Məhkəmə qərarları › İş №2(102)-2700/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2700/2020

17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2700/2020 17.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi ilə, İddiaçı LPO "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh4 qızına, Cavabdeh5, X2 və Cavabdeh1 Bahadır oğluna qarşı “kredit borcu və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 sentyabr 2019-cu il tarixli 2(103)-10404/2019 nömrəli qətnaməsindən iddiaçı Ləğv prosesində olan “xx xx” Açıq Səhmdar Cəmiyyəti və vəkili Vəkil2, Cavabdeh2 və vəkili Vəkil1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – Bank) cavabdehlər Cavabdeh2, Cavabdeh4 qızına, Cavabdeh5, X2 və Cavabdeh1 Bahadır oğluna qarşı iddia ərizəsi və ona əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 40769 ABŞ dolları əsas, 28820 ABŞ dolları faiz, 3568 ABŞ dolları Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcunun və 30 manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi, 47-1A nömrəli, 7 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən, 54.73 kv.m ümumi, 30.83 kv.m yaşayış, 23.9 kv.m köməkçi sahədən ibarət 2 otaqlı, 48 nömrəli mənzilə (bundan sonra – ipoteka predmeti) yönəldilməsi və əldə olunmuş vəsait hesabına borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Adilə Paşayeva) 05 aprel 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş; Cavabdeh2 40769 ABŞ dolları əsas, 11579,14 ABŞ dolları faiz, 3568 ABŞ dolları əlavə faiz borcu olmaqla, cəmi 55916,93 ABŞ dolları borcun icra vaxtı manata olan məzənnə ilə və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka predmetinə yönəldilərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin iddiaçının hesabına ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 76000 manat müəyyən edilməsi, satışdan əldə olunan vəsait in borcun ödənilməsindən qalan hissəsinin Cavabdeh2 qaytarılması qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Abiddin Hüseynov- sədrlik edən və məruzəçi, İkram Şirinov və Elşən Kazımov) 17 sentyabr 2019-cu il tarixli 2(103)10404/2019 saylı qətnaməsi ilə iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin və Cavabdeh2 apellyasiya şikayətləri təmin edilməyərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-69/2019 saylı mülki iş üzrə 05 aprel 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə - kredit borcunun tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti və vəkili Vəkil2 ka ssasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 sentyabr 2019-cu il tarixli qətnaməsinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Cavabdeh2 və vəkili Vəkil1 kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək, işi yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı “xxxx” ASC tərəfindən Cavabdeh2 arasında bağlanmış 19.02.2015-ci il tarixli kredit müqaviləsinə əsasən borcluya 43.500 ABŞ dolları (qırx min beş yüz dollar) məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit müqaviləsi üzrə ona ayrılmış məbləğdən istifadə etmiş, lakin əsas məbləğ və hesablanmış faiz ödənişlərini yerinə yetirməmiş, bununla da istifadə edilmiş məbləğin geri qaytarılmasına dair üzərinə düşən öhdəliyi icra etməmişdir. Həmin kredit müqaviləsi üzrə əsas borcu 40.769 ABŞ dolları (qırx min yeddi yüz altmış doqquz dollar) əsas borcu, 28.820 ABŞ dolları (iyirmi səkkiz min səkkiz yüz iyirmi dollar) faiz borcu, 3568 ABŞ dolları (üç min beş yüz altmış səkkiz dollar) kredit müqaviləsi üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən hesablanan (5%) faiz borcu olmaqla, cəmi 73.157 ABŞ dolları (yetmiş üç min yüz əlli yeddi zollar) borcu vardır. Cavabdehə gecikdirilən pul öhdəliyinin banka ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilmiş, bildiriş göndərilmiş və digər vasitələrlə borcun ödənilməsi təklif olunmuşdur. Lakin borcun qaytarılması yönündə atılmış bütün addımlara baxmayaraq qeyd olunan borc məbləği bu günədək ödənilməmiş qalmaqdadır. Məhkəmə tərəfindən borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi barədə iddia qismən təmin edilərkən əmlakın ilkin satış qiymətini müəyyən edən zaman əmlakın real bazar qiymətini nəzərə almamışdır. Belə ki, məhkəmə qətnamə qəbul edərkən tərəflər arasında bağlanmış 19.02.2015-ci il tarixli ipoteka müqaviləsini əsas götürərək əmlakın qiymətini 76.000 (yetmiş altı min) manat müəyyən etmişdir, lakin hazırda bu məbləğ əmlakın real qiymətini əks etdirmir. Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən ümumi sahəsi 54.73 kv.m olan 2 otaqlı mənzilə 76000 AZN məbləğində qiymətl əndirilməsi real bazar qiymətini əks etdirmir. Bununla əlaqədar bankın nümayəndəsi tərəfindən qiymətləndirilməyə dair ekspert rəyinə etiraz edilmiş, mənzilin real qiymətindən xeyli artıq məbləğdə qiymətləndirildiyi bildirilmiş və buna görə təkrar ekspertizanın keçirilməsinin zəruri olduğu bildirilsə də, məhkəmə tərəfindən vəsatət təmin edilməmişdir. Əmlakın satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında və ya müstəqil qiymətləndirici tərəfindən müəyyən edilməlidir. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit götürülən zaman dolların kursu, 0.78 manat idi, lakin sonradan məlum devalvasiya baş verdiyindən ödənişləri 1.05 manatla ödəmişdir. Ödənişlərin böyük bir qismini faiz borcuna silinərək əsas borcdan çox az məbləğ silinmişdir. Kredit borcu AB Ş dolları ilə olduğundan məlum devalvasiya kredit müqaviləsinin icrasına bilavasitə təsir etməklə bərabər, dolanışıq xərclərini də kifayət qədər yüksəltdi. Bunun nəticəsində müqavilənin icrasını mümkünsüz hala gətirdi. PROSESSUAL MƏSƏLƏLƏR Proses iştirakçıları məhkəmə iclasınınvaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqi ni yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 295, 317, 319.1, 445.7 və 739-cu maddələrinə istinad etməklə işin materialları üzrə gəldiyi nəticələrin əsaslandırılmasından görünür ki, mülki qanunvericiliyə əsasən hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verildiyi üçün Bankın ödənilməmiş kredit müqaviləsi üzrə borcludan müqavilədən və qanundan irəli gələn faizləri faiz tələb etməsi qanunidir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktik hallarına uyğun və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün əsaslı və qanunidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Bank ilə Cavabdeh2 arasında bağlanmış 15/002 saylı 19.02.2015-ci il tar ixli krediti müqaviləsinə əsasən, Bank 24 ay müddətinə, illik 22 % dərəcəsi ilə 43500 ABŞ dolları kredit vermiş, borcalan krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək üçün ipoteka predmeti ipoteka ilə yüklü edilmiş, yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçının təqdim etdiyi arayışa əsasən, Cavabdeh2 17.08.2016-cı il tarixə 40769 ABŞ dolları əsas, 10661 ABŞ dolları faiz, 1521 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 55951 ABŞ dolları borcu hesablanmışdır. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 111193 saylı, 03.05.2018-ci il tarixli ekspert rəyinə əsasən, Cavabdeh2 Banka 17.08.2016-cı il tarixə 40769,79 ABŞ dolları ə sas, 7044,63 ABŞ dolları faiz və 19.02.2017-ci il tarixə (kredit müqaviləsinin bitdiyi tarixə) 40769,79 ABŞ dolları əsas, 11579,14 ABŞ dolları faiz borcu hesablanmışdır. “xxxx” MMC tərəfindən verilmiş 25/18 saylı, 09.07.2018-ci il tarixli hesabata əsasən, ipoteka predmetinin real dəyəri 76000 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları üzrə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 295, 317, 319.1, 445.7 və 739-cu maddələrinə, eləcə də sübut növlərindən biri olan ekspert rəyinə istinad etməklə iddianın qismən təmin edilməklə, kredit müqaviləsi üzrə ekspert rəyi ilə müəyyən edilmiş borc məbləğinin cavabdehdən tutulmalı və tutmanın ipoteka predmetinə yönəldilməli olmasına dair nəticəsi qanuni və əsaslı olmuşdur. Belə ki, kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki iş üzrə araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, ekspert rəyinin sübut n övü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduğundan, həmin rəyin hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməli olmasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə kollegiya razılaşır. Belə ki, işin materiallarından görünür ki, ipoteka predmetinin qiymətləndirilməsi barədə işdə olan rəy kifayət qədər əsaslandırılmışdır, rəyin məlumatlarını şübhə altına almaq üçün əsaslar yoxdur. İddiaçı ipoteka predmetinin real dəyərinin fərqli olduğunu təsdiq edən heç bir sübut (alternativ rəy, məlumat və s.) təqdim etməmişdir. Buna görə də, məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Məhkəməkollegiyasıcavabdehin kassasiyaşikayətinindəlillərinəhüquqiqiymətverərəkqeydedirki, AzərbaycanRespublikasının Mülki Məcəlləsinin 439.2-c i maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Həmin maddənin şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14.05.2015-ci il tarixli qərarına əsasən Mülki Məcəllənin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Kollegiya həmçinin apellyasiya instansiyası məhkəməsinin mülki qanunvericiliyə əsasən hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verildiyi üçün Bankın ödənilməmiş kredit müqavi ləsi üzrə borcludan müqavilədən və qanundan irəli gələn faizləri faiz tələb etməsi qanuni olmasına dair mövqeyi ilə də razılaşır və hesab edirki, işə baxan məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını düzgün müəyyənləşdirmiş, beləliklə də, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olduğu üçün qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, onlar əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Ləğv prosesində olan “xxxx” ASC və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.09.2019-cu il tarixli 2(103)10404/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişiklik edilmədən

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar