Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2685/2024 01.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-2685/2024 (Açar sözlər: suötürücü kanalın qarşısının açılması, maneələrin aradan qaldırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “suötürücü kanalın qarşısının açılması, həmin kanal vasitəsilə suyun axıdılmasına yaradılan maneələrin aradan qaldırılması və qanunsuz hərəkətlərə son qoyulması” tələbinə dair iddia sı ilə bağlı mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-475/2024 nömrəli, 17 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 MMC (Vəkili Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 01 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********60, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən, Lənkəran rayonunun Separadi kəndində yerləşən 0,5456 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 23 iyun 2021-ci il tarixində ümumi birgə mülkiyyət hüququ əsasında X7, X3, X1, X5 və İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 245 nömrəli reyestr kitabının 65 nömrəli vərəqində qeydiyyata alınmışdır.
2. Həmin torpaq sahəsi ilə bağlı DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən 23 iyun 2021-ci ildə AA 631652 seriya nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1nə və onun direktoru Cavabdeh2 (bundan sonra cavabdehlər və ya ad, soyad, MMC) qarşı iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, Lənkəran rayonunun Separadi kəndində yerləşən və cavabdeh MMC tərəfindən doldurulmuş yağış və qrunt sularının axıdılması üçün nəzərdə tutulmuş suötürücü kanalın qarşısının cavabdehin öz hesabına açılması, həmin kanal vasitəsilə suyun axıdılmasına yaradılan maneənin aradan qaldırılması, cavabdehin qanuns uz hərəkətlərinə son qoyulması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun və ailə üzvləri olan X7, X3, X1 və X5 mülkiyyətinə Lənkəran rayonunun Separadi kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0,5456 ha torpaq sahəsi verilmişdir və torpağa Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Həmin torpaq sahəsi mülkiyyətçi kimi iddiaçı tərəfindən təyinatı üzrə əkin sahəsi kimi istifadə edilir. Torpaq sahəsindən yağış və qrunt sularının axıdılması üçün nəzərdə tutulmuş suötürücü kanal çəkilmiş və həmin kanalın bir hissəsi iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsindən, çox hissəsi isə iş üzrə cavabdeh MMC tərəfindən salınmış meyvə bağlarından keçir. Həmin suötürücü kanalın axar hissəsi iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsini keçməklə cavabdehin istifadəsində olan hissədən suların axıdılması üçün nəzərdə tutulmuşdur. Lakin iş üzrə cavabdeh MMC həmin ərazini alıb meyvə bağı saldıqdan sonra su kanalının onun ərazisində qalan hissəsini dolduraraq yağış və qrunt sularının axıdılmasının qarşısını kəsmiş və bunun nəticəsində də iddiaçının mülkiyyətində olan torpaq sahəsindən sərbəst istifadə etməyə, orada kənd təsərrüfatı məhsullarının becərilməsinə və torpağın qrunt sularından təmizlənməsinə maneə yaradır. Cavabdehdən su kanalının qarşısının açılması xahiş edilsə də, cavabdeh buna məhəl qoymadığından, həmin kanalın məxsus olduğu Lənkəran X2 İstismarı İda rəsinə müraciət etmişdir. Həmin İdarənin əməkdaşlarının iştirakı ilə əraziyə baxış keçirilmiş, kəndin və onların əlində olan xəritələrdə həmin su kanalının mövcudluğu öz təsdiqini tapmış, cavabdeh tərəfindən həmin kanalın qarşısının torpaqla doldurulması müəyyən edilmişdir. Həmin İdarənin əməkdaşları tərəfindən cavabdehə kanalın əvvəlki vəziyyətə gətirilməsindən ötrü tövsiyələr verilsə də, cavabdeh həmin kanalın qarşısını açmamışdır. Hazırkı halda cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində yağış və qrunt suları axa bilmədiyi üçün iddiaçı mülkiyyətində və istifadəsində olan torpaq sahəsindən təyinatı üzrə kənd təsərrüfatında istifadə edə bilmir, yağış suları həmin kanaldan axa bilmədiyindən kanal su ilə dolaraq iddiaçının əkin sahəsinə tökülərək təsərrüfatına ziyan vurur. Cavabdehin qan unsuz hərəkətləri barədə Lənkəran ŞRPŞ-yə şikayət etmiş və polis şöbəsi tərəfindən ona işin mülki xarakterli olması və buna görə də məhkəmədə mülki qaydada iddia qaldırmaq hüququnun olmasının izah edilməsi barədə yazılı məktub verilmişdir. Həmin məktubu alandan sonra yenə də cavabdehlə danışıb aralarındakı mübahisəni məhkəmədən kənar öz aralarında həll etməyə çalışsa da, cavabdeh öz qanunsuz hərəkətlərindən əl çəkmədiyindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
5. Lənkəran Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli qərardadı ilə mütəxəssis rəyinin alınması üçün ekspertiza və 07 avqust 2023-cü il tarixli qərardadı ilə mühəndistexniki ekspertizası təyin olunmuş, müvafiq rəylər alınmışdır.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspe rtizası Mərkəzinin 10/6455 saylı, 27 sentyabr 2023-cü il tarixli ekspert rəyi ilə mütəxəssis rəyinə əsaslanmaqla müəyyən edilmişdir ki, İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan 0,5456 ha torpaq sahəsinin şimal sərhədi boyu (məhkəmə predmeti olan sözügedən ərazidə) suötürücü kanalın olması, həmin suötürücü kanalın uzunluğunun orta hesabla 940 m, eninin (kanalın mühafizə zolağı ilə birlikdə) isə 14-15 m olması müəyyən olması müəyyən olunmuş, su ötürücü kanal suların nəql edilməsi, paylanması, əkin sahələrinin suvarılması, əkin sahələrində yeraltı sular və yağış suları hesabına formalaşan qrunt sularının axıdılması üçün nəzərdə tutulmuş, həmin suötürücü kanalın uzunluğunun, yəni başlanğıc nöqtəsi ilə bitmə nöqtəsi arasındakı məsafənin orta hesabla 940 m olması, yerində isə həmin kanal ın faktiki mövcud olan hissəsinin orta hesabla 225 m (kanalın naturada mövcud olan həmin 225 m hissəsi İddiaçı və onun ailə üzvlərinin istifadələrində olan torpaq sahəsi ilə həmsərhəd) olması, sözügedən kanalın qalan orta hesabla 715 m hissəsi isə Cavabdeh1 MMC-nin istifadəsində olan torpaq sahəsinin daxilində yerləşməsi, kanalın Cavabdeh1 MMC-nin istifadəsində olan torpaq sahəsinin daxilində yerləşən (uzunluğu 715 m, eni 14-15 m) hissəsinin isə faktiki olaraq torpaqla doldurulması, həmin suötürücü kanalın su obyektlərinə aid ümumi istifadə üçün nəzərdə tutulması, Separadi kəndinin ərazisində yerləşən İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan 0,5456 ha torpaq sahəsindən yağış və qrunt sularının axıdılması üçün iddia edilən yerdə alternativ suötürücü kanalın olmasının müəyyən edilməm əsi müəyyən olunmuşdur.
7. Məhkəmə iclasında cavabdeh MMC-nin nümayəndələri Vəkil2 və Vəkil1 iddianı qəbul etməyib ekspert rəyi ilə razı olmadıqlarını göstərməklə iddianın təmin olunmamasını xahiş etmişlər. Cavabdehin nümayəndəsi Vəkil1 əlavə olaraq göstərmişdir ki, ekspert rəyi mütəxəssis rəyinə əsasən verilmiş, mütəxəssis məhkəmə iclasına dəvət olunsa da, məhkəmə iclasına gəlməmiş, həmin mütəxəssis başqa bir mülki iş üzrə bundan fərqli rəy verərək iddiaçının mübahisələndirdiyi ərazidə iki kanalın, indiki rəyində isə bir kanalın olduğunu göstərmiş, iddiaçının belə bir iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmamışdır.
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, MMC-də təsərrüfat rəhbəri işləyir. İddiaçı tərəfindən mübahisələndirilən kanalı özləri, Bakı şəhərindən gətirdikləri ekskavatorla 2018-ci ildə çəkdirmişlər. Sonradan təsərrüfatları böyüdüyündən, həmin kanala ehtiyacları qalmamış və təsərrüfatlarına başqa yerdən su kanalı çəkdirmişlər. Köhnə kanalı özlərinə aid hissədə bağlamışlar. İddiaçının hissəsində isə açıq olaraq qalmışdır. Həmin kanal MMC-nin təsərrüfatı ilə iddiaçının təsərrüfatı arasında MMC-nin ərazisinin içərisindən, çəpərdən içəri tərəfindən çəkilmiş, sonradan həmin kanalı doldurduqdan sonra, çəpərlərini öz tərəflərinə çəkərək arxı çəpərlərindən bayırda saxlamışlar.
9. Lənkəran Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(049)-312/2023 nömrəli, 23 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Muradağa Qasımov) iddianın təmin edilməsi, cavabdeh tərəfindən doldurulmuş, Lənkəran rayonunun Separadi kəndində yerləşən yağış və qrunt sularının axıdılması üçün nəzərdə tutulmuş suötürücü kanalın qarşısının cavabdehin öz vəsaiti hesabına açılması, həmin kanal vasitəsilə suyun axıdılmasına yaradılan maneənin aradan qaldırılması, cavabdeh MMCnin direktoru Cavabdeh2 tərəfindən bu cür qanunsuz hərəkətlərə son qoyulması, iddiaçı tərəfindən mütəxəssis rəyinə görə ödənilmiş 95 manat xidmət haqqının və iddia ərizəsinə məhkəmədə baxılmasına görə ödənilmiş 100 manat dövlət rüsumunun, cəmi 195 manatın cavabdehdən tutularaq iddiaçıya verilməsi, ekspertiza tədqiqatının dəyəri 50 manatın cavabdehə aid edilməsi və qət olunmuşdur.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli suotürücü kanal ümumi istifadə üçün nəzərdə tutulmuş kanaldır, həmin kanalın çox hissəsi cavabdeh MMC tərəfindən torpaqla doldurulmuşdur. İddiaçının ümumi istifadə üçün nəzərdə tutulmuş həmin kanaldan istifadə etmək hüququ vardır və cavabdehin kanalı doldurması iddiaçının həmin kanaldan istifadə etməməsi üçün əsas ola bilməz. Buna görə də məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən doldurulmuş suötürücü kanalın qarşısı cavabdehin öz hesabına açılmalı və həmin kanal vasitəsilə suyun axıdılmasına yaradılan maneə aradan qaldırılmalı, cavabdeh tərəfindən bu cür qanunsuz hərəkətlərinə son qoyulmalı, iddiaçının pozulmuş hüquqları bərpa edilməlidir.
11. Cavabdehin nümayəndələrinin mütəxəssis rəyi ilə ekspert rəyində uyğunsuzluğun olması ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, alternativ kanalın olması müəyyən edilməmişdir və alternativ kanalın olub-olm amasından asılı olmayaraq cavabdehin əvvəllər mövcud olmuş və ümumi istifadə üçün nəzərdə tutulmuş su kanalını özbaşına doldurmaq hüququ olmamışdır. Buna görə də məhkəmə hesab etmişdir ki, hazırki mübahisənin həlli ilə bağlı alternativ kanala dair mütəxəssisin izahat verilməsinə zərurət qalmamışdır.
12. İddiaçının subyektiv hüququnun olmaması barədə cavabdehin dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, ekspert rəyindən də göründüyü kimi, mübahisələndirilən su kanalı ümumi, o cümlədən də iddiaçının istifadəsi üçün nəzərdə tutulmuşdur. İddiaçının həmin kanaldan istifadə hüququ Cavabdeh1 MMC tərəfindən pozulduğundan, iddiaçı MPM-nin 4.1-ci maddəsində nəzərdə tutulmuş bu hüququndan istifadə edərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiy i nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 25-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.1, 169.1, 170.2, 170.3, 170.4, 175.1, 175.4-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 77.1, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
14. Qətnamədən cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Mülki Məcəllənin 169.1-ci, 170.2-ci, 170.3-cü və 170.4-cü maddələrinin tətbiqində yanlışlığa yol vermişdir. Belə ki, həmin ərazidə hər hansı su kanalı, hidrotexniki qur ğu mövcud olmamışdır. Cavabdeh firma ərazidəki bağları salan zaman şəxsi vəsaiti hesabına sözügedən kanalı çəkərək, “Xanbulan” kanalından motor vasitəsilə ağacların suvarılmasını təmin etmək fikrində olmuşdur. Lakin “Xanbulan” kanalının suyunun qeyri-sabit olması və firmaya məxsus ərazinin bir hissəsində su hövzəsi olması MMC tərəfindən qazdırılmış kanalın aktuallığını itirmişdir. MMC də öz növbəsində qazdığı suvarma kanalını doldurtmuş, bu zaman iddiaçı onun sahəsi ilə həmsərhəd olan hissədə kanalın doldurulmamasını xahiş etmiş, ondan təsərrüfatındakı malların suvarmaları üçün istifadə edəcəyini bildirmişdir. MMC-nin rəhbərliyi isə humanist davranaraq öz qazdırdığı kanalı yalnız özünə aid hissədə doldurmuşdur. Bunu qeyd etməkdə məqsədi ərazidə su kanalı, qrunt sularının axıdılması üçün hi drotexniki qurğu və s. kadastr məlumatlarına əsasən nəzərdə tutulmadığını bildirməkdir. MMC tərəfindən verilmiş sorğulara cavab olaraq Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin X2 İstismarı İdarəsinin və Separadi kənd bələdiyyəsinin məktubları ilə həmin dövlət qurumları tərəfindən belə bir kanalın inşa edilmədiyi, onların balansında qeyd edilən ərazidə belə bir qurğunun mövcud olmadığı bildirilmişdir. Belə olan halda cavabdeh MMC tərəfindən iddiaçının hər hansı hüquqlarının pozulmasından söhbət gedə bilməz. Əlavə olaraq qeyd edilmişdir ki, mütəxəssis və ekspert rəylərində qoyulan suallar natamam cavablandırıldığından iş üzrə təkrar ekspertizanın keçirilməsi zərurəti olduğu halda, məhkəmə bunu etməmişdir. İş üzrə sübutlarla mübahisəli ərazidə su kanalının heç bir zaman mövcud olmadığı ortaya çıxmışdır. Kanalın mövcudluğu sübut edilməsə də, məhkəmə sübut edilməmiş bu hala istinad etmişdir.
16. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
17. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(106)-475/2024 nömrəli, 17 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: Samir Mayılov (sədrlik edən və məruzəçi), İlham Əsədov və Tofiq Heydərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nət icə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, Lənkəran rayonunun Separadi kəndində iddiaçıya və ailə üzvlərinə məxsus 0,5456 ha torpaq sahəsi ilə cavabdeh MMC-nin istifadəsində olan torpaq sahəsi qonşu torpaq sahələri olduğundan tərəflərin hər ikisinin qonşu təsirinə dözmək vəzifəsi yaransa da, hazırda müəyyən edilir ki, ümumi istifadə üçün nəzərdə tutulduğu müəyyən edilən suötürücü kanal məhz cavabdeh MMC-nin özünün də etiraf etdiyi kimi onun tərəfindən doldurulmuşdur. Cavabdeh MMC bununla da iddiaçının mənafeyinə toxunmuşdur. Belə ki, mübahisə predmeti olan suötürücü kanal ümumi istifadə üçün nəzərdə tutulmuş olduğundan iddiaçının həmin kanaldan istifadə etməyə dair müdafiə olunan mənafeyi mövcuddur və hazırkı tələblə çıxış etməsi əsaslıdır.
19. Məhkəmə kollegiyası sözügedən kana lın Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin X2 İstismarı İdarəsi və Lənkəran rayon Separadi bələdiyyəsi tərəfindən inşa edilməməsi və onların balansında olmaması barədə cavabdeh tərəfindən təqdim edilmiş sənədlərə münasibətdə qeyd etmişdir ki, həmin sənədlərdə qeyd edilənlər mübahisəli suötürücü kanalın ümumi istifadə üçün nəzərdə tutulmamış olması nəticəsinə gəlməyə əsas vermir.
20. Mütəxəssis və ekspert rəylərində suallara natamam cavablandırılması barədə cavabdehin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, mütəxəssis və ekspert rəylərində qeyd edilənlər iş üzrə düzgün və əsaslı nəticəyə gəlməyə imkan verdiyindən, təkrar məhkəmə ekspertizasının keçirilməsinə hər hansı zərurət yoxdur.
21. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəll ənin 152.1, 157.4, 170.1, 170.2, 171.1, 171.2-ci, Su Məcəlləsinin 36, 37, 64-cü və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 384.0.1, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
22. Qətnamədən cavabdeh MMC (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, iş üzrə təkrar ekspertizanın keçirilməsi zərurəti olduğu halda, məhkəmə bunu etməmiş, işin hallarına uyğun olmayan, qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
24. İddiaçı cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək, kassasiya şikayətinin dəlillərinin əsassız olduğundan təmin edilməməsini, apellyasiya instansiya məhkəməsinin qətnraməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
25. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
26. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını m əhkəmə vasitəsilə tələb edə bilər.
27. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.
28. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir.
29. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirin i qadağan edə bilməz;
30. Maddə 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Azərbaycan Respublikası Su Məcəlləsi.
31. Maddə
36. Ümumi istifadədə olan su obyektləri - istifadəsi hamı üçün mümkün və açıq olan su obyektləridir. Fiziki şəxslər belə su obyektlərindən öz ehtiyaclarını təmin etmək məqsədi ilə (çimərlik, qayıqla gəzinti, idman, balıq və digər su bioresurslarının həvəskar ovu, mal-qaranın suvarılması, texniki qurğulardan istifadə etmədən su götürmə və s.) pulsuz istifadə edirlər. Ümumi istifadədə olan su obyektlərində sudan istifadənin məhdudlaşdırılmasına yalnız Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda yol verilə bilər.
32. Maddə
37. Su obyektləri ayrıca istifadəyə verildikdə ümumi istifadədə olan su obyektləri sırasından çıxarılır.
33. Maddə
64. Azərbaycan Respublikasının çayları, gölləri, su anbarları, kanalları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi, digər yerüstü su obyektləri, əgər onlardan su yolu kimi istifadə tam və ya qismən qadağan edilməmişdirsə, yaxud həmin obyektlər ayrıca istifadəyə verilməmişdirsə, ümumi istifadədə olan su yollarına aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıra n halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
36. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallar a yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
43. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
45. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aş ağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh MMC tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxı mdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hall arına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
49. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
50. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilm əsi üçün əsas ola bilməz.
51. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
52. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
53. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan m addi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
54. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-475/2024 nömrəli, 17 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.