Məhkəmə qərarları › İş №2(102)-2699/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2699/2022

13.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2699/2022 13.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Şahniyar oğluna və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2699/2022 Açar sözlər: kredit borcu Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Şahniyar oğluna və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)1669/2021 nömrəli i ş üzrə 01 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 Şahniyar oğlu tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 13 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı və ya Bank) ilə Cavabdeh1 Şahniyar oğlu (bundan sonra – borcalan) arasında bağlanmış xx.xx.2013-cü il tarixli 22L000000712 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 1.000.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Müqaviləyə əsasən borcalana veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur.

2. Kredit xətti müqaviləsi üzrə borcalan Bank ilə bağladığı xx.xx.2014-cü il tarixli 022KK**********01 saylı kredit razılaşması əsasında 12 a y müddətinə, aylıq faiz dərəcəsi 1,9167% olmaqla, 10000 ABŞ dolları məbləğində və xx.xx.2016-cı il tarixli 022R********** saylı kredit razılaşması əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 1,2083% olmaqla, 158.900 ABŞ dolları məbləğində kredit götürmüşdür.

3. Kredit müqaviləsi ilə yaranmış öhdəliyin icrasının təmin edilməsi üçün borcalan ilə Bank arasında ipoteka müqaviləsi bağlanmış, borcalanın mülkiyyətində olan ünvan 1 ünvanında 1-ci mərtəbədə yerləşən 37,2 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1/48 nömrəli 2 girişli 775,8 m2 ümumi sahədən ibarət qeyri-yaşayış binası (topdan satış mərkəzi) (bundan sonra – ipoteka predmetləri) ipoteka ilə yüklü edilmiş, yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

4. Kredit müqaviləsi ilə yaranmış öhdəliyin icrasının təmin edilməsi üçün digər Cavabdeh2 ilə xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 5. 07.03.2017-ci il tarixli 022R**********S saylı, xx.xx.2018-ci il tarixli 022R**********SA saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişikliklər edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. Bank Cavabdeh1 Şahniyar oğluna və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sonunculardan müştərək qaydada xx.xx.2016-cı il tarixli 022R********** saylı kredit razılaşması üzrə 103.810,45 ABŞ dolları məbləğində əsas borc, 42.974,30 ABŞ dolları məbləğində faiz borcu və 14.654,81 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 161.439,56 ABŞ dolları məbləğində borcun və xx.xx.2014-cü il tarixli 022KK**********01 saylı kredit razılaşması üzrə 9979,18 ABŞ dolları məbləğində əsas borc, 31,89 ABŞ dolları məbləğində faiz borcu və 9,9 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 10.020,97 ABŞ dolları məbləğində borcun, hər iki kredit razılaşması üzrə ümumilikdə 171.460,53 ABŞ dolları məbləğində borcun tutulması, tələbin borcalana məxsus ipoteka predmetlərinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və hər iki kredit razılaşması üzrə ümumilikdə 171.460,53 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 40 ma nat xidmət haqqının ipoteka predmetinin açıq hərracda satışından əldə olunan vəsait hesabına Banka ödənilməsi, açıq hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması, borcalana məxsus ipoteka predmetlərinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, borcalan kredit müqaviləsi üzrə yaranmış borcu vaxtında qaytarmamışdır.

8. Bank tərəfindən təqdim olunmuş xx.xx.2018-ci il tarixli arayışa əsasən borcalanın xx.xx.2015-ci il tarixə Banka xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə 9979,18 ABŞ dolları məbləğində əsas borc, 31,89 ABŞ dolları məbləğində faiz borcu və 9,9 AB Ş dolları məbləğində cərimə borcu olmaqla, cəmi 10.020,97 ABŞ dolları məbləğində; xx.xx.2018-ci il tarixli arayışa əsasən xx.xx.2019-cu il tarixə xx.xx.2016-cı il tarixli kredit razılaşması üzrə 103.810,45 ABŞ dolları məbləğində əsas borc, 42.974,3 ABŞ dolları məbləğində faiz borcu və 14.654,81 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 161.439,56 ABŞ dolları məbləğində borcu yaranmışdır.

9. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 yanvar 2020-ci il tarixli 23697 saylı rəyində qeyd edilmişdir ki, 1) təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən məxaric edilmiş vəsait və aparılmış ödənişlər nəzərə alınmaqla borcalanın 21 noyabr 2014-cü il tarixli 022KK**********01 saylı kredit müqaviləsi üzrə xx.xx.2015-c i il tarixə Banka olan borcu 10.011,07 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə - 9979,18 ABŞ dolları, faiz borcu üzrə 31,89 ABŞ dolları. 2) təqdim olunmuş hesabdan çıxarış məlumatları, 14 aprel 2016-cı il tarixli 022R********** saylı kredit müqaviləsinin və ona əlavə edilmiş sazişlərin şərtləri nəzərə alınmaqla xx.xx.2019-cu il tarixə borcalanın Banka olan borcu 115.868,71 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: əsas kredit borcu 103.810,45 ABŞ dolları, faiz borcu 12058,26 ABŞ dolları.

10. İpoteka predmetlərinin qiymətləndirilməsi üzrə “X1”nin 16 noyabr 2020-ci il tarixli qiymətləndirilmə hesabatına əsasən, ünvan 1 ünvanında 1-ci mərtəbədə yerləşən 37,2 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin dəyəri 30.500 manat, Şirvan şəhəri, M.Ə.Rəsulzadə k üçəsində 0,12 ha torpaq sahəsinin dəyəri 30.000 manat və həmin torpaq sahəsində yerləşən 1/48 nömrəli 2 girişli 775,8 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının (topdan satış mərkəzi) dəyəri 260.000 manat qiymətləndirilmişdir.

11. Şirvan Şəhər Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(032)-02/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Qurbanov) iddia qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada 21 noyabr 2014-cü il tarixli 022KK**********01 saylı kredit müqaviləsi üzrə 9979,18 ABŞ dolları məbləğində əsas borcun, 31,89 ABŞ dolları məbləğində faiz borcunun, cərimə borcu 9,9 ABŞ dolları, cəmi 10020,97 ABŞ dolları məbləğində qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Mərkəzi Bankın müəyyən etdiyi məzənn əsi ilə hesablanaraq pulun alınıb iddiaçıya verilməsi, gecikdirilməyə görə hesablanmış 14 aprel 2016-cı il tarixli 022R********** saylı kredit razılaşması üzrə 14.654,81 ABŞ dolları məbləğində cərimənin 1000 ABŞ dolları məbləğinədək azaldılması, cavabdehlərdən müştərək qaydada 14 aprel 2016-cı il tarixli 022R********** saylı kredit razılaşması üzrə 103.810,45 ABŞ dolları məbləğində əsas borc, 12.058,26 ABŞ dolları məbləğində faiz borcu, cərimə borcu 1000 ABŞ dolları, cəmi 116.868,71 ABŞ dolları məbləğində qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Mərkəzi Bankın müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq pulun alınıb iddiaçıya verilməsi, ipoteka müqaviləsi ilə yüklü edilmiş ipoteka predmetlərinin açıq hərracda satılmaqla pulun alınması barədə tələbin həmin əmlaklar a yönəldilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında 1-ci mərtəbədə yerləşən 37,2 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 30.500 manat, Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində 0,12 ha torpaq sahəsinin ilkin satış qiymətinin 30.000 manat və həmin torpaq sahəsində yerləşən 1/48 nömrəli 2 girişli 775,8 m2 ümumi sahədən ibarət qeyri-yaşayış binasının (topdan satış mərkəzi) ilkin satış qiymətinin 260.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmetlərinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra boşaldılaraq hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, satışdan əldə olunmuş məbləğ iddiaçının tələblərindən artıq olduqda, artıq məbləğin borcalana qaytarılması, satışdan əldə olunmuş məbləğ iddiaçının tələblərinin ödənilməsi üçün kifayət etmədikdə, qalan hissədə borcun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməsi, cavabdehlərdən müştərək qaydada 30 manat məbləğində ödənilmiş dövlət rüsumu, ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumu və 40 manat məbləğində xidmət haqqının alınaraq iddiaçıya verilməsi, ekspertiza tədqiqatının 300 manat məbləğində dəyərinin alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət olunmuşdur.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, borcalan kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, borcalan 21 noyabr 2014-cü il tarixli və 14 aprel 2016-cı il tarixli kredit razılaşması ilə aldıqlarını iddiaçıya qaytarmalı, borc məbləği Məhkəmə Ekspertiza Mərkəzinin rəyi nəzərə alınmaqla müəyyən olunmalıdır. Bununla yanaşı, borcun vaxtında ödənilməməsi nəticəsində 14 aprel 2016-cı il tarixli kredit razılaşması üzrə gecikdirməyə görə hesablanmış 14.654,81 ABŞ dolları məbləğində cərimə azaldılmalıdır. Öhdəliyin təminatı kimi çıxış etmiş zamin borcalan ilə birlikdə iddiaçı qarşısında eyni həcmdə məsuliyyət daşıdığından, cavabdehlərdən müştərək qaydada pul tutularaq iddiaçıya ödənilməlidir.

13. Məhkəmə tutmanın ipoteka predmetlərinə yönəldilməsi ilə bağlı hissədə qeyd etmişdir ki, borc tutma yönəldilməsi ilə ödənilməli, satışdan əldə olunmuş məbləğ iddiaçının tələblərindən artıq olduqda, artıq məbləğ borcalana qaytarılmalıdır, əmlakların ilkin sa tış qiyməti “X1”nin rəyi nəzərə alınmaqla müəyyən edilməlidir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 319.1, 319.6, 467, 472, 739.1, 743-cü, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İpoteka haqqında” Qanun) 39.3.3, 59.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdehlər apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsi, iddia tələbinin təmin olunmuş hissəsinin azaldılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişlər.

16. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-1669/2021 nömrəli iş üzrə 01 iyul 2021-ci il tarixli qətnaməsi ilə (ha kimlər N.Mirzəyev (sədrlik edən və məruzəçi), İ.Əsədov və S.Mayılov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir.

18. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun gəlir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmışdır. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdir.

19. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 385.1, 386.1, 389.1, 390.1, 425.1, 442, 443.1, 445.1, 470.1, 472- ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh1 Şahniyar oğlu (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

21. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, faiz və cərimə borclarının düzgün hesablanmadığı nəzərə alınmamışdır. Borcalan üzərinə düşən öhdəlikləri yerinə yetirməyə çalışaraq aylıq ödənişləri vaxtı-vaxtında qrafikə uyğun ödəmişdir. Lakin sonradan pandemiya ilə bağlı kommersiya fəaliyyəti zəiflədiyindən kredit ödənişlər ini ödəmək mümkün olmamışdır. Bu səbəbdən də kredit ödənişləri edilməmişdir. Ödədiyi pul məbləğini Bank demək olar ki, ümumiyyətlə əsas borcdan çıxmamış, yalnız faizlərə silmişdir. Ona görə də Banka olan əsas borcu dəyişilmədən qalmışdır. Əslində isə Bank pul məbləğinin bir hissəsini əsas borca, digər hissəsini isə faiz borcuna çıxmalı idi. Nəticədə əsas kredit borcu cüzi azalmış və əsassız olaraq bir neçə min manat məbləğində əlavə ödəniş etmək məcburiyyətində qalmışdır. Bankdan kredit müqaviləsi üzrə kredit məbləği götürərkən ABŞ dollarının məzənnəsi bu günkü məzənnədən olduqca aşağı olmuşdur, lakin Bank həmin borcu ABŞ dollarının bu günkü məzənnəsinə uyğun olaraq tələb etmişdir.

22. Kassator şikayətini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 17, 20, 15 2.3, 154, 157-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1, 88, 217.3, 218.1, 220-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. İddiaçı kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

24. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

25. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzi ni ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

26. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

27. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

28. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

29. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu M əcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

30. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

31. Maddə

739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739).

32. Maddə 269.1, 295, 317, 319.1, 319.6. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Əgər borc lu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Əgər ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Mülki Prosessual Məcəllə

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və ta m baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasi ya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı Cavabdeh1 Şahniyar oğlunun kassasiya şikayəti əsasında iddianı n həmin şəxsə qarşı təmin olunmuş hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Kassator şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasının və yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını əsaslandırmamışdır.

46. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

47. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır

48. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 Şahniyar oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1669/2021 nömrəli iş üzrə 01 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın Cavabdeh1 Şahni yar oğlun qarşı təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar