Məhkəmə qərarları › İş №2(102)-2693/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2693/2024

17.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2693/2024 17.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə QƏRARI Açar sözlər: məhkəmə aidiyyəti, iş kommersiya məhkəməsinə aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlunun (məruzəçi), İnzibati kollegiyanın hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlundan Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlundan ibarət qarşıq tərkibdə, İddiaçı QSC-nin Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin ləğv olunması, əmlakın boşaldılması və təhvil verilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 iyun 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə 17 iyul 2024-cü il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə qəbul olunmuş məhkəmə aktları

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlə onun arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, Ağsu şəhəri, X1 küçəsində 0.24 ha torpaq sahəsi və üzərində yerləşən 319.3 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsindən Cavabdeh çıxarılması, əmlakın boşaldılması və mülkiyyətçi İddiaçı Qapalı Səhimdar Cəmiyyətinə təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

2. Ağsu Rayon Məhkəməsinin 4 mart 2024-cü il tarixli, e-2(016)-77/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.

3. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir.

4. Şəki Apellyasiya Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2(107)-723/2024 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Ağsu Rayon Məhkəməsinin 4 mart 2024-cü il tarixli qətnaməsi ləğv olunmuş, mülki iş aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir.

5. Göstərilən qərardaddan iddiaçı şikayət verərək, Şəki Apellyasiya məhkəməsinin 11 iyun 2024-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh sahibkar olsa da mübahisə onun sahibkarlıq fəaliyyəti ilə bağl ı deyildir. Hazırkı iş üzrə aidiyyət qaydaları pozulmamış düzgün olaraq ümumi məhkəməyə müraciət edilmişdir. Tərəflər arasında daşınmaz əmlakın alqı satqı müqaviləsi bağlanmış, borclu müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən bank müqavilənin ləğv edilməsi, cavabdehin əmlakdan çıxarılması və əmlakın boşaldılaraq geri qaytarılması tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

7. Apellyasiya instansiya məhkəməsi MPM-in 24.2, 26.1-ci maddələrinə istinadla qeyd etmişdir ki, Cavabdeh 29 dekabr 2004-cü il tarixdən sahibkarlıq fəaliyyəti ilə məşğul olur, iddiaçı təşkilatın isə kommersiya fəaliyyəti ilə muşğul olan hüquqi şəxsdir. Onların aralarındakı hazırkı mübahisə də onların sahibkarlıq fəaliyyətləri ilə bağlı olmuşd ur. Belə ki, cavabdeh fərdi sahibkar statuslu şəxs olmaqla iddiaçı bankla aralarında xx.xx.2021-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən nisyə qaydada məhz qeyri-yaşayış sahəsini satın almışdır. Hansı ki, məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh də özünün məhz həmin qeyri-yaşayış sahəsində sahibkarlıq fəaliyyətini həyata keçirtdiyini göstərmişdir.

8. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

9. Belə ki, MPM-in 24.2-ci maddəsinin tələbinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakt eri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1 və 26.1-ci maddələrinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 10. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarına müvafiq olaraq MPM-in 1-ci, habelə 25 və 26-cı maddəl ərinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Bu baxımdan, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrı lıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

11. Qərarın 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktd ən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.

12. Bundan əlavə, həmin Qərarın 20-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilər lər.

13. Baxılan işdə iddiaçı və cavabdeh sahibkarlıq fəaliyyətini həyata keçirirlər, mübahisə isə onların həyata keçiridikləri sahibkarlıq fəaliyyəti ilə bağlıdır.

14. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallardan da müəyyən olunur ki, işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, mübahisə kommersiya mübahisəsi hesab edilir və işə ümumi məhkəmədə baxıla bilməz.

15. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, hazırkı mübahisə kommersiya subyektləri arasında onların həyata keçirdikləri sahibkarlıq fəaliyyətindən irəli gəlir. Bu baxımdan, birinci instansiya məhkəməsinin işə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalı olmasına dair gəldiyi qənaət qanuni və ə saslıdır.

16. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır (403-1.6). Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (403-1.7). Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər (403-1.8.1).

17. Qarışıq məhkəmə tərkibi qeyd edilənləri nəzərə alaraq və 403-1.6 və 403-1.8.1ci maddələrini rəhbər tutaraq Qərara aldı: Şikayət təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-723/2024 nömrəli, 11 iyun 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar