Məhkəmə qərarları › İş №2(102)-2695/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2695/2019

24.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2695/2019 24.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, iddiaçı "xxxx" BOKT MMC-nin nümayəndəsi X2, Cavabdeh1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 28 noyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 24 aprel 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim T.S.Kərimov, iş 2(001)-3660/2017 ) iddiaçı "xxxx" BOKT MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 na qarşı borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 16359,03 ABŞ dolları əsas borc, 4177.8 ABŞ dolları faiz borcu, 3 ABŞ dolları cərimə olmaqla ümumilikdə 20539.83 ABŞ dolları məbləğində borc öhdəlik icra olunan zaman üçün Azərbaycan Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə və məhkəmə xərclərinin 20 manat hissəsi müştərək qaydada tutularaq iddiaçı "xxxx" BOKT MMC-yə ödənilməsi, məhkəmə xərclərinin qalan hissəsinin iddiaçının özünə aid edilməsi, tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.0431 ha torpaq sahəsinə və onun üzərində yer ləşən 110.3 kv.m ümumi, 72.8 kv.m yaşayış, 37.5 kv.m yardımçı sahələrdən ibarət 4 otaqlı 23b nömrəli fərdi yaşayış evinə ilkin satış qiyməti 60000 manat müəyyən edilməklə yönəldilməsi, evin həmin qiymətlə açıq hərracdan satılması, satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməsi, borc tam ödənildikdən sonra məbləğin qalan hissəsinin mülkiyyətçi Cavabdeh1 qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 28 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Ə.Məhərrəmova (sədrlik edən və məruzəçi), X.Ə.Sarıyev və E.Y.Şamayev, 2(103)-4321/2018 saylı mülki iş) Bakı şəhəri Binəqədi Rayon Мəhkəməsinin 2(001)3660/2017 saylı iş üzrə qəbul etdiyi 05 dekabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. İşin halları İddiaçı "xxxx" BOKT MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 na qarşı kredit müqaviləsi üzrə borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin faiz borcu hissəsində ləğv edilməsi və həmin hissədə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. İddiaçı "xxxx" BOKT MMC-nin n ümayəndəsi X3 və Cavabdeh1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqq ında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, iddiaçı (kredit verən) «TBC Kredit BOKT MMC ilə cavabdeh (kredit alan) Cavabdeh1 arasında bağlanmış 03 iyun 2014-cü il tarixli, BAKU01612-10271 saylı müqaviləyə əsasən iddiaçı tərəfindən bu müqavilə, tərkib hissəsi olan razılaşmalarla müəyyən edilən şərtlərə uyğun olaraq borc alana illik faiz dərəcəsi 40 faizdən artıq olmamaq şərti ilə 120 ay müddətinə və verilə n kreditin maksimal məbləği bu müqaviləyə məbləğ barədə müvafiq dəyişiklik edilməyənə qədər 120000 ABŞ dolları və ya ona müvafıq manat ekvivalenti məbləğində kreditin verilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. İşdə olan "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında 03 iyun 2014-cü il tarixdə bağlanmış BAKU0-1612-10271 saylı kredit müqaviləsi çərçivəsində 05 iyun 14-cü il tarixdə bağlanmış BAKU0-1612-10271 saylı razılaşmaya görə iddiaçı tərəfindən illik faiz dərəcəsi 23% müəyyən edilməklə 60 ay müddətinə 40.000 ABŞ dolları məbləğində kredit verilməsi, cavabdeh tərəfındən isə verilən kreditin razılaşmaya əlavə olunan ödəniş qrafiki üzrə qaytarılması nəzərdə tutulmuşdur. İş materiallarından məlum olur ki, kreditor tərəfındən borcalan Cavabdeh1 adına Rabitəbank ASC-də olan hesaba 40000 ABŞ dolları məbləğində kredit vəsaiti köçürülmüşdür (05.06.2014-cü il tarixli ödəniş tapşırığı). İşdə olan ödəniş cədvəlinə görə Cavabdeh1 40.000 ABŞ dolları məbləğində aldığı krediti 07 iyul 2014-cü il tarixindən başlayaraq 60 ay müddətində cədvəldə göstərilən məbləğlərdə ödənişlər etməklə 05 iyun 2019-cu il tarixinədək qaytarmalı idi. İşdən məlum olur ki, 03 iyun 2014-cü il tarixli, BAKU0-1612-102716BAKU1-851 saylı zaminlik müqaviləsi ilə Cavabdeh2 Cavabdeh1 03 iyun 2014-cü il tarixli, BAKU01612-10271 saylı kredit müqaviləsi üzrə öhdəliklərin tam yerinə yetirilməməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İş materiallarından görünür ki, tərəflər arasında 03 iyun 2014-cü il tarixli BAKU01612-10271 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədilə cavabdehə məxsus Daşınmaz Əmlakın Dövlət Reyestrində 89 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində qeydiyyata alınan ünvan 2 ünvanında mülkiyyətdə olan 0.0431 ha torpaq sahəsi və onun üzərində yerləşən 110,3 kv.m ümumi, 72,8 kv.m yaşayış, 37.5 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca ic ra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. -390.1-ci maddəsinə əsasən fıziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eynı keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götü rür. -739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun nəticəsində o müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. -472.1-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşı yırlar. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq cavabdehlər qeyd edilən “Kredit müqaviləsi” və “Zaminlik müqaviləsi” üzrə kredit təşkilatı qarşısında üzərilərinə götürdükləri öhdəliklərini icra etməmiş, kreditin və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməkdən yayınmışlar. Bununla əlaqədar iddiaçı tərəfindən cavabdehlərə xəbərdarlıq məktubları göndərilməklə borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunla nəzərdə tutulmuş tədbirlərin görüləcəyi nəzərlərinə çatdırılmışdır. İş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının 20.10.2017-ci il tarixli, 9776 saylı rəyindən görünür ki, 03.06.2014-cü il tarixdə bağlanmış BAKU0-161210271 saylı kredit müqaviləsinin və 05 iyun 2014-cü il tarixli razılaşmanın şərtləri nəzərə alınmaqla 18.01.2017-ci il tarixə Cavabdeh1 TBC Kredit» BOKT MMC-yə olan borcu 16359,03 ABŞ dolları əsas borc, 4177,8 ABŞ dolları faiz borcu müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi ekspert rəyini tədqiq edərək gəldiyi nəticəni işin faktiki hallarına uyğun hesab edərək mötəbər sübut kimi qiymətləndirmiş və hazırkı iş üzrə mübahisəli kredit müqaviləsi üzrə cavabdehlərdən 16359.03 ABŞ dolları əsas borc və 4177,8 ABŞ dolları məbləğində faiz borunun tutulmasını əsaslı hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka daşınmaz əşyala ra, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. -317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. -319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. -319.6-cı maddəsinə görə, bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipote ka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Qanunun: - 33-cü maddəsinə görə borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. - 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin və yaxud onun bir hissəsinin vaxtında icra olunmaması anı, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına səbəb olur. - 36.1-ci maddəsinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatıəks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etməü sulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tutmanı ipoteka predmetinə yönəltməkdə və daşınmaz əmlakın açıq hərracda satılması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi ipoteka predmetinin qiyməti ilə bağlı qeyd etmişdir ki, iş üzrə təyin edilmiş qiymətləndirmə ekspertizası ilə "xxxx" MMC-nin 17 iyul 2017-ci il tarixli fərdi yaşayış evinin bazar dəyərinin müəyyənləşdirilməsi ilə bağlı hesabatına əsasən Cavabdeh1 məxsus ünvan 3 ünvanında mülkiyyətdə olan 0,0431 ha torpaq sahəsi və onun üzərində yerləşən 110.3 kv.m ümumi, 72,8 kv.m yardımçı sahədən ibarət 4 otaqlı, 23b nömrəli fərdi yaşayış evinin hazırkı, şəraitdə satış (likvid) qiyməti 60.000 manat t əşkil edir. Apellyasiya instansiyası məhkəməsi hazırki halda qiymətləndirmənin əsassız olması ilə bağlı hər hansı halın müəyyən edilməməsini və cavabdehin bu barədə hər hansı mötəbər sübutla çıxış etməməsini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, qiymətləndirmə rəyi real vəziyyəti özündə əks etdirən sübut kimi qəbul edilməli və ipoteka predmetinin ilkin satış qiyməti 60.000 manat müəyyən edilməlidir. Apellyasiya instansiyası cavabdehlərin borc məbləğinin keçmiş məzənnə ilə ödənilməsi ilə əlaqədar qeyd etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2-ci maddəsindən görünür ki, tərəflər “borcalan” ABŞ dolları ilə kredit alınmasının potensial risqləri və xarici valyutanın məzənnəsinin (mübadilə kursunun) kreditin qaytarılmasına mənfi təsir edə biləcəyi və ABŞ dollarının müb adiləsi kursunun (məzənnənin) yüksəlməsi kreditin manat ekvivalenti ilə bahalaşacağı barədə xəbərdarlıq edildiyini təsdiqləməsi (Misal: əgər yerli valyuta yəni manat ucuzlaşarsa onda kredit alanın ABŞ dolları ilə bağlı aldığı kredit üzrə aylıq ödənişlərin həcmi müvafiq miqdarda artacaqdır) barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası, Mülki Məcəlləsinin 439.2-ci maddəsinə görə əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Həmin Məcəllənin 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişs ə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” 14.05.2015-ci il tarixli qərarında qeyd etmişdir ki, Mülki Məcəllənin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutula n valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Eyni zamanda həmin qərarda göstərilir ki, “Avropa müqavilə hüququnun prinsipləri haqqında” sənədin 7.108-ci maddəsi müəyyən edir ki, tərəflər pul öhdəliyinin icrasını istənilən valyutada razılaşdıra bilərlər. Lakin tərəflər arasında belə razılıq olmadığı halda, pul öhdəliyində göstərilmiş xarici valyuta məbləği ödənişin icra olunacağı yerin milli valyutasında ödəniş gününün məzənnəsi ilə həyata keçirilə bilər. Mülki Məcəllənin 439.2-ci maddəsinin ikinci cümləsi də məhz yuxarıda göstərilən yanaşmaya tam uyğundur. İşdən görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən borcalana verilmiş borc məbləği ABŞ dollar ı ilə ifadə olunduğundan və öhdəliklərin ABŞ dolları ilə icrası nəzərdə tutulduğundan cavabdeh həmin valyutanın Azərbaycan manatına nisbətdə bahalaşmasını əsas gətirərək, borcun keçmiş məzənnə ilə hesablanmasını tələb edə bilməz. Milli valyutanın dəyərinin dəyişməsi borcalana və borcverənə eyni qaydada təsir göstərir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında borcun verilməsinə dair bağlanmış “Kredit müqaviləsi” qanunun tələblərinə uyğun olaraq bağlanmış və iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklərin müqavilə şərtlərində qeyd olunan qaydada tələb edilməsi qanuna uyğundur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv ed ilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 28 noyabr 2018-ci il tarixli qətnaməsi qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar