Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2681/2020 13.08.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh İddia tələbi: maddi ziyanın ödənilməsi Açar sözlər: əmlaka vurulmuş zərərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, İddiaçı, cavabdehin və onun vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-13993/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşa ğıdakı qərarı qəbul etdi. İşin faktiki halları Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(010)-478/18 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə **-KP-*** dövlət qeydiyyat nişanlı Zil MMZ 4502 markalı yük avtomobilinin (bundan sonra – mübahisəli avtomobil) İddiaçı (bundan sonra – iddiaçı) adından etibarnamə əsasında Cavabdeh (bundan sonra – cavabdeh) satılmasına dair xx xxx 2017-ci il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-10838/18 saylı iş üzrə xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin 2(010)-4505/18 saylı iş üzrə xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə mübahisəli avtomobilin cavabdehdən alınıb iddiaçıya verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin 2(010)-700/2019 saylı iş üzrə xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə mübahisəli avtomobil X3 ilə hazırkı iş üzrə iddiaçı arasında bərabər bölünməklə, həmin avtomobilin 1/2 hissəsinə X2, 1/2 hissəsinə isə iddiaçının mülkiyyət hüququ tanınmışdır. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli avtomobilə cavabdeh tərəfindən vurulmuş maddi ziyanın dəyəri olan 3000 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli avtomobili n qaytarılmasına dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi Suraxanı rayon İcra və Probasiya şöbəsi tərəfindən icra edilmiş, lakin cavabdeh əvvəllər məhkəmə baxışlarında açıq-aşkar hədə formasında dediklərini həyata keçirmiş və avtomobilini tam yararsız vəziyyətə salaraq icra məmurlarına təhvil vermişdir. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxx 2019-cu il tarixli, 15924 saylı rəyi ilə müəyyən edilmişdir ki, 1982-ci il buraxılışlı mübahisəli avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1230.00 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti 1080.00 manat, təmir-bərpa işlərinin qiyməti 150.00 manat təşkil edir. Eyni zamanda, ekspert rəyi ilə mübahisəli avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrində köhnəlmə faizi tətbiq edilməklə təxmin ən 1230.00 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin 2(010)-680/2019 nömrəli iş üzrə xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə (hakim L.Talıbova) iddia qismən təmin edilmiş, mübahisəli avtomobilə vurulmuş 1230 manat maddi zərərin yarısı, yəni 615 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Birinci instansiya məhkəməsi mübahisəyə Mülki Məcəllənin 21, 1096, 1097-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, nəqliyyat vasitəsinə cavabdeh tərəfindən zərər vurulduğu müəyyən edildiyi, həmçinin iddiaçı mübahisəli avtomobilin ½ hissədə mülkiyyətçisi olduğu üçün iddia qismən təmin olunmalı, ekspert rəyi ilə müəyyən edilən zərərin yarası cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Apelyasiya i nstansiyası məhkəməsinin 2(103)-13993/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – V.Həsənov (sədrlik edən və məruzəçi), Ş.Məmmədova və X.Sarıyev) birinci instansiya məhkəməsinin gəldiyi nəticə mübahisələndirilən hissədə qanuni və əsaslı hesab edilmiş, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə cavabdehə aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, əvvəlki mülki işlər üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə nəqliyyat vasitəsinin mövcud olduğu, işlək vəziyyətdə və cavabdehin qanunsuz sahibliyində olduğu müəyyən edilmişdir. Eyni zamanda nəqliyyat vasitəsinin iddiaçıya təhvil verilməsinə əsas olan aktda nəqliyyat vasitəsinin bəzi hissələrinin yerində olmadı ğı və istifadə üçün yararsız olduğu müəyyən edilmişdir. Belə olan halda nəqliyyat vasitəsinə onun tərəfindən zərər vurulmamasına dair dəlillərin əsassızlığı müəyyən edilir. Cavabdeh etirazını təsdiq edən möhtəbər və inandırıcı sübutlara istinad etməyib. Apelyasiya instansiyası məhkəməsi qeyd olunanlara əsasən hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisə üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələbləri pozulmuş, işin halları tam araşdırılmamış, iddiaçının tələbinin əsasını sübut edə bilməməsi nəzərə alınmamışdır. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh və onun vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. İş üzrə iddiaçı məhkəmə iclasın a vəkilsiz gəldiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67.1-ci maddəsinin tələblərinə əsasən izahatı dinlənilməmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməl idir. Baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin olunmuş hissəsində yoxlamış apelyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayətinə əsasən tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərə rvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 425.1. Öz hüquqlarını həyata kecirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual h üquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri əsasən apelyasiya şikayətinin dəlilləri ilə eynidir, Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı apelyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya ins tansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-13993/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2681/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2681/2020
13.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver