Məhkəmə qərarları › İş №2(102)-2699/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2699/2019

17.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2699/2019 17.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 31 oktyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 və onun vəkili Vəkil kassasiya şikayəi üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1128/2018 saylı, 17 aprel 2018-ci il tarixli qətnaməsi ilə (hakim S.İ.Mayılov) iddianın qismən təmin edilməsi, cavabdehlər Ca vabdeh1, Cavabdeh2, X2 və Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 021R********** saylı kredit razılaşması üzrə 11077.45 ABŞ dolları məbləğində kredit borcu, 6455.88 ABŞ dolları məbləğində faiz borcu və 500 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 18033.33 ABŞ dolları məbləğində borc icra vaxtı manata olan məzənnə ilə, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 oktyabr 2018-ci il tarixli, 2(103)-10322/2018 saylı qətnaməsi ilə (hakimlər S.Hacıyev sədrlik edən, məruzəçi R.Eyvazov və F.Talışinski) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməyərək hazırki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1128/2018 saylı, 17 aprel 2018-ci il tarixli qətnaməsi iddia nın Cavabdeh1 aid təmin edilmiş hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 021R********** saylı kredit razılaşması üzrə 11077.45 ABŞ dolları məbləğində kredit borcu, 6455.88 ABŞ dolları məbləğində faiz borcu və 8637.3 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 26170 (iyirmi altı min yüz yetmiş) ABŞ dolları 63 (altmış üç) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 və onun vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və səhv tətbiq etmiş, habelə sübutları düzgün qiymətləndirməmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını xahiş edirlər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 31 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətində n irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 21L0*****031 saylı 17.09.2013-cü il tarixli kredit xətti müqaviləsindən aydın olur ki, tərəflər bu müqavilə çərçivəsində müqavilələr bağlamaqla 17.09.2023-cü il tarixədək 120 ay müddətində Cavabdeh1 40000 ABŞ dolları kredit verilməsində razılaşmışlar; İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 021S**********02 saylı 23.01.2015-ci il tarixli zaminlik müqaviləsindən aydın olur ki, Zamin, "İddiaçı" QSC ilə Cavabdeh1 arasında bağlanmış 21L0*****031 saylı 17.09.2013-cü il tarixli kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə açılmış 40000 ABŞ dolları məbləğində kreditin qaytarılması ilə bağlı borclunun bütün öhdəliklərini icrasında bank qarşısında borcalanla birgə məsuliyyət daşıyır; İddiaçı QSC ilə X4 arasında bağlanmış **********694 saylı 17.09.2013-cü il tarixli zaminlik müqaviləsindən aydın olur ki, Zamin, "İddiaçı" QSC ilə Cavabdeh1 arasında bağlanmış 21L0*****031 saylı 17.09.2013-cü il tarixli kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə açılmış 40000 ABŞ dolları məbləğində kreditin qaytarılması ilə bağlı borclunun bütün öhdəliklərini icras ında bank qarşısında borcalanla birgə məsuliyyət daşıyır; "İddiaçı" QSC ilə Cavabdeh4 arasında bağlanmış **********695 saylı 17.09.2013-cü il tarixli zaminlik müqaviləsindən aydın olur ki, Zamin, "İddiaçı" QSC ilə Cavabdeh1 arasında bağlanmış 21L0*****031 saylı 17.09.2013cü il tarixli kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə açılmış 40000 ABŞ dolları məbləğində kreditin qaytarılması ilə bağlı borclunun bütün öhdəliklərini icrasında bank qarşısmda borcalanla birgə məsuliyyət daşıyır; "İddiaçı" QSC ilə Cavabdeh1 arasında bağlanmış, 21L0*****031 saylı 17.09.2013-cü il tarixli kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan 02İR*****886 saylı 23.01.2015-ci il tarixli kredit razılaşmasmdan aydın olur ki iddiaçı, Cavabdeh1 24 ay müddətinə aylıq 2.25 %-lə 12800.00 ABŞ doları məbləğində kredit vermişdir. Borcalan hər təqvim ayının 23-25 günü hər ay üçün 699.00 ABŞ dolları, sonuncu ay 686.13 ABŞ dolları olmaqla bərabər hissələrlə ödəməyi öhdəsinə götürmüşdür. Borcalan kreditin və ona hesablanmış faizlərin ödənilməsini gecikdirdiyi hər təqvim günü üçün əsas məbləğin illik 0.5%-i miqdarda cərimə ödəyir; 23.01.2015-ci il tarixli ödəmə sənədindən aydın olur ki, kredit məbləği Cavabdeh1 tərəfindən qəbul edilmişdir; "İddiaçı" QSC ilə Cavabdeh1 arasında bağlanmış 021R********** saylı 23.01.2015-ci il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 021R**********S saylı 31.03.2015-ci il tarixli sazişdən aydın olur ki, Borcalan kreditin əsas məbləğini hər təqvim ayının 23-25 günlərindən gec olmayaraq hər ay bərabər hissələrlə olmaqla 33 ay ərzində ödəməy i öhdəsinə götürmüşdür. Borcalan kreditin və ona hesablanmış faizlərin ödənilməsini gecikdirdiyi hər təqvim günü üçün əsas məbləğin illik 0.5%-i miqdarda cərimə ödəyir; "İddiaçı" QSC ilə Cavabdeh1 arasında bağlanmış 021R********** saylı 23.01.2015-ci il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 021R**********SA saylı 04.11.2015-ci il tarixli sazişdən aydın olur ki, Borcalan kreditin əsas məbləğini hər təqdim ayının 23-25 günlərindən gec olmayaraq hər ay bərabər hissələrlə olmaqla 26 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Borcalan kreditin və ona hesablanmış faizlərin ödənilməsini gecikdirdiyi hər təqvim günü üçün əsas məbləğin illik 0.1 %-i miqdarda cərimə ödəyir; "İddiaçı" QSC-nin 10.10.2016-cı il tarixli xəbərdarlıqlarının surətindən aydın olur ki, Bank kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını cavabdehlərə təklif etmiş, əks təqdirdə borcun qaytarılması tələbi ilə müraciət ediləcəyi onların nəzərinə çatdırılmışdır; ci il tarixli arayışdan aydın olur ki, 021R********** saylı 23.01.2015-ci il tarixli kredit razılaşması üzrə Cavabdeh1 28.11.2017-ci il tarixə "İddiaçı" QSC-yə 11077.45 ABŞ dolları əsas, 6455.88 ABŞ dolları faiz, 8637.3 ABŞ dolları cərimə, cəmi 26170.63 ABŞ dolları məbləğində borcu vardır; ci il tarixli ödəniş tapşırığından aydm olur ki, "İddiaçı" QSC hazırkı iddia üzrə 30 manat dövlət rüsumu ödəmişdir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticədən görünür ki, cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə uyğun olaraq, borcunu hissə - hissə müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə uyğun şəkildə iddi açıya ödəməli olduğu halda bunu etməmişdir. Qeyd olunan hallar apellyasiya şikayətində cavabdeh tərəfindən də mübahisələndirilməmişdir. Buna görə də, kredit alan, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas borcu ona hesablanmış faiz və cərimə ilə birgə iddiaçıya ödəməlidir. Odur ki, cavabdehdən əsas və faiz borcunun tutulması ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur. Digər tərəfdən məhkəmə kollegiyası işin hallarını, borcun məbləğini və tərəflərin əmlak və maddi vəziyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, tutulmuş dəbbə pulunun məbləği Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə uyğun şəkildə azaldılmışdır. Belə ki, Azərbaycan Res publikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə almır. Beləliklə kredit müqaviləsi üzrə iddiaçı tərəfindən hesablanmış əsas və faiz borcunu eləcə də birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş cərimə borcunu ayrı-ayrılıqda nəzərdən keçirib hesab edilməlidir ki, iddianın qismən təmin edilməsindən ibarət birinci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur. Apellyasiya instansiyası məhkəməsi mübahisəli münasibətlərə aşağıdakı maddi hüquq normalarını tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və baş qa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış və iddiaçının iddia tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəllənin: 5-ci maddəsinə əsasən istər sahibkarlıq fəali yyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi il ə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin mə zmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1 -ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 739.1 -ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2 -ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəa ları gözləməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Cavabdeh1 kassasiya şikayətinin dəlili ilə əlaqədar olaraq kollegiya qeyd edir ki, iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, nəticədə kreditor qarşısında müqavilə üzrə öhdəlikləri yaranmışdır. Cavabdeh həmin öhdəliyin icrasından yayındığı üçün iddiaçı bu tələblə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Beləliklə kassasiya icraatı qaydasında işə baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə araşdırılarkən maddi və prosessua l qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilməmişdir. Belə ki, iradə ifadəsi ilə bağlanmış müqavilənin şərtləri cavabdeh tərəfindən lazımınca icra edilməmiş və nəticədə həmin müqavilənin vaxtında və lazımınca icra edilməməsinə görə məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kоllеgiyаsı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə üzrə tədbiq edilməli olan hüquq normalarını düzgün tətbiq edərək nəticə etibarı ilə qanuni və əsaslı qətnamə çıxarmışdır. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz, ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının həmin iş üzrə 31 oktyabr 2018ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar