Məhkəmə qərarları › İş №2(102)-2682/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-2682/2023

31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2682/2023 31.05.2023 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cavabdeh və vəkili Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: Cavabdeh və vəkili Nümayəndə Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-143/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Məhkəmə tərkibi kassasiya şikayətini nəzərdən keçirərək hesab edir ki, şikayət qeyrimümkün hesab edilməlidir. Belə ki, kassasiya şikayəti verilməsi üçün hazırkı i ddia ilə birinci instansiya məhkəməsinə müraciət edilərkən ödənilmiş 410 manat dövlət rüsumunun 50 faizi məbləğində olan 205 manat dövlət rüsumu ödənilməli olduğu halda cavabdeh tərəfindən 135 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.6.-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsu munun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti qaytarılır. Göstərilənlərə əsasən kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanla əsasən və Azərbaycan Respublikası MPM-in 404-1 və 408-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi QƏRARAALDİ: Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(107)-143/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh və vəkili Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar