Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2696/2023 18.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk; Cavabdeh İddiaçınə qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: zərərin əvəzinin ödənilməsi, əsassız hesablanmış borcun silinməsi tələbi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “təbii X1 üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı əsassız hesablanmış borcun silin məsi tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2023-cü il tarixli 2(103)1222/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 18 iyul 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı İstehsalat Biriliyinin Bakı X2 Departamenti ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2017-ci il tarixli, T/16828 saylı müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesab a əsasən ödəməsi haqqında bağlanılmışdır.
2. Cavabdeh qeyri qanuni sayğaca müdaxiləsi ilə bağlı xx.xx.2016-cı il tarixli, ******* saylı akt, xx.xx.2016-cı il tarixli, ******* saylı, xx.xx.2016-cı il tarixli, ******* saylı, xx.xx.2016-cı il tarixli, ******* saylı, xx.xx.2017-ci il tarixli, ******* saylı, xx.xx.2017-ci il tarixli, ******* saylı, xx.xx.2017-ci il tarixli, ******* saylı, xx.xx.2017-ci il tarixli, ******* saylı, xx.xx.2017-ci il tarixli, ******* saylı, xx.xx.2017-ci il tarixli, ******* saylı, xx.xx.2017-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarıxli, ******* saylı, xx.xx.2019- cu il tarixli, ******* saylı, xx.xx.2019- cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019- cu il tarixli, ******* saylı, xx.xx.2019- cu il tarixli, ******* saylı aktlar tərtib edilmişdir. Həmin aktlarda abonentin təbii qazda n qeyri-qanuni istifadə etdiyi qeyd edilmişdir.
3. İtirilmiş qazın bərpası üzrə hesablamaya əsasən xx.xx.2016-cı il tarixli, ******* saylı akt əsasında 172,80 manat, xx.xx.2016-cı il tarixli, ******* saylı akt əsasında 29 manat, xx.xx.2016-cı il tarixli, ******* saylı akt əsasında 163,60 manat, xx.xx.2016-cı il tarixli, ******* saylı akt əsasında 105,30 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 341,20 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 246,40 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 51,80 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 355,20 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 69,20 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 300.20 manat, xx.xx.2017-ci il tarixli, ******* say lı akt əsasında 38,80 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 1262,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 262 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 241,60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 265,60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 40,40 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 60,60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2018-ci il tarixli, ******* sayl ı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarıxli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* sayl ı akt əsasında 295,20 manat borc hesablanmışdır. 4. 06.03.2020-ci ildə həmin ünvana qazın verilməsi ilə bağlı İddiaçı İstehsalat Biriliyinin Bakı X2 Departamenti ilə istehlakçı Cavabdeh arasında yeni müqavilə bağlanmış və bu dəfə cavabdehin istifadəsində 1 ədəd PQ-4, 1 ədəd QSQ və 1 ədəd dəmir soba olmaqla, ümumilikdə 3 ədəd qaz cihazının olduğu göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 6991,50 manat məbləğində əsas borcun, 30 manat dövlət rüsumunun, ümumilikdə isə 7021,50 manat borcun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı İB-nin Bakı X2 Departamentində qeydiyyatda olmaqla xx.xx.2017-ci il tarixli, T/16828 saylı müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir. Həmin ünvana İddiaçı İB-nin Bakı X2 Departamenti tərəfindən **********10000 hesab nömrəsi verilmişdir. Həmin ünvana G-4 markalı 1702AZ**********70 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh tərəfindən sayğacdan kənar xətt aşkar edildiyindən, onun təbii qazdan qeyri-qanuni istifadəsinə görə 6991,50 manat debitor borcu qalmışdır.
7. Qaşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi, ona məxsus ünvan 2 ünvanı ilə bağlı İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş aktlara görə ona itirilmiş qaz sərfiyatının bərpa edilməsi məqsədi də hesablanmı ş 6991,50 manat məbləğində borcun silinməsinə və bu borca görə onun əmək haqqından tutulmuş 440,12 (dörd yüz qırx manat 12 qəpik pulun ona geri qaytarılnması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı İB tərəfindən ona hesablanmış borc məbləğinin heç bir hüquqi əsası yoxdur. Nelə ki, ona məxsus ünvanda təbii qazdan qeyri-qanuni istifadə halı mövcud olmamış, tərtib olunan aktlar onun iştirakı olmadan tərtib edilmişdir. Həmin aktlara yalnız birliyin əməkdaşları imza atmışlar. Birlik həmin borcu hesablayarkən formal mülahizələrə əsaslanmışdır. Birliyin əməkdaşları tərəfindən ona məxsus ünvanla bağlı aktlar tərtib olunan zaman həmin ünvanda müxtəlif məişət qaz cihazlarının olmasını qeyd etmiş, reallıqda isə qeyd olu nan qaz cihazlarından yalnız PQ-4 tipli qaz plitəsi və aktlarda qeyd olunmayan el arasında “İran peçi” kimi tanınan isitmə cihazı mövcud olmuşdur.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 3/1093 nömrəli ekspertiza rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilən qaz xətti olan borunun üzərində kənar predmetin təsirindən yaranmağa xarakterik qaynaq izi vardır.
10. Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-1245/2022 saylı qətnaməsi ilə (hakim Zaur Tağıyev) ilk iddia qismən təmin edilmiş, ilk iddia üzrə Cavabdeh xx.xx.2016-cı il tarixli, ******* saylı akt əsasında hesablanmış 172,80 manat pulun İddiaçı xeyrinə tutulması qət edilmiş, ilk iddia qalan hissədə rədd edilmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, qarşı lıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən əsassız olaraq hesablanmış 6818,70 manat borcun silinməsi qət edilmiş, qarşılıqlı iddia qalan hissədə rədd edilmişdir.
11. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, mülki işin materiallarına əsasən abonentin qanunsuz qaza qoşulması ilə bağlı İddiaçı tərəfindən aktlar tərtib edilmişdir. Aktlardan da göründüyü kimi abonentə borc hər ay qaz xəttinə qeyriqanuni qoşulma ilə bağlı tərtib edilmişdir. Lakin aktların tərtib edilməsində abonentin işitakı təmin edilməmiş və akt yalnız birliyin nümayəndələri tərəfindən imzalanmışdır, iş üzrə təyin edilmiş ekspert rəyində tədqiqata təqdim edilən qaz xətti olan borunun üzərində kənar predmetin təsirindən yaranmağa xarakterik qaynaq izinin olması dolayısı ilə qaz xəttinə müdaxilə edilməsinə dəlalət edir, müdaxilə halının olması qismən öz təsdiqini tapır, lakin qaz xəttinə müdaxilə üzrə yalnız bir akt üzrə hesabatın doğruluğu qənaətinə gəlməyə əsas verir. Məhkəmə hesab etmişdir ki, ünvan 2 ünvanı ilə bağlı İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş aktlardan yalnız birinə münasibətdə iddianı əsaslı hesab etmək olar. Mülki işin materiallarından göründüyü kimi iş üzrə ilk akt xx.xx.2016-cı il tarixli, ******* saylı aktdır və həmin akt əsasında 172,80 manat borc hesablanmışdır. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçının iddia tələbinin borca görə onun əmək haqqından tutulmuş 440,12 (dörd yüz qırx manat 12 qəpik pulun ona geri qaytarılması hissəsinə münasibətdə hesab etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən onun əmək haqqından 440,12 (dörd yüz qırx manat 12 qəpik) pulun tu tulması və bu tutulmanın məhz hazırkı aktlar üzrə aparılmasına dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir.
12. Məhkəmə mövqeyini «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X1»nın 3.1.7, 4.2, 4.8, 4.9, 5.2, 5.4, 5.5, 6.5, 6.7-ci bəndlərinə, «X1»na 3 nömrəli Əlavənin 2.1.6-cı bəndinə, habelə MPM-nin 14.2 və 77-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək, iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsasla ndırılmışdır ki, İddiaçı əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar cavabdeh tərəfindən birliyə vurulmuş zərərləri sübut edir. Aktlar cavabdehin təbii qazdan qanunsuz istifadə etdiyinə dair əsaslardır. Məhkəmə aktların abonent tərəfindən imzalanmamasını əsas gətirmişdir, lakin İddiaçı əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir, bununla yanaşı “qüsurlu” sübut kimi dəyərləndirilməsinə əsas vermir. Bundan əlavə əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdən açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Bilərəkdən (qəsdən) qaz qurğusu sahibindən ic azəsiz qaz alan cavabdeh şəxs, qaz qurğusu sahibinə vurduğu zərərin əvəzini ödəmək vəzifəsi daşıyır. Tərəflərindən təqdim olunmuş sübutlara, yəni aktlara hərtərəfli və tam baxılmayıb və hakim təqdim etdikləri sübutları nəzərə almamış və qətnamə qəbul edərkən lazımi qaydada əsaslandırmamışdır.
15. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz ünvanlayaraq, apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
16. Etiraz onunla əsaslandırılmışdır ki, qeyd olunan ünvanda qazdan qeyri-qanuni istifadə halı mövcud olmamışdır, nə də ki buna ehtiyac olmamışdır. Qarşı tərəfin nümayəndələri ilk dəfə 2016-cı il tarixdə baxış zamanı guya kənar xəttin olması səbəbindən akt tərtib etmişlər. Bundan sonra da hər dəfə onun xəbəri olmadan hər ay 3 il ər zində akt yazıb gediblər. Sual yaranır ki, əgər kənar xətt var idisə, nə üçün təbii qazın verilişi dayandırılmayıb? Əslində, heç Azəriqazın nümayəndələri ora gəlmədən də, hər ay hər ünvana belə aktlar yazmaqla məşğuldurlar. İlk dəfə qaz verilişi dayandırılan zaman, onun xəbəri olub bu aktların mövcudluğundan. Dərhal da idarəyə gedərək, həmin aktları tələb etmiş və mübahisələndirmişdir. Onun ünvanında kənar xətt olmayıb, nə aktlardan xəbəri olub, nə də imza etmişdir. Fotoşəkillər də həmin ünvana aid deyil. Məhkəmədə ekspertizanın keçirilməsinə də o, israrlı olmuşdur. Azəriqazın nümayəndələri isə məhkəmə iclaslarında ümumiyyətlə iştirak etməyib, 3 il ərzində hər ay bir akt yazılmasının absurdluğunu izah etməyiblər. Hansı ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı 12 may 2 011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X1»nın 3.1.7-ci bəndinə əsasən, qaz paylayıcısı qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Nə aktlarda aparılan hesablamalar, nə də ünvanda olan qaz cihazları düzgün göstərilməmişdir. Belə ki, ünvanda yalnız PQ-4 mövcuddur. Azəriqaz vurulmuş zərəri hesablayan zaman qaz cihazlarının 24 saat/sutkada işləməsinə istinad edərək hesablama aparmış. Halbuki, heç bir qaz cihazı günün 24 saatı fasiləsiz işləyə bilməz. Bu mümkün deyil. İşə baxan məhkəmə düzgün və qanuni nəticəyə gəlmişdir ki, hətta qaz xətt inə müdaxilə faktının olduğu halda belə bu yalnız bir akt üzrə hesabatın doğruluğu qənaətinə gəlməyə əsas verir.
17. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1222/2023 saylı mülki iş üzrə 24 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər R.M.Həsənov (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və C.C.Musayeva) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddia tələbinin təmin edilməyən hissəsində qismən ləğv edilməsi və həmin hissədə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh qazdan qanunsuz istifadəyə görə dəymiş zərərin əvəzi olaraq ilkin İddiaçı İB QSC-nin xeyrinə 739,70 manat məbləğində pul tutulması qət edilmişdir. Qarşılıqlı iddia tələbi qismən təmin edilməsi, qarşıl ıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən qarşılıqlı iddiaçı Cavabdeh əsassız olaraq hesablanmış 6.079 manat borcun silinməsi və qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
18. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, iddiaçı tərtib edilmiş 35 akt üzrə ümumilikdə 6991,50 manat məbləğində pulun ödənilməsini xahiş etsə də, həmin aktlar üzrə hesablanmış borcun məbləğinin cəmi 6005,70 manat olması müəyyən edilir. Qalan 985,8 manat məbləğində borcun nədən ibarət olması, hansı əsasla və hansı müddət ərzində yaranması iş materialları ilə müəyyən edilmir. Bu səbəbdən kollegiya iddia tələbinin həmin hissədə əsassız olması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Bununla yanaşı birinci instansiya məhkəməsi həmin aktlar üzrə hesablanmış ziyan məb ləğinin tutulmasından imtina edərkən bu aktların iddiaçının nümayəndələri tərəfindən abonentin iştirakı olmadan tərtib edilməsinə istinad etmişdir. Kollegiya bu yanaşmanı doğru hesab etmir və qeyd edir ki, iddiaçının cavabdehdən tələb etdiyi məbləğ sonuncunun qaz xəttinə qoşulması nəticəsində vurulmuş ziyanın məbləğidir. Bu cür ziyanın vurulması məsələsinin qiymətləndirilməsi isə yalnız iddiaçının nümayəndəsi tərəfindən aktın tərtib edilməsində abonentin iştirakının təmin edilməməsi əsasında aparıla bilməz. Bu zaman həmin aktlar sübut növlərindən biri kimi qiymətləndirilməklə, işdə olan digər sübutlarla (göstərilən müddət ərzində abonentin qazdan istifadəyə görə etdiyi ödənişlərin məbləği, istifadəsində olan qaz cihazlarının sayı və sərfiyyat imkanları, qidalandırıcı qaz xəttinə qanunsuz q oşulma izlərinin olub-olmaması və s.) əlaqəli şəkildə yoxlanılmalıdır. Kollegiya qeyd edir ki, X1nı tənzimləyən normativ sənədin tələblərinə görə, qaz paylayıcısının nümayəndəsi X1nın pozuntusunu aşkar etdikdə, bu barədə akt tərtib etməklə, həmin pozuntunun baş verməsini rəsmiləşdirməlidir. Bu cür aktların abonentin iştirakı ilə tərtib edilməsi, yaxud tərtib edildikdən sonra onların bir nüsxəsinin abonentə təqdim edilməsi qanunvericiliyin tələbi olsa da, kollegiya hesab edir ki, bu tələblərə riayət edilməməsi özü-özlüyündə abonentin həmin aktlarda təsvir edilmiş pozuntunun baş vermədiyi kimi qiymətləndirilə bilməz. Beləliklə, iş materiallarında olan abonent saldolarından müəyyən edilir ki, cavabdehin barəsində aktların tərtib edildiyi müddətlərdə onun tərəfindən qazdan istifadəyə görə ümum iyyətlə ödənişlər edilməmişdir.
19. Həmçinin, birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəmə trasoloji ekspertizasının rəyi ilə cavabdehə məxsus ünvanda qaz xətti borusunuhn üzərində kənar predmetin təsirindən əmələ gəlməyə xarakterik qaynaq izinin olduğu müəyyən edilmişdir. Cavabdeh qazdan istifadəyə görə ödənişlər etməməsini həmin ünvanda yaşamaması ilə izah etsə də, buna dair hər hansı sübut təqdim etməmişdir. Əksinə, tərəflər arasında qazın alqı-satqısına dair 2017-ci ildə bağlanmış müqavilədə cavabdehin istifadəsində yalnız bir qaz cihazının olduğu göstərildiyi halda, 2020-ci ildə bağlanmış yeni müqavilədə artıq cavabdehin üç qaz cihazından istifadə etdiyinin göstərilməsi bu ünvanda yaşayışın olduğunu və qazdan istifadə edildiyini təsdiq edir. Həmçinin qey d edilməlidir ki, “X1”nın 3.2.10-cu bəndinə əsasən mənzildə 1 aydan çox müddətdə kimsənin yaşamayacağı halda, qaz paylayıcısını bu barədə əvvəlcədən yazılı olaraq məlumatlandırmaq istehlakçının vəzifəsidir. Lakin cavabdeh ona məxsus evdə bir neçə il ərzində yaşayışın olmayacağı barədə qaz paylayıcısına məlumat verməmişdir. Yuxarıda göstərilənlərdən bu qənaətə gəlmək olur ki, cavabdeh R.Zülfüqarovaya məxsus ünvanda qaz xəttinə qanunsuz qoşulma halları baş vermişdir, ona görə də həmin qoşulma nəticəsində iddiaçı təşkilata dəymiş zərərin ödənilməsi təmin edilməlidir. Bununla yanaşı, kollegiya hesab edir ki, iddiaçı tərəfindən qaz xəttinə qanunsuz qoşulma nəticəsində dəymiş ziyanın məbləği düzgün hesablanmamışdır. Belə ki, artıq qeyd edildiyi kimi, cavabdehlə bağlanmış qazın verilməsinə dair m üqavilədən müəyyən edilir ki, tərtib edilmiş aktların əhatə etdiyi müddəti əhatə edən dövrdə cavabdehin istifadəsində yalnız bir ədəd PQ-4 qaz cihazı olmuşdur. Lakin tərtib edilmiş aktlardan və iddia ərizəsinə əlavə edilmiş abonent saldosundan görünür ki, cavabdehin vurduğu ziyan yalnız PQ-4 qaz cihazı üzrə deyil, həm də dəmir soba, QSSQ, QSQ kimi qaz cihazları üzrə aparılmışdır. Lakin iddiaçı təşkilat aktların tərtib edildiyi müddətdə cavabdehin istifadəsində bu cür qaz cihazlarının olduğunu müəyyən etməyə imkan verən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Kollegiya hesab edir ki, həmin müddətdə cavabdehin istifadəsində müqavilədə nəzərdə tutulmayan qaz cihazlarının olması həmin ünvana qaz paylayıcısının nümayəndələri tərəfindən baxış keçirilməklə, yaxud cavabdehin özünün etir afı ilə müəyyən edilə bilərdi. Lakin iş materiallarından belə bir baxışın keçirilməsi müəyyən edilmir, nə də cavabdeh onun istifadəsində əlavə qaz cihazlarının olduğunu bildirməmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, cavabdehin qaz xəttinə qanunsuz qoşulması nəticəsində vurduğu ziyanın məbləği yalnız bir ədəd PQ-4 markalı qaz cihazı üzrə aparılmalıdır. İddiaçı tərəfindən aparılmış hesabatda bir ədəd PQ-4 markalı qaz cihazına görə aparılmış hesablama ilə apellyasiya baxışının predmeti olan hissədə cavabdehin qazdan qanunsuz istifadə etməsi nəticəsində vurmuş olduğu ziyanın məbləği ümumilikdə 739,70 manat müəyyən edilir. Beləliklə, müəyyən edilir ki, işə baxmış birinci instansiya məhkəməsi işin yuxarıda qeyd edilən hallarını düzgün müəyyən etməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş, iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamışdır.
20. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 386.1, 1096.1, 1096.2 və 1097-ci maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2, 20, 22ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”nın 1.3, 1.4, 3.4.1, 4.1, 6.5 və 6.7-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı İB (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və ilkin iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti apel lyasiya şikayətinin dəlillərinə uyğun olaraq onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbi ilə vurulmuş ziyanı tələb etsə də və buna dair sübutlar təqdim edilsə də, məhkəmə iddia tələbini böyük bir qismini əsassız olaraq təmin etməmiş, əksinə verilmiş qarşılıqlı iddianı təmin etmişdir. Həmçinin zərər iddiaçının tərtib etdiyi aktlarla təsbit olunaraq öz təsdiqini tapsa belə məhkəmələr iddianın böyük bir qismini təmin etməmişdir. Təmin edilmiş iddia tələbi isə dəymiş zərərlə bağlı olduğundan, iddianın böyük bir qismi təmin edilmədiyinidən qətnamələrin heç bir hüquqi əsası yoxdur.
23. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Belə ki, iddiaçı ilə İddiaçı İB arasında abonent müqaviləsi bağlanarkən müqavilənin tələblərinə əsasən iddiaçı da digər abonentlər kimi sayğacla təhciz olunmuşdur. Ancaq iddiaçı qeyd edilən müqavilənin tələblərini pozaraq İddiaçı İB vermiş olduğu qazı qeyri-qanuni əldə edərək əsassız varlanaraq iddiaçıya ziyan törətməsinə baxmayaraq məhkəməyə vermiş olduğu qarşılıqlı iddiası Xəzər rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)- 1245/2022 saylı qətnaməsi təmin olunmuş, Bakı Apellyasiya məhkəməsinin 2(103)-1222/2023 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Xəzər rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)- 1245/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilsə də, iddia tələbinin böyük bir hissi isə təmin edilməmişdir.
24. Cavabdeh əslində əldə etdiyi İddiaçı İB-nin mülkiyyətindəki qazdır, bu qazı isə müqavilədə nəzərdə tutlmuş şəkildə yox, qeyri-qanuni əldə etməsinə və qeyri-qanuni qazı əldə etmiş cavabdeh vicdansız sahib olmasına baxmayaraq məhkəmələr bu halları araşdırmamış və qətnamə qəbul edərkən nəzərə almamışlar. Həmçinin qeyd edilənlərlə yanaşı məhkəmələr mülki işi araşdırarkən mülki işə əlavə edilmiş ödəniş cədvəlini və ya saldonu araşdırmamışdır. Belə ki, saldoya nəzər salarkən görünür ki, cavabdehin mübahisələndirilən aktlar tərtib edilən dövrdə yaşamasını və yaşamaqdan ötrü zəruri olan təbii qazdan istifadə etməsini nəzərə alaraq, qeyd edilən dövrdə nə qaz sərfiyyatı mövcud olmuş, nə də ki qaz sərfiyyatı na görə hər hansı ödəniş olmuşdur. Bununla da, iddiaçı tərəfindən tərtib edilmiş aktların qanuni və əsaslı olmasını sübut edir, həmçininin sayğacdan kənar təbii qazdan istifadə etdiyinə görə mübahisələndirilən aktların tərtib olunmasını zəruri etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın
27. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
28. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
29. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
30. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
31. Maddə 1097.1. M ülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
32. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.
33. Maddə 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və e tirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
38. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayət ində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi İddiaçı İB tərə findən bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayəti nin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
44. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin M əcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etm işdir.
47. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2023-cü il tarixli 2(103)-1222/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.