Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2682/2019 30.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyul 2018-ci il tarixli, 2(103)-7872/2018 saylı qətnaməsindən Cavabdeh və vəkili xxx oğlunun kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 27 aprel 2018-ci il tarixli, 2(005)-1245/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim A.B.Əliyev) İddiaçı Ca vabdeh qarşı “pul tələbinə dair” ilk iddia ərizəsi təmin, Cavabdeh İddiaçı qarşı “250.000 manat, mənəvi ziyana görə 50.000 manat pulun tutulması, əks halda alqı-satqı müqaviləsinin ləğvinə dair 11 iyun 2015-ci il tarixli saziş əsasında ünvan 1 ünvanda yerləşən sahəsi 59,0 kv.metr olan qeyri-yaşayış sahəsinin qaytarılması və bu illər ərzində dəymiş ziyana görə 74.000 manat icarə haqqının ödənilməsi” barədə qarşılıqlı iddia ərizəsi rədd edilərək, Cavabdeh 9.600 manat pulun tutulub İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyul 2018-ci il tarixli, 2(103)-7872/2018 saylı qətnaməsi ilə (hakimlər S.F.Hacıyev sədrlik edən, məruzəçi, R.Ə.Eyvazov və F.Ş.Talışinski) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 27 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkili xx qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, İddiaçı ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9.600 manat pulun tutulub ona ödənilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 12 oktyabr 2016-cı il tarixdə ondan 9.600 manat borc almış və borc müqaviləsi notarial qaydada təsdiq edilmişdir. Müqavilənin şərtlərinə görə Cavabdeh ondan aldığı 9.600 manat pul vəsaitini 12 aprel 2017-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq, 9.600 manat olan borcunu qaytarmayaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh borcu ödəməsi barəd ə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, sonuncu bu günədək ona olan borcunu qaytarmamışdır. Cavabdeh da eyni zamanda İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı və xx 250.000 manat pulun (15 yanvar 2015-ci ildə bu məbləğ 320.000ABŞ dolları edirdi) və bu aylar üzrə (bu günə kimi, 37 ay x 2.000 manat=74.000 manat, ona çatacaq icarə haqlarının məbləğini), bundan əlavə ailəsinin çəkdiyi mənəvi iztirab və əziyyətlərə görə 50.000 manat pulun tutularaq ona ödənilməsi, əks təqdirdə alğı-satqı müqaviləsinin ləğvinə dair 11 iyun 2015-ci il tarixli saziş əsasında ünvan 2 ünvanda yerləşən sahəsi 59,0 kv.metr olan qeyri yaşayış sahəsinin ona geri qaytarılması və bu illər ərzində ailə üzvlərinə dəymiş ziyanın (bu günə kimi 37 ay x 2.000 manat = 74.000 manat icarə haqqı və ailəsinin çəkdiyi mənəvi iztirab və əziyyətlərə görə 50.000 manat) məbləğində pul tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandımışdır ki, İddiaçıla aralarında 12 oktyabr 2016-cı il tarixdə 9.600 manat borc məbləğinə dair müqavilə bağlanmışdir. O, həmin məbləği ona borcu olduğuna görə keçmiş tanışı Vəkil Zərgərov tələb etmişdir. Vəkil Zərgərov xarici ölkədə olduğu üçün İddiaçı xahiş etmiş, o da öz növbəsində onun xahişini yerinə yetirmişdir. 25 noyabr 2016-cı il tarixli barışıq sazişinə əsasən İddiaçı həmin məbləği ona bağişladığını bildirmişdir. Bunun müqabilində İddiaçı, Vəkil xx və digərlərinin onun mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən 90 saylı mağazanın 15 yanvar 2015-ci il tarixli alqı-satqı müqaviləsi və həmin müqavilən in ləğvinə dair 11 iyun 2015-ci il tarixli saziş ola-ola onun və ailə üzvlərinin xəbəri olmadan başqa şəxsə satmaları və fırıldaq yolu ilə etdikləri saxtakarlığı bağışlamağını istəmişlər. Ona və ailəsinə qanuni əsaslarla məxsus olan əmlakı aldatma yolu ilə özgəniləşdirmişdir. Öz aralarında razılaşaraq onun inamından suiistifadə edən İddiaçı və Vəkil Zərgərov onun halal mülkü olan mağazasının qaytarılmasını, əks təqdirdə mağazanın o, vaxta olan təqribi qiymətini və ona bu müddətdə dəyən maddi ziyana görə 250.000 manat pulun (15 yanvar 2015-ci ildə bu məbləğ 320.000ABŞ dolları edirdi) və bu aylar üzrə (bu günə kimi, 36 ay x 2.000 manat = 72.000 manat) onlara çatacaq icarə haqlarının tutularaq ödənilməsi, bundan əlavə ailəsinin çəkdiyi mənəvi iztirab və əziyyətlərə görə 50.000 manat ödəyəcəkl əri halda onlarla barışacağını bildirmişdir. Verdikləri vədə əməl etmədiklərinə görə o, şəxsləri məhkəməyə vermişdir. Bununla bağlı dəfələrlə hüquq mühafizə orqanlarına və məhkəməyə müraciət etmişdir. Onun qanuni tələbləri bu günədək öz həllini tapmamışdır. Lakin, onun Ədliyyə Nazirliyinə müraciətinə cavab olaraq 12 fevral 2018ci il tarixli məktubda bildirilmişdir ki, həqiqətən 12 saylı Notariat Konturunun dövlət notariusu Hünər Hacıyev öz vəzifə səlahiyyətinə laqeydlik nümayiş etdirərək, alğı-satqı müqaviləsinin ləğvi zamanı qanunsuzluğa yol vermişdir. Belə ki, Rövşən Abdullayev saxtakarlıq edərək, Çıxarışın əslini deyil, sənədin əslinə çox oxşar rəngli nüsxəsini təqdim etdiyini və notariusun buna aldanaraq müqavilənin ləğvini təsdiqləyərək imzaladığını və beləliklə də notariusun səhvi nə ticəsində qanunla qorunan mülkiyyət hüququ pozulmuşdur. Ona görə də qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara, o cümlədən tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddia ərizəsinin rədd, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı, Cavabdeh və vəkili xx məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416- cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi ilk iddiaya aid hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni, əsaslı və işin hallarına uyğun olması və qətnamənin qəbulu zamanı maddi, prosessual hüquq normalarının pozuntusuna yol verilməməsi qənaətinə gəlsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır. Belə ki, işdən görünür ki, İddiaçıla Cavabdeh arasında notarial qaydada bağlanmış 12 oktyabr 2016-cı il tarixli borc müqaviləsinə əsasən sonuncu İddiaçı 9.600 manat borc pul almış və həmin borcu 12 aprel 2017-ci il tarixədək tam məbləğdə İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Eləcə də işə əlavə edilmiş 25 no yabr 2016-cı il tarixli barışıq sazişinin surətindən görünür ki, Cavabdehla İddiaçı arasında 12 oktyabr 2016-cı il tarixdə notarial qaydada borc müqaviləsi bağlanmışdır. Hazırda əldə etdikləri razılığa əsasən, İddiaçı Cavabdeh verdiyi 9.600 manat borc pulu sonuncuya bağışlayır. Eyni zamanda Cavabdeh qəbul edir ki, ünvan x ünvanda yerləşən x saylı mənzilin alqı-satqı müqaviləsinə, bundan əvvəl bağlanmış ünvan x ünvanda yerləşən 90 saylı mağazanın 15 yanvar 2015-ci il tarixli alqı-satqı müqaviləsinə və həmin müqavilənin ləğvinə dair 11 iyun 2015-ci il tarixli sazişlə bağlı hazırda heç bir iddiası və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Əgər Cavabdeh bununla bağlı mübahisə yaradarsa hazırkı borc müqaviləsində göstərilən borc pulun iki mislini ödəyəcəkdir. Apellyasiya instansiyası məhkə məsi tərəflər arasında 12 oktyabr 2016-cı il tarixli borc müqaviləsinin bağlanmasından sonra, onlar arasında 25 noyabr 2016-cı il tarixli barışıq sazişinin bağlanmasına və həmin müqavilənin şərtlərinə görə İddiaçı Cavabdeh verdiyi 9.600 manat borc pulu ona bağışlamasına əhəmiyyət vermədən, həmin barışıq sazişinin həqiqiliyini yoxlamaqla tərəflərin həmin barışıq sazişinin şərtlərinə münasibətlərini öyrənmədən, onlar arasında barışıq sazişinə qədərki danışıqları, yazışmaları, eləcə də onların sonrakı hərəkətlərini nəzərə almadan, barışıq sazişinin surətini nəyə görə işə əlavə etməsini qətnamədə əsaslandırmadan, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədə ki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 666.1-ci maddəsinə görə, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddənin mənasına görə, bağışlama müqaviləsi üçün xarakterik cəhət onun əvəzsiz olmasıdır və bu zaman vadaredici səbəblər, bağışlamanın motivləri müqavilənin özü üçün əhəmiyyət kəsb etmir. Bağışlama müqaviləsi o, halda şərtlə bağlanmış sayıla bilər ki, belə bir şərt müqavilədə nəzərdə tutulmuş olsun. Belə şərtin nəzərdə tutulmadığı müqavilə hədiyyə alan üçün hədiyyə verən qarşısında hər hansı vəzifə yaratmır, çünki bu halda bağışlama müqaviləsi özünün birtərəfli xarakterini itirər. Əqdin şərtlə bağlanması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 328-ci maddəsi ilə tənzimlənir. Həmin maddədə göstərilir ki, əqdin şərtlə bağlanmış əqd kimi tanınması üçün onun iştirakçıları arasında bağlanmış müqavilədə həmin şərtlərin qeyd olun ması zəruridir. Həmin hal mühüm əhəmiyyət kəsb edir, qanunun mənasına görə tərəflər üçün belə əqd üzrə hüquqi nəticələr yalnız həmin şərtlərin yerinə yetirildiyi hallarda yarana bilər. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini pozaraq, barışıq sazişi üzrə 9.600 manat borc pula dair tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə barışıq sazşinin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almadan, İddiaçı 9.600 manat borcu Cavabdeh bağışlaması ilə, sonuncunun ünvan x evin, 08ci mənzilinə, ünvan x ünvanda yerləşən x saylı qeyri-yaşayış sahəsinə, eləcə də həmin müqavilənin ləğvinə dair sazişlə bağlı heç bir iddia tələbinin olmayacağı arasında səbəbli əlaqənin olub-olmamasını araşdırmadan, Mülki Məcəllənin 385.1, 386.1, 442, 445, 448.1, 739.1-ci maddələrinin tələblərinə istinad etməklə Cavabdeh sözügedən borc müqaviləsi üzrə öhdəliklərini icra etməməsi barədə səhv nəticəyə gəlmişdir. Kassasiya instansiyası məhkəməsi həmçinin apellyasiya instansiyası məhkəməsinin qarşılıqlı iddia ərizəsini rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla gəldiyi nəticə ilə razılaşıb qeyd edir ki, eyni tərəflər arasında eyni predmet üzrə, yəni ünvan 2 ünvanda yerləşən sahəsi 59,0 kv.metr olan qeyri yaşayış sahəsinin qaytarılmasına dair Bakı şəhəri, Yasamal rayon məhkəməsinin iş üzrə icraata xitam verilməsinə dair 22 dekabr 2016-cı il tarixli qərardadı, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 22 noyabr 2017-ci il tarixli qətnaməsi olmuşdur. Qeyd olunan yekun məhkəmə aktları qanunla müəyyən edilmiş qaydada qanuni qüvvəsini almışdır. Eləcə də apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, qarşılıqlı iddia ərizəsi qeyri-müəyyəndir. Belə ki, qarşılıqlı iddia ərizəsində İddiaçı cavabdeh kimi qeyd edilmiş, lakin qarşılıqlı iddia ərizəsinin “xahiş etdi” hissəsində qeyd olunan tələb İddiaçıla birlikdə Vəkil Zərgərov və digər şəxslərə qarşı yönəldilmişdir. Lakin Cavabdeh tərəfindən cavabdehlərin hər birinə qarşı yönələn tələb dəqiq göstərilməmiş, sadəcə qarşılıqlı iddia tələbində cavabdehlərin onun inamından sui-istifadə etmələri qeyd edilmişdir. Ancaq qarşılıqlı iddia ərizəsində qeyd olunan maddi zərərin qarşılıqlı iddia tələbi üzrə iddiaçıya ödənilməsi, əks təqdirdə mübahisələndirilən yaşayış evinin ona qaytarılması ilə bağlı cavabdehlər arasında hər hansı əlaqənin olması əsasla ndırılmamışdır. Digər tərəfdən qarşılıqlı iddia ərizəsi üzrə Cavabdeh tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Əksinə, mülki iş materiallarında olan sübutlarla qarşılıqlı iddia tələbində mübahisələndirilən hallar tam təkzib olunmuşdur. Azərbaycan Respublikası MPM 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi işti rakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Mülki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzər də tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Göründüyü kimi tərəflər arasında eyni predmet üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktları olduğundan, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM 82.3-cü maddəsini tətbiq etməklə qarşılıqlı iddianın- maddi zərərlə bağlı hissəsində əsassız olması barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Digər tərəfdən qarşılıqlı iddia tələbi- mənəvi zərərlə bağlı hissədə də təmin edilə bilməz. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbayca n Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə q anunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.” Cavabdeh 50.000 manat dəyərində mənəvi zərərin ona vurulmasını təsdiq edə biləcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin Cavabdeh əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsi mülki iş materialları il ə müəyyən edilməmişdir. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti ilə eyni məzmunlu olan kassasiya şikayətinin dəlilləri qarşılıqlı iddia ərizəsinə dair hissədə formal mülahizələrdən ibarətdir. Belə ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən qarşılıqlı iddia üzrə Cavabdeh öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda qarşılıqlı iddia üzrə Cavabdeh ona maddi və mənəvi ziyan dəyməsini sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən, prosessual hüquq norm alarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib, hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən ilk iddia ərizəsinin təmin edilməsi hissəsində ləğv edilməli, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli, araşdırılan sübutlara Azərbaycan Respublikası MPMnin 88-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verilməli və qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Cavabdeh və vəkili xxx oğlunun kassasiya şikayəti qismən təmin edilsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyul 2018-ci il tarixli, 2(103)7872/2018 saylı qətnaməsi qismən- Cavabdeh 9.600 manat pulun tutulub İddiaçı verilməsi ilk iddia ərizəsinin təmin edilməsi hissəsində ləğv edilsin, mülki iş həmin hissədə yenidən baxılması üçün Bakı A pellyasiya Məhkəməsinə qaytarılsın, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2682/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2682/2019
30.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver