində isə 2012-ci il tarixdən xx.xx.2019-cu il tarixədək müddət ərzində yarandığı əksini tapıb; - məhkəmə aktı barədə irəli sürülən hüquqi müəyyənlik tələbindən əlavə, Cavabdeh2 məsuliyyətinin müəyyən olunması baxımından bu ziddiyyətlərin aradan qaldırılması zəruri idi. Çünki Cavabdeh2 müəssisədə işlədiyi dövr işdə olan sənədlərlə xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədəkdir. Bu halda Cavabdeh2 üzərinə işləmədiyi dövr üçün yaranmış ziyana görə öhdəlik qoyulduğu barədə kassasiya baxışında aradan qaldırılmayan şübhə yaranır; - qeyd edilməlidir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll oluna n işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
28. Təkrar apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının nümayəndəsinin (vəkilinin) vəsatəti əsasında Şəmkir rayon prokurorluğuna sorğu verilərək, prokurorluğun icraatında olan cinayət işinin materiallarında olduğu halda məhkəmə iclasında baxış keçirilməsi üçün iş üzrə cavabdehlərlə bağlanmış əmək müqavilələri, onlarla bağlanmış tam maddi məsuliyyət barədə müqavilələrin əslinin məhkəməyə göndərilməsi xahiş edilmişdir.
29. Sorğuya cavab olaraq Şəmkir rayon Prokurorluğu tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli 186-D-23 nömrəli məktuba əlavə edilmiş sənədlərdən görünür ki, həmin sənədlər əmək müqaviləsinin bağlanması və xitam verilməsi ilə bağlı bildirişlərin və əmək müqavilələrinin, həmçinin xx.xx.2019-cu il tarixli aktın İddiaçı MMC tərəfindən təsdiq edilmiş surətlərindən ibarətdir.
30. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-648/2023 nömrəli, 03 may 2023-cü il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Göygöl Rayon Məhkəməsinin 01 oktyabr 2021ci il tarixli 2(066)-10 2/2021 saylı qətnaməsi qismən - müştərək qaydada 352577.69 (üç yüz əlli iki min beş yüz yetmiş yeddi manat altmış doqquz qəpik) manat pulun həm də Cavabdeh2 tutularaq İddiaçı MMC-yə ödənilməsi hissəsində ləğv edilmiş, ləğv edilmiş həmin hissədə yeni qətnamə çıxarılaraq iddia tələbi Cavabdeh2 aid hissədə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Şamil Rzaquliyev (sədrlik edən və məruzəçi), Loğman Süleymanov, Afiq Hüseynzadə)
31. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının nümayəndəsi sənədlərin əslinin Şəmkir rayon Prokurorluğunda olduğunu vurğulasa da, Şəmkir rayon Prokurorluğundan göndərilmiş sənədlərdən prokurorluğa həmin sənədlərin əslinin verilmədiyi müəyyən olunmuşdur.
32. Həmçinin müəyyən edilmişdir ki, Cava bdeh1 İddiaçı MMC-yə satış təmsilçisi kimi xx.xx.2019-cu ildə işə qəbul olunmuş, onunla tam maddi məsuliyyət barədə müqavilə bağlanmış, Şəmkir Regionu üzrə (Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax) satış təmsilçisi olmuşdur. Cavabdeh1 iştirakı ilə İddiaçı MMC-nin əməkdaşları tərəfindən xx.xx.2020- ci il tarixdən xx.xx.2020-ci il tarixədək Şəmkir regionu üzrə inventarizasıya aparılmış, Cavabdeh1 işlədiyi dövr ərzində 437339.02 manat məbləğində mal əskikliyi müəyyən edilmiş, bundan sonra maddi məsul şəxs Cavabdeh1 tərəfindən müəyyən miqdarda ödəniş edildiyinə görə iddiaçı tərəfindən iddianın həcmi azaldılaraq 352577.69 manat pulun alınıb verilməsi xahiş edilmişdir. Cavabdeh1 ilə İddiaçı MMC arasında xx.xx.2019-cu il tarixdə əmək müqaviləsi və tam maddi məsuliyyət barədə müqavilə bağlanmışdı r. İddiaçı MMC-nin kassiri X2, anbardarı X3 və MMC-nin Şəmkir rayonu üzrə satış təmsilçisi, maddi məsul şəxs Cavabdeh1 tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli akta əsasən xx.xx.2019-cu il tarixdə Şəmkir rayonu üzrə satış təmsilçisi Cavabdeh1 öhdəliyində İddiaçı MMC-yə məxsus 350.000 (üç yüz əlli min) manat dəyərində mal qalığı və 457574,42 (dörd yüz əlli yeddi min beş yüz yetmiş dörd manat 42 qəpik) manat dəyərində nağd pul vəsaiti vardır. Həmin akt aktı tərtib etmiş şəxslər, o cümlədən Cavabdeh1 tərəfindən imza edilmişdir. Cavabdeh1 həmin tarixdən sonra iki ildən artıq müddətdə iddiaçı müəssisədə eyni vəzifədə işini davam etdirmiş olsa da, qeyd olunan aktda göstərilənləri mübahisələndirməmişdir.
33. Bundan başqa, Cavabdeh1 (təhvil verən) tərəfindən imzalanmış xx.xx.2020-ci il t arixli İddiaçı MMC-nin Şəmkir deposunda rəhbər dəyişikliyi ilə bağlı aparılan təhvil-təslim aktına əsasən İddiaçı MMC-də xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Şəmkir regionu üzrə inventarizasıya aparılmış və inventarizasiya zamanı Cavabdeh1 işlədiyi dövr ərzində 437339.02 (dörd yüz otuz yeddi min üç yüz otuz doqquz manat qırx iki qəpik) manat əskik gəlməsi müəyyən olunmuşdur.
34. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında yaranmış mübahisə işçinin işəgötürənə vurduğu ziyanın ödənilməsi ilə bağlı işçi ilə işəgötürən arasında yaranmış mübahisədir və tərəflərin arasında yaranmış mübahisə Əmək Məcəlləsinin 32-ci fəslinin müddəaları və əlaqəli hüquq normaları əsasında həll olunmalıdır.
35. Apellyasiya instansiyası məhkəməsi Əmək Məcəlləsini müvafiq ma ddələrinə əsasən qeyd etmişdir ki, Cavabdeh1 öhdəsinə verilmiş mal-material və diqər qiymətlilərin saxlanmasına görə tam maddi məsuliyyət daşıdığı halda öhdəliyinə lazımi qaydada əməl etməmiş və İddiaçı MMC-nin Şəmkir deposunda rəhbər dəyişikliyi ilə bağlı aparılan təhviltəslim zamanı maddi vəsaitlərin 437339.02 (dörd yüz otuz yeddi min üç yüz otuz doqquz manat qırx iki qəpik) manat əskikliyi müəyyən edilmiş, bundan sonra cavabdeh tərəfindən müəyyən ödənişlər edilməklə dəymiş ziyanın məbləği azaldıldılmış, ona görə də iddiaçı iddianın həcmini azaldaraq 352577.69 (üç yüz əlli iki min beş yüz yetmiş yeddi manat altmış doqquz qəpik) manat pulun xeyrinə alınmasını xahiş etmişdir. Odur ki, həmin məbləğ Cavabdeh1 iddiaçının xeyrinə tutulmalı, qətnamə Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanı lmalıdır.
36. Apellyasiya instansiyası məhkəməsi iddianın digər Cavabdeh2 aid hissəsi ilə bağlı qeyd etmişdir ki, iş materiallarındakı sənədlərə əsasən Cavabdeh2 xx.xx.2020-ci il tarixdə iddiaçı tərəfindən satış təmsilçisi kimi işə qəbul edilərək onunla əmək müqaviləsi bağlanmış, xx.xx.2020-ci il tarixdə isə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh2 iddiaçı MMC-də əmək müqaviləsi üzrə satış təmsilçisi kimi işə qəbul edilmiş olsa da, iddiaçı ilə Cavabdeh2 arasında sonuncunun tam maddi məsuliyyət daşıması barədə müqavilə bağlanmamış, ən əsası isə ona satış üçün və ya saxlanması üçün qaimə ilə və ya təhvil-təslim aktı ilə hər hansı miqdarda və çeşiddə mal-material və qiymətlilər təhvil verildiyini təsdiq edən sübut təqdim olunmamışdır. İddiaçının məhkəmə kollegiyasının iclasında iştirak edən nümayəndəsi də məhkməyə həmin xüsusatı təsdiq edən mötəbər sübut təqdim edə bilməmişdir.
37. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsinin mövqeyi belə olmuşdur ki, birinci instansiya məhkəməsi Cavabdeh2 qarşı iddianı təmin etməkdə haqlı olmamışdır.
38. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Əmək Məclləsinin 191, 192, 200, 202-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
39. İddiaçı kassasiya şikayəti verərək qətnamənin qismən ləğv, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
40. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Əmək Məcəlləsinin 200-cü maddəsinə görə tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətlər istisna olmaqla qalan hallarda işçi yalnız orta aylıq əmək haqqı məbləğində məsuliyyət daşıyır. Bu maddənin tələbindən görünür ki, işçini əməlində cinayət tərkibi olduqda onunla tam maddi məsuliyyət barədə müqavilə bağlanıb-bağlanmasından asılı olmayaraq işəgötürənə vurulan ziyana görə işçi tam məsuliyyət daşıyır. Cavabdeh2la tam maddi məsuliyyət müqaviləsi bağlanmasa da, hazırda Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmışdır. Həmin iş üzrə icraat dayandırılmış olsa da, Cavabdeh2 da iş üzrə təqsirləndirilən şəxs qismində işə cəlb edilməsi ehtimalı yüksək idi. Çünki Cavabdeh2 izahatında göstərmişdir ki, atası olan digər cavabdehin vasitəçiliyi ilə MMC-də işləmiş, fəhlələrə nəzarət etmiş, malların təhvi l alınmasını həyata keçirmiş, anbarın açarı onda və atasında olmuşdur. Bu isə onların əlbir olaraq bu əməli törətməsi variantını önə çıxarır. Apellyasiya instansiyası məhkəməsi isə qətnamə qəbul edərkən bu halları nəzərə almamışdır. Həmçinin apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh2 satış və ya saxlanması üçün hər hansı miqdar və çeşiddə mal-material verilməsini təsdiq edən sübut verilməyib. Halbuki Cavabdeh2 özü izahatında malların təhvil alınmasını həyata keçirdiyini demişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
41. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 191 (1). Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin dig ərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Maddə 191 (2). Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda Maddə 192 (2). Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Maddə
198. Bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi i şəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Maddə
199. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda;... Maddə 200 (1). İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların apa rılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər Maddə 202 (1). İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Maddə 202 (2). İşəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf ö z tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və də lillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş halla r və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
42. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallar ını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Kassasiya şikayətində iddiaçı qətnaməni qismən – iddianın Cavabdeh2 qarşı təmin edilməyən hissəsində – mübahisələndirib. Bu səbəbdən kollegiya qətnaməni həmin hissədə yoxlayır.
44. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icra at qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
47. Məhkəmə kollegiyası Cavabdeh2 qarşı iddia tələbi üzrə apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 36-37-ci bəndlərində əks edilən qiymə tləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır.
48. İddia tələbi əmək münasibətlərindən doğan ziyanla bağlıdır. İşin müəyyən edilmiş hallarına görə Cavabdeh2la İddiaçı MMC arasında əmək münasibətləri olsa da, onlar arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmamışdır. Eləcə də işə mahiyyəti üzrə və sübutlar əsasında baxan apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 hər hansı qiymətli əmlak verilməsi ilə bağlı iddiaçının sübut təqdim etməməsinə istinad etmişdir.
49. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi Cavabdeh2 münasibətdə iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci ma ddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, həmin hissədə hazırki iş üzrə kassasiya məhkəməsinin əvvəlki qərarında verdiyi göstərişlərə əməl edərək, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
50. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
51. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Cavabdeh2la tam maddi məsuliyyət barədə müqavilə bağlanmasa da, Cavabdeh2 bu məsələ ilə bağlı Şəmkir rayon Prokurorluğunda istintaqı aparılan və icraatı dayandırılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsi ehtimalı olmuş, apellyasiya instansiyası məhkəməsi isə bunu nəzərə almamışdır.
52. Məhkəmə kollegiyası bu dəlili əsaslı hesab etmir. Belə ki, işdən görünür ki, Cavabdeh2 qarşı iddianın rədd edilməsinin əsası onunla tam maddi məsuliyyət haqqında müqavilənin olmaması və Cavabdeh2 hər hansı qiymətli əmlak verilməsinin sübut edilməməsi olmuşdur. Bu nəticə həmçinin kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə əvvəlki qərarında göstərilən mövqeyi baxımından da əsaslıdır.
53. İddiaçının özü də Cavabdeh2 cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsini ehtimal kimi irəli sürmüşdür ki, məhkəmə qərarı da ehtimallara söykənə bilməzdi.
54. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
55. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-648/2023 nömrəli, 03 may 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.