Məhkəmə qərarları › İş №2(102)-270/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-270/2022

17.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-270/2022 17.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin ləğvi edilməsi və avtomobil” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: müqavilənin ləğvi, əmlak tələbi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Rizvanov Vahid Süleyman oğlunun katibliyi ilə, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 iyul 2021-ci il tarixli, 2(105)2331/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kasasiya şika yəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraatda baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 29 yanvar 2019-cu il tarixli, 2841.A nömrəli müqavilə ilə İddiaçı MMC Cavabdeh1 16308 manat qiymətində olan, dəyəri 18 ay müddətində hissə-hissə ödənilmək şərti ilə “xxxT” markalı, 90PN584 dövlət qeydiyyat nişanlı avtomobili satmışdır. İddiaçı MMC tərəfindən verilmiş 920 nömrəli, 16 avqust 2019-cu il tarixli arayışa əsasən Cavabdeh1 və MMC arasında bağlanmış 29 yanvar 2019-cu il tarixli, 2841.A saylı alqı-satqı müqaviləsinin predmeti olan “xxx markalı, 90PN584 dövlət qeydiyyat nişanlı avtomobilə görə Cavabdeh1 heç bir borcu və ya hər hansı öhdəliyi qalmamışdır. Qeyd olunan avtomobil 19 avqust 2019-cu il tarixdə Cavabdeh1 adına, 16 sentyabr 2019- cu il tarixdə X1, 12 noyabr 2019-cu il tarixdə Cavabdeh2, 17 yanvar 2020-ci il tarixdə Maraqlı şəxs adına rəsmiləşdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC və Cavabdeh1 arasında bağlanmış 29 yanvar 2019-cu il tarixli, 2841.A saylı alqı-satqı müqaviləsinin 2.6. 5.1.2, 5.1.3, 5.1.4 bəndlərində göstərilən şərtlərin cavabdeh tərəfindən pozulduğu üçün müqavilənin ləğv edilməsi, müqavilənin ləğvi ilə bağlı sonrakı nəticələrin etibarsız sayılması, avtomobilin iddiaçıya təhvil verilməsi, yararsız hala düşdüyü halda vurulmuş zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilə imzaladığı gündən iddiaçının hesabına ayrı-ayrı vaxtlarda cəmi 1720 manat ödəmiş, 16 avqust 2019-cu il tarixdə MMCnin əməkdaşına pulun yerdə qalan bütün hissəsini onun tərəfindən tam ödəniş etdiyini deyərək, ondan arayış almışdır. İddiaçının mülkiyyətində olan avtomobil 19 avqust 2019cu il tarixdə qeydiyyatdan çıxarılmışdır. Cavabdeh1 12 noyabr 2019-cu ildə Cavabdeh2 adına alqı-satqı müqaviləsi bağlayaraq yeni 50DP627 dövlət qeydiyyat nişanı almışdır. Cavabdeh1 MMC tərəfindən dəfələrlə avtomobilə ödənilməmiş pul vəsaitinin ödənilməsi yazılı və şifahi tələb edilsə də, heç bir ödəniş edilməmişdir. Müqavilənin 9.2-ci maddəsində deyilir ki, müqaviləyə əlavə edilmiş əsas ödə niş cədvəlinə əsasən alıcı öhdəliklərini iki dəfədən artıq yerinə yetirmədikdə, birtərəfli qaydada müqavilə satıcı tərəfindən ləğv edilə bilər. Sumqayıt Şəhər Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(060)-114/2021 nömrəli qətnaməsi ilə (hakim A.İ.İsmayılov) İddiaçı MMC-nin iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisəli avtomobil iddiaçının verdiyi 16 sentyabr 2019-cu il tarixli, 920 nömrəli məktub əsasında bir neçə dəfə özgəninkiləşdirilmiş və Maraqlı şəxs mülkiyyətindədir. Məhkəmə araşdırması zamanı mübahisəli avtomobil özgəninkiləşdirilərkən hər hansı bir qanun pozuntusuna yol verildiyi aşkar edilməmiş və bu barədə iddiaçı tərəfindən məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı MMC apelyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(060)-114/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 iyul 2021-ci il tarixli, 2(105)-2331/2021 nömrəli qətnaməsi ilə (hakim G.F.Tağızadənin sədrliyi və məruzəsi ilə, hakimlər L.M,Məmmədovadan və T.O.Quliyevdən ibarət tərkibdə) apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(060)114/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qətnamə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, i ş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kasasiya şikayətinin dəlilləri İddiaçı MMC kasasiya şikayəti verərək, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 iyul 2021-ci il tarixli, 2(105)-2331/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti iddia ərizəsindəki işin faktiki hallarına istinad edilərək onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, sübutlar əsassız olaraq cavabdehin mənafeyinə uyğun qiymətləndirilmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs məhkəməyə kassasiya şikayətinə etiraz verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslı və qanuni olduğundan, dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər və vəkilləri məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kasasiya baxışının hədləri: Azərbaycan R espublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Hazırki kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 421.2-ci maddəsinə əsasən tərəflərin birinin tələbi ilə müqavilə yalnız digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv ed ilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə mərhum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə hə yata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, eksper tlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instans iyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul ed ilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin hazırki kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmiş və məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia tələbinin həlli sübutetmə ilə əlaqəli olmuş və apellyasiya instansiyası bununla bağlı prosessual hüquq normalarını pozmamış, tərəflərin təqdim etdiyi sübutlar əsasında qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli ola n halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Göstərilən qaydaları mübahisəyə tətbiq edərkən məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddianın əsasını cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərinin icra etməməsi təşkil edir. Belə olan halda, Mülki Məcəllənin 421 və 600.4-cü maddələrinə dispozitiv şərtlərinin hazırki mübahisədə mövcud olmasının sübutetmə vəzifə si iddiaçının üzərinə düşür. Lakin iddiaçı bununla bağlı işin faktiki hallarını araşdıran məhkəmələrə hər hansı sübutu təqdim etməmişdir. Əksinə, yuxarıda qeyd olunduğu kimi, iddiaçının verdiyi 16 avqust 2019-cu il tarixli arayışda mübahisələndirilən avtomobilə görə Cavabdeh1 heç bir borcunun və ya hər hansı öhdəliyinin qalmaması göstərilmişdir. İddiaçı həmin arayışın səhv (cavabdehin yalan məlumat verməsi nəticəsində) verildiyini göstərsə də, həmin halla da bağlı hər hansı mötəbər sübut iş materiallarında mövcud deyildir. Odur ki, məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq e dilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MMC tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 iyul 2021-ci il tarixli, 2(105)-2331/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar