Məhkəmə qərarları › İş №2(102)-2687/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2687/2019

11.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2687/2019 11.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, X2 katibliyi, kassator Cavabdeh1, vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 yanvar 2019-cu il tarixli qərardadından Cavabdeh1 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 aprel 2007-ci il tarixli qətnaməsi ilə (hakim Ə.M.Sarıyev 2-277/2007) iddia təmin edilmiş, Bakı şəhəri Binəqədi rayonu, Rəsulza də qəsəbəsi, C.Xəndan küçəsində yerləşən 12A saylı evin alıcısı qismində İddiaçı Ənvər oğlunun tanınması və evin onun mülkiyyətinə verilməsi, həmin mənzil üzərində Cavabdeh1 və Cavabdeh2 mülkiyyət hüquqlarına xitam verilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 dekabr 2018-ci il tarixli qərardadı ilə (hakim V.N.Məmmədov 2(001)-277/2007) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 aprel 2007-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 yanvar 2019-cu il tarixli qərardadı ilə (hakimlər E.C.Kazımov, T.S.Səmədov, İ.S.Şirinov iş 2(103)-2843/2019) Cavabdeh1 Binəqədi Rayon Məhkəməsinin 07 dekabr 2018-ci il tarixli qərardadından verdiyi şikayət qeyri-mümkün hesab edilmiş v ə mülki işin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh1 verdiyi kassasiya şikayətində qərardadın ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qərardad qəbul edilərkən prosessual hüquq normaları pozulmuşdur. O birinci instansiya məhkəməsinin qətnaməsini rəsmi qaydada 06 iyun 2018-ci il tarixdə almış və apellyasiya şikayətini 27 iyun 2018-ci il tarixdə vermişdir. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılımalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 dekabr 2018-ci il tarixli qərardadından verilmiş şikayətə birinci instansiya məhkəməsi baxmadan apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikasının Mülki Prose ssual Məcəlləsinin 269-cu maddəsinə əsasən məhkəmə qərardadlarından verilmiş şikayətlərə baxılması qaydaları müəyyən edilmişdir. Həmin maddədə göstərilmişdir ki, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Qərardaddan verilmiş şikayətə həmin normada göstərilən qaydada baxılmadan şikayətin işlə birlikdə apellyasiya instansiya məhkəməsinə göndərilməsi şikayət üzrə apellyasiyanın qeyri-mümkün hesab edilməsi üçün əsasdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, ha zırki mülki işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli, mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, qərardad prosessual hüquq normaları düzgün tətbiq edilməklə qəbul edildiyindən kassasiya şikayətinin dəlilləri qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 yanvar 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar