Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2687/2023 19.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ASC-nin Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-2687/2023 (Açar sözlər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi, apellyasiya şikayətinin müəyyən edilmiş müddət keçdikdən sonra verilməsi) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-798/2023 nömrəli, 17 aprel 2023-ci il ta rixli qərardadından Cavabdeh (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 19 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh onun xeyrinə 24 iyul 2008ci il tarixli kredit müqaviləsi üzrə 4.999,99 ABŞ dolları əsas borcun, 3.478,79 ABŞ dolları gecikdirilmiş faiz borcunun, 3.760,41 ABŞ dolları cərimənin, cəmi 12.239,19 ABŞ dolları pulun milli manat ekvivalentində və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
2. Lənkəran Rayon Mə hkəməsinin 2(049)1738/2012 saylı, 30 noyabr 2012-ci il tarixli qətnaməsi ilə (hakim Təyyar Abbaslı) iddia tələbi təmin edilmişdir.
3. Qətnamədən qanunla müəyyən edilmiş bir ay müddətində apellyasiya şikayəti verilmədiyindən, qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
4. Cavabdeh Lənkəran Rayon Məhkəməsinin 2(049)1738/2012 saylı, 30 noyabr 2012-ci il tarixli qətnaməsindən 03 mart 2023-cü il tarixdə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi ilə bağlı qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinə apellyasiya şikayəti verilməsi üçün müddətin ötürülməsinin üzürlü sayılmaqla bərpa edilməsi barədə ərizə əlavə edilmişdir.
5. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1738/2012 sayl ı, 06 mart 2023-cü il tarixli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
6. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-798/2023 nömrəli, 17 aprel 2023-ci il tarixli qərardadı ilə (hakimlər Tofiq Heydərov (sədrlik edən və məruzəsi), İlham Əsədov və Samir Mayılov) birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 233, 234, 357, 360-cı maddələrinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Lənkəran Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır.
7. Apellyasiya instansiy ası mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni qüvvəsini almış və bundan sonra icraya yönəldilmişdir. Çünki, MPM-nin 234.1-ci maddəsinə əsasən, bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Həmin məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Prosessual hüquq normalarının mənasından da göründüyü kimi, yalnız qanuni qüvvəyə minməmiş qətnamələr və qərardadlardan verilmiş apellyasi ya şikayəti üzrə apellyasiya icraatı mümkündür. Hazırkı işdə isə qətnamə qanuni qüvvəsini almış, icraya yönəldilmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti prosessual müddət ötürülməklə verilmiş birinci instansiya məhkəməsi isə buraxılmış müddətin bərpası barədə ərizəni təmin etmədən apellyasiya şikayətini qəbul edərək 30 mart 2023-cü il tarixli məktubla apellyasiya qaydasında baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir.
8. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, sözügedən qətnamə 03 dekabr 2012-ci il tarixli məktubla (səh.38) cavabdehə göndərilmiş, eyni zamanda qətnamə qanuni qüvvəsini aldıqdan sonra 08 yanvar 2013-cü il tarixli icra sənədi verilmiş və Lənkəran Rayon Məhkəməsinin 2(049)1738/2012 saylı, 08 yanvar 2013-cü il tarixli icra vərəqəsi ic ra edilməsi üçün Lənkəran rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və Lənkəran İcra və Probasiya şöbəsinin 11 yanvar 2013-ci il tarixli icraata başlamaq haqqında qərarı qəbul edilmiş, borclu Cavabdeh icranın könüllü icrası təklif olunmuş, əks təqdirdə icranın məcburi qaydada həyata keçirilməsi göstərilmişdir. Ötən 10 il ərzində icra sənədi icra olunmamış vəziyyətdə qala bilməzdi. Çünki icra haqqında qanuna əsasən məhkəmənin qəbul etdiyi qətnamə əsasında verilmiş icra sənədi 2 ay müddətində icra olunaraq nəticəsi barədə məhkəməyə məlumat verilməli idi. Lakin iş materiallarında icraata başlamaq haqqında qərardan sonra görülmüş icra tədbirləri barədə hər hansı bir məlumat mövcud deyil. Bütün bunlar əsas verirdi ki, məhkəmə cavabdehin mübahisələndirdiyi qətnamənin icra olunub-olunmamasını, icra ilə bağlı hansı tədbirlərin görülməsi barədə araşdırma aparsın. Bunun üçün isə, icra sənədi və onunla bağlı toplanmış sübutlar tələb olunmalı, yalnız bundan sonra cavabdehin apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətə qiymət verilməsi mümkün ola bilərdi. Bu isə ona dəlalət edir ki, işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsaslar olmamışdır.
9. Apellyasiya instansiya məhkəməsi mövqeyini Mülki Prosessual Məcəllənin 233.1, 355, 357.1, 360, 366.2, 400-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
10. Qərardaddan cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və apellyasiya şikayətinin mümkün sayılması barədə qərar qəbul o lunmasını xahiş etmişdir.
11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsinin 3 dekabr 2012-ci il tarixdə (səh.38) Cavabdeh göndərilməsi barədə iş materiallarında məktub olsa da, həmin məktubun çatdırılmasını təsdiq edən sübut olmamışdır. Cavabdeh isə həmin qətnamənin surətini xx.xx.2023-cü il tarixdə almış və prosessual müddəti ötürməməklə apellyasiya şikayəti vermişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
12. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
13. Maddə 130.2. Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir.
14. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barə də vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
15. Maddə 233.1. Bu Məcəllənin 355-7.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
16. Maddə 234.1. Bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
17. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.
18. Maddə
360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
19. Maddə 363.1.3. Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır.
20. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
21. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilm əsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
22. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
23. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri:
24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı ins tansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
25. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı cavabdeh tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının predmetini həmin qərardadın tam hissədə qanuniliyinin yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Belə ki, apellyasiya məhkəməsi cavabdehin şikayəti üzrə apellyasiyanı qeyri mümkün sayarkən mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni qüvvəsini almış və bundan sonra icraya yönəldilmişdir. Prosessual hüquq normalarının mənasından da göründüyü kimi, yalnız qanuni qüvvəyə minməmiş qətnamələr və qərardadlardan verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatı mümkündür. Hazırkı işdə isə qətnamə qanuni qüvvəsini almış, icraya yönəldilmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti prosessual müddət ötürülməklə verilmiş birinci instansiya məhkəməsi isə buraxılmış müddətin bərpası barədə ərizəni təmin etmədən apellyasiya şikayətini qəbul edərək 30 mart 2023-cü il tarixli məktubla apellyasiya qaydasında baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, sözügedən qətn amə 03 dekabr 2012-ci il tarixli məktubla cavabdehə göndərilmiş, eyni zamanda qətnamə qanuni qüvvəsini aldıqdan sonra 08 yanvar 2013-cü il tarixli icra sənədi verilmiş və Lənkəran Rayon Məhkəməsinin 2(049)1738/2012 saylı, 08 yanvar 2013-cü il tarixli icra vərəqəsi icra edilməsi üçün Lənkəran rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və Lənkəran İcra və Probasiya şöbəsinin 11 yanvar 2013-ci il tarixli icraata başlamaq haqqında qərarı qəbul edilmiş, borclu Cavabdeh icranın könüllü icrası təklif olunmuş, əks təqdirdə icranın məcburi qaydada həyata keçirilməsi göstərilmişdir. Ötən 10 il ərzində icra sənədi icra olunmamış vəziyyətdə qala bilməzdi. Çünki icra haqqında qanuna əsasən məhkəmənin qəbul etdiyi qətnamə əsasında verilmiş icra sənədi 2 ay müddətində icra olunaraq nəticəsi barədə məhk əməyə məlumat verilməli idi. Lakin iş materiallarında icraata başlamaq haqqında qərardan sonra görülmüş icra tədbirləri barədə hər hansı bir məlumat mövcud deyil. Bütün bunlar əsas verirdi ki, məhkəmə cavabdehin mübahisələndirdiyi qətnamənin icra olunubolunmamasını, icra ilə bağlı hansı tədbirlərin görülməsi barədə araşdırma aparsın. Bunun üçün isə, icra sənədi və onunla bağlı toplanmış sübutlar tələb olunmalı, yalnız bundan sonra cavabdehin apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətə qiymət verilməsi mümkün ola bilərdi. Bu isə ona dəlalət edir ki, işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsaslar olmamışdır.
28. Məhkəmə kollegiyasının mövqeyinə görə apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq apellyasiyanın qeyri mümkün hesab edilməsi barədə qənaətə gəlmişdir.
29. Həmçinin apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətini qeyri-mümkün hesab etməklə yanaşı, birinci instansiya məhkəməsinə apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 233, 234, 357, 360-cı maddələrinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün də şərait yaratmış, bununla apellyasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən qayıtmaq imkanını məhdudlaşdırmamışdır.
30. Cavabdeh isə apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 233, 234, 357, 360-cı maddələrinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi ilə bağlı apellyasiya instansiya məhkəməsinin mövqeyinə etirazını kassasiya şikayətində əsaslandıra bilməmişdir.
31. Bu səbəbdən apellyasiyanın qeyri mümkün hesab edilməsi barədə apellyasiya instansiyası məhkəməsini n qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz.
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı maddi və prossesual hüquq normalarının pozulmasına yol verilmədiyindən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-798/2023 nömrəli, 17 aprel 2023-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi anda