Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2697/2019 29.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X1 və X3 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi, həmçinin Cavabdeh1 vəkili X7 iştirakı ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9247/2018 nömrəli iş üzrə 16 oktyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai rayon məhkəməsinin (hakim İlahə Abbasova) 21 oktyab r 2016-cı il tarixli, 2(011)-10561/16 saylı, qətnaməsi ilə iddia qismən təmin edilmiş, ünvani, 0,08 ha torpaq sahəsində yerləşən 4807/1 nömrəli bağ evinə dair İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış AN-İ ******* saylı, 21 avqust 2014-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin bağ evinə dair Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi və bağ evi üzərində iddiaçının mülkiyyət hüquqlarının bərpa edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər İkram Şirinov - sədrlik edən və məruzəçi, Tofiq Səmədov, Toğrul Əliyev) 24 fevral 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunaraq Bakı şəhəri Xətai rayon məhkəməsinin 21 oktyabr 2016-cı il tarixli qətnaməsinin ləğv olunması, i ş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh1 arasında ünvani, 0,08 ha torpaq sahəsində yerləşən 4807/1 nömrəli bağ evinə dair bağlanmış AN-İ ******* saylı, 21 avqust 2014-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına bağ evinə dair verilmiş çıxarışın ləğv edilməsi və həmin bağ evi üzərində İddiaçı mülkiyyət hüquqlarının bərpa edilməsi, İddiaçı ilə digər Cavabdeh2 arasındakı borc öhdəliyi ilə bağlı iddiaçıya məxsus ünvani, 0,08 ha torpaq sahəsində yerləşən 4807/1 nömrəli bağ evinin Cavabdeh2 xeyrinə ipoteka yüklülüyünün müvafiq dövlət reyestrində qeydə alınması, bağ evinə dair müvafiq dövlət reyestrində qeydin bərpası ilə həmin bağ evinə dair ipoteka yüklülüyünün qeydə alınma sının eyni vaxtda icra edilməsi qət olunmuş, iddia qalan hissədə rədd edilmiş, Cavabdeh2 İddiaçı qarşı borcun, dəymiş zərərlə birlikdə tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair ayrıca iddia qaldırmaq hüququnun olması izah edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının (hakimlər Mehparə Əhmədova - sədrlik edən və məruzəçi, Əhməd Əhmədov, Vəfaddin İbayev) 19 iyul 2017-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 24 fevral 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər İsmayıl Xəlilov - sədrlik edən və məruzəçi, İsmayıl Vəliyev, Abiddin Hüseyno v) 20 noyabr 2017-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 21 oktyabr 2016-cı il tarixli qətnaməsinin ləğv olunması, İddiaçı ilə Cavabdeh1 arasında ünvani, 0,08 ha torpaq sahəsində yerləşən 4807/1 nömrəli bağ evinə dair bağlanmış AN-İ ******* saylı, 21 avqust 2014-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alğı-satqı müqaviləsinin əsasında Cavabdeh1 adına bağ evinə dair verilmiş çıxarışın ləğv edilməsi və həmin bağ evinin üzərində İddiaçı mülkiyyət hüquqlarının bərpa edilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının (hakimlər Aslan Kalbalıyev - sədrlik edən və məruzəçi, Əli Rüstəmov, Ələsgər Əliyev) 25 may 20 18-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 20 noyabr 2017-ci il tarixli qətnaməsi mübahisələndirilən – iddianın təmin olunan hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Rafael Eyvazov - sədrlik edən və məruzəçi, Sənan Hacıyev, Fuad Talışsinki) 16 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 21 oktyabr 2016-cı il tarixli qətnaməsi iddianın təmin olunmuş hissələrində (ünvani, 0,08 ha torpaq sahəsində yerləşən 4807/1 nömrəli bağ evinə dair iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış AN-İ ******* saylı, 21 avqust 2014-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin bağ evinə dair Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi və bağ evi üzərində iddiaçının mülkiyyət hüquqlarının bərpa edilməsi) ləğv olunmuş, iddia tələbi həmin hissələrdə rədd edilmişdir. İşin halları: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 140000 manat borc müqaviləsi üzrə cavabdeh tərəfindən hesablanmış faiz (sələm) borcu üzrə öhdəliklərə xitam verilməsi, ünvani, 0,08 ha torpaq sahəsində yerləşən 4807/1 nömrəli bağ evinə dair onunla Cavabdeh1 arasında bağlanmış AN-İ ******* saylı, 21 avqust 2014-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsi və həmin bağ evi üzərində onun mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. (İddia tələbinin həcmi artırılmışdır). İddia tələbi onunla əsaslandırılmışdır ki, əslində özünə məxsus olan bağ evini satmamış, aldığı 140000 manat borcun əvəzi olaraq cavabdehin adına rəsmiləşdirmişdir ki, əmlak borcun qaytarılmasının təminatı kimi çıxış etsin. Onun qohumu və yaxın dostu X5 “AAAA” MTK-nın sədri olduğundan o, özünə məxsus ünvani, 0,08 ha torpaq sahəsində 4807/1 ünvanda yerləşən bağ evini “AAAA” MTK-nın “xxxx” QSC-dən 05 aprel 2007-ci il tarixdə götürdüyü kreditin təminatı olaraq bankın xeyrinə ipoteka ilə yüklü etmiş, sonradan dostu Əlqəmə borcu ödəyə bilmədiyindən onun bank qarşısında 148000 manat kredit borcu yaranmış, həmin borcun 8000 manatını o, nağd şəkildə ödəmi şdir. Qalan 140000 manat kredit borcuna görə bank tərəfindən tələbin ipotekaya yönəldilməsinin qarşısını almaq üçün həmin ərəfədə onun tanışı, həmçinin qardaşı Namiqin dostu Cavabdeh2 ona kömək məqsədilə 140000 manat borc verə biləcəyini, borcun təminatı kimi isə bağ evini onun yaxın adamı Cavabdeh1 adına formal alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilməsini xahiş etmiş, o da bununla razılaşaraq girov saxlayan “xxxx” QSC-nin razılığı ilə 21 avqust 2014-cü il tarixdə Cavabdeh1lə formal alqı-satqı müqaviləsi bağlamış, Cavabdeh2 verdiyi 140000 manat borc isə MTK-nın borcuna görə banka ödənilmiş və ev ipotekadan azad edilmişdir. Onun bağ evini satmaq, Cavabdeh1 isə həmin evi almaq niyyəti olmamış, müqavilə formal olaraq, borcun təminatı kimi ipoteka müqaviləsini pərdələmək məqsədilə bağlanmış, özünə məxsus mübahisəli bağ evində o, özü həmişə ailəsi ilə birlikdə yaşamış, hal-hazırda da yaşayır, evi cavabdehə heç vaxt təhvil almamışdır. O, bağ evinin tikilməsinə və təmirinə həmin vaxtın pulu ilə 1 500 000 manatdan çox vəsait xərcləmiş, bu qədər xərc çəkdiyi evin qiymətinin müqavilədə 140 000 manat göstərilməsi də borca görə formal alqı-satqı müqaviləsi bağlanılmasını təsdiq edir. O, cavabdehə olan borcunu ödəmək şərtilə, evin yenidən adına rəsmiləşdirilməsini xahiş etsə də, cavabdeh onunla razılaşmayaraq, 140000 manat borcun faizi kimi 50000 manat, həmçinin qardaşı Namiqin də ona 90000 manat borcu olduğunu və cəmi 300000 manat ödəyəci halda bunu edə biləcəyini bildirmiş, bundan sonra aralarında mübahisə yaranmışdır. Bu münasibətlərdə əsas fiqur Rəhimdir, borcu Rəhim verib, borc da ona qaytarılmalıdır, “xxxx” QSC ilə bağlanmış ipoteka müqaviləsinin özündə belə bağ evinin qiyməti 484830,80 manat göstərilmişdir. Buna görə də ******* manatdan çox xərc çəkilmiş bağ evinin 140000 manata satılmasının özü, həmin əqdin etibarlı olmadığına dəlalət edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 16 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin rədd olunması ilə bağlı qətnaməni belə əsaslandırmışdır ki, iddiaçı ila Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsi qanunvericiliklə müəyyənlaşdirilmiş formaya riayət edilməklə bağlandığı üçün etibarlı sayılır və əqdin etibarsızlığına dair şübhə yoxdur. Hamçinın digər cavabdeh Rövşən Hacıyevin müqavilə tərəfi olmaması, eləcə də onunla iddiaçı arasında müqavilə münasibətinin olmaması iddiaçının dəlilini inandırıcı hesab etmir. Qeyd etmək lazımdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinin bağlanmasının qanunvericilikdə nəzərdə tutulmuş formal tələblərin gözlənilməsi özü özlüyündə həmin əqdin yalan əqd olmasını istisna etmir. Odur ki, mübahisə üzrə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin yalan əqd olmasına dair kifayət qədər dəlil və sübutlar mövcuddur. Bütün instansiya məhkəmə lərində keçirilmiş iclaslarda məsələnin barışıq yolu ilə həll edilməsi təklif edildikdə, cavabdeh təraf 400000 manat, bəzən isə fərqli məbləğlərdən çıxış edərək müəyyən məbləğdə pul vəsaitinin verilməsi müqabilində barışığın mümkün ola biləcəyi bildirilmişdir. Cavabdeh alqı-satqı müqaviləsində göstərilən məbləğdən xeyli yüksək məbləğ tələb etməsini vaxtı ilə manatın məzənnəsinin bu günə olan məzənnəsinə nisbətdə yüksək olması, manatın dəyər itirməsi ilə əlaqələndirmişdir. Bu da onun göstəricisidir ki, cavabdeh tərəfin mübahisə predmeti olan bağ evini almaq niyyəti olmamışdır. Niyyət yalnız borcun qaytarılmasının təminatı olaraq addan-ada rəsmiləşdirmə olmuşdur. Göstərilən xüsusatlər iş materiallarında açıq aşkar öz əksini tapmaqdadır. Bundan başqa, mübahisəli bağ evi vaxtı ilə “xxxx" QSC-d ə kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilən zaman əmlak 484830,80 manat məbləğində qiymətləndirilmişdir. Alqı-satqı olunan zaman isə bağ evinin təminatı olduğu borc məbləği 151201 manat təşkil etmişdir. Alqı-satqı müqaviləsi üzrə isə bağ evi 140000 manata satılmışdır. Göründüyü kimi bağ evinin dəyərinin yüksək olması, eləcə də ipoteka müqaviləsində bank tərəfindən həmin bağ evinin 484830 manata qiymətləndirdiyi halda hansı məntiqlə sozugedən bağ evi banka olan borc məbləğindən də aşağı qiymətə satıla bilərdi?! Əlbətdə ki, göstərilənlər tərəflərin xeyli müddət ondan qabaq birbirilərini tanımaları və işgüzar münasibətlərdə olmaları səbəbindən biri-birinə olan etibardan dolayı baş verdiyini təsdiq edir. Həmçinin cavabdehlərin mübahisəli bağ evinin harada yerləşməsini bir dəf ə də olsun görmədiklərini, hansı səbəblərdən bağ evini iddiaçıdan təhvil almadıqlarını sübut edə bilmədikləri iddia tələbinin dəlillərinin inandırıcı olmasını göstərir. Onu da qeyd etmək lazımdır ki, cavabdehlər tərəfindən məhkəməyə təqdim edilən bağ evinin görüntülərinə dair video yazı heç də cavabdehlar tərəfindən çəkilməmişdir. Həmin video yazı bağ evinin vaxtı ilə bankın xeyrinə ipoteka ilə yüklü edilərkən bankın əməkdaşları tərəfindən çəkilən video yazıdır. Cavabdehlərin həmin video yazını bankdan hansı şəraitdə və neçə əldə etdikləri məlum deyildir. Qeyd edilən hallar onu göstərir ki, tərəflər arasında bağ evinin alqısatqısına dair razılıq olmamış, əksinə banka olan borcun ödənilməsi və bağ evinin ipoteka yüklülüyündən azad edilməsi üçün 140000 manat pulun cavabdehlərdən borc alınıb banka ödənilməsi, alınan borcun qaytarılmasının təminatı kimi isə Cavabdeh2 yaxın adamı Cavabdeh1 adına müvəqqəti rasmiləşdirilməsi ilə bağlı razılaşma olmuşdur. Mübahisənin təsviri, tərəflərin tanışlıq və işgüzar münasibətlərinin təhlili və tədqiq olunan sübutların məntiqi ardıcıllığı fərqli qənaətə gəlməyə imkan vermir. Qeyd etmək lazımdır ki, alqı-satqı müqaviləsi bağlanarkən forma baxımından bütün tələblərə riayət olunması faktının mövcudluğu özüözlüyünda həmin əqdin yalan əqd olmasını istisna etmir. Əks təqdirdə yalan əqdin etibarsız hesab olunmasına dair maddi hüquq normalarının mülki qanunvericiliyə daxil edilməsinə lüzum olmazdı. Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tərəflərin izahatları: İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə koll egiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi, həmçinin Cavabdeh1 vəkili X13məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası məruzəçini, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 16 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilməsi barədə yeni qərar qəbul edilməlidir. Məhkəmə kolleg iyası ilk növbədə qeyd edir ki, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 140000 manat borc müqaviləsinə əsasən hesablanmış 50000 manat faiz borcu üzrə onun öhdəliklərinə xitam verilməsini məhkəmədən xahiş etmiş, sonradan iddia tələbinin həcmini artırmışdır. Birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən tələblə bağlı, yəni faiz borcu üzrə öhdəliklərə xitam verilməsi hissədə iddiaçının tələbi rədd edilmiş, iddiaçı məhkəmənin gəldiyi bu nəticə ilə razılaşaraq iddianın təmin edilməyən hissəsindən apellyasiya şikayəti verməmişdir. İşə sonuncu dəfə baxmış apellyasiya instansiyası məhkəməsi də, qətnaməni yalnız mübahisləndirilən hissədə yoxlamışdır. Ona görə də, Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə görə, iddia tələbinin həmin hissəsi hazırkı kassasiya baxışının həddlərinə daxil deyildir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, 21 avqust 2014-cü il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri Novxanı bağ massivi 0,08 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı, 107,72 kvadrat metr yaşayış, 196,76 kvadrat metr köməkçi sahədən ibarət 4807/1 nömrəli bağ evini 140000 manata Cavabdeh1 satmışdır. İddiaçının hazırki iddia tələbi həmin alqı-satqının etibarsızlığı, alqı-satqı əsasında verilmiş çıxarışın ləğvi və bağ evi üzərində mülkiyyət hüquqlarının bərpası ilə bağlıdır. İddiaçı bildirir ki, əslində özünə məxsus olan bağ evini satmaq niyyəti olmamışdır. Cavabdeh2 aldığı 140000 manat borcun əvəzi olaraq həmin evi digər C avabdeh1 adına rəsmiləşdirmişdir ki, əmlak borcun qaytarılmasının təminatı kimi çıxış etsin. Lakin qarşı tərəf evin onun adına rəsmiləşməsindən istifadə edərək borc məbləğinə əsassız faizlər hesablamaqla daha artıq vəsaitin qaytarılmasını tələb etmişdir. İddiaçı tələbini iddia ərizəsində göstərilən digər hallarla əsaslandırmışdır. Hər iki cavabdehi məhkəmə iclaslarında səlahiyyətli nümayəndə Araz Yusifov təmsil etmişdir. Nümayəndə iddia tələbini əsassız hesab etmiş, iddiaçının Cavabdeh2 heç bir borcunun olmadığını, olsa belə bu halın digər Cavabdeh1lə bağlanmış alqı-satqı ilə əlaqəsinin olmadığını, alqı-satqı müqaviləsinin notariat orqanında qanunvericiliyin tələblərinə uyğun olaraq bağlandığını bildirmişdir. Nümayəndə etirazının əsası kimi istinad etdiyi halları məhkəmə qətnamələrindən ve rdiyi apellyasiya və kassasiya şikayətlərində göstərilənlərlə və məhkəmə iclaslarında verdiyi izahatlarla əsaslandırmışdır. İşə mahiyyəti üzrə birinci instansiya məhkəməsində, iki dəfə isə apellyasiya instansiyası məhkəməsində baxılmış, məhkəmə iclaslarında tərəflər iştirak etmiş, sübutlar tədqiq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iddia tələbinin rədd edilməsi barədə gəldiyi nəticə qanuni və əsaslı olmamışdır, qətnamə işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. İş üzrə birinci instansiya məhk əməsi və apellyasiya instansiya məhkəməsində mahiyyəti üzrə araşdırma aparıldığından, iş üzrə əlavə sübutların araşdırılmasına zərurət olmadığından məhkəmə kollegiyası işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə zərurət görmür. Hazırkı halda məhkəmə kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qənaətini maddi hüquq normalarının düzgün tədbiq edilməməsi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.2-ci madəsinə əsasən məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddi hüquq normalarının düzgün tədbiq edilməməsi əsası ilə kassasiya instansiya məhkəməsinin yeni qərar qəbul etməsi Mülki Prosessual Məcəllənin tələblərinə uyğundur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansi yası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Həmin Məcəllənin 417.1 və 417.1.4-cü maddələrinin tələblərinə görə, kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Göründüyü kimi, p rosessual qanunvericilik kassasiya məhkəməsinə apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilmə səlahiyyətini vermiş, həmçinin məcəllənin 417.2-ci maddəsində yeni qərarın qəbul edilməsinin yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulduğu və ya düzgün tətbiq edilmədiyi halda tədbiq edə bilmə imkanı təsbit edilmişdir. Hazırki işdə apellyasiya instansiyası məhkəməsi tərəfində maddi hüquq normaları düzgün tədbiq edilmədiyindən və işin halları apellyasiya instansiyası məhkəməsi tərəfindən kifayət qədər araşdırıldığından məhkəmə kollegiyası hesab edir ki, iş üzrə yeni qərar qəbul edilməli, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallara və sübutara maddi hüquq normaların tədbiq e dilməsi ilə mübahisəyə hüquqi qiymət verilməlidir. Bu baxımdan işin hallarına və işdə olan sübutlara istinad edilməsi yuxarıda qeyd olunduğu kimi kassasiya instansiya məhkəməsi tərəfindən sübutların araşdırılması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, ünvani, 0,08 ha torpaq sahəsində yerləşən 4807/1 nömrəli bağ evinə (bundan sonra bağ evi) dair İddiaçı xüsusi mülkiyyət hüququ 04.12.2008-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır. “xxxx” QSC ilə İddiaçı arasında bağlanmış 29.09.2010-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, İddiaçı “AAAA” MTK (sədri X5) ilə “xxxx” QSC arasında bağlanmış 05 aprel 2007-ci il tarixli kredit xətti razılaşması və bank qarantiyası müqaviləsi üzrə MTK-nın öhdəliyi nin icrasını təmin etmək məqsədilə özünə məxsus bağ evini bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. “xxxx” QSC-nin 21 avqust 2014-cü il tarixli məktubundan görünür ki, bank iddiaçıya məxsus ipotekada olan mübahisəli bağ evinin ipoteka ilə yüklü vəziyyətdə satılmasına etiraz etməmişdir. Daşınmaz əmlakın AN-1 № ******* saylı, 21.08.2014-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı bağ evini 140000 manata Cavabdeh1 mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. “xxxx” QSC-nin 17.10.2016-cı il tarixli məktubundan görünür ki, iddiaçıya məxsus ipotekada olan mübahisəli bağ evi 22 avqust 2014-cü il tarixdə ipoteka yüklülüyündən azad edilmişdir. İddiaçı özünə məxsus bağ evinə dair Cavabdeh1lə bağladığı əqdin yalan əqd Cavabdeh2 aldığı 140000 manatın təminatı olmasını iddia etmişdir. Ap ellyasiya instansiyası məhkəməsi iddia tələbini rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisələndirilən alqı-satqı müqaviləsi üzrə qanunvericiliklə nəzərdə tutulmuş tələblərə riayət edilmiş, iddiaçının irəli sürdüyü dəlillər üzrə əqdin etibarlılığına əsaslar müəyyən edilməmişdir. Alqı-satqı müqaviləsinin tərəfi Cavabdeh2 deyil, Cavabdeh1 Həsən oğlu olmuş və müqavilədə göstərilmiş 140000 manat pul vəsaiti Cavabdeh1 tərəfindən satıcı Azad İbrahimovun bank hesabına ödənilmişdir. Notariat işindən görünür ki, Cavabdeh1 öz pulu hesabına müqavilənin dəyərini satıcı İddiaçı notariusun bankda açılan depozit hesabı vasitəsilə şəxsən ödəmişdir. İş materiallarında bunun əksini və ya pulun Cavabdeh2 məxsus olmasını, yaxud sonuncu tərəfindən ödənilməsini təsdiq edən hər hansı bir ya zılı mötəbər sübut yoxdur. Həmçinin nəzərə alınmamışdır ki, iddiaçı ilə cavabdeh arasında borc öhdəliyi olsaydı, onlar qanunvericiliyin tələbinə əməl etməklə verilmiş borc məbləğinə dair öz aralarında notarial qaydasında borc müqaviləsi bağlaya, borc müqaviləsinin icrasını təmin etmək məqsədi ilə iddiaçı mülkiyyətində olan bağ evini Cavabdeh2 qarşısında ipoteka ilə yüklü etməklə, onunla öz arasında ipoteka müqaviləsi bağlaya bilərdi. Bu müqavilələrin bağlanmasına iş üzrə heç bir maneə olmamışdır. Ən azından Cavabdeh1lə deyil, Cavabdeh2lə alqı-satqı müqaviləsi bağlanmış olsaydı, bu zaman həmin müqavilənin digər əqdi pərdələmək üçün bağlanmış əqd olması qənaətinə gəlməyə əsas ola bilərdi. Hazırkı halda, tərəflər öz iradələri ilə alqı-satqı müqaviləsi bağlamaqla, müqavilənin bağlanmasını arzu etmişlər və müqavilənin qiymətini müəyyən etməkdə sərbəst iradə nümayiş etdirmişlər. Bu səbəbdən, müqavilənin qiymətinin əmlakın real dəyərindən fərqli olub-olmaması, müqavilənin görünüş üçün bağlanması qənaətinə gəlməyə əsas vermir. Müqavilə bağlanılan zaman qanun pozuntusuna yol verilməmişdir. Bu baxımdan əmlakın qiyməti ilə bağlı irəli sürülən dəlil, əqdin etibarsız hesab edilməsi üçün qanuni əsas ola bilməz. Həmçinin, qeyd edilməlidir ki, qanunverici müqavilənin qiymətinin müəyyən edilməsi ilə bağlı hər hansı məhdudiyyət müəyyən etməmiş və müqavilənin tərəflərinə digər şərtlərlə yanaşı müqavilənin qiyməti barədə sərbəst surətdə razılığa gəlməsi hüququ vermişdir. Əmlakın dəyərinin tərəflərin qarşılıqlı razılığı əsasında real dəyərindən aşağı və ya yuxarı müəyyən edilməsi həmin müqavilə nin etibarsız hesab edilməsi üçün qanuni əsas ola bilməz. Məhkəmə evin Cavabdeh1 tərəfindən hazıradək təhvil alınmaması, iddiaçının evdən çıxarılmasını tələb etməməsi ilə bağlı qeyd etmişdir ki, qanunverici daşınmaz əmlaka dair mülkiyyət hüququnu onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı anla şərtləndirdiyindən, mubahisəli bağ evinin alıcıya təhvil verilməməsi barədə məhkəmənin gəldiyi nəticə göstərilən maddi hüquq normalarının tələblərinə ziddir. Mülkiyyət hüququ qeydə alınmış Cavabdeh1 həmin ünvanda yaşamaması özü-özlüyündə alğı-satqı müqaviləsinin yalan əqd olması kimi qəbul edilə bilməz. Çünki, mülkiyyətçinin mülkiyyətində olan əmlakdan istifadə edib-etməməsi onun müstəsna hüquqları olduğundan, bu halın özü də alqı-satqı müqaviləsinin yalan əqd kimi qiymətləndirilməsinə v ə ya mülkiyyət hüququnun itirilməsinə qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası aşağıda qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Mülki işin materialları ilə müəyyən edilmişdir ki, həqiqətən də mübahisəli bağ evinə dair tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmasının forma baxımından bütün tələbləri (tərəflərin imzası var, pul bank vasitəsilə notariusun depozitinə ödənilmişdir, iddiaçının həyat yoldaşı evin satılmasına notarial qaydada razılıq vermişdir) gözlənilmişdir. Lakin kollegiya qeyd edir ki, bu fakt, yəni mübahisəli bağ evinə dair tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin formal tələblərinin gözlənilməsi heç də həmin əqdin yalan əqd olmasını istisna etmir. Bununla belə kollegiya qeyd edir ki, İdd iaçı və Cavabdeh1 tərəfindən alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun bağlandığından həmin alqı-satqı müqaviləsinin yalan əqd olması kifayət qədər güclü və bir-biri ilə uzlaşan sübutlarla təsdiq olunmalıdır. İddiaçı özünə məxsus bağ evinin 140000 manata Cavabdeh1 satmasının səbəbi kimi göstərmişdir ki, “AAAA” MTK-nın “xxxx” QSC-yə kredid borcu yaranmış, bağ evinin “xxxx” QSC-yə olan kredit borcuna görə, borcun ipoteka predmeti olan bağ evinə yönəldilməsi səbəbindən pula ehtiyacı olduğu üçün Cavabdeh2 borc istəmiş və nəticədə Cavabdeh2 tərəfindən 140000 manat pulun verilməsi müqabilində Cavabdeh1lə formal alqı-satqı müqaviləsi bağlanmışdır. Verilmiş 140000 manat borcun təminatı üçün bağ evini Cavabdeh1lə alqı-satqı etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının göst ərdiyi dəlillərin həqiqətə uyğun olubolmamasını müəyyən etmək üçün apellyasiya instansiyası məhkəməsi tərəfindən təqdiq edilmiş sübutlara nəzər yetirmək lazımdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən tədqiq edilmiş sübutlardan görünür ki, həqiqətən də, “AAAA” MTK ilə “xxxx” QSC arasında 05.04.2007-ci il tarixində kredit xətti müqaviləsi bağlanmış, iddiaçı özünə məxsus hazırki mübahisənin predmeti olan bağ evini Əlqəmə Cəfərovun sədri olduğu “AAAA” MTK-nın “xxxx” QSC ilə bağladığı həmin kredit müqaviləsinin təminatı kimi bank qarşısında ipoteka ilə yüklü etmiş, (29.09.2010-cu il tarixli ipoteka müqaviləsi), kredit müqaviləsi üzrə “AAAA” MTK-nın “xxxx” QSC-yə 151201,30 manat borcu yaranmış, (MTK-ya aid kreditin statusuna dair sənəd), “xxxx” QSC mübahisəli bağ evinin ipoteka ilə yükl ü vəziyyətdə satılmasına etiraz etmədiyinə dair 21 avqust 2014-cü il tarixdə məktub vermiş, iddiaçı ilə Cavabdeh1 arasında mübahisəli bağ evinə dair 21.08.2014-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilədə evin qiyməti 140000 manat göstərilmiş, “AAAA” MTK-nın “xxxx” QSC-yə kredit xətti müqaviləsi üzrə olan borcu 22.08.2014-cü il tarixdə tam ödənilmiş, mübahisəli bağ evi də məhz həmin tarixdə - 22 avqust 2014-cü ildə ipoteka yüklülüyündən azad edilmişdir. Göründüyü kimi, “AAAA” MTK ilə “xxxx” QSC arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi iddiaçının bağ evinin ipoteka ilə yüklü edilməsi, borclunun kredit müqaviləsi üzrə banka borcunun yaranması, mübahisəli bağ evinin bankda yüklü ola-ola bank tərəfindən evin satılmasına razılıq verməsi və bağ evi Cavabdeh1 satıl dıqdan sonra banka olan borcun ödənilməsi, bundan sonra evin ipoteka yüklülüyündən azad edilməsi işdə olan sübutlarla öz təsdiqini tapmışdır, həmin hallar bir-birini inandırıcı surətdə tamamlayır. Bu halları cavabdeh tərəf də inkar etməmişdir. Sadalanan hallar iddiaçının iddia tələbində göstərdiyi faktların həqiqətə uyğun olmasını təsdiq edir və işdə olan digər sübutlarla yanaşı qiymətləndirildikdə bağlanmış alqı-satqı müqaviləsinin iddiaçıya Cavabdeh2 tərəfindən verilmiş borcun təminat altına alınması üçün bağlanılmasına gəlməyə kifayət qədər əsas verir. İddiaçının Cavabdeh2 heç bir borcunun olmaması, borcu olsa belə bunun Cavabdeh1lə bağlanmış alqı-satqı müqaviləsi ilə əlaqəsinin olmaması, mübahisləndirilən əqdin tərəfinin Cavabdeh2 deyil, Cavabdeh1 olmaslı barədə cavabdeh tərəfin etiraz ının dəlillərinə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaətinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu hal, yəni mübahisləndirilən müqavilənin tərəfinin Cavabdeh2 deyil, Cavabdeh1 olması iddiaçının iddia tələbinin faktiki əsası kimi irəli sürdüyü halların təkzib edilməsi üçün kifayət deyildir. İddiaçının tələbində göstərdiyi kimi, borcun alınması üçün Cavabdeh2 müraciət etməsi və sonuncunun göstərişi ilə özünə məxsus bağ evini Cavabdeh1lə alqı-satqı etməsi mümkündür. Bu hal özü-özlüyündə iddiaçının irəli sürdüyü dəlillərin əsassız olması anlamına gəlmir. İş materiallarına əlavə edilmiş yuxarıda sadalanan sübutlardan iddiaçının göstərdikləri öz təsdini tapır. Cavabdeh2 iddiaçıya borc verməməsi, işdə bununla bağlı hər hansı bir sübutun olmaması barədə məhkəmə kollegiyas ı qeyd edir ki, tərəflər arasında borcun verilməsi ilə bağlı yazılı müqavilə bağlanmamışdır. Tərəflər arasında olan danışıqlar şifahi borc müqaviləsinə əsaslanmışdır. Mübahisənin yarandığı vaxt qüvvədə olan Mülki Məcəllənin 740-ci maddəsinin tələbinə görə, borc müqaviləsinin şifahi bağlanmasının Mülki Məcəllədə nəzərdə tutulmuşdur. Tərəflər arasında olan razılaşmalar şifahi qaydada olduğundan iddiaçının bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməməsi barədə məhkəmənin gəldiyi nəticə əsaslı olmamışdır. Cavabdeh2 məhkəmə iclaslarında şəxsən iştirak etməmiş, iddiaçı ilə borc münasibətinin olub-olmamasına dair hər hansı bir fikir bildirməmişdir. Onu məhkəmə iclaslarında təmsil edən nümayəndə Araz Yusifov iddiaçı ilə Cavabdeh2 arasında ümumiyyətlə borc münasibətinin olmaması, olsa bel ə bu münasibətin Cavabdeh1lə bağlanmış alqı-satqı ilə əlaqəsinin olmaması bildirmişdir. İşdən görünür ki, iddiaçı ilə Cavabdeh2 arasında əvvəllər də anoloji münasibətlər olmuşdur. Belə ki, işə əlavə edilmiş 04.02.2014-cü il tarixli qeyri yaşayış sahəsinin alqı-satqısına dair müqavilədən müəyyən olunur ki, satıcı İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 189,6 kvadrat metr qeyri-yaşayış sahəsinin alıcı Cavabdeh2lə 510000 manat alqısatqısı barədə razılığa gəlmişlər. Əmlak alqı-satqı edilərkən İddiaçı “xxxx” ASC-də ipoteka ilə yüklü edilmiş, ödənilmiş pulun 500000 manatı banka, qalan 10000 manatı isə alıcıya ödənilmiş, bundan sonra qeyri-yaşayış sahəsi yüklülükdın azad edilmişdir. Cavabdeh2lə iddiaçı arasında olan borc münasibətinin Cavabdeh1lə iddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsinə aiddiyatının olmaması ilə bağlı cavabdehlərin nümayəndəsinin göstərdiyi arqumentlə məhkəmə kollegiyası razılaşmır. Belə ki, iddiaçı bildirmişdir ki, borcla bağlı Cavabdeh2 müraciət etmiş, sonuncu ona borc verə biləcəyini, lakin borcun təminatı kimi evini onun göstərdiyi şəxslə, yəni digər Cavabdeh1lə alqı-satqı etməli olmasını bildirmişdir. İddiaçı həmçinin qeyd etmişdir ki, cavabdehlər hər ikisi bank işçisidir və Cavabdeh1 Cavabdeh2 işçisidir. Cavabdehlərin hər ikisinin mənafeyinin eyni olması işdə olan digər sübutlarla yanaşı, həmçinin hər iki cavabdehin eyni nümayəndə ilə məhkəmələrdə təmsil olunmaları ilə də öz təsdiqini tapır. Məhkəmə kollegiyası cavabdeh tərəfin yalan əqdlərdə tərəflərin mütləq şəkildə eyni şəxs olması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin göst ərdiyi halla bağlı qeyd edir ki, Mülki Məcəllənin 340.2-ci maddəsinin bu cür təfsiri yanlışdır və həmin normada belə tələb nəzərdə tutulmamışdır. İddiaçının iddia tələbinin əsaslılığı işdə olan aşağıdakı sübutlarla da yanaşı qiymətləndiridildikdə öz təsdiqini tapır: 1.Mənzilin qiyməti ilə: “xxxx” MMC-nin 14.10.2016-cı il tarixli, 346 saylı hesabatından görünür ki, iddiaçıya məxsus mübahisəli bağ evinin qiyməti 2014-cü ilin avqust ayına 760000-780000 manat təşkil etmişdir. “xxxx” QSC ilə bağlanmış 29.09.2010-cu il tarixli ipoteka müqaviləsində bağ evinin ilkin satış qiyməti 484830 manat müəyyən edilmişdir. Cavabdeh tərəf də mübahisəli bağ evinin qiymətinin alqı-satqı müqaviləsində göstərilən qiymətdən dəfələrlə artıq olmasını mübahisələndirməmişdir. Apellyasiya instansiyası məhkəməsi bu hal a qiymət verərkən qeyd etmişdir ki, qanunverici müqavilənin qiymətinin müəyyən edilməsi ilə bağlı hər hansı məhdudiyyət müəyyən etməmiş və müqavilənin tərəflərinə digər şərtlərlə yanaşı müqavilənin qiyməti barədə sərbəst surətdə razılığa gəlməsi hüququ vermişdir. Əmlakın dəyərinin tərəflərin qarşılıqlı razılığı əsasında real dəyərindən aşağı və ya yuxarı müəyyən edilməsi həmin müqavilənin etibarsız hesab edilməsi üçün qanuni əsas ola bilməz. Müqavilə bağlanılan zaman qanun pozuntusuna yol verilməmişdir. Bu baxımdan əmlakın qiyməti ilə bağlı irəli sürülən dəlil, əqdin etibarsız hesab edilməsi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, mülkiyyətçi özünə məxsus olan əmlakı tez reallaşdırmaq üçün real dəyərindən çox az fərqlənən qiymətə sata bilər. Bu, şəxsə m üxtəlif vacib səbəblərdən təcili pul lazım olması ilə bağlı ola bilər. Hər bir əmlakın real bazar dəyərindən hiss olunacaq dərəcədə (az fərqli) aşağı qiymətə bazara çıxarılması kifayətdir ki, əmlak realizə edilə bilsin. Hazırkı işdə həmin hallara dəlalət edən heç bir hal yoxdur. İddiaçının özünə məxsus olan bağ evini satışa çıxarması ilə bağlı heç bir məlumat olmamışdır. Bağ evi dəyərindən qat-qat aşağı qiymətə Cavabdeh1 satılmışdır. Cavabdeh tərəf ev almaq üçün müvafiq axtarış saytlarında, qəzetlərdə elan və ya sifariş vermədiyini, almaq istədiyi mübahisəli evə baxmadığını, evin harada yerləşdiyini bilmədiyini, iddiaçının evini satması barədə hardasa elan və ya sifariş verməsi barədə məlumatının olmadığını təsdiq etməklə, həmin bağ evinin satılmasına dair məlumatı hardan əldə etməsi, hans ı səbəbdən indiyə qədər bağ evində iddiaçı və ailə üzvlərinin yaşaması, bağ evini nəyə görə indiyə qədər iddiaçıdan təhvil almaması ilə bağlı sualları ağlabatan şəkildə cavablandıra bilməmişdir. Ona görə müqavilədə evin qiymətinin açıq-aşkar real dəyərindən dəfələrlə aşağı qiymətə, məhz verilən pulun məbləğində qeyd edilməsi əqdin yalan əqd olmasına dəlalət edən sübutlardan biridir. Əmlakın qiymətini tərəflərin müəyyən etməsi onların sərbəst iradə ifadəsinə əsaslansa da, bağ evinin real dəyərindən 4-5 dəfə aşağı göstərilməsi hazırki işdə digər sübutlarla yanaşı qiymətləndirildikdə iddiaçının dəlillərinin daha inandırıcı olduğunu göstərir. 2.Bağ evinin alqı-satqısından əvvəl və sonra alqı-satqı ilə bağlı qaydalara və şərtlərə əməl edilməməsi: Apellyasiya instansiyası məhkəməsində işə baxı larkən cavabdeh tərəf ev almaq üçün müvafiq axtarış saytlarında, qəzetlərdə və ya bənzəri yerlərdə elan və ya sifariş vermədiyini, almaq istədiyi mübahisəli evə baxmadığını, evin harada yerləşdiyini bilmədiyini, iddiaçının evini satması barədə hardasa elan və ya sifariş verməsi barədə məlumatının olmadığını təsdiq etməklə, həmin bağ evinin satılmasına dair məlumatı hardan əldə etməsi, hansı səbəbdən indiyə qədər bağ evində iddiaçı və ailə üzvlərinin yaşaması, bağ evini nəyə görə indiyə qədər iddiaçıdan təhvil almaması, Cavabdeh1 hansı səbəbdən bankda ipoteka ilə yüklü edilmiş bağ evi alması ilə bağlı sualları ağlabatan şəkildə cavablandıra bilməmiş, bu uyğunsuzluqları ağlabatan şəkildə izah edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən-cavabdehin təsdiq etdiyi hal ların hər biri ayrı-ayrılıqda iddiaçı ilə Cavabdeh2 arasında 140000 manata dair borc münasibətlərinin olduğunu və mübahisələndirilən alqı-satqı müqaviləsinin də məhz bu münasibətləri pərdələmək məqsədilə bağlanıldığını dolayı yolla təsdiq etsə də, lakin həmin hallara işin müəyyən olunmuş digər faktiki halları ilə birlikdə qiymət verdikdə, tərəflərin əsl (həqiqi) niyyətlərinin mübahisəli bağ sahəsinə dair alqı-satqı müqaviləsi bağlamaq olmadığı müəyyən olunur. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 iddiaçıya qarşı evdən çıxma tələbinin irəli sürməməsinin səbəbi kimi o halı qeyd etmişdir ki, mülkiyyət hüququ üzərində sərəncam vermək hüququ daşınmaz əmlak üzərində hüququn dövlət qeydiyyatına alınması anı ilə şərtləndirilmişdir. Bu hala istinad edən apellyasiya instansiyası məhkəməsi nəz ərə almamışdırı ki, cavabdehə ev satıldıqdan və cavabdehin mülkiyyət hüququ qeydə alındıqdan sonra 2 il ərzində bu barədə hər hansı bir tələb irəli sürməmişdir. Cavabdeh tərəf isə izahatında iddiaçının ondan evdə qalması üçün iki ay möhlət istədiyini göstərmişdir.
3. Birinci instansiya məhkəməsi tərəfindən dindirilmiş şahid X4 ifadəsi: Birinci instansiya məhkəməsi tərəfindən dindirilmiş şahid X5 göstərmişdir ki, “AAAA” MTK-nın sədridir, iddiaçının qohumudur, həqiqətən də iddiaçı onun “xxxx” QSC-dən 05 aprel 2007-ci il tarixdə götürdüyü kreditin təminatı olaraq öz bağ evini ona görə banka ipotekaya qoymuş, onun banka 148000 manat kredit borcu yaranmış, evinin əldən çıxmaması üçün iddiaçı 8000 manatı banka nağd şəkildə ödəmiş, 140000 manatı isə Cavabdeh2 borc alaraq ödəmiş və evini girovdan azad etmiş, Cavabdeh2 də verdiyi borca görə iddiaçıdan evini onun göstərdiyi şəxsin adına keçirtməyi tələb etmiş, buna görə də müvafiq sənədləşmələr aparılaraq borc ödənilənə qədər iddiaçı evi Cavabdeh1 adına keçirmiş, sonradan bu barədə aralarında olan söhbətlər zamanı Cavabdeh2 evin yenidən iddiaçının adına keçirilməsi üçün əlavə faizlər və iddiaçının qardaşı Namiqin borcunu da iddiaçıdan tələb etmiş, buna görə də aralarında mübahisə yaranmışdır. Beləliklə məhkəmə kollegiyasının araşdırmaları ilə, tərəflərin əqdin bağlanmasından əvvəlki, əqd bağlanan dövrdə və ondan sonrakı davranışları ilə müəyyən olunmuşdur ki, əslində iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsi zamanı tərəflərin əsl niyyəti (iradə ifadəsi) bağ evinin alınıb-satılması olmamış, onların iradə ifadəsi b una yönəlməmiş, tərəflərin əsl niyyəti iddiaçı ilə digər Cavabdeh2 arasında yaranmış borc öhdəliyinin icrasını təmin etməyə yönəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. (324.5-ci maddə) Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış əqd (alqı-satqı müqaviləsi) başqa əqdi (ipoteka müqaviləsini) pərdələmək məqsədi ilə bağlanmaqla, əhəmiyyətsiz əqd olduğundan iddiaçı həmin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb etməkdə haqlıdır. Alq-satqı müqaviləsi etibarsız hesab edildiyindən alqı-satqının nəticəsində verilmiş dövlət reyetrindən çıxarış da müvafiq olaraq hüquqi qüvvəsini itirmiş olur, ona görə də həmin hissədə də id dia təmin edilməli, çıxarış ləğv edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən əqdin etibarsızlığından irəli gələn məsələlərə də münasibət bildirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Sadalanan normaların məzmunundan göründüyü kimi, yalan əqdlərə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Bu norma imperativ qaydada müəyyən edilmişdir. Digər tərəfdən prosessual qanunvericilikdə qanunda göstərilən müstəsna hallarda məhkəmənin iddia tələblərindən kənara çıxma imkanı tanınmışdır. Qanunverici mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. İddia tələbindən kənara çıxmanı isə yalnız qanunla nəzərdə tutulan müstəsna hallarla şərtləndirmişdir. Belə ki, məhkəmə iddiaçının verdiyi tələbləri onlardan kənara çıxmaq yolu ilə tamamlaya bilər. Məhkəmənin belə bir hüquqa malik olması iddianın predmetinin dəyişdirilməsinə yönəlməmişdir. Məhkəmə yalnız iddianın göstərilən ünsürlərinin hüdudlarından kənara çıxmaq, bununla da iddiaçıya verilən hüququn sərhədlərini genişləndirmək hüququna malikdir. Məhkəmənin həmçinin, məhkəmə araşdırılmasının gedişində aşkara çıxan yeni hallara istinad edərək, iddianın əsasına əlavə etmək hüququ vardır. Məhkəmə qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxdıqda, bu barədə qətnamənin əsaslandırıcı və nəticə hissəsində göstərməlidir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Plenum Qərarı). Hazırki işdə əqdlərin etibarsızlığı ilə bağlı nəticələr iddia tələbində göstərilməsə də, Mülki Məcəllənin və Mülki Prosessual Məcəllənin qeyd olunan maddələrinin tələbləri və Pl emumun istinad edilən qərarının göstərişləri məhkəmə kollegiyasına iddia tələbindən kənara çıxmağa imkan verir. Yuxarıda sadalanan və məhkəmə iclasında tədqiq olunan sübutlar birmənalı olaraq ona dəlalət edir ki, tərəflər arasında əslində bağ evinin alqı-satqısı ilə bağlı razılıq olmamış, banka olan 140000 manat pulun ödənilməsi, bağ evinin bankın ipotekasından azad edilməsi, borcun qaytarılması təminatı olaraq evin cavabdehin adına rəsmiləşdirilməsi ilə bağlı razılaşma olmuşdur. Cavabdeh2 iddiaçıya 140000 manat borc pul verməsi və iddiaçıya məxsus mənzilin borcun təminatı kimi mənafeləri eyni olan digər Cavabdeh1 satılması, bu alqı-satqı edilərkən əslində tərəflərin ipoteka müqaviləsini nəzərdə tutmaları bu nəticəyə gəlməyə əsas verir ki, tərəflərin əslində nəzərdə tutduqları əqdin hüquqi nətcələri tədbiq edilsin, yəni iddiaçıya məxsus bağ evi onun Cavabdeh2 olan borcunun təminatı kimi ipoteka ilə yüklü edilməsi üçün ipotekanın yüklülüyü dövlət reyestrində qeydə alınsın. Bunun üçün tərəflər arasında yazılı şəkildə ipoteka müqaviləsinin olması mütləq deyil. Çünki tərəflər aralarında olan münasibəti tənzimləmək üçün ipoteka müqaviləsi əvəzinə alqısatqı müqaviləsi bağlamışlar. Hazırki iş üzrə məhkəmənin gəldiyi nəticə tərəflər arasında nəzərdə tutulmuş ipoteka müqaviləsinin dövlət reyestrində qeydə alınması və bağ evinin borcun təminatı kimi yüklü edilməsi üçün əsasdır. Cavabdeh tərəf bu nəticəyə gələn işə ilk olaraq baxmış apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən narazı qalaraq verdiyi kassasiya şikayətində Mülki Məcəllənin ipoteka və girov müqavilələri ilə bağl ı təsbit edilmiş bir sıra normalarına istinad etmiş, ipoteka müqaviləsinə dair şərtlərə tərəflərin əməl etmədiyini göstərmiş, həmçinin məhkəmə qərarı əsasında ipoteka yüklülüyünün qeydə alınmasının mümkün olmamasını göstərmişdir. Lakin cavabeh tərəf nəzərə almamışdır ki, tərəflər arasında olan münasibətlər əslində borc və ipoteka müqavilələri olsa da, həmin əqdlər tərəflər arasında bağlanmış yalan əqdlə, yəni alqı-satqı müqaviləsi ilə pərdələnmişdir, alqı-satqı müqaviləsi faktiki olaraq ipoteka müqaviləsi olmuşdur. Ona görə də, məhkəmə kollegiyası cavabdehin qeyd etdiyi bu dəlillərlə (ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, ipoteka ilə təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü və icra müddəti göstərilməlidir və s.) razılaşmır. Həmçinin cava bdeh tərəfin istinad etdiyi “İpoteka haqqında” və “Daşınmaz Əmlakın Dövlət Reyestri” haqqında Azərbaycan Respublikası qanunlarında da ipotekanın məhkəmə qərarı əsasında dövlət qeydiyyatına alınmasının mümkünsüzlüyü öz əksini tapmamışdır. Əksinə Mülki Məcəllədə daşınmaz əmlakla bağlı hüquqların dövlət qeydiyyatına alınması üçün əsaslardan biri kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarını olması öz əksini tapmışdır. Belə ki, Mülki Məcəllənin 139-1.1 və 139-1.1.4-cü maddələrində qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi, mülki qanunvericilik məhkəmə qərarı əsasında daşınmaz əmlak üzərində hüququn məhdudlaşdırılmasını (yüklülüyünün) nəzərdə tutumuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsi yalan əqd olmaqla, bağlandığı andan əhəmiyyətsiz olduğundan etibarsız hesab edilməli, həmin alqı-satqı müqaviləsi əsasında cavabdehin adına verilmiş çıxarış ləğv edilməli, həmin bağ evi üzərində iddiaçının mülkiyyət hüquqları bərpa edilməli, habelə MPM-in 218.3-cü maddəsinə əsasən MM-in 340.2-ci maddəsi tətbiq edilərək, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə tərəflərin onu bağlayarkən nəzərdə tutduqları əqdə-iddiaçı ilə digər Cavabdeh2 arasındakı borc öhdəliyinin təminatı kimi ipoteka müqaviləsinə aid qaydalar tətbiq edilməklə, onlar arasındakı borc öhdəliyi ilə bağlı iddiaçıya məxsus mübahisəli bağ evinin Cavabdeh2 xeyrinə müvafiq dövlət reyestrində yüklülüyü qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər həmin Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu da “T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 oktyabr 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 05 dekabr 2011-ci il tarixli Qərarında xüsusilə göstərmişdir ki, məhkəmələr tərəfindən əqd etibarsız olduqda, tərəflərin hüquqi statusu ilkin (əvvəlki) vəziyyətə qaytarılmalı, etibarsız əqddən irəli gələn məsələlər həll edilməlidir. Göstərilənləri rəhbər tutan məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda tərəflər arasında mübahisəli bağ evinə dair bağlanmış əqd əhəmiyyətsiz (puç) əqd olduğundan və tərəflər arasında yaranmış münasibətə MM-in 340.2-ci maddəsinin tələblərinə əsasən tərəflərin nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edildiyindən Məcəllənin 337.5-ci maddəsinin tətbiqi də istisna olunur. İddiaçı verdiyi kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsini xahiş etsə də, iddia tələbinin rədd edilən, yəni fa iz borcu üzrə öhdəliklərə xitam verilməsi məhkəmə baxışının predmeti olmadığından kassasiya şikayəti qismən təmin edilməlidir. İş üzrə yeni qərar qəbul edildiyindən və iddia tələbi təmin edildiyindən məhkəmə kollegiyası məhkəmə xərcləri ilə bağlı məsələnin də həll edilməsini zəruri hesab edir. Mülki Prosessual Məcəllə 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.5-ci maddəsinə görə, apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Həmin Məcəllənin 119.6-cı maddəsinə görə, yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. İddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat və kassasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu cavadehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Cavabdehlər tərəfindən apellyasiya və kassasiya şikayətləri verilərkən ödənilmiş dövlət rüsumları onların özlərinə aid edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, Hacıyev X2 Azadi Yavər oğluna qarşı borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi barədə iddia tələbi irəli sürmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyas ı Qərara alır: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 16 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi mübahisələndirilən hissədə təmin edilsin. İddiaçı ilə Cavabdeh1 arasında ünvani, 0,08 ha torpaq sahəsində yerləşən 4807/1 nömrəli bağ evinə dair bağlanmış AN-İ ******* saylı, 21 avqust 2014-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin, həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına bağ evinə dair verilmiş 24 avqust 2014-cü il tarixli, ******* № li Çıxarış ləğv edilsin və həmin bağ evi üzərində İddiaçı mülkiyyət hüquqları bərpa edilsin. Tərəflər arasında yaranmış münasibətlərə tərəflərin əslində nəzərdə tutduqları borc və ipoteka müqavilələrinə dair qaydalar tə dbiq edilsin. İddiaçı ilə Cavabdeh2 arasındakı borc öhdəliyi ilə bağlı iddiaçıya məxsus ünvani, 0,08 ha torpaq sahəsində yerləşən 4807/1 nömrəli bağ evinin İddiaçı Cavabdeh2 olan borcun təminatı kimi ipotekanın yüklülüyü Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydə alınsın. ünvani, 0,08 ha torpaq sahəsində yerləşən 4807/1 nömrəli bağ evinə dair İddiaçı adına müvafiq dövlət reyestrində qeydin bərpası ilə həmin bağ evinə dair ipoteka yüklülüyünün qeydə alınması eyni vaxtda icra edilsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat və kassasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu cavadehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən apellyasiya və kassasiya şikayətləri verilərkən ödənilmiş dövlət rü sumları onların özlərinə aid edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov