Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2696/2021 20.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2696/21 (Açar sözlər: pul tələbi) Bakı şəhəri, 20 aprel 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı MMC-nin vəkili Rnun və Cavabdeh vəkili Pnun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2019/2020 nömrəli iş üzrə xxx il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 20 apr el 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı MMC Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borca görə 5024.56 manat, hesablanmış cərimə borcuna görə 1351.4 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 6405.96 manat pulun alınaraq İddiaçı MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC, “MKT Zərdab” filialı və Cavabdeh arasında bağlanmış 12.07.2017-ci il tarixli ********* saylı müqaviləyə əsasən cavabdeh 10.0 hektar sahədə pambıq əkməyi və hər hektardan 20 sentner məhsul əldə et məklə 20 ton xam-pambıq məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Cavabdeh müqavilənin icrasına görə iddiaçıdan 8235.39 manat məbləğində avans götürmüş, müqavilə şərtlərinə görə götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və həmin vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin, cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda 20 ton xam-pambıq istehsal edib verməli olduğu halda, cəmi 3210.83 manat məbləğində 6485.8 kq pambıq təhvil vermişdir. Müqavilənin 4.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1-ci növ qiyməti ilə (1-ci növ xam-pambığın 1 tonunun qiyməti 500 manatdır) 20 faiz həcmind ə cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 1351.4 manat təşkil edir. Bununla da cavabdehin iddiaçıya 5024.56 manat əsas borcu, cəriməyə görə 1351.4 manat, cəmi 6375.96 manat borcu yaranmışdır. Tələb olunmasına baxmayaraq borcun ödənilməsi cavabdeh tərtəfindən təmin edilməmişdir. Zərdab Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xxx il tarixli 2(035)-246/2020 nömrəli qətnaməsi ilə (hakim Tahir Qubadov) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zaman iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarından, tədqiq edilən iş materiallarından müəyyən olundu ki, hazırki Cavabdeh “xxxx” ASC və İddiaçı MMC, “MKT Ucar” filialı ilə aralarında bağlanmış müqaviləyə əsasən 30 ha (id dia ərizəsində 10 ha göstərilmişdir) sahədə pambıq əkməyi və hər hektardan minimum 20 sentner pambıq əldə edib tədarükçüyə-iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Tərəflər ilk vaxtlar müqavilə şərtlərinə uyğun hərəkət etmiş, yəni iddiaçı cavabdehə çiyid, gübrə və s. şəkildə avans vermiş, cavabdeh də müqavilə şərtlərinə uyğun olaraq pambıq əkmiş və lazımi çıxışı almışdır. Lakin sonradan pambıq sahəsi və təbii fəlakət, yəni 21.05.2017-ci il tarixdə yağan güclü dolu və leysan yağışı nəticəsində tamamilə məhv olmuşdur. Buna baxmayaraq, cavabdeh öhdəliyini yerinə yetirməyə səy göstərmiş, bu məqsədlə gec olsa da, həmin ilin may ayının sonlarında yenidən həmin yerə çiyid səpmiş, lakin ikinci səpin gec olduğundan, yəni havaların artıq isti olduğu vaxta düşdüyündən torpağın üst qatının 3-5 sm dərin liyində nəmlik (arat) havanın isti olması səbəbindən qurumuşdur. İkinci səpin zamanı torpağın üst qatına düşmüş çiyid (toxum) lazımi nəmliyin olmaması səbəbindən inkişaf etməmiş bitiş alınmış, nəticədə hər hektarda lazımi bitki sıxlığı alınmamışdır ki, bu da öz növbəsində məhsul itkisinə səbəb olmuşdur. Bundan başqa, bitkinin vegetasiya müddəti 150-180 gün olduğu üçün qozaların açılması soyuq hava şəraitinə düşdüyü üçün lazımi məhsuldarlıq alınmamışdır. Buna baxmayaraq cavabdeh iddiaçıya 3210.83 manat məbləğində 6485.8 kq pambıq təhvil vermişdir. Beləliklə, baş verən təbii fəalkət nəticəsində cavabdeh özündən asılı olmayan səbəbdən, yəni qarşısı alınmaz qüvvənin təsirindən öhdəliyini yerinə yetirə bilməmişdir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh müqavilə üzrə öhdəliyin icras ına nail olmaq üçün vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etdiyindən, iddiaçı gələcəkdə Fors-major şəraitində müqavilə öhdəliklərinin yerinə yetirilə bilməmə mümkünlüyünü qabaqcadan gözönünə gətirərək hərəkət etdiyindən, həqiqətən öhdəliyin icrası zamanı Fors-major şərait baş verdiyindən, cavabdehin öhdəliyin icrasına nail olmaq üçün vicdanlılığın tələb etdiyi tərz də hərəkət etməsinə baxmayaraq Fors-major səbəbindən öhdəliyin icrasına nail olmaq mümkün olmadığından hazırki iddia qanunsuzdur və təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 386.1, 389.1, 390.1, 399.1, 425.1, 556.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan İddiaç ı MMC apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Ələddin Məcidov - sədrlik edən və məruzəçi, Mahir Əsədli, Ayaz Mahmudov) 2(107)-2019/2020 saylı, xxx il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Zərdab Rayon Məhkəməsinin xxx il tarixli 2(035)-246/2020 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh əsas borca görə 5024.56 manat, cərimə borcuna görə 51.4 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 5105.96 manatın alınaraq İddiaçı MMC-nin xeyrinə tutulması, iddia tələb inin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin istinad etdiyi fors-major hal, pambıq sahəsinin tamamilə məhv olması səbəb olan güclü dolu 21.05.2017-ci ildə yağmışdır. İddiaçı “MKT Zərdab” filialı və Cavabdeh arasında hazırki mübahisəyə səbəb olmuş ********* saylı müqavilə isə 12.07.2017-ci ildə, yəni güclü dolu yağmasından təxminən iki ay sonra bağlanmışdır. Ona görə də İddiaçı MMC ümumilikdə Cavabdeh qarşı hazırki iddia ilə müraciət etməkdə haqlı olmuşdur. Lakin, məhkəmə kollegiyası İddiaçı MMC-nin Cavabdeh cərimə borcuna görə 1351.4 manat tələb etməsi ilə razılaşmır və həmin cəriməni tənasübsüz surətdə yüksək hesab edir və cərimə borcunun məbləğinin 51,4 manat həcmində müəyyən edilməsini ədalə tli hesab edir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh (vəkili X1) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək həmin məhkəmədə müəyyən edilmiş hallar əsasında iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsi heç bir ədalətli məhkəmə araşdırması aparmayaraq maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. O, 30 ha pambıq əkmiş və yaxşı çıxış əldə etmişdir. Lakin 21.05.2017-ci il tarixdə yağan güclü dolu və leysan yağışı nəticəsində pambıq sahəsi tamamilə məhv olmuşdur. Ancaq apelyasiya məhkəməsi tərəfindən maddi hüquq normaları mübahisəli hüquq münasibətlərinə tətbiq edilməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh və vəkili X1 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili P kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin vəkili R kasasiya şikayətinə etiraz edərək, məhkəmədən şi kayətin təmin edilməməsini, apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının süb ut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli g ələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətna məsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmışdır. Belə ki, cavabdeh kasasiya şikayətində apelyasiya kollegiyası tərəfindən hansı hüquq normasının pozuntusuna yol verilməsini əsaslandıra bilməmiş, bununla yanaşı kasasiya şikayətinin nəticə hissəsində iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ümumilikdə kasasiya yoxlaması nəticəsində isə müəyyən edilmişdir ki, cavabdehin istinad etdiyi dolu və leysan yağışın yağması onunla bağlanmış 12.07.2017-ci il tarixli müqavilənin bağlanmasından əvvəl baş vermişdir ki, bu da cavabdehin müqavilə üzrə öhdəliyinin icrasının qeyri-mümkünlüyünə, onun öhdəliyinin icrasından yayınmasına əsas deyildir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-2019/2020 nömrəli iş üzrə xxx il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.