Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-27/2020 07.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi ilə, İddiaçı, vəkili X1 İddiaçı Cavabdeh “cavabdehin əvəzinə kredit borcu olaraq ödədiyi pul vəsaitinin tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Ra yon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim S.Səlimova) İddiaçı Cavabdeh “cavabdehin əvəzinə kredit borcu olaraq ödədiyi pul vəsaitinin tutulması” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən R.Eyvazov, hakimlər F.Talışinski və S.Hacıyev) ) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2018ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən T.Qoldman, hakimlər Ə.Mirzəliyev və G.Quliyev) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2018-ci il tarixli qət naməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən İ.Kərimli, hakimlər X.Cəmilova və İ.Xəlilov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və yeni qətnamə qəbul edilməklə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 16000 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş gününə Azərbaycan Respuklikası Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş ABŞ dollarının azərbaycan manatına nisbətən məzənnəsi ilə tutulub İddiaçı ödənilməsi qət edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh kassasiya şikayəti ilə Azə rbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əvəzindən ödədiyi 32000 ABŞ dolları pulun, dövlət rüsumuna görə ödədiyi 30 manatın cavabdehdən tutularaq ona ödənilməsi b arədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx.xx.1992-ci ildə nikaha daxil olmuşdur. Cavabdeh Bakı şəhərində maşın bazarında ticarətlə məşğul olduğundan, ona mütəmadi olaraq pul lazım olmuş, 2004-cü ildən başlayaraq müxtəlif banklardan kredit götürmüşdür. 2007-ci ildə yaşadıqları Bakı şəhəri Xətai rayonu G.Mehmandarov küçəsi 66 saylı evin 16 və 17 saylı mənzilləri nikah dövründə alınmasına baxmayaraq cavabdeh həmin mənzilləri ipotekaya qoyaraq “xxxx” ASC-də 60000 ABŞ dolları, Finka Kiçik Kreditlər Təşkilatından isə 11000 ABŞ dolları kredit almışdır. Hazırki vaxta kimi Finka Kiçik Kreditlər Təşkilatına olan kreditə görə mənzilində olan öz pay hissəsində həbs qalmışdır. Cavabdeh 2009-cu ildə bankın və kredit təşkilatının borclarını ödəməmək məqsədilə Azərbaycan Respublikasından qaçmışdır. Sonradan cavabdehin Rusiya Federasiyasında yaşaması ona məlum olmuşdur. Cavabdehin borclarına görə onu və azyaşlı övladlarını narahat etmişlər. Cavabdeh “xxxx” ASC-dən aldığı krediti qaytarmadığına görə 2007-ci ildən sonra həmin məbləğ 165000 ABŞ dolları olmuşdur. Bakı şəhər Xətai Rayon Məhkəməsinin icraatında olmuş “xxxx” ASC-nin iddia tələbinə qarşı onun vəsatəti əsasında mühasibatlıq ekspertizası təyin olunmuş və ekspert rəyi ilə məbləğ azaldılaraq 102000 ABŞ dolları borc müəyyən olunmuşdur. “xxxx” ASC iddia qaldıraraq ipoteka qoyulmuş Bakı şəhəri Xətai rayonu Gen.Mehmandarov küçəsi 66 saylı evin 16 və 17 saylı mənzillərini hərraca çıxarılmasını tələb etmişdir. O, cavabdehin arvadı və səlahiyyətli nümayəndəsi kimi 16 saylı mənzil i sataraq kredit borcunun bir hissəsini ödəmiş, lakin 17 saylı mənzilin satılmasına yol verməmişdir. Bütün bunlar onunla banklar arasında olan məhkəmə mübahisələrində öz əksini tapmışdır. Onun aidiyyəti qurumlara çoxsaylı müraciətlərindən sonra 102000 ABŞ dolları borcun onun və azyaşlı övladlarının vəziyyəti nəzərə alınaraq 62000 ABŞ dolları ödəmək şərti ilə Bakı şəhəri Xətai rayonu Gen.Mehmandarov küçəsi 66 saylı evin 17 saylı mənzilinin satılmasına imkan verilməmişdir. Lakin Bakı şəhəri Xətai rayonu Gen.Mehmandarov küçəsi 66 saylı evin 16 saylı mənzili isə 30000 ABŞ dollarına qiymətləndirilmişdir. “xxxx” ASC-yə qalmış 32000 ABŞ dollarını isə o, yaxın qohumlarından borc alaraq ödəmişdir ki, azyaşlı övladlarının yaşamağa yerləri olsun. Cavabdehin səhvi və səhlənkarlığı üzündən yaxın qohuml arından borc aldığı 32000 ABŞ dollarını hazırki vaxta kimi ödəyə bilmir. Onunla cavabdeh arasında nikah ləğv olunmuş, azyaşlı övladları onun himayəsində saxlanılmışdır. Onun iddiası əsasında 2 otaqlı 17 saylı mənzilin bölgüsü aparılaraq hər birinin ½ hissədə payları müəyyən edilmişdir. Bu səbəbdən də cavabdehin krediti üzündən qohumlarına borclu olduğu 32000 ABŞ dollarını cavabdehdən tələb edir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, tərəflər xx xxxxxx 1992-ci il tarixdə r əsmi nikaha daxil olmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuş, həmin qətnamə xx xxxxxx 2014-cü il tarixdə qanuni qüvvəyə minərək icraya yönəldilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə Cavabdeh Nürəddin oğlundan 51529 ABŞ dolları əsas borc, 44384 ABŞ dolları məbləğində faiz borcu, 6000 ABŞ dolları məbləğində cərimə borcunun ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi ilə və 20 manat ödənilmiş dövlət rüsumunun “xxxx” ASC-nin xeyrinə tutulması, tələbin ipotekaya qoyulmuş Cavabdeh Nürəddin oğluna məxsus Bakı şəhəri Xətai rayonu Gen.Mehmandarov küçəsi 66 saylı evin 16 və 17 nömrəli mənzillərinə yönəldilməsi, Cavabdeh Nürəddin oğluna məxsus Bakı şəhəri Xətai rayonu Gen.Mehman darov küçəsi 66 saylı evin 16 və 17 nömrəli mənzillərinin açıq hərracdan satılaraq əldə edilmiş vəsaitdən“xxxx” ASC-yə olan borcun ödənilməsi, qalan məbləğin cavabdehə qaytarılması qət edilmişdir. İş materiallarında olan satıcı Cavabdeh ilə alıcı X2 arasında bağlanmış xx.xx.2013cü il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı Bakı şəhəri Xətai rayonu Gen.Mehmandarov küçəsi 66 saylı evin 16 saylı mənzilini alıcıya 23520 manata satmışdır. “xxxx” ASC-nin ödəniş qəbzinin surətindən müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh Nürəddin oğlunun kredit borcuna görə banka xx.xx.2013-cü il tarixdə 60000 ABŞ dolları, xx.xx.2014-cü il tarixdə 2000 ABŞ dolları məbləğində pul ödənilmişdir. İşdə olan cavabdehin göndərdiyi pul vəsaitləri barədə qəbzlərdən görünü r ki, 20112014-cü illər ərzində Cavabdeh Rusiya Federasiyasından iddiaçının adına bank vasitəsilə cəmi 149000 Rusiya rublu və 11213 ABŞ dolları məbləğində pul göndərmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ərarvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızla r, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifay ət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. İşin faktiki hallarından da göründüyü kimi, cavabdehin birgə nikah dövründə götürdüyü və ödəmədiyi kredit borcunun tutulması barədə məhkəmə qərarı mövcuddur. Həmin borc 62000 ABŞ dolları məbləğinə qədər azaldılmış, ipoteka predmeti olan Bakı şəhəri Xətai rayonu Gen.Mehmandarov küçəsi 66 saylı evin 16 saylı mənzili 23520 manata (həmin dövrün məzənnəsi ilə təxminən 30000 ABŞ dollarına) satı lmış, həmin pulun üzərinə 32000 ABŞ dolları əlavə edilməklə kredit borcu İddiaçı tərəfindən ödənilərək borc bağlanmışdır. İddiaçı hal-hazırda Cavabdeh həmin 32000 ABŞ dolları məbləğində pulun ona qaytarılmasını tələb edir. Cavabdeh tərəf isə 2011-2014-cü illər ərzində bank vasitəsilə iddiaçının ünvanına 149000 Rusiya rublu və 11213 ABŞ dolları məbləğində pul göndərdiyini bildirərək həmin pulun kredit borcunun ödənilməsi məqsədilə göndərildiyini iddia edir. İş materiallarından müəyyən olunur ki, cavabdeh tərəf həmin pulun məhz kredit borcunun ödənilməsi məqsədilə göndərildiyini sübuta yetirə bilməmişdir. Belə ki, iş materiallarında olan pul köçürmələri barədə bank arayışlara əsasən cavabdeh tərəfindən iddiaçının ünvanına 2011-2014-cü illər ərzində Rusiyanın Yekaterinburq şəhərindən bank v asitəsilə üst-üstə 149000 Rusiya rublu və 11213 ABŞ dolları məbləğində pul göndərilmişdir. Göndərilən pullar Cavabdeh banka hər ay ödəməli olduğu kredit borcunun məbləğinə nisbətdə xeyli az olmuş, sonuncu ödəniş tərəflər arasında nikahın məhkəmə qaydasında pozulduğu gün, yəni xx xxxxxxx 2014-cü il tarixdə olmuşdur. Beləliklə, həmin pullar birgə nikah dövründə cavabdeh tərəfindən iddiaçının ünvanına göndərilmiş, həmin dövrdə cavabdehin iddiaçı ilə birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşağını saxlamaq öhdəliyi də olmuş, məhkəmənin xx xxx 2013-cü il tarixli qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün 100 manat miqdarında aliment tutulması da qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh banka o lan kredit borcunu İddiaçı vasitəsilə deyil, bilavasitə Rusiyadan bank vasitəsilə borclu olduğu “xxxx” ASC-yə ödəyə bilərdi. Hazırkı iddia tələbi üzrə iddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsi ilə bağlı apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia ərizəsi məhkəməyə verilərkən iddia müddəti keçməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Cavabdehin nümayəndəsi nikahın 2014-cü ilin dekabr ayında pozulduğunu əsas gətirərək iddiaçının 3 illik iddia müddətini ötürdüyünü bildirmiş, iddia müddətinin tətbiq olunaraq iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 23.1-ci maddəsinə əsasən nikah müvafiq icra hakimiyyəti orqanında pozulduqda pozulmanın dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır. İş materiallarından müəyyən edilmişdir ki, tərəflərin nikah münasibətləri faktiki olaraq 2009-cu ildən kəsilmiş, borc iddiaçı tərəfindən ödənilmişdir.Sözügedən məbləğin iddiaçının adından ödənildiyi mübahisəsiz olduğundan və həmin məbləğin qaytarılması üçün cavabdeh iddiaçı ilə birgə məsuliyyət daşıdığından 32000 ABŞ dollarının ən azı yarısını ödədiyini sübut etmə yükü də cavabdehin üzərindədir, cavabdeh isə bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsa s olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-27/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-27/2020
07.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver