Məhkəmə qərarları › İş №2(102)-2690/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2690/2021

04.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2690/2021 04.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçı, vəkili Vəkil1, Cavabdehin vəkili Eyyubova Təranə Üzeyir qızının iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1805/2020 nömrəli, 26 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı və cavabdeh İsmayıllı rayonu Tircan bələdiyyəsinə məxsus “Acıdərə” adlanan ərazidə icarəyə götürdükləri torpaq sahəsində təsərrüfatla məşğul olurlar. Əvvəllər aralarında münaqişə olub. İddiaçı hesab edir ki, cavabdehin uşağı ona məxsus olan malqarayazərər yetirib, cavabdeh özü onu təhqir edərək ona mənəvi ziyan vurub. Bununla bağlı hüquq mühafizə orqanlarına verdiyi şikayətlər təmin olunmayıb. Ona görə iddiaçı hazırkı mülki iddia ilə məhkəməyə müraciət edərək vurulmuş maddi və mənəvi ziyanı tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh vurduğu maddi zərərin əvəzi kimi 6000 manat, dəymiş mənəvi zərərin əvəzi kimi 20.000 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi belə əsaslandırılmışdır: Tircan bələdiyyəsinə məxsus “Acıdərə” adlanan ərazidə icarəyə götürdüyü torpaq sahəsində fermer təsərrüfatı ilə məşğul olur. Ona məxsus fermer təsərrüfatı Tircan kəndinin yaxınlığında yerləşir. Tircan kənd sakini Cavabdeh ona məxsus fermer təsərrüfatının yerləşdiyi ərazinin qonşuluğunda heyvandarlıq fəaliyyəti ilə məşğul olur. Əzim dəfələrlə icarəsində olan əraziyə heyvanlarını buraxaraq ona ziyan vurmuşdur. Əzim icarəsində olan torpaq sahəsinə heyvanlarını buraxmaqda məqsədi həmin torpaq sahəsini ələ keçirmək niyətinin olmasıdır. Təsərrüfatında olan heyvanlara nəzarət edən çobanlar hər dəfə heyvanları örüşə a pararkən Əzim tərəfindən döyülərək təhqir olunmuşlar. 2019-cu ilin noyabrın 15-də təsərrüfatında olan heyvanları otararkən Əzim üstünə hücum çəkərək onu təhqir etmişdir. Əzimin onu təhqir etməsi ilə bağlı DİN-nin 102 xidmətinə müraciət etmişdir. Həmin ilin noyabrın 17-də Əzimə məxsus 10-a yaxın itin uşağı tərəfindən təsərrüfatında olan heyvanların üzərinə qovdurulması nəticəsində heyvanlarından birinin gözünün çıxması, ikisinin isə öldürülməsi nəticəsində ona ümumilikdə 6000 manat məbləğində maddi ziyan dəymişdir. Eyni zamanda Əzimin onu söyüb təhqir etməsi nəticəsində sarsıntılar keçirmiş, əsəb gərginliklərinə və iztirablara məruz qalmış və nəticədə ona mənəvi zərər dəymişdir. O, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş mənəvi zərəri 20000 manat məbləğində qiymətləndirir v ə cavabdehdən vurduğu maddi zərərin əvəzi kimi 6000 manat və dəymiş mənəvi zərərin əvəzi kimi 20000 manat pulun alınaraq ona ödənilməsini tələb edir.

3. İsmayıllı Rayon Məhkəməsinin 01 iyul 2020-ci il tаrixli, 2(037)-182/2020 saylı qətnaməsi ilə (sədrlik edən hakim R.Şirinov) iddiа rədd edilmişdir.

4. Məhkəmə iddia tələbini rədd edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə, MPM-nin 14, 77-ci maddələrinə istinad etmişdir.

5. Birinci instansiya məhkəməsinin qətnaməsindən İddiaçı apellyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat

6. Şəki Apelyasiya Məhkəməsi MK-nın 26 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər- M.Əsədli (sərlik edən və məruzəçi), Ə.Məcidov və A.Mahmudov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin 01 iyul 2020-ci il tаrixli, 2(037)-182/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

7. Apelyasiya instansiyası məhkəməsi 1-ci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən İddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

9. İddiaçı kasasiya şikayəti verərək qətnamənin ləğv olunaraq, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Kassasiya şikayəti belə əsaslandırılmışdır: Məhkəmə işə baxarkən iddia tələbinə uyğun iddiaçının ərizəsində göstərdiyi hüquqi əsaslara görə hansı hüquq larının pozulub-pozulmamasının əsaslarını müəyyən etməmiş, işin faktiki hallarına uyğun hüquq normalarını düzgün tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İddiaçı və vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

13. Cavabdehin vəkili Eyyubova Təranə Üzeyir qızı kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərt lə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

15. Maddə 21.2. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

19. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

20. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübu tlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

22. Belə ki, iddiaçı və cavabdeh İsmayıllı rayon Tircan bələdiyyəsinə məxsus “Acıdərə” adlanan ərazidə icarəyə götürdükləri torpaq sahəsində təsərrüfatla məşğul olurlar. İddiaçı cavabdehin uşağının 10-a yaxın iti təsərrüfatında olan heyvanların üzərinə qovdurması nəticəsində həmin heyvanlardan birinin gözünün çıxması, ikisinin isə öldürülməsi nəticəsində ona ümumilikdə 6000 manat məbləğində maddi zərər dəyməsinə istinad edərək iddia q aldırmışdır.

23. İddiaçı qeyd edilən məbləğdə ona maddi və mənəvi ziyan dəyməsi, ümumiyyətlə kassasiya şikayətində göstərdiyi halların əsaslılığını sübuta yetirəcək hər hansı mötəbər dəlilləri məhkəmə instansiyalarına təqdim etməmişdir. 24. 10 aprel 2016-cı il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında HK-1/181 nömrəli material üzrə İsmayıllı RPŞ-nin TQ-nun təhqiqatçısı polis leytenantı X4 tərəfindən araşdırma aparılmış və aparılmış araşdırma zamanı toplanmış materiallarda cinayət xarakterli əlamətlər olmadığından cinayət işi başlanılmasının rədd edilməsi qərara alınmış, həmçinin İddiaçı Cavabdeh qarşı irəli sürdüyü tələb mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. 25. 09 apre l 2018-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında HK-1/187 nömrəli material üzrə İsmayıllı RPŞ-nin TQ-nun təhqiqatçısı polis leytenantı X2 tərəfindən araşdırma aparılmış və aparılmış araşdırma zamanı toplanmış materiallarda cinayət xarakterli əlamətlər olmadığından cinayət işi başlanılmasının rədd edilməsi qərara alınmışdır. 24 may 2018-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında MK1/424 nömrəli material üzrə İsmayıllı RPŞ-nin TQ-nun təhqiqatçısı polis mayoru X3 tərəfindən araşdırma aparılmış və aparılmış araşdırma zamanı toplanmış materiallarda cinayət xarakterli əlamətlər olmadığından cinayət işi başlanılmasının rədd edilməsi qərara al ınmış, həmçinin İddiaçı irəli sürdüyü tələbin mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. 26. 27 iyun 2019-cu il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında MK-1/543 nömrəli material üzrə İsmayıllı RPŞ-nin TQ-nun təhqiqatçısı polis baş leytenantı X2 tərəfindən araşdırma aparılmış və aparılmış araşdırma zamanı toplanmış materiallarda cinayət xarakterli əlamətlər olmadığından cinayət işi başlanılmasının rədd edilməsi qərara alınmışdır. 27. 06 dekabr 2019-cu il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh müraciəti əsasında HK-1/1174 nömrəli material üzrə İsmayıllı RPŞ-nin TQ-nun təhqiqatçısı polis kapitanı X1 tərəfindən araşdırm a aparılmış və aparılmış araşdırma zamanı toplanmış materiallarda cinayət xarakterli əlamətlər olmadığından cinayət işi başlanılmasının rədd edilməsi qərara alınmışdır. 28. 14 yanvar 2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı DİN-nin 102 xidmətinə etdiyi müraciət əsasında toplanmış MK-1/1275 və 16 nömrəli material üzrə İsmayıllı RPŞ-nin TQ-nun təhqiqatçısı polis mayoru X3 tərəfindən araşdırma aparılmış və aparılmış araşdırma zamanı toplanmış materiallarda cinayət xarakterli əlamətlər olmadığından cinayət işi başlanılmasının rədd edilməsi qərara alınmışdır.

29. Göründüyü kimi iddiaçının ona qarşı cinayət hərəkətlərinə yol verilməsi ilə bağlı şikayətləri hər dəfə təsdiqini tapmadığı üçün şikayətləri təmin olunmamışdır.

30. Haz ırkı işdə də iddiaçı ona məxsus heyvanlara cavabdehin uşağı tərəfindən ziyan yetirilməsi, tələf edilməsi ilə bağlı sübutlar təqdim edə bilməmişdir. Həmin şikayətlərlə bağlı hüquq mühafizə orqanlarında aparılmış təhqiqat materiallarında fakt öz təsdiqini tapmamışdır. Hansıki, iddiaçının qeyd etdiyi faktların təhqiqat prorsedurunda yoxlanması və müəyyən edilməsi daha asan ola bilərdi.

31. İddiaçının digər tələbləri, cavabdehin onu döyməsi, təhqir etməsi halları da təsdiq olunmadığı üçün həmin hissədə də tələblər əsassızdır. Zərərin yetirilməsi ilə bağlı hallar (mal-qarasının məhv edilməsi, zədələnməsi, təhqir olunması, döyülməsi) öz təsdiqini tapmadığı üçün həmin hərəkətlərin nəticəsi kimi irəli sürülmüş mənəvi ziyan tələbinin təmin olunmaması da qanuni və əsaslıdır.

32. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

33. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1805/2020 nömrəli iş üzrə 26 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar