Məhkəmə qərarları › İş №2(102)-2684/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2684/2022

16.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2684/2022 16.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2nə (MMC-yə) və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ İş № 2(102)-2684/2022 (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi tələbi) Bakı şəhəri, 16 iyun 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 yanvar 2022-ci il tarixli 2(103)-605/2022 saylı iş üzrə qətnaməsindən İddiaçı kassasiya şikayətinə 15 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşa ğıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 23 mart 2018-ci il tarixdə "xxxx" MMC-nin "MediLand Hospital” Neyrocərrahiyyə şöbəsində həkim-neyrocərrah Cavabdeh1 tərəfindən əməliyyat olunmuşdur.

2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X4” X9 402/KEŞ saylı ekspert rəyindən görünür ki, 1961-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir:

1. İddiaçı adına təqdim edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsasən, icra edilmiş “Soldan pterional kraniotomiya sellyar nahiyəsinin həcmli törəməsinin total xaric edilməsi” cərrahiyyə əməliyyatına q ədər onda görmə qabiliyyəti sol gözdə tam amavroz (korluq), sağ gözdə isə 0,4 olmuşdur.

2. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı üzərində "xxxx" da xx.xx.2018-ci il tarixdə icra edilmiş “Soldan pterional kraniotomiya sellyar nahiyəsinin həcmli törəməsinin total xaric edilməsi” cərrahiyyə əməliyyatı texniki cəhətdən düzgün yerinə yetirilmişdir.

3. İcra edilmiş cərrahiyyə əməliyyatı zamanı türk yəhəri qabarının meningioması xaric edildikdən sonra görmənin tam itirilməsi mümkündür. Optik aparatı qidalandıran damarların funksionallığı və nevroloji regenerasiya proseslərinin inkişaf xüsusiyyətlərinin və dəqiq proqnozların əməliyyat zamanı neyrocərrah tərəfindən qiymətləndirilməsi mümkün deyildir.

4. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, xx.xx.2018-ci il tarixdə "xxxx"da İddiaçı üzərində icra edilmiş “Soldan pterional kraniotomiya sellyar nahiyəsinin həcmli törəməsinin total xaric edilməsi” cərrahiyyə əməliyyatından sonra onda meningioma hesabına görmə sinirinin atrofiyası tam korluğa gətirib çıxarmışdır. Bu patoloji hal görmə qabiliyyətinin orqanik olaraq itirilməsi kimi qiymətləndirilir.

5. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən İddiaçı üzərində cərrahiyyə əməliyyatının icrasına tibbi göstəriş olmuş və əməliyyat texniki cəhətdən düzgün yerinə yetirilmişdir. İcra edilmiş cərrahiyyə əməliyyatı ilə görmə qabiliyyətinin itirilməsi arasında səbəbli əlaqənin olması istisna edilir. Tibbi manipulyasiyalar zamanı sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərə alınmır.

3. Milli Onkilogiya Mərkəzinin Kompüter tomoqrafiya və maqn it rezonans tomoqrafiya şöbəsinin İddiaçı xx.xx.2018-ci il tarixdə aparılmış müayinəyə dair Baş Beyin MRT Müayinə Raporundan (Kontrastlı) görünür ki, əldə olunmuş MRT görüntülərində xiazmal sellyar və sol alın nahiyəsində postop. kistikqliotik dəyişikliklər izlənilir (Türk yəhəri proyeksiyasında meningiomanın radikal çıxarılması əməliyyatından sonrakı vəziyyət). V/d kontrast maddə yeritdikdən sonra əməliyyat yatağının konturları boyu zəif kontrastlanma sahələri müəyyən edilir-erkən postop. dəyişikliklər. Şiş qalıqları lehinə dəqiq MR əlamətlər qeydə alınmır. Baş beyinin ağ maddəsində çoxsaylı subkortikal periventrikulyar lokalizasiyalı siqnal dəyişikliyi sahələri damar mənşəli ocaqlar qeyd olunur. Yan mədəciklər və İİİ mədəcik genişlənməmişdir. Mülayi periventrikulyar ödem qeyd olunur. Ko nveksital subaraxnoidal sahələr genişlənmişdir. Kraniovertebral keçid patologiyasızdır. Paranazal sinusların pnevmatizasiyası pozulmamışdır. Baş beyinin MR traktoqrafıyası zamanı: Görmə çarpazı proyeksiyasında aparıcı yollar aydın izlənilmir.(böyük ehtimalla cərrahi əməliyyatla bağlıdır). Piramid və ekstrapiramid yollar bütün gedişi boyu izlənilir; keçiricilikləri pozulmamışdır.

4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Zərifə Əliyeva Adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2018-ci il tarixli arayışından görünür ki, 1961-ci il təvəllüdlü İddiaçı müayində olmuşdur. Müayinə zamanı Görmə sinirinin atrofiyası diaqnozu təyin olunmuşdur.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasında sonunda müayinəyə dair məlumatın verilməsi nə dair çıxarışdan görünür ki, İddiaçı birinci qrup müddətsiz əlildir. Diaqnoz Görmə sinirinin atrofiyası, OU-Görmə sinirinin ikincili atrofiyası.(enən)OD-Artifakiya.VİS OU-O (sıfır) Binokulyar korluq. Baş beyin qişalarının xoşxassəli yenitörəməsi, Sellyar nahiyyəsinin böyük ölçülü törəməsi meningioma Grade 1.Cərrahi əməliyyatdan sonrakı vəziyyət. Koksartroz [bud-çanaq oynağının artrozu], İki tərəfli birincili koksartroz, oynaqların kontrakturası, dayaq-hərəkət funksiyasının ciddi pozulması. Poliartroz, Ürəyin hipertenziv xəstəliyi, Hipertoniya xəstəliyi ıı dərəcə. Dissirkulyator ensefalopatiya. Digər artrozlar, Hər iki diz oynağının artroza-artriti. 6. 13.03.2018-ci il tarixli Diaqnostika Nəticə hesabatından görünür ki, İddiaçı beyninin maqnit rezonans Tomoqrafiya müayinəsinin Nəticəsi: s ellar nahiyədə və sol frontoparietal zirvədə qeyd olunan törəmə ilk növbədə meningioma ehtimalını düşündürməkdədir. 7. "xxxx" MMC-nin xx.xx.1961-ci il təvəllüdlü İddiaçı barəsində Epikrizindən görünür ki, cərrahi əməliyyatdan sonrakı dövr sakit keçmiş, xəstədə periodik arterial təziqin yüksəlməsi müşaidə olmuşdur. Yara birincili sağalmışdır. Nevroloji itkiləri əməliyyatdan sonra iki tərəfli amavroz izlənilir. Xəstə gəzir. Patohistoloji fibroblastik meningioma Gradel təsvir olur. Yaşayış sahəsində nevroloqun və oftalmoloqun nəzarəti altında evə yazılır, Tövsiyyələr: Finlepsin 200mg 3 dəfə uzun müddət; 1 ay müddətində fiziki əməyin məhdudlaşdırılması, bir aydan sonra kontrol müayinə. 8. "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli qəbzindən görünür ki, hospital tərəfindən göstərilən xidmətə görə İddiaçı tərəfindən 4300 manat ödəniş edilmişdir.

9. İddiaçı tərəfindən tərtib edilmiş Müalicə ilə əlaqədar xərclərin açıqlanması cədvəlindən görünür ki, onun tərəfindən ayrı-ayrı xidmətlərin göstərilməsi məqsədi ilə 42504,23 manat ödəniş edilmişdir.

10. İddiaçı görmə qabiliyyətini tamamilə itirməsi ilə bağlı aşağıdakı iddia tələblərini irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı, cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" dan vurulmuş maddi və mənəvi zərərə görə 63752 (altmış üç min yeddi yüz əlli iki) manatın, həmçinin, Cavabdeh1 həkim səhvi nəticəsində vurulmuş maddi və mənəvi zərərə görə 63752 (altmış üç min yeddi yüz əlli iki) manat məbləğin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, görmə qabiliyyətinin zəifləməsi, kəskinliyin azalması, vizual sahənin daralması şikayəti ilə 2018-ci ilin fevral ayında AR Hərbi Hospitalında çalısan həkimoftalmoloq Anar Rəhimova müraciət etmişdir. X1 tam müayinə etdikdən sonra bildirmişdir ki, gözləri ilə əlaqədar onun heç bir problemi yoxdur və təcili MRT yoxlamasından keçməlidir. Beləliklə, həkim-oftalmoloq Anar Rəhimovun göndərişinə əsasən 10 mart 2018ci il tarixində "MedEra Hospital"a müraciət etmişdir. Burada həkim-radioloq Anar Fərzəliyev "X7 Tomoqrafiya" və "X6 Tomoqrafiya" müayinələrini keçirərək ona bildirmişdir ki, be ynində türk yəhəri nayihəsində xosxassəli yenitörəmə meningioma vardır. Həmin yenitörəmə şisin xoşxassəli olmasına baxmayaraq, insan orqanizminin ən vacib damar və sinirlərinin keçdiyi beyinin türk yəhəri nayihəsində yerləşdiyindən həyat üçün çox təhlükəlidir və qısa müddətdə götürülməlidir. O, keçiriləcək cərrahi əməliyyatın çox mürəkkəb, təhlükəli və məsuliyyətli olduğunu nəzərə alaraq, "MedEra Hospital"in tərtib etdiyi 10 mart 2018-ci il tarixli "Beyinin MRT müayinəsinə dair Diaqnostikaıəticə hesabatı" və CD diski ilə bir sıra tibb müəssisələrinə müraciət etmişdir. Respublika Neyrocərrahiyyə Xəstəxanasındakı, Azərbaycan Tibb Universitetinin X2 Neyrocərrahiyyə şöbəsindəki, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin Neyrocərrahiyyə söbəsindəki həkimneyrocərrah qəbulu zamanı ona bildirm işlər ki, hazırki cərrahi əməliyyatın çox təhlükəli olduğundan yenitörəmənin maksimum 70%-i götürüləcək, qalan hissəsinə isə toxunulmayacaq. Bu hal onu narahat etdiyindən, həkim axtarışını davam etmiş və mart 2018-ci il tarixində həyat yoldaşı Qanuni nümayəndəla "xxxx" MMC-nin "MediLand Hospital” Neyrocərrahiyyə şöbəsinin müdiri həkim-neyrocərrah Cavabdeh1 qəbuluna getmişdir. Təqdim etdiyi "Beyinin MRT müayinəsinə dair Diaqnostika nəticə hesabatına və CD diskinə baxdıqdan sonra həkim Cavabdeh1 ona bildirmişdir ki, cərrahi əməliyyatla yenitörəmənin maksimum götürülməsi üçün əlindən gələni edəcək. Belə ki, bu sahədə böyük təcrübəsi var, onun vəziyyətində olan çoxlu xəstəni müalicə etmiş, keçirdiyi bütün cərrahi əməliyyatlar uğurlu və fəsadsız olmuşdur. Bu sözlər onu tam arxayın etdiyindən, n eyrocərrah Cavabdeh1 tərəfindən beynində cərrahi əməliyyatın keçirilməsinə razılıq vermiş və həkim tərəfindən 23 mart 2018-ci il tarixində saat 10:00-da əməliyyat vaxtı təyin edilmişdir. 23 mart 2018-ci il tarixində saat 09:30-da həyat yoldaşı Qanuni nümayəndəla "xxxx"a gəlmişlər. Burada tibb personalı onu cərrahi əməliyyata hazırlamağa başlamış, həyat yoldaşı Qanuni nümayəndə isə həkim Cavabdeh1 pullu tibbi xidmətin dəyərinin ödənilməsi üçün inzibatçının yanına göndərmişdir. Həyat yoldaşı A. İbrahimovun sonradan ona bildirdiyinə görə, pullu tibbi xidmətin dəyərini ödəyən zaman ondan "Tibbi xidmətlər haqqında müqavilənin imzalanmasını xahiş etmişlər və hər hansı fəsad baş verdikdə məsuliyyətin tamamilə xəstənin üzərinə düşdüyünü bildirmişlər. O, hansı fəsad və hansı məsuliyyət barədə söhbə t getdiyini soruşduqda, inzibatçı bu sualların cavablandırılması üçün həyat yoldaşını həkim Cavabdeh1 yanına göndərmişdit. Həyat yoldaşı Qanuni nümayəndə müalicə həkimi Cavabdeh1 yanına qayıtdıqda, Cavabdeh1 bildirmişdir ki, "Tibbi xidmətlər haqqında müqavilə" standart bir sənəddir, bütün xəstələrlə bağlanılır. Lakin həmin sənəd imzalanmasa, cərrahi əməliyyat keçirilə bilməz, halbuki heç bir fəsad ola bilməz və arxayın gedib həmin müqaviləni imzalaya bilər. Onun artıq əməliyyat otağında olduğundan və oraya giriş bağlandığından, həyat yoldaşı A. İbrahimov "Tibbi xidmətlər haqqında müqaviləni imzalamağa məcbur olmuşdur. 23 mart 2018-ci il tarixində "xxxx" da müalicə həkimi Cavabdeh1 tərəfindən keçirilmiş neyrocərrahiyyə əməliyyatından dərhal sonra o, görmə qabiliyyətini tamamilə itirmişdir. Əməliyyatdan sonra "Reanimasiya" şöbəsində onu görməyə gələn həyat yoldaşı Qanuni nümayəndə da bunun şahidi olmuş və dərhal müalicə həkimi F. Təqdirova bildirmişdir. Müalicə həkimi F. Təqdirov cavabında bildirmişdir ki, bu normal haldır, neyrocərrahiyyə əməliyyatından sonra yaranmış ödəmlə əlaqədardır və bir-iki həftədən sonra həmin ödəm çəkildikcə, onun görmə qabiliyyəti bərpa olunacaq. Lakin "xxxx" da müalicə kursu bitənədək görmə qabiliyyəti bərpa olunmamış, müalicə həkimi Cavabdeh1 isə onlara bildirmişdir ki, artıq evə getməlidir, onun yazdığı dərmanları qəbul etməlidir və bir-iki aya görmə qabiliyyəti bərpa olunmalıdır. Müalicə həkimi Cavabdeh1 bütün tövsiyyələrinə əməl etsə də, görmə qabiliyyəti bərpa olunmamış və o, artıq digər tibb müəssisələrinə müraciət etməli olmuşdur. AR Səhiyy ə Nazirlyi Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində keçirilmiş tibbi müayinələrdən sonra ona "Görmə sinirlərinin atrofiyası" diaqnozu qoyulmuş və İ qrup əlillik təyin edilmişdir. Bütün bu baş verənlər ona maddi zərər yetirməklə yanaşı, ağır psixoloji zərbələr vurmuş və vurmaqda davam edir. Bu həkim səhvi onun ətraf mühitdən, cəmiyyətdən əhəmiyyətli dərəcədə təcrid olunmağıma səbəb olmuşdur. Onu müayinə etmiş həkimlər yaranmıs görmə sinirlərinin atrofivasını tam aradan qaldırılmasının mümkün olmadığını bildirmişlər. Aydındır ki, həkimin ona vurduğu zərəri heç nə ilə ödəməsi mümkün devil. Lakin o, bununla yanası belə qeyri-peşəkar həkimlərin öz əməllərinin nəticələrinə görə cavab vermələri, başqalarının da həyatını onunki kimi məhv etməmələri və ona vurulmuş maddi və mənəvi zərərə görə hec olmasa həkimin və klinikanın qismən də olsa cavab vermələrini təmin etmək üçün məhkəməvə müraciət etməyə qərar vermişdir və hesab edir ki, onun iddia ərizəsi təmin edilməlidir. Ona bu günədək vurulmuş maddi zərər 42504,23 manat məbləğindədir (müalicə ilə əlaqədar xərclərin açıqlaması əlavədədir). Gələcəkdə Azərbaycan və va xarici klinikalardan birində müavinə və müalicə olunmağı üçün əlavə çəkəcəyi xərclər zəruridir. Belə ki, qismən də olsa səhhətində yaxşılaşmanın baş verməsi üçün uzunmüddətli müalicəyə ehtivac olunduğu göstərilmişdir. Bu müalicə üçün Rusiya klinikalarından birinə müraciət etməyi düşünür. Əməliyyat üçün ailə üzvlərindən biri ilə getmək üçün yol xərci, orada qalmaq və yemək xərci üçün təxminən ona ən azı 75000 manat lazım olacaq. Ona vurulmuş mənəvi zərər fakti ki hallarda da qeyd etdiyi kimi, bütün bu baş verənlər ona maddi zərər yetirməklə yanaşı, ağır psixoloji zərbələr vurmuş və vurmaqda davam edir. Bu həkim səhvi onun ətraf mühitdən, cəmiyyətdən təcrid olunmağına səbəb olmuşdur. Çox təəssüf ki, O, ömrünün sonuna kimi hər gün həkimin bu səhvinin acı nəticəsi ilə yaşamalı olacaqdır. Bunu bilmək hər gün ona ağır mənəvi iztirab verir. Həkim səhvi nəticəsində ona vurulmuş mənəvi zərəri o, azı 10000 manat məbləğində dəyərləndirir.

6. Bakı şəhər Nizami Rayon Məhkəməsinin (hakim B.N.Qasımov) e-2(007)-140/2021 nömrəli iş üzrə 02 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbini qeyd olunan hallara münasibətdə sübut edə bilməmiş və onun iddia ərizəsində göstərdiyi faktlar öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X4” X9 402/KEŞ saylı ekspert rəyindən görünür ki, 1961ci il təvəllüdlü iddiaçının adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlmiş

1. İddiaçı adına təqdim edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsasən, icra edilmiş “Soldan pterional kraniotomiya sellyar nahiyəsinin həcmli törəməsinin total xaric edilməsi” cərrahiyyə əməliyyatına qədər onda görmə qabiliyyəti sol gözdə tam amavroz (korluq), sağ gözdə isə 0,4 olmuşdur.

2. Tərtib edilmiş t ibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı üzərində "xxxx" da xx.xx.2018-ci il tarixdə icra edilmiş “Soldan pterional kraniotomiya sellyar nahiyəsinin həcmli törəməsinin total xaric edilməsi” cərrahiyyə əməliyyatı texniki cəhətdən düzgün yerinə yetirilmişdir.

3. İcra edilmiş cərrahiyyə əməliyyatı zamanı türk yəhəri qabarının meningioması xaric edildikdən sonra görmənin tam itirilməsi mümkündür. Optik aparatı qidalandıran damarların funksionallığı və nevroloji regenerasiya proseslərinin inkişaf xüsusiyyətlərinin və dəqiq proqnozların əməliyyat zamanı neyrocərrah tərəfindən qiymətləndirilməsi mümkün deyildir.

4. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, xx.xx.2018-ci il tarixdə "xxxx"da İddiaçı üzərində icra edilmiş “Soldan pterional kraniotomiya sellyar nahiyəsinin həcmli t örəməsinin total xaric edilməsi” cərrahiyyə əməliyyatından sonra onda meningioma hesabına görmə sinirinin atrofiyası tam korluğa gətirib çıxarmışdır. Bu patoloji hal görmə qabiliyyətinin orqanik olaraq itirilməsi kimi qiymətləndirilir.

5. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən iddiaçı üzərində cərrahiyyə əməliyyatının icrasına tibbi göstəriş olmuş və əməliyyat texniki cəhətdən düzgün yerinə yetirilmişdir. İcra edilmiş cərrahiyyə əməliyyatı ilə görmə qabiliyyətinin itirilməsi arasında səbəbli əlaqənin olması istisna edilir. Tibbi manipulyasiyalar zamanı sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərə alınmır.

8. Bundan əlavə, iddiaçının nümayəndəsi məhkəmədə izahat verərkən bildirmişdir ki, iddiaçıda görmə qabiliyyəti əməliyyatdan öncə bir gözündə görə 65 faiz, digərində 1 5 faiz imiş. Lakin iş materiallarından da görünür ki, “Soldan pterional kraniotomiya sellyar nahiyəsinin həcmli törəməsinin total xaric edilməsi” cərrahiyyə əməliyyatı icra edilməmişdən əvvəl iddiaçının görmə qabiliyyəti sol gözdə tam amavroz (korluq), sağ gözdə isə 0,4 olmuşdur. Hazırda isə əməliyyat icra edildikdən sonra iddiaçının görmə qabiliyyətində müəyyən irəliləyiş müşahidə edilir.Nəticədə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının “Soldan pterional kraniotomiya sellyar nahiyəsinin həcmli törəməsinin total xaric edilməsi” cərrahiyyə əməliyyatı düzgün, normativ normalar əsasında, səhiyyə sistemində mövcud olan protokollara uyğun aparılmış, hər hansı həkim səhvi müəyyən edilməmişdir. İddiaçı tərəf isə qeyd edilən halı təkzib edəcək mötəbər sübutları məhkəməyə təqdim etm əmişdir. Məhkəmə qeyd edib ki, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəf bildirmişdir ki, Cavabdeh1 tərəfindən yenitörəmənin xaric edilməsi əməliyyatı düzgün həyata keçirilməmiş, nəticədə, iddiaçı görmə qabiliyyətini itirmişdir. Cavabdeh1 tərəfindən əməliyyatın düzgün icra edillibedilmədiyinin müəyyən edilməsi məqsədi ilə iş üzrə ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X4” X9 402/KEŞ saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı üzərində "xxxx" da xx.xx.2018-ci il tarixdə icra edilmiş “Soldan pterional kraniotomiya sellyar nahiyəsinin həcmli törəməsinin t otal xaric edilməsi” cərrahiyyə əməliyyatı texniki cəhətdən düzgün yerinə yetirilmişdir. İcra edilmiş cərrahiyyə əməliyyatı zamanı türk yəhəri qabarının meningioması xaric edildikdən sonra görmənin tam itirilməsi mümkündür. Optik aparatı qidalandıran damarların funksionallığı və nevroloji regenerasiya proseslərinin inkişaf xüsusiyyətlərinin və dəqiq proqnozların əməliyyat zamanı neyrocərrah tərəfindən qiymətləndirilməsi mümkün deyildir. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, xx.xx.2018-ci il tarixdə "xxxx"da İddiaçı üzərində icra edilmiş “Soldan pterional kraniotomiya sellyar nahiyəsinin həcmli törəməsinin total xaric edilməsi” cərrahiyyə əməliyyatından sonra onda meningioma hesabına görmə sinirinin atrofiyası tam korluğa gətirib çıxarmışdır. Bu patoloji hal görmə qabiliyyə tinin orqanik olaraq itirilməsi kimi qiymətləndirilir. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən İddiaçı üzərində cərrahiyyə əməliyyatının icrasına tibbi göstəriş olmuş və əməliyyat texniki cəhətdən düzgün yerinə yetirilmişdir. İcra edilmiş cərrahiyyə əməliyyatı ilə görmə qabiliyyətinin itirilməsi arasında səbəbli əlaqənin olması istisna edilir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbini qeyd olunan hallara münasibətdə sübut edə bilməmiş və onun iddia ərizəsində göstərdiyi faktlar öz təsdiqini tapmamışdır.

10. Məhkəmə iddianın mənəvi zərər ilə bağlı hisssəsində geyd etmişdir ki, zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması üçün əsas şərtlərdən biri, həmin zərərin fiziki və ya hüquqi şəxslər tərəfindən mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmələ gəlməsidir.

11. Məhkəmə öz mövqeyini “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 57 və 59-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096, 1097.1, 1112, 1118.1-ci maddələrinə, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına, Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarına, Mülki Prossesual Məcəlləsinin:80 və 81-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər E.Ə.M ehdiyev (sədrlik edən və məruzəçi), X.Ə. Sarıyev və N.Ş. Cəfərov) (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-605/2022 saylı mülki iş üzrə 11 yanvar 2022-ci il tarixli qətnaməsi ilə, apellyasiya şikayəti təmin edilmədən və birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-140/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına və hüquq normalarına istinadən qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, iddiaçı apellyasiya şikayətində qeyd etdiyi məqamların əsaslı olmasına dair hər hansı sübutu təqdim etməmiş, tələbinin əsaslandırıması zamanı hər hansı mötəbər dəlilə istinad etməmişdir. Həmçinin, iş üzrə keçirilmiş məhkəmə t ibbi ekspertizanın rəyini şübhə altına alan sübutlar mövcud deyildir.

15. Məhkəmə öz mövqeyini “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 57 və 59-cu maddələrinə, AR MM-nin 1112 və 1118.1 istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. İddiaçı (vəkil X5) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

17. Şikayət onunla əsaslandırılmışdır ki, Tibb müəssisəsində müalicə zamanı cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində,şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir, lakin Məhkəmə bu normanı nəzərə almamış dır. Belə ki, Mediland Klinikanın həkimi Cavabdeh1 tərəfindən iddiaçının yenitörəmənin xaric edilməsi əməliyyatını düzgün həyata keçirilməmiş, nəticədə, iddiaçı görmə qabiliyyətini itirmişdir. Əvəzində isə heç bir zərərin əvəzi ödənilməmişdir. Vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar. Beyin cərrahı əməliyyata qədər xəstəni müayinə edərkən, bütün riskləri ölçüb bilməli və xəstəyə bu barədə ətraflı məlumat verməli idi. Bu səbəbdən hesab edirik ki, F. Təqdirov sağlamlığın qorunması sahəsində hüquqları kobud şəkildə pozmuşdur, məhkəmə isə bu faktlara düzgün hüquqi qiymət verməmişdir. Prossesual pozuntularla bağlı kassator qeyd edir ki, iddiaçı dəfələrlə məhkəməyə ərizə ilə müraciət etmiş və Məhk əmədən xahiş etmişdir ki, qeyd olunan sənədlər Mediland Hospitaldan təhvil alınsın: 28 mart 2018-ci il tarixində "xxxx" MMC-nin "MediLand Hospitalında üzərində keçirilmiş cərrahi əməliyyatın protokolu; MediLand Hospitala təqdim etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Klinik hospitalında 05 mart 2018-ci il və 01 may 2018-ci il tarixlərində keçirilmiş görmə qabiliyyəti barədə oftalmoloji müayinənin nəticələri; "xxxx"a təqdim etdiyi "Memorial Klinik" Tibb Mərkəzində 24 fevral 2018-ci il tarixində keçirilmiş qanda şəkərin (qlükoza) səviyyəsi barədə analizin nəticələri; "xxxx" MMC-nin "MediLand Hospitalında iddiaçının adına tərtib edilmiş "Xəstəlik tarixi" (tam həcmdə); "xxxx" MMC-nin Cavabdeh2 Hospitalı ilə iddiaçı arasında bağlanmış "Tibbi xidmətlər barədə" 28 mart 2018 -ci il tarixli müqavilə. Lakin Məhkəmə bu məsələyə ümumiyyəltə münasibət bildirməmişdir. iddiaçı dəfələrlə məhkəməyə sualları təqdim etsə də, məhkəmə onun verdiyi sualları nəzərə almamışdır. Həmçinin, iddiaçı dəfələrlə məhkəməyə müraciət etmiş, ekspertiza üçün əhəmiyyətli sənədlərin klinikadan götürülməsi barədə vəsatət vermiş, lakin məhkəmə klinikadan heç bir sənəd tələb etmədən işi ekspertizaya göndərmişdir. Məhkəmə eksperti məhkəmə iclasına 2 dəfə dəvət etsə də, ekspert məhkəmə iclasına gəlməmiş və məhkəmə bununla bağlı heç bir tədbir görməmişdir.

18. Kassator şikayyətinin hüquqi əsası kimi AR MM-nin 1112-ci maddəsinə, Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 57 və 59-cu maddələrinə, AR Mülki Prosessual Məcəlləsinin 63.2,87,88,97,102-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Cavabdehin vəkili Vəkil1 kassasiya şikayyətinə etiraz edərək, kassasiya şikayyətinin əsassız olduğunu və təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehin vəkili öz etirazının hüquqi əsası kimi, AR MM-nin 1112-ci maddəsinə, Azərbaycan Respublikasının Qanununun 57 və 59-cu maddələrinə və AR MPM-nin 102-ci maddəsinə istinad etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

21. Maddə 1097.1. Mülki hüquq pozunt usu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

22. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.

23. Maddə 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə ba ğlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu 29.Maddə

57. Vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar.

30. Maddə

59. Tibb və əczaçılıq işçilər öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanuna uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilm əsini yoxlayır. Kassasiya baxışının hədləri

28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Kassasiya şikayətinin dəlilləri əsasən iddianın və apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair birinci və apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillə r üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

32. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

34. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-605/2022 saylı mülki iş üzrə 11 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: Zaur Əliyev Abiddin Hüseynov İlqar Xələfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar