Məhkəmə qərarları › İş №2(102)-2690/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2690/2020

21.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2690/2020 21.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili Kərimov Şahbaz Namaz oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh Qanuni nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(005)589/2019 nömrəli qətnaməsi ilə i lkin iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu, xxx massivində İddiaçı tərəfindən inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 7-ci girişinin 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 145 kv.metr olan 3 otaqlı mənzildə İddiaçı tərəfindən aparılmış təmir-tikinti işlərinə görə 35.394 (otuz beş min üç yüz doxsan dörd) manat məbləğində pul vəsaitinin cavabdeh Qanuni nümayəndə İddiaçı xeyrinə tutulması, ilkin iddia ərizəsi qalan hissədə təmin edilməməsi, iddiaçı Qanuni nümayəndə cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Kazımov (sədrlik edən, məruzəçi),T.Səmədov və İ.Şirinov, 2(103)-12784/2019 saylı mülki iş) hazırkı iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(005)589/2019 nömrəli qətnaməsi ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Qanuni nümayəndə şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdeh Qanuni nümayəndə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, XXX massivində inşa olunmuş binanın 7-ci giriş, 11ci mərtəbəsində yerləşən, 145 kv.metr sahəsi olan 3 otaqlı 699 nömrəli mənzilin İddiaçı tərəfindən təmir olunmasına çəkilmiş 52.000 (əlli iki min) manat pul vəsaitinin Cavabdeh prosessual hüquq varisi Qanuni nümayəndə İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanuni nümayəndə İddiaçınə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd olunması, qarşılıqlı iddia tələbinin təmin edilməsi və əldən çıxmış faydanın əvəzi kimi 40.600 (qırx min altı yüz) manat, mənəvi zərərin əvəzi kimi 20.000 (iyirmi min) manat, cəmi 60.600 (altmış min altı yüz) manat cavabdeh İddiaçındən tutularaq iddiaçı Qanuni nümayəndə ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, xx xxxxxx 2008-ci il tarixdə Cavabdeh ilə İddiaçı MMC arasında kooperativ mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə görə İddiaçı MMC Bakı şəhəri, Yasamal rayonu, Y eni Yasamal yaşayış massivində inşa edilən yaşayış binasının 7-ci girişinin 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 145 kv.metr olan 3 otaqlı 699 nömrəli mənzilinin dəyəri onun tərəfindən tam ödənildikdən sonra, göstərilən mənzil ona təhvil verilməli idi. Mənzilin tam dəyərini cəmiyyətin xəzinəsinə ödəmiş və ona bu barədə müvafiq arayış verilmişdir. Lakin mənzilin dəyəri tam ödənilsə də, cavabdeh öhdəliyini yerinə yetirməmiş və müqavilənin bağlanmasından 9 ildən artıq müddət keçməsinə baxmayaraq, mənzili təhvil verməkdən müxtəlif bəhanələr gətirməklə imtina etmişdir. Bununla da, mənzilin qanuni sahibi olmaqla onun həmin mənzilə dair hüquqları pozulmuşdur. Cavabdeh ilə İddiaçıMMC arasında müqavilə bağlanan gün 88.000 (səksən səkkiz min ) ABŞ dolları məbləğində ilk ödəniş etmişdir, qalıq 1 3.500 ( on üç min beş yüz) ABŞ dollarını isə xx xxxxxx 2008-ci il tarixə kimi ödənilməsi müəyyən olunmuşdur. Həmin qalıq məbləğ də qeyd edilən tarixə kimi ödənilmiş və bu barədə maliyyə arayışı verilmişdir. Qeyd edilənlərə baxmayaraq cavabdeh mənzili alıcıya təhvil verməmiş əksinə 9 ildən artıq müddət ərzində mənzilə qanunsuz sahiblik etməsi, mənzilin qapısına qıfıl vurması, Cavabdeh oğlunun həmin mənzil üzərində olan sahiblik hüquqlarından məhrum etməsi, uzun çəkən məhkəmə mübahisələri zəminində Cavabdeh səhhətində ciddi problemlər yaranması ( ürək xəstəliyi) və o səbəbdən vəfat etməsi halları təsdiq edir ki, cavabdeh İddiaçı MMC tərəfindən iddiaçıya maddi və mənəvi zərər vurulmuş, ona görə də maddi zərərin əvəzi kimi 40.600 (qırx min altı yüz) manat, mənəvi zərərə görə 20.000 (iyirmi min ) manat pul vəsaiti cavabdeh İddiaçındən alınaraq Qanuni nümayəndə ödənilməlidir. Belə ki, əgər iddiaçı Qanuni nümayəndə mübahisəli mənzili hər ay 350 (üç yüz əlli) manat kirayə haqqı ödənilməsi şərtilə kirayəyə versəydi 9 iyl 8 ay kirayə haqqı kimi 40600 manat gəlir əldə edə bilərdi, lakin cavabdehin təqsiri üzündən bu gəlirdən məhrum olunmuşdur. Prosessual məsələlər və tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Kərimov Şahbaz Namaz oğlu kassasiya şikayətini qəbul etməyərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü m addəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhk əməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1. maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.2. maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Mübahisə ilə bağlı məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara gö rə kassasiya şikayətinin dəlilləri ilə razılaşmaq olmaz. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında olan məhkəmə çəkişmələri nəticəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 473/2015 nömrəli işi üzrə xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçınə qarşı “öhdəliyin icra olunması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə dair ilkin iddia ərizəsi müvafiq tarixli qərardadla baxılmamış saxlanılmış, qarşılıqlı iddia tələbi təmin edilərək,“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri, Yasamal rayonu, XXX massivində inşa etdiyi yaşayış binasının 7-ci girişinin 11-ci mərtəbəsindəki (ümumi sahəsi 145 kv.metr olan 3 otaqlı) 699 nömrəli mənzilinin iddiaçı Cavabdeh təhvil verilməsi öhdəliyi cavabdeh İddiaçı üzərinə qoyulması müəyyən edilmişdir. Qətnamədən narazı qalan tərəfin verdiyi şikayətlər təmin edilməmiş və qanuni qüvvəsini almışdır. Qeyd edilən qətnamənin icrası ilə bağlı Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən xx xxxxxxxx 2018-ci il tarixli akt tərtib edilmiş və mübahisəli mənzilin Qanuni nümayəndə (Cavabdeh prosessual hüquqi varisi) təhvil verilməsi təmin edilmişdir. İddiaçı müvafiq mənzildə təmir-tikinti işləri apardığından, bununla bağlı çəkdiyi 52.000 (əlli iki min) manat məbləğində pul vəsaitinin tutulması ilə bağlı Qanuni nümayəndə (Cavabdeh prosessual hüquqi varisi) qarşı iddia qaldırmışdır. Yuxarıda göstərilən hallar qanuni q üvvəsini almış məhkəmə qərarları ilə müəyyən edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2019-cu il tarixli 5312 nömrəli rəyinin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, XXX massivində İddiaçı tərəfindən inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 7-ci girişinin 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 145 kv.metr olan 3 otaqlı mənzildə yerinə yetirilmiş müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin təqribi dəyərinin, 2016-cı ildən 2017-ci ilədək mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq, 35.394 (otuz beş min üç yüz doxsan dörd) manat məbləğində olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əml ak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varl anma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsaəsn varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun mü əyyənləşdirilir. Apelyasiya məhkəməsi qeyd etmişdir ki, qarşılıqlı iddiaçı mənzilin dəyəri tam ödənilsə də, cavabdeh öhdəliyini yerinə yetirməyərək müqavilənin bağlanmasından 9 ildən artıq müddət keçməsinə baxmayaraq, mənzili təhvil verməkdən müxtəlif bəhanələr gətirməklə imtina etdiyini göstərsə də qeyd olunan müqavilədə mənzilin hansı müddətdə təhvil verilməli olduğu göstərilməmişdir. Bununla yanaşı, tərəflər arasında mübahisəli mənzillə bağlı çoxsaylı məhkəmə mübahisələri olmuş və yekun olaraq qətnamə qanuni qüvvəyə mindikdən dərhal sonra həmin mənzil qarşılıqlı iddiaçıya təhvil verilmişdir. Buna görə də tərəfin mübahisəli mənzillə bağlı məhkəmə müdafiəsi hüququndan istifadə etməsi qarşılıqlı iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. Cavabdeh iddiaçıdan maddi zərərə gö rə pul tələb edir. Maddi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və qarşılıqlı iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Hazırki, iş üzrə qarşılıqlı iddia üzrə cavabdehin hər hansı bir təqsirli hərəkəti yaxud hərəkətsizliyi müəyyən edilməmişdir. Qarşılıqlı iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin ona maddi zərər vurmasını iddia etsə də, bu barədə onun izahatından başqa iş materiallarında hər hansı bir mötəbər sübut mövcud deyildir. Onun izahatı isə iş materiallarında olan digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir ki, belə bir sübutlar da onun tərəfindən məhkəmə instansiyalarına təqdim edilməmişdir. Məhkəmə kollegiyası qey d etmişdir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, qarşılıqlı iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunun qarşılıqlı iddia üzrə cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırki iş üzrə, qarşılıqlı iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi inandırıcı deyildir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanma lı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh Qanuni nümayəndə kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar