Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2687/2021 07.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “ziyan” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: ziyanın ödənilməsi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil2 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 noyabr 2020-ci il tarixli, 2(107)1989/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsi nin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 1 kəndində ayrı-ayrılıqda 0,3275 ha, 0,1005 ha və 0,0426 ha kənd təsərrüfatı təyinatlı torpaqlar İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin ünvan 1 kəndində fərdi yaşayış evi və 0,1716 ha torpaqlar sahəsi üzərində mülkiyyət hüququ fərdi yaşayış evinin 1/4 hissədə, torpaq sahəsinin 7/12 hissədə İddiaçı, fərdi yaşayış evinin 3/4 hissədə, torpaq sahəsinin 3/12 hissədə Cavabdeh, habelə torpaq sahəsinin 2/12 hissədə X1 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. ünvan 1 kənd Bələdiyyəsi tərəfindən verilmiş 24 dekabr 2019-cu il tarixli arayışa əsasən XXX Bələdiyyəsi tərəfindən Cavabdeh müraciətinə əsasən bacısı İddiaçı həyətyanı və ona bitişik pay torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı çinar, qoz və sair ağacların kəsilməsinə rast gəlinməmişdir. XXX İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş 03 iyun 2020-ci il tarixli arayışa əsasən İddiaçı tərəfindən mübahisələndirilən evə 2012-ci ildə bölgədə baş vermiş zəlzələ nəticəsində ziyan dəymiş və FHN-nin müvafiq komissiyası tərəfindən həmin evə bərpa gücləndirmə rəyi verilmiş, dövlət tərəfindən evin bərpasına 4000 manat kompensasiya ayrılmışdır. Növbəti ardıcıl yeraltı təkanlardan sonra Cavabdeh XXX İƏD-nə etdiyi şifahi müraciəti əsasında 2017-ci ildə nümayəndəlik tərəfindən evə baxış keçirilmiş və fərdi yaşayış evinin yaşayış üçün tamamilə yararsız vəziyyətə düşdüyü aşkar edilmişdir. Buna görə də 2017-ci ildə ev Cavabdeh tərəfindən sökülmüşdü r. “xxxx” MMC-nin X4 tərəfindən verilmiş 23 iyun 2020-ci il tarixli arayışına əsasən Cavabdeh FHN-i tərəfindən ayrılmış 3000 manat pulu 04 noyabr 2015-ci ildə X3 almışdır. “xxxx” MMC-nin fərdi yaşayış evinin qiymətləndirilməsi barədə 11 mart 2020-ci il tarixli hesabatına əsasən ünvan 1 kəndində yerləşən 0,1716 hektar həyətyanı torpaq sahəsində İddiaçı mübahisələndirdiyi fərdi yaşayış evinin dəyəri (tikili üzrə) - 1500 manat, torpaq sahəsi üzrə - 8580 manat, fərdi yaşayış evinin bazar dəyəri (ümumi) - 10080 manat, ağaclar üzrə bazar dəyəri – 397 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 20 ədəd çinar ağacına görə - 600 manat, 3 ədəd qoz ağacına görə - 300 manat, 3 il müddətində 1000 kq. fındıq məhsuluna görə - 2500 manat, 100 kq qoz məhsuluna görə 250 manat, xurma-korolyok, alma və digər meyvələrə görə - 200 manat, 10 ədəd dəmir listlərə görə - 200 manat, ata evindən payına düşən hissəsinin məbləğinə görə - 6810 manat, evin təmiri üçün verilmiş pulun 1/3 hissəsinə görə - 1333 manat və torpaq sahəsindən istifadədən gəlirə görə - 300 manat olmaqla, cəmi 12493 manat ziyanın və 30 manat dövlət rüsumunun alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, iddiaçının atası XXX 14 yanvar 2009-cu ildə, anası X2 29 iyun 2015-ci ildə vəfat etmişlər. Valideynləri vəfat etdikdən sonra onlardan müəyyən əmlak miras qalmışdır. Bu miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. V alideynlərindən ona həm həyətyanı, həm də pay torpaq islahatı aparılarkən onun payına da müəyyən torpaq sahəsi verilmişdir. Lakin qardaşı olan cavabdeh iddiaçıya bu sahələrdən istifadə etməyə imkan verməmişdir. Həmçinin mərhum atasına məxsus olmuş XXXində yerləşən yaşayış evində də onun miras payı olmuşdur. 2013-cü ildə baş vermiş zəlzələ nəticəsində ev yararsız vəziyyətə düşmüş, qoz və sair ağaclar kəsilməmişdir. İddiaçıya məxsus olan 10 ədəd dəmir list hazırda cavabdehdədir. İddiaçının mübahisələndirdiyi evə 2012-ci ildə bölgədə baş vermiş zəlzələ nəticəsində ziyan dəymiş və FHN-nin müvafiq komissiyası tərəfindən həmin evə bərpagücləndirmə rəyi verilmiş, dövlət tərəfindən evin bərpasına 4000 manat kompensasiya ayrılmışdır. Növbəti ardıcıl yeraltı təkanlardan sonra Cavabdeh XXX İƏD-nə etd iyi şifahi müraciəti əsasında 2017-ci ildə nümayəndəlik tərəfindən evə baxış keçirilmiş və fərdi yaşayış evinin yaşayış üçün tamamilə yararsız vəziyyətə düşdüyü aşkar edilmişdir. Buna görə də 2017-ci ildə ev Cavabdeh tərəfindən sökülmüşdür. Evin 1/4 hissəsi iddiaçıya məxsus olduğuna görə dövlət tərəfindən evin bərpasına ayrılmış 4000 manat kompensasiyanın 3000 manatı cavabdehə ödənilmişdir. Balakən Rayon Məhkəməsinin 05 avqust 2020-ci il tarixli, 2(019)-105/2020 nömrəli qətnaməsi ilə iddiа qismən təmin edilmiş, Cavabdeh 200 manat dəyərində 10 ədəd dəmir list, həmin dəmir listlər olmadıqda isə onların dəyəri və fərdi yaşayış evinin dəyərinin 1/4 hissəsi olan 375 manat məbləğində pulun alınıb, İddiaçı ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkə məsi müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsində çinar, qoz və sair ağaclar kəsilməmişdir. İddiaçıya məxsus olan 10 ədəd dəmir list hazırda cavabdehdədir. Cavabdeh həmin əmlakın iddiaçıya verilməsinə etiraz etmir. İddiaçının mübahisələndirdiyi evə 2012-ci ildə bölgədə baş vermiş zəlzələ nəticəsində ziyan dəymiş və FHN-nin müvafiq komissiyası tərəfindən həmin evə bərpa gücləndirmə rəyi verilmiş, dövlət tərəfindən evin bərpasına 4000 manat kompensasiya ayrılmışdır. Növbəti ardıcıl yeraltı təkanlardan sonra Cavabdeh XXX İƏD-nə etdiyi şifahi müraciəti əsasında 2017-ci ildə nümayəndəlik tərəfindən evə baxış keçirilmiş və fərdi yaşayış evinin yaşayış üçün tamamilə yararsız vəziyyətə düşdüyü aşkar edilmişdir. Buna görə də 2017-ci ildə ev Cavabdeh tərəfindən sökülmüş dür. Evin 1/4 hissəsi iddiaçıya məxsus olduğuna görə dövlət tərəfindən evin bərpasına ayrılmış 4000 manat kompensasiyanın 3000 (üç min) manatı cavabdehə ödənilmişdir. Göstərilən sökülmüş evin qiyməti ekspert rəyinə əsasən 1500 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçıya məxsus 200 manat dəyərində olan 10 ədəd dəmir listlərin Cavabdeh olması, həmçinin cavabdeh tərəfindən yararsız vəziyyətə düşmüş fərdi yaşayış evinin sökülməsi nəticəsində evin müəyyən olunmuş 1500 manat dəyərinin iddiaçının 1/4 hissə payına düşən 375 manatın cavabdehdən tərəfindən ödənilməsi olması sübuta yetirilmişdir. Bununla belə iddiaçı onun payına düşən sahədə olan ağaclardan 300350 kq fındıq, 150-200 kq xurma-korolyok, 100 kq qoz, 60-70 kq alma məhsulunu yığması, cavabdeh tərəfdən 600 man atlıq 20 ədəd çinar ağacının, 300 manat dəyərində 3 ədəd qoz ağacının və digər ağacların kəsilməsi, cavabdehin təqsiri nəticəsində 2500 manatlıq 3 il müddətində 1000 kq fındıq məhsulundan, 250 manatlıq 100 kq qoz məhsulundan və 200 manatlıq xurma-korolyok və digər meyvələrdən məhrum olması, tələb etdiyi ata evindən payına düşən 6810 manat məbləğin 375 manat hissəsindən artıq məbləğin ona ödənilməli olması, tələb etdiyi evin təmiri üçün verilmiş pulun 1/3 hissəsinin - 1333 manat və torpaq sahəsindən 300 manat gəlir əldə etməli olması ilə bağlı iddia tələbinin əsaslandırıldığı halları, ona bu məbləğlərdə zərər vurulmasını, bu zərərlə cavabdehin hansısa qanunsuz hərəkətləri arasında səbəbli əlaqənin olmasını və bu zərərin vurulmasında cavabdehin təqsirli olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, Balakən Rayon Məhkəməsinin 05 avqust 2020ci il tarixli, 2(019)-105/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 noyabr 2020-ci il tarixli, 2(107)-1989/2020 nömrəli qətnaməsi ilə (hakim M.A.Əsədlinın sədrliyi və məruzəsi ilə, hakimlər Ə.T.Məcidovdan və A.A.Mahmudovdan ibarət tərkibdə) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 05 avqust 2020-ci il tarixli, 2(019)-105/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı apellyasiya şikayə tinin dəlillərini təsdiq edən və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin olunmasına dair başqa mötəbər sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 noyabr 2020-ci il tarixli, 2(107)-1989/2020 nömrəli qətnaməsinin qismən, yəni təmin edilməyən hissədə ləğv edilməsi və işə apellyasiya instansiyası məhkəməsində yenid ən baxılması üçün göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti iddia ərizəsində qeyd olunan hallara istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, sübutlar düzgün qiymətləndirilməmiş və işin faktiki halları düzgün müəyyən olunmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh kassasiya şikayətinə yazılı etiraz verərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə ko llegiyasından xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, vəkilinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlam aq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddia birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilsə də, cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Apellyasiya şikayətini iddiaçı vermiş və iddianın təmin olunmamış hissəsinin ləğv olunmasını və iddianın tam təmin edilməsini xahiş etmişdir. Hazırda iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini eyni əsaslarla mübahisələndirildiyindən, hazırki kassasiy a baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt ) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənil məlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edil ir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstə sna hallarda iddia tələblərindən kənara çıxa bilər. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelly asiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, hazırki kassasiya şikayətinin dəlilləri ilə eyni olan iddiaçının apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmiş və məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin həlli sübutetmə ilə əlaqəli olmuş və apellyasiya instansiyası bununla bağlı prosessual hüquq normalarını pozmamış, iddiaçının təqdim etdiyi sübutlar əsasında qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş süb utetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Mülki Məcəllənin 21-ci maddəsinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: 1. zərərin mövcud olması, 2. zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, 3. zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, 4. zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaya baxan apellyasiya məhkəməsi səlahiyyətləri çərçivəsində iddiaçının təqdim etdiyi sübutları qiymətləndirərək, onları iddianın tam təmin olunması üçün əsaslı hesab etməmişdir. Belə ki, təqdim olunmuş sübutlarla tələb olunan zərərin cavabdehin qanunsuz hərəkəti (hərəkətsizliyi) arasında səbəbli əlaqənin olması sübut olunmamışdır. Kasasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPMin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası yeni sübut qəbul etmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Odur ki, məhkəmə kollegiyası apellyasiya instan siyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 noyabr 2020-ci il tarixli, 2(107)-1989/2020 nömrəli qə tnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2687/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2687/2021
07.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver