Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2700/2022 31.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: lizinq müqaviləsinin ləğv edilməsi və borcun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(1*6)-16*2/2*21 nömrəli iş üzrə *8 dekabr 2*21-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 31 may 2*22-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı ları müəyyən etdi: İşin halları "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət ilə Cavabdeh arasında *6 iyul 2*17-ci il tarixli, AL-11*6 saylı daxili lizinq müqaviləsi bağlanmış və "xxxx" MMC-nin mülkiyyətində olan 2**2-ci il buraxılışlı, «Mersedes Benz C24*» markalı, 9* PG 6*4 dövlət qeydiyyat nişanlı, gümüşü metal rəngli avtomobil lizinq alan Cavabdeh müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 3* faiz hesablanmaqla 24 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 377.6* manat, ümumilikdə isə 9*62.13 manat məbləğində pulu "xxxx" MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş "xxxx" MMC-nin mülkiyyətində olan «Mersedes Benz C24*» markalı, 9* PG 6*4 dö vlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən 12 avqust 2*17-ci ildə, saat 2* radələrində Ələt-Astara yolunun Cəlilabad rayonunun ərazisindən keçən 131.7 km-də Cəlilabad rayonunun Qarazəncir kənd sakini X3 şəxsi təsərrüfatında olan və ona məxsus iri buynuzlu və xırda buynuzlu heyvan sürüsünü asfalt örtüklü yoldan ötürərkən avtomobil heyvan sürüsünə çırpılmış və maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir. Xəta nəticəsində "xxxx" MMC-yə məxsus olan Cəlilabad rayonunun Alar kənd sakini Cavabdeh idarə etdiyi «Mercedes Benz» markalı, 9* PG 6*4 dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Cəlilabad rayon Məhkəməsinin 3* yanvar 3(*73)-3/2*19 saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən X3 həmin avtoqəza hadisəsi ilə əlaqəd ar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinmiş və inzibati xətanın törədildiyi gündən bir il müddət keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. "xxxx" MMC-nin mülkiyyətində olan 2**2-ci il buraxılışlı, «Mersedes Benz C24*» markalı, 9* PG 6*4 nəqliyyat vasitəsi 31.12.2*18-ci ildə Bakı şəhərində yerləşən xidmət mərkəzinə yerləşdirilmiş və xidmət mərkəzi tərəfindən qüsur aktına əsasən avtomobilə 569* manat ziyan dəydiyi müəyyən edilmişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş *6.*8.2*17-ci il tarixdə 4** manat məbləğində olmuşdur. Cəlilabad Rayon Məhkəməsinin *3 iyul 2*18-ci il tarixli qətnaməsi ilə X2 Əliyevə qarşı “9.*** manat maddi ziyanın ödənilməsi” barədə iddiası təmin edilərək, Cavabdeh vurulmu ş maddi zərərə görə 7.*75 manat pulun tutulub Rüstəm Şərifova verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 11 mart 2*19-cu il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Cəlilabad Rayon məhkəməsinin *3 iyul 2*18-ci il tarixli qətnaməsi iddia tələbinin 7*75 manat pulun tutulması hissəsində ləğv edilmiş iddia həmin hissədə rədd edilmişdir. Azərbaycan respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24.*8.2*2*-ci il tarixli qərarı ilə kasasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 11 mart 2*19-cu il tarixli qətnaməsi Cavabdeh vurulmuş ziyanın əvəzi olaraq 7*75 manat pulun alınıb iddiaçı X1 verilməsi hissəsində dəyişdirilmiş, tutulacaq pulun məbləği 3575 manat müəyyən edilmişdir. Qeyd edilən qərarda Cavabdeh avtomobili sür ücülük hüququ olmadan idarə etməsi, hərəkət zamanı müəyyən edilmiş surət həddini aşması, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyinə görə inzibati məsuliyyətə cəlb edilərək, barəsində 1** manat cərimə inzibati tənbeh tədbiri tətbiq edildiyi müəyyən olunmuşdur. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış *6 iyul 2*17-ci il tarixli, AL-11*6 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, Cavabdeh "xxxx" MMC-nin xeyrinə *6 iyul 2*17-ci il tarixli, AL-11*6 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 31 dekabr 2*18-ci il tarixə 4124.21 man at əsas, 1895.25 manat mükafat və həmin günə hesablanmış 3233.25 manat dəbbə pulunun, cəmi 9252.71 manat borcun və 3* manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında *6 iyul 2*17-ci il tarixli, AL-11*6 saylı daxili lizinq müqaviləsi bağlanmış və "xxxx" MMC mülkiyyətində olan 2**2-ci il buraxılışlı, «Mersedes Benz C24*» markalı, 9* PG 6*4 dövlət qeydiyyat nişanlı, gümüşü metal rəngli avtomobili lizinq alan Cavabdeh müvəqqəti istifadəsinə vermişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 3* faiz hesablanmaqla 24 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 377.6* manat, ümumilikdə isə 9*62.13 manat məbləğində pulu "xxxx" MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 9*62.13 manatın 675* manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş "xxxx" MMC-nin mülkiyyətində olan «Mercedes Benz C24*» markalı, 9* PG 6*4 dövlət qeydiyyat nişanlı avtomobil 31 dekabr 2*18-ci il tarixdə istifadəyə yararsız vəziyyətdə Bakı şəhərində yerləşən xidmət mərkəzinə yerləşdirilmiş və xidmət mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 569* manat ziyan dəydiyi müəyyən edilmişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş *6.*8.2*17-ci il tarixdə 4** manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh *6 iyul 2*17-ci il tarixli, AL-11*6 saylı daxili lizinq müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 31 dekabr 2*18-ci il tarixə 4124.21 manat əsas, 1895.25 manat mükafat və həmin günə hesablanmış 3233.25 manat dəbbə pulu, cəmi 9252.71 manat borcu vardır. Daxili lizinq müqaviləsi və ödəniş cədvəlinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Cəlilabad Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 11 sentyabr 2*19-cu il tarixli 2(*73)-1457/2*19 nömrəli qətnaməsi ilə (hakim Qalib Paşayev) iddia tələbinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı iddi açıya məxsus cavabdehin lizinq müqaviləsinə əsasən idarə etdiyi “Mersedes Benz C-24*” markalı, 9*-PG-6*4 dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəyib. Yolnəqliyyat hadisəsi baş verənədək cavabdeh lizinq müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri vaxtlı vaxtında icra edib və lizinq müqaviləsinin şərtlərini pozmayıb. Yol-nəqliyyat hadisəsi baş verdikdən sonra isə cavabdeh nəqliyyat vasitəsini iddiaçıya təhvil verib. Cəlilabad rayon məhkəməsinin 3* yanvar 2*19-cu il tarixli inzibati xəta haqqında qərarı ilə yol-nəqliyyat hadisəsinə görə Cavabdeh deyil, Rüstəm Şərifov Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, lakin inzibati xətanın törədildiyi gündən bir ildən artıq müddət keçdiyi üçün, həmin Məcəllənin 53.*.6-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilib. Beləliklə də sözügedən lizinq müqaviləsi üzrə öhdəliklərin pozulması Cavabdeh olmadığı haldan irəli gəldiyi üçün o, öhdəliyin pozulmasına görə məsuliyyət daşımır. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 421.2, 442, 425, 445.1, 445.2.1, 448.4, 747.1, 747.3, 748-1.12.4-cü və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Zəki Babayev- sədrlik edən və məruzəçi, Qəzənfər Kərimov, Nüsrət Mirzəyev) 3*.*6.2*2*-ci il tarixli, 2(1*6)-1643/2*2* saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Cəlilabad Rayon Məhkəməsinin 11 sentyabr 2*19-cu il tarixli qətnaməsinin lizinq müqaviləsinin ləğv edilməsi, cavabdehdən zərər tələbi ilə bağlı hissəsində ləğv edilib, həmin hissədə iddia tələbləri təmin edilərək, tərəflər arasında bağlanmış *6 iyul 2*17-ci il tarixli lizinq müqaviləsinin ləğv edilməsi və cavabdehdən dəymiş maddi zərərə görə 5.69* manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə qətnamənin iddiaçının apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmış dır ki, Cavabdeh istifadəsinə verilmiş “Mersedes Benz C24*” markalı, 9*-PG-6*4 dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin istifadəsində cəmi bir ay olmuş və həmin bir aya görə cavabdeh tərəfindən iddiaçıya *6 avqust 2*17-ci il tarixdə 4** manat məbləğində ödəniş edilmişdir. Lizinq obyekti cavabdehin istifadəsində bir ay olduqdan sonra alınaraq yararsız vəziyyətdə iddiaçıya qaytarıldığına görə cavabdehdən əsas, mükafat və cərimə məbləği tutula bilməz. Bundan başqa, Cavabdeh təqsirli hərəkəti nəticəsində iddiaçıya ziyan dəymiş və bu hal iş materiallarına əlavə edilmiş Cəlilabad Rayon Məhkəməsinin 3(*73)-3/2*19 saylı, 3* yanvar 2*19-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarı və Cəlilabad Rayon Məhkəməsinin 2(*73)-1*99/2*18 saylı, *3 iyul 2*18-ci il tarixli qətnaməsi ilə təsdiq olu nur, iddiaçı dəymiş ziyanın miqdarı “Azərmaş" MMC tərəfindən tərtib edilmiş *4.*4.2*19-cu il tarixli qüsur aktına əsasən 5.69* manat təşkil edir. Odur ki, iddia tələbi qismən təmin edilməlidir. Qətnamədən narazı qalan Cavabdeh kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. c) Kasasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(1*2)-329/21 saylı, 26 yanvar 2*21-ci il tarixli (hakimlər Əhməd Əhmədov (sədrlik edən və məruzəçi), İlqar Dəmirov və Vüqar Həsənov) qərarı ilə kasasiya şikayəti qismən təmin edilərək, iş üzrə Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 3* iyun 2*2*-ci il tarixli, 2(1*6)-1643/2*2* saylı q ətnaməsinin qismən- Cavabdeh avtomobilə dəymiş maddi zərərə görə 5.69* manat pulun tutulub iddiaçı "xxxx" MMC-yə verilməsi hissəsində ləğv edilməsi, mülki işin həmin hissədə yenidən baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Kasasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, minik avtomobillərinin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir və sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər inzibati məsuliyyət daşıyırlar. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinə görə, avtomobil sığortalanmadığı halda zədələndikdə, ona dəymiş zərərin yalnız 8** manat hissəsi lizinq alandan tutula bilər, avtomobilə dəymiş digər zərər isə lizinq verən tərəfindən bərpa edilməlidir. Apelyasiy a instansiyası məhkəməsi ümumiyyətlə işin bu hallarına, habelə tərəflər arasında bağlanmış lizinq müqaviləsinin şərtlərinə diqqət yetirməyib. Belə ki, sözügedən nəqliyyat vasitəsinin zədələnmə, korlanma, məhv edilmə və sair risklərdən sığortalanıb-sığortalanmamasını, avtomobilə dəymiş zərərə görə iddiaçıya sığorta ödənişinin verilib-verilməməsini aydınlaşdırmadan, zərurət yarandığı halda avtomobilin sığorta edilməsinə dair sənədləri məhkəməyə təqdim etməyi tərəflərə təklif etmədən və ya həmin sənədləri aidiyyəti orqanlardan tələb edib onlara baxış keçirmədən və qanunverciliyə görə, sığortalının təqsirinin dərəcəsindən asılı olmayaraq, sığortaçının hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini ödəməyə borclu olmasını nəzərə almadan, yalnız "xxxx" MMC-nin *4 aprel 2*19-cu il tar ixli qüsur aktına istinad edərək, avtomobilə dəymiş maddi zərərə görə iddia edilən 5.69* manat pulu cavabdehdən tutmuşdur. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.1 və 77.3-cü maddələrinin mənasına görə, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalıdır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etməlidir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməlidir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməlidir. Digər tərəfdən, sözügedən qüsur aktından görünür ki, qeyd olunan avtomobilə yalnız "xxxx" MMC-nin işçisi D.Orucov tərəfindən ilkin texniki baxış keçirilib və həmin aktda avtomobilin ehtiyat hissələrinin yenisi ilə əvəz edilməs inə 5.69* manat məbləğində xərc tələb olunduğu göstərilib. Göründüyü kimi avtomobilə ilkin texniki baxış keçirilərkən ümumiyyətlə cavabdehin iştirakı təmin edilməyib və həmin qüsur aktı onun tərəfindən imzalanmayıb. Kasasiya şikayətinin dəllilərindən görünür ki, cavabdeh avtomobilə dəymiş maddi zərərə görə ümumiyyətlə mülki hüquqi məsuliyyət daşımadığını bildirir və qüsur aktında göstərilən məbləğlə razılaşmır. Apelyasiya instansiyası məhkəməsi qeyd olanan hallara əhəmiyyət vermədən, sözügedən qüsur aktının xüsusi bilik tələb edən hər hansı suallara aydınlıq gətirməməsinə diqqət yetirmədən, həmin qüsur aktının yazılı sübut kimi Azərbaycan Respublikası MPM-nin 76.1, 76.2, 97.1-ci maddələrinin tələblərinə cavab verməməsini nəzərə almadan, habelə zərurət yarandığı halda avtomobilə dəymiş real zərərin məbləğini müəyyən etmək üçün iş üzrə müvafiq ekspertiza keçirib əsaslandırılmış rəy almadan, yalnız qüsur aktına istinad edərək avtomobilə 5.69* manat məbləğində maddi zərər dəyməsi qənaətinə gəlmişdir Apelyasiya instansiyası məhkəməsi iddiaçının apelyasiya şikayətinin dəlilləri ilə qismən razılaşıb gəldiyi nəticəni sözügedən qüsur aktı ilə əsaslandırsa da, həmin aktı iş üzrə toplanmış digər sübutlarla, o cümlədən cavabdehin izahatı, iddiaya etirazı ilə yanaşı yoxlayıb qiymətləndirməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 88, 1*6.1-ci maddələrinin tələblərinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Hər bir halda məhkəmə sübutla ra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verməlidir. Digər tərəfdən, qanuni qüvvəyə minmiş Cəlilabad Rayon Məhkəməsinin 3* yanvar 2*19-cu il tarixli inzibati xəta haqqında qərarı ilə yol-nəqliyyat hadisəsinə görə cavabdeh deyil, məhz Rüstəm Şərifov Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutlan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlib edilib. Lakin inzibati xətanın törədildiyi gündən bir ildən artıq müddət keçdiyi üçün, Azərbaycan Respublikası İXM-nin 53.*.6-cı maddəsinə əsasən, onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilib. Eləcə də, kasasiya şikayətinin dəlillərindən görünür ki, Cəlilabad rayon məhkəməsinin *3 iyul 2*18 -ci il tarixli qətnaməsi ilə Cavabdeh dəymiş maddi zərərə görə 7.*75 manat pulun tutulub Rüstəm Şərifova verilməsi qət edilsə də, sonradan Cavabdeh apelyasiya şikayətinə əsasən Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 mart 2*19-cu il tarixli qətnaməsi ilə sözügedən qətnamə ləğv edilərək, X2 Əliyevə qarşı “dəymiş maddi zərərə görə pul tələbinə dair” iddiası rədd edilib. Apelyasiya instansiyası məhkəməsi qeyd olunan hallara diqqət yetirmədən, cavabdehin iddiaçıya qarşı birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa ziddi əmələ yol verib-verməməsini tam, hərətəfli və obyektiv arışdırmadan, istinad etdiyi qətnamənin qüvvədə olubolmamasını yoxlamadan, sonradan ləğv edilmiş məhkəmə aktına istinad edərək iddianı mübahisələndirilən hissədə təmin etmişdir. Halbuki, mülki qanunverciliyə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (xərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunverciliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində hüquqi şəxsin əmlakına...vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (Mülki Məcəllənin 1*96.1, 1*96.2, 1*97.1-ci maddələri). Daha sonra, işdən görünür ki, qeyd olunan avtomobil cavabdehin istifadəsində cəmi bir ay olub və həmin bir aya görə cavabdeh tərəfindən iddiaçıya *6 avqust 2*17-ci ildə 4** manat pul ödənilib. İddia ərizəsindən isə görünür ki, iddiaçı, avtomobilin cavabdeh tərəfindən yararsız vəziyyətdə 31 dekabr 2*18-ci il tarixdə təhvil verildiyini iddia edir. Apelyasiya instansiyası məhkəməsi, cavabdeh tərəfindən avtomobilin iddiaçıya nə vaxt, hansı vəziyyətdə təhvil verildiyini, bu barədə tərəflər arasında hər hansı rəsmiləşdirmənin aparılıbaparılmadığını, qüsur aktının nəyə görə *4 aprel 2*19-cu il tarixdə tərtib edildiyini araşdırmadan, həmin sənədlərin (aktın) surətlərini məhkəməyə təqdim etməyi tərəflərə təklif etmədən, avtomobilin təhvil verilməsindən 1 il, 8 ay sonra tərtib edilmiş qüsur aktına istinad edərək, iddianı 5.69* manat məbləğində təmin etmişdir. ç) Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Tale Kərimov- sədrlik edən və məruzəçi, Tofiq Heydərov, İsmayıl Əhmədov) *9.*6.2*21-ci il tarixli, 2(1*6)-16*2/2*21 saylı qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 2* oktyabr 2*21-ci il tarixli 9/5276 saylı ekspert rəyi ilə 2**2-ci il buraxılışlı “Mercedes Benz C24*” minik markalı 9*-PG-6*4 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 569* manat müəyyən edilmişdir. Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Tale Kərimov- sədrlik edən və məruzəçi, Tofiq Heydərov, İsmayıl Əhmədov) *8.12.2*21-ci il tarixli, 2(1*6)-16*2/2*21 saylı qətnaməsi ilə apelyasiya şikayəti apelyasiya baxışının predmetini təşkil edən hissədə təmin edilərək, Cəlilab ad Rayon Məhkəməsinin 11 sentyabr 2*19-cu il tarixli 2(*73)-1457/2*19 saylı qətnaməsi lizinq obyektinə yetirilmiş 569* manat maddi zərərin əvəzinin ödənilməsinin təmin olunmaması hissədə ləğv edilməsi və iddianın həmin hissədə təmin olunması, lizinq obyekti olan “Mercedes Benz C24*’’ minik markalı 9*-PG-6*4 dövlət qeydiyyat nişanlı avtomobilə yetirilən zərərə görə 569* manat məbləğində pulun və 3* manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 1** manat ekspertiza xərcinin Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh qismində cəlb edilmiş Cavabdeh lizinqə götürd üyü nəqliyyat vasitəsini, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyinə görə inzibati məsuliyyətə cəlb edilmişdir (Ali Məhkəmənin qanuni qüvvəyə minmiş 24.*8.2*2*-ci il tarixli qərarı ilə müəyyən edilmişdir). Bununla ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən istifadə edilməsi) nəticəsində mülki hüquq pozuntusu törətmişdir və əmlak mülkiyyətçisinə yetirdiyi zərəri ödəməyə borcludur. Bundan başqa tərəflər arasında bağlanmış daxili lizinq müqaviləsinin 11.3-cü bəndinə əsasən lizinq obyekti sığortalanmamışdırsa, lizinq obyekti olan avtomobil zədələndikdə, tam məhv olma halı istisna olmaqla, lizinq obyekti dəymiş zərərin 8** manat məbləği lizinq alan tərəfindən ödənilməklə, lizinq verən tərəfindən bərpa edilir. Əgər lizinq obyekti olan av tomobil heç-bir hüququ olmayan şəxs tərəfindən idarə edilməklə zədələnərsə, lizinq alan öz hesabına dərhal onu bərpa etməli və normal iş rejimində saxlamalıdır. Göründüyü kimi cavabdehin iddiaçı qarşısında mülki məsuliyyəti həm mülki hüquq pozuntusu törətməsindən, həm də bağlamış olduqları müqavilənin şərtlərindən irəli gəlir. Zərərin məbləğinin müəyyən olunması hissədə kollegiya təyin olunmuş əmtəəşünaslıq ekspertizasının rəyini mötəbər sübut kimi qəbul edərək hesab etmişdir ki, zərərin məbləği həmin rəyə müvafiq olaraq müəyyən edilməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia təl əbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, avtoqəzanın törədilməsində o yox, Rüstəm Şərifov təqsirkardır. Lakin apelyasiya məhkəməsi bunu nəzərə almamışdır. Apelyasiya instansiyası məhkəməsi məhkəmə-əmtəəşünaslıq ekspertizasından başqa təkrar apelyasiya baxışında heç bir araşdırma aparmadan və sübutların qarşılıqlı dəyərləndirilməsi aparılmadan apelyasiya məhkəməsinin əvvəlki qərarını təkrarlamış, Ali Məhkəmənin göstərişlərini demək olar ki, yerinə yetirməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır.. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 1*.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən və apelyasiy a instansiyası məhkəməsinin aktının həmin hissədə ləğvi xahiş edildiyindən məhkəmə aktı göstərilən hissədə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3 Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələb in həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1*96 Mülki hüquq pozuntusu (delikt) hüquqa və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1*97.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin ə vəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 1*.8-1. Bu Məcəllənin 159, 269, 28*, 284-5, 394-1, 397.2, 4*3-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 3941, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 4*7.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kasasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya i nstansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, cavabdeh kasasiya şikayətini formal dəlillərlə əsaslandırmağa çalışmışdır. Belə ki o, kasasiya şikayətini sığorta predmeti olmuş avtomobilin onun təqsirliliyi ucbatından baş verməməsi, apelyasiya kollegiyasının bu hala əhəmiyyət verməməsi, Ali Məhkəmənin göstərişlərinə əməl etməməsi ilə əsaslandırmağa çalışsa da, kasasiya yoxlaması nətic əsində də aşkar edilən hal odur ki, Cavabdeh lizinqə götürdüyü nəqliyyat vasitəsini, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyinə görə inzibati məsuliyyətə cəlb edilmişdir. Baş vermiş hadisədə cavabdeh təqsirinin olmadığına istinad etsə də, onun sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etməsi elə onun hazırki mülki məsuliyyətinin əsasını təşkil etmişdir. Belə olan halda apelyasiya kollegiyası mübahisə üzrə düzgün hüquqi mövqedə olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*6)-16*2/2*21 nömrəli iş üzrə *8 dekabr 2*21-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2700/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-2700/2022
31.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver