Məhkəmə qərarları › İş №2(102)-2688/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2688/2021

24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2688/2021 24.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: borc müqaviləsi, iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil1xxxxxx oğlunun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1876/2020 nömrəli iş üzrə 24 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 24 may 202 1-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 101.062 manat pulun və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2002-ci ildə ünvan 1 ünvanda yerləşən 1 otaqlı evini 4500 ABŞ dollarına satmış və satışdan əldə etdiyi pulu saxlamaq üçün anasına vermişdir. Evi satmaqda məqsədi Bakı şəhərindən ev almaq olmuşdur. Həmin vaxt böyük qardaşı Cavabdeh ona şəxsi işi ilə əlaqədar borc pul lazım olduğunu bildirərək satdığı evin pulunu ondan borc kimi iştəmişdir. Anasına qardaşı xxxxxxxx ondan borc pul istədiyini demiş, anası isə ona qardaşının ehtiyacı olmasını və pulu sonra imkan olan kimi ona qaytaracağını bildirmişdir. Qardaşı ona və anasına 4500 ABŞ dolları pulu qaytaracağına söz vermişdir. Həmin vaxt pulu qardaşına verdiyi üçün Bakı şəhərindən ev ala bilməmiş və evsiz qalmışdır. Buna görə Rusiyada yaşan digər qardaşı xxxxxxxxxxxxxxx ünvan 2 ünvanında olan evini ona bağışlamış, o da həmin mənzili satıb ünvan 3r. 2002-ci ildə həmin mənzili 8000 ABŞ dollarına satıb pulu saxlamaq üçün yenə də anasına vermişdir. Qardaşı xxxxxxxxxxxxxxonun evi satmasından xəbəri olmuş və yenə də ondan borc pul istəmişdir. Anası isə qardaşının təcili pula ehtiyacı olduğunu, evin satışından əldə olunmuş pulu qardaşına verməsini xahiş etmişdir. O da q ardaşına inanaraq evin satışından əldə olunmuş 8000 ABŞ dolları pulu da qardaşına vermişdir. Beləliklə, qardaşının ona cəmi 12500 ABŞ dolları borcu yaranmışdır. Bu səbəbdən də Bakı şəhərindən ev ala bilməmiş və kirayədə yaşamaq məcburiyyətində qalmışdır. Qardaşından hər dəfə borcunu istədikdə qardaşı ona borcunu qaytaracağını və hələlik imkanının olmadığını demişdir. Bu müddət ərzində isə o, kirayələrdə qalmış və 300-400 manat kirayə haqqı ödəmişdir. Bundan əlavə, İldırımdan borcunu tələb etdikdə hər dəfə ona 20000 manat, daha sonra isə 30000 manat verəcəyini bildirmiş və o da buna inanmışdır. Lakin axır vaxtlar ona məlum olmuşdur ki, qardaşının imkanı yaxşılaşmışdır, bizneslə məşğuldur. Lakin ona borclu olduğu pulu vermək istəmir. Ona görə də Mingəçevir Şəhər Prokurorluğuna şikayət etmişd ir ki, onun pulunun qaytarılmasına köməklik etsinlər. Lakin ona məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Qardaşı onu aldadaraq 12500 ABŞ dolları pulunu mənimsəmiş və bunun nəticəsində də o, ev ala bilməmiş, kirayədə yaşamağa məcbur olmuşdur. Bu səbəbdən də ona külli miqdarda ziyan dəymişdir. Cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, borcun alınmasını təsdiq edən heç bir sənəd olmadığından iddia tələbinin təmini üçün əsas yoxdur. Bundan başqa, tərəflər arasında hətta borc münasibətləri olsa belə, iddiaçının qeyd etdiyi borc münasibətlərinin üzərindən artıq 19 il keçmişdir. Odur ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 373.2-ci maddəsi ilə nəzərdə tutulmuş 3 il iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd olunmalıdır. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(051)-364/2020 nömrəli iş üzrə 29 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Hüseynov) iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi qət olunmuşdur. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlar hər biri 2004-cü ilə kimi mövcud olmuş və artıq həmin vaxtdan 16 ildən çox müddət keçmişdir. İddiaçı ona borcun qaytarılmayacağını yaxın vaxtlarda bilməsini qeyd etsə də, bununla bağlı sübut təqdim edə bilməmişdir. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 372.1, 372.2, 373.2, 375.2, 376, 377.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 2 17.2, 217.4, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-1876/2020 nömrəli iş üzrə 24 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Mahmudov (sədrlik edən və məruzəçi), Ə.Məcidov və M.Əsədli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işə baxan birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlər üzrə düzgün qənaətə gəlmişdir. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Mülki Məcəllənin 385, 442, 739. 1, 740-cı maddələrinin tələbləri baxımından tərəflər arasında öhdəlik hüquq münasibətlərindən irəli gələn borc münasibətləri yaranmışdır. İddia müddətinin ötürülməsinə dair cavabdehin ərizəsi olmadığı halda proses iştirakçıları bütün prosessual hüquqlardan, o cümlədən maddi anlamda iddia hüququndan istifadə edirlər. Cavabdeh isə passiv müdafiədən, konkret olaraq ya müddətin ötürülməsinə dair ərizədən, yaxud iddiaya etirazdan istifadə edə bilər. Lakin qeyd olunan mübahisəyə iddia müddəti tətbiq edilməli olduğundan artıq iddiaçı həmin hüququnu itirmişdir. Belə ki, cavabdeh iddia müddətinin tətbiq olunması ilə bağlı məhkəməyə yazılı müraciət etmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı tərəf özü apellyasiya şikayətində qeyd olunan məbləğin cavabd ehə 2000-2002-ci il tarixlərdə qısa müddətə verdiyini, lakin cavabdeh tərəfindən həmin müddət ərzində qaytarılmadığını, bundan bir neçə vaxt sonra prokurorluq orqanına müraciət etdiyini, lakin bu müddət ərzində məhkəmə müdafiəsindən istifadə etmədiyini bildirmişdir. Beləliklə də iddiaçı artıq həmin vaxtdan öz hüququnun pozulduğunu bilmişdir. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil1 xxxxxxxxxxxxxxxxoğlu) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tamamilə qanunsuz və əsassızdır. Məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun deyildir. Kassator göstərmişdir ki, cavabdeh doğma qardaşı olduğundan ona inanaraq şifahi borc müqaviləsi bağlamışdır. Məhkəmə iddia müddətini tətbiq edərkən həmin müddətin nə zaman başlanmasını araşdırmamışdır. Qardaşından pulu istəyəndə sonuncu daim onu və anasını inandırmışdır ki, imkanı olan kimi borcunu qaytaracaqdır. 2018-ci ilə qədər qardaşına inanaraq gözləmişdir. Bu səbəbdən də ondan şikayət etməmişdir. Lakin 2018-ci ildə qardaşı Moskva şəhərində özünə ev aldıqda və o, cavabdehdən borcunu tələb etdikdə, cavabdeh pulu qaytarmaqdan imtina etmişdir. Bu zaman ona məlum olmuşdur ki, cavabdeh borcunu qaytarmaq niyyətində deyil. Ç ünki həmin vaxt onun əlində külli miqdarda pul var idi. O, yalnız həmin vaxt anlamışdır ki, cavabdeh onun hüquqlarını pozaraq borcunu qaytarmaq istəmir. Bundan sonra Prokurorluq orqanına müraciət etmişdir. Həmin vaxt cavabdeh ona çatdırılması üçün anasına 500 manat pul vermiş və ondan vaxt istəmişdir. Bütün bu hallar məhkəmədə təsdiq olunsa da, qətnamədə bu faktlar şərh edilməmiş, onlara hüquqi qiymət verilməmişdir. Şikayətdə Mülki Məcəllənin 377.1-ci maddəsinə istinadən qeyd olunmuşdur ki, məhkəmə müddəti 2018-ci ildən hesablamaq əvəzinə, iddiaçının hüququnun nə vaxtdan pozulduğunu və onun hansı tarixdə iddia verməli olduğunu qeyd etməmişdir. Bundan başqa, Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən iddiaçının tələbi iddia müddəti şamil olunmayan tələblərə aiddir. İddiaçı öz mülkiyyəti nin qaytarılmasını xahiş etdiyindən, onun iddia ərizəsinə iddia müddəti şamil edilməməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassator və vəkili ayrı-ayrılıqda kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nə ticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdə n çəkinməyi tələb etmək hüququna müddət şamil edilir (maddə 372.1). Müqavilə tələbləri üzrə, eləcə də vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir (maddə 373.2-373.3). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (maddə 375.2). İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır (maddə 377.1). Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddət də icra etməyə borcludur (maddə 427.2). Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin (maddə 427.4). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Azərbaycan R espublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001- ci il tarixli qərarı... iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 v ə 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 03 iyun 2013-cü il tarixli qərarı Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesa b edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassator şikayətinin dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, Mülki Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Bu baxımdan işə baxmış məhkəmələr iddiaçının cavabdehə 2000-2002- ci illər ərzində verdiyi borc pulun qaytarılması tələbi üzrə iddia müddətinin keçməsi barədə qənaətə gələrkən Mülki Məcəllənin 373 və 377.1-ci maddələrini düzgün tətbiq etmişlər. Eyni zamanda iddiaçının hazırkı iş üzrə tələbinin iddia müddəti şamil olunmayan tələblərə aid olduğu barədə dəlil də əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli qərarı ilə Mülki Məcəllənin 373.2 və 384.0.4-cü maddələrə verilmiş rəsmi şərhə görə kredit münasibətlərindən yaranan mübahisələrə Mülki Məcəllənin 373.2ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Mülki Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yarana n münasibətlərə aid edilə bilməz. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1876/2020 nömrəli iş üzrə 24 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar