Məhkəmə qərarları › İş №2(102)-2686/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2686/2024

29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2686/2024 29.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2386/2024 nömrəli, 17 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə ma hiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. Cavabdeh2 və Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MK/31776/89/35 saylı kredit sazişinə (eyni zamanda zaminlik müqaviləsi) əsasən, bank borcalan Cavabdeh2 36 ay müddətinə, illik 19,5% olmaqla 20.500 manat məbləğində kredit vermiş, Cavabdeh1 həmin müqavilə üzrə öhdəliklərin icrası üçün borcalan ilə birgə məsuliyyəti üzərinə götürmüşdür;

3. Kredit müqaviləsinə 1 nömrəli əlavə olan “Ödəniş cədvəli”-nə əsasən, borcalan Cavabdeh2 hər ay 756,64 manat olmaqla, faiz borcu ilə birlikdə ümumilikdə 27246,49 manat ödəməyi öz öhdəsinə götürmüşdür;

4. Müqavilənin şərtlərinə əsasən, müqavilə üzrə gecikdirilmiş kreditə görə, müştəri, hər gecikdirilən gün üçün gecikdirilmiş kreditin kredit sazişi ilə müəyyən edilən faiz miqdarında, lakin 0,51 manatdan/ABŞ dolları/Avrodan az olmamaq şərtilə cərimə ödəyir. Bu cərimə kredit üzrə gecikdirmə yaranan tarixdən 90 gün müddətində tətbiq edilir; 5. xx.xx.2023-cü il tarixli, Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış bildirişlə, Bank tərəfindən cavabdehlərə kredit müqaviləsinin ləğv olunduğu bildirilmiş, kredit müqaviləsi üzrə yaranmış borcun dərhal ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə 19623,89 manat məbləğində əsas borcun, 2391,75 manat məbləğində faiz borcunun, 759,49 manat məbləğində cərimə borcunun, cəmi 22775,13 manat borcun və 159 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini işin yuxarıda göstərilən faktiki hallarına istinad etməklə onunla əsaslandırmışdır ki, Cavabdeh2 qız “ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit şərtlərinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən 2 aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 dəfə pozulduqda bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməs inin 25 dekabr 2023-cü il tarixli, 2(004)5705/2023 saylı qətnaməsi ilə (hakimTəhminə Xəlilova) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 19623,89 (on doqquz min altı yüz iyirmi üç manat səksən doqquz qəpik) manat, faiz borcu üzrə 2157,89 (iki min yüz əlli yeddi manat səksən doqquz qəpik) manat, cərimə borcu üzrə 759,49 (yeddi yüz əlli doqquz manat qırx doqquz qəpik) manat olmaqla, ümumilikdə 22541,27 (iyirmi iki min beş yüz qırx bir manat iyirmi yeddi qəpik) manat məbləğində borc və 157,37 (yüz əlli yeddi manat otuz yeddi qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir.

9. Məhkəmə iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliklə ri icra etmədiyindən, Cavabdeh1 isə ona zamin durduğundan, iddiaçı haqlı olaraq cavabdehlərə qarşı borc tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddia kredit müqaviləsi üzrə əsas və cərimə borcunun ödənilməsi hissəsində əsaslıdır və təmin olunmalıdır.

10. Məhkəmə həmçinin qeyd etmişdir ki, tərəflər arasında müqavilə xx.xx.2023-cü il tarixdə ləğv olunduğundan iddiaçı həmin tarixədək mövcud olmuş faiz borcunu tələb edə bilər, həmin tarixdən sonra isə Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Müqavilənin ləğvi tarixinə müqavilə ilə nəzərdə tutulmuş faiz dərəcəsi ilə hesablanmış faizin məbləği isə xx.xx.2023-cü il tarixli bildirişdən göründüyü kimi, 2157,89 manat təşkil etmişdir. Odur ki, iddia faiz borcu tələbi hissəsində qismən təmin edilərək cavabdehlərdən 2157,89 manat məbləğində faiz borcu iddiaçının xeyrinə tutulmalıdır.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 741, 445.7, 472.1, 472.2, 462.1, 445.7-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apell yasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən kredit borcu, faizlər, dəbbə pulu düzgün hesablanmamışdır. Cavabdehin kredit borcu üzrə ödədiyi məbləğlər nəzərə alınmamışdır. Cavabdehlərin məhkəmə iclasında iştirakları təmin edilmədiyindən məhkəməyə ödəmələr haqqında sənədləri təqdim edə bilməmişdir. Məhkəmə kredit borcunu, ona hesablanmış faizləri və dəbbə pulunu cəriməni düzgün hesablamaq üçün mütləq məhkəmə-mühasibatlıq ekspertizası təyin etməli idi, lakin məhkəmə iddiaçının hesablamalarını əsas kimi qəbul etmişdir. Məhkəmə iddiaçının hesablamalarını əsas kimi qəbul etdiyindən, maddi hüquq normalarının tələbləri pozulmuşdur. Cavabdeh bildirmişdir ki, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməmişdir. Məhkəmə prosessual normalara uyğun olaraq mə hkəmə iclasını təxirə salmalı idi. Lakin məhkəmə bunu etməmiş və prosessual hüquq pozuntusuna yol vermişdir. Qətnaməni qəbul edərkən məhkəmə təqdim edilmiş sübutlara düzgün qiymət verməmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-2386/2024 nömrəli iş üzrə 17 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Xəyal Sarıyev - sədrlik edən və məruzəçi Fuad Abdıyev və Fərrux Qasımov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 2(004)-5705/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, Cavabdeh2 iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında qaytarmamış, bununla da cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımınca yerinə yetirməmişdir.

16. Kollegiya cavabdehin məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlandırılmaması və borc məbləğinin düzgün hesablanmaması və borcun hesablanması üçün ekspertiza təyin edilməməsi ilə bağlı dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, kredit müqaviləsi üzrə yaranmış borc məbləği işdə olan maliyyə sənədləri və hesabdan çıxarış məlumatları ilə öz təsdiqini tapmaqla cavabdeh tərəfindən həmin sənədləri şübhə altına alacaq hər hansı bir mötəbər sübut təqdim edilməmişdir.

17. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə SMS bildirişlər göndərilmiş və çatdırılmış, onlar məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlı olmuşdur. Cavabdeh apellyasiya şikayətində ödənişləri ilə bağlı sübutlar təqdim edəcəyini qeyd etsə də, məhkəmə iclasında ödənişlərlə bağlı təqdim olunası sübutunun olmadığını qeyd etmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 739.1, 739.2, 442, 445.1, 445.2.1, 448.1, 462.1 və 467, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh2 kassasiya şikayəti verərək (Vəkil) qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış və pro sessual hüquq normalarının pozulması kimi bildirilmişdir ki, məhkəmə tərəfindən mühasibatlıq ekspertizası təyin edilmədiyindən, yəni sübutlar tam yoxlanılmadığından məhkəmə qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun, məhkəmə kollegiyasının iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmamışdır.

21. Apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 741, 445,7, 462ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3, 217.4-cü maddələrinə istinad edilməklə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kre ditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

24. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

25. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və yalazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdəqüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icraedilməsi) başa düşülür.

26. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmi ş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

27. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

28. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

29. Maddə

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır

30. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara m ülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

31. Maddə

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübut lara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

37. Qanunun tələbi nə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasib ətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliklərini pozduğu üçün iddia təmin edilən həcmdə əsaslıdır.

41. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və Cavabdeh2 dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinm iş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

42. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üz rə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

44. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2386/2024 nömrəli, 17 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar