Məhkəmə qərarları › İş №2(102)-270/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-270/2020

14.01.2020 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-270/2020 14.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və X1 ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 avqust 2019-cu il tarixli qətnaməsindən iş üzrə cavabdeh “xxxx” MMCnin hüquqi varisi Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 fevral 2019-ci il tarixli qətnaməsi ilə (hakim A.Məmmədov, iş № 2(004)-627/19)İddiaçı cavabdeh “xxxx” MMC-nin hüquqi varisi Cavabdeh MMC-yə, üçüncü şəxslər Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin hüquqi varisi Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına və X4 qarşı “mənzilin təhvil verilməsi, mənzildən istifadə yaradılan məhdudiyyətin aradan qaldırılması və mənzilə dair istifadə hüququnun tanınması tələbinə dair” iddiası təmin olunaraq, Bakı şəhəri, C.Cabbarlı və Z.Əhmədbəyov küçələrinin arasında, 610-cu məhəllədə inşa edilən binanın 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 281 kvadrat metr olan 5 otaqlı mənzilin İddiaçı təhvil verilməklə, iddiaçıya münasibətdə mənzildən istifadəyə yaradılan məhdudiyyətin aradan qaldırılması vəzifəsinin cavabdeh “xxxx” MMC-nin hüquqi varisi Cavabdeh MMC-yə həvalə edilməsi, həmin mənzilə dair iddiaçının sahiblik və istifadə hüquqlarının tanınması qət edi lmişdir. Həmin qətnamədən cavabdeh “xxxx” MMC-nin hüquqi varisi Cavabdeh MMC apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər T.Səmədov-sədrlik edən və məruzəçi, İ.Xəlilov və E.Kazımov, iş № 2(103)-10510/19) apellyasiya şikayəti təmin edilməyərək Yasamal Rayon Məhkəməsinin 04.02.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İş materiallarından görünür ki, İddiaçı cavabdeh “xxxx” MMC-nin hüquqi varisi Cavabdeh MMC-yə, üçüncü şəxslər Qiymətli Kağızlar üzrə Dövlət Ko mitəsinin hüquqi varisi Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına və X4 qarşı “mənzilin təhvil verilməsi, mənzildən istifadə yaradılan məhdudiyyətin aradan qaldırılması və mənzilə dair istifadə hüququnun tanınması tələbinə dair” iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, 16 dekabr 2014-cü il tarixdə Bakı şəhəri 5 saylı Notariat Kontorunda indossament qaydasında onun adına rəsmiləşdirilmiş, emitenti “xxxx” MMC olan (hüquqi varisi "Cavabdeh” MMC), MS seriyalı, 000304 nömrəli, verilmə tarixi 11.03.2013-cü il, qeydiyyat tarixi 24.07.2006-cı il və qeydiyyat nömrəsi 08/5-003 olan mənzil sertifikatı əsasında ona məxsus Bakı şəhəri, C.Cabbarlı və Z.Əhmədbəyov küçələrinin arasında, 610-cu məhəllədə inşa edilən binanın 13-cü mərtəbəsində yerləşən, ümumi sa həsi 281 kvadrat metr olan 5 otaqlı mənzilin ona təhvil verilməsi və mənzildən istifadəyə yaradılan məhdudiyyətin aradan qaldırılması vəzifəsinin cavabdehə həvalə olunması, habelə mənzilə dair onun sahiblik və istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 16 dekabr 2014-cü il tarixdə İddiaçı hazırda hüquqi varisi Cavabdeh MMC olan "xxxx" MMC tərəfindən Bakı şəhəri, C.Cabbarlı və Z.Əhmədbəyov küçələrinin arasında 610-cu məhəllədə inşa edilən hündür mərtəbəli yaşayış binasından 281 m2 ümumi sahəsi, 159.7 m2 yaşayış sahəsi olan 5 otaqlı mənzili əldə etmişdir. Belə ki, hündür mərtəbəli binanın 13-cü mərtəbəsində yerləşən həmin mənzil, əvvəllər Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 11 mart 2013-cü il tarixd ə verilmiş, MS seriyalı, 000304 nömrəli (qeydə alınma tarixi - 24.07.2006-cı il, qeydiyyat nömrəsi - 08/5-003) mənzil sertifikatı əsasında X4 məxsus olmuşdur. Qohumları vasitəsilə tanıdığı X5 ilə aralarında əldə edilmiş razılaşmaya uyğun olaraq, ödədiyi iri məbləğdə pul müqabilində adlı qiymətli kağız olan mənzil sertifikatı əsasında özünə məxsus mənzilə dair tələblərini 16 dekabr 2014-cü ildə Bakı şəhəri 5 saylı Notariat Kontorunda indossament qaydasında ona güzəşt etmişdir. Haqqında danışılan 11 mart 2013-cü il tarixdə verilmiş, MS seriyalı, 000304 nömrəli (qeydə alınma tarixi - 24.07.2006cı il, qeydiyyat nömrəsi - 08/5-003) adlı qiymətli kağız olan mənzil sertifikatının emitenti “xxxx” MMC olmuşdur. Hazırda həmin MMC-nin hüquqi varisi Cavabdeh MMC-dir (VÖEN: **********). Mənzil sertifik atı əsasında sertifikat sahibinə Bakı şəhəri, C.Cabbarlı və Z.Əhmədbəyov küçələrinin arasında 610-cu məhəllədə inşa edilən binanın 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 281 m2 olan 5 otaqlı mənzilə dair emitent qarşısında tələb irəli sürmək hüququ verilmiş, emitent isə öz növbəsində mənzilə dair sertifikat sahibinin adına xüsusi mülkiyyət hüququnu 21 dekabr 2014-cü il tarixə qədər rəsmiləşdirməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq, 16 dekabr 2014-cü il tarixdən ona məxsus olan mənzilin yerləşdiyi binada təmir işləri yekunlaşmadığından binanın təhvil verilməsi qeyri-müəyyən müddətə uzanmışdır. Əldə etdiyi məlumata əsasən binadan ev alan mənzil sahibləri tərəfindən təmir işləri bir müddət əvvəl başlamışdır. Bunu biləndən sonra o da həmin binada ona məxsus olan mənzilin təmiri üçün bin anın yerləşdiyi yerə gəldikdə, binanı inşa edən MMC tərəfindən onun mənzilə daxil olmağına, mənzildə təmirə başlamağına imkan verilməmişdir. Buna səbəb olaraq bildirilmişdir ki, ona məxsus olan mənzil MMC-nin qeydiyyatlarına əsasən X4 aiddir. Buna görə də mənzili təmir etməyə başlamağı və mənzildən sərbəst surətdə istifadə edə bilməyi üçün Anar Salmanov tərəfindən MMC-yə rəsmi şəkildə bildirilməlidir ki, qeyd olunan mənzil İddiaçı məxsusdur. Əks halda, onun mənzilinə daxil olmağına şərait yaradılmayacaqdır. Bu barədə Anar Salmanova məlumat verdikdə sonuncu mənzilin ona aid olmasını və istənilən vaxt təmirə başlaya biləcəyini söyləmişdir. X6 şifahi şəkildə bunu söyləməsi cavabdeh MMC üçün kifayət etməmiş və bu günə qədər MMC tərəfindən mənzil ona təhvil verilmir, mənzili təmir edə və mənzil dən sərbəst şəkildə istifadə edə bilmir. İşdən də göründüyü kimi, cavabdeh MMC emitenti olduğu mənzil sertifikatı üzrə öhdəliyini icra etmir, qiymətli kağızın indossament əsasında sahibi olan şəxs kimi onun tələblərimi icra etməkdən boyun qaçırır, digər cavabdeh X5 da indossament etdiyi qiymətli kağız üzrə ona güzəşt edilən hüquqlarının həyata keçirilməsinə və emitent qarşısında qiymətli kağızın mülkiyyətçisi kimi tanınmağına köməklik göstərmir. Buna görə də, hazırda mənzilin ona təhvil verilməsi, istifadəsinə yaradılan məhdudiyyətin aradan qaldırılması və mənzilə dair istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə, mənzil sertifikatı əsasında ona məxsus olan mənzilin ona təhvil verilməsi, mənzildən istifadəyə ya radılan məhdudiyyətin aradan qaldırılması və mənzilə dair istifadə hüququmun tanınması barədə qətnamə qəbul edilməlidir. Qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdehin nümayəndəsi E.Hüseynzadə Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinin tələbinə zidd olaraq məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 15 avqust 2019-cu il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası bi rinci instansiya məhkəməsinin iddia tələbinin əsaslı olması ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən verilmiş MS seriyalı, 000304 nömrəli, 11 mart 2013-cü il tarixli Mənzil sertifikatı əsasında Bakı şəhəri, C.Cabbarlı və Z.Əhmədbəyov küçələrinin arasında 610-cu məhəllədə inşa edilən hündür mərtəbəli yaşayış binasından 281 m2 ümumi sahəsi, 159.7 m2 yaşayış sahəsi olan 5 otaqlı mənzili emitent “xxxx” MMC X2 adına 31.12.2014-cü il tarixdən gec olmayaraq qeyd-şərtsiz rəsmiləşdirmək öhdəliyini üzərinə götürmüşdür. X5 həmin mənzilə dair tələblərini 16 dekabr 2014-cü il tarixd ə notarial qaydada indossament qaydasında İddiaçı güzəşt etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 987.1-ci maddəsinə əsasən qiymətli kağız onun mülkiyyətçisi və emitenti arasında müqavilə münasibətlərinin mövcudluğunu və mülkiyyətçinin həmin müqavilədən irəli gələn hüquqlarını təsdiqləyən sənəddir. Emitent qiymətli kağızı emissiya etmiş, buraxmış, tərtib etmiş və ya vermiş şəxsdir. Həmin Məcəllənin 194.5-ci maddəsinə əsasən adlı sənədli qiymətli kağız üzrə tələbin güzəşti həmin qiymətli kağız üzrə indossament yolu ilə həyata keçirilir. Göründüyü kimi, mübahisəli mənzil emitent tərəfindən verilmiş mənzil sertifikatı əsasında iddiaçıya məxsusdur və iddiaçı haqlı olaraq hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə birinci instan siya məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etməklə iş üzrə düzgün nəticyə gəlmişdir və ona görə də qətnamə dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktl ar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət ver ir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut e dilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh “xxxx” MMC-nin hüquqi varisi Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 15 avqust 2019-cu il tarixli, 2(103)-10510/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə mün asibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar