Məhkəmə qərarları › İş №2(102)-2701/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2701/2025

18.09.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2701/2025 18.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi; maneələrin aradan qaldırılması tələbi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı ölçü və müayinə işlərinin aparılmasına cavabdeh tərəfindən törədilən maneənin qarşısının alınması, ölçü və müayinə aparılmasına şəraitin yaradılması tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)523/2025 nömrəli, 15 may 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 18 sentyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Balakən rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2021-ci il tarixli 07 nömrəli qərarı ilə iddiaçı X1 təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 0.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmışdır.

2. Həmin torpaq sahəsinə JN 0797 KOD 40102018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir.

3. İddiaçı Anar Kərimov Balakən rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2021-ci il tarixli 07 nömrəli qərarı ilə mülkiyyətinə verilmiş 0.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə öz adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması ilə bağlı Azərbaycan Respub likasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə müraciət etmiş, ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən maneələr olduğu üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala ərazi idarəsi tərəfindən bildiriş məktubu ilə bundan imtina olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən rayon Aqrar İslahat Komissiyasının 17 iyul 2001-ci il tarixli 07 saylı qərarına əsasən mülkiyyətinə verilmiş, JN 797 Kod 40102018 olan Torpağa Mülkiyyət Hüququna dair kənd təsərrüfatlı təyinatlı torpaq sahəs i üzrə hüquqlarının dövlət qeydiyyatına alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssislərinin ölçü və müayinə işlərinin aparılmasına cavabdeh tərəfindən mane olmasının qarşısının alınması və mütəxəsislərin həmin sahədə ölçü və müayinə aparılmasına şəraitin yaradılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, ona Balakən Rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2001-ci il tarixində 07 saylı qərarı əsasında JN-0797 Kod 40102018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə ona 0,31 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi doğulduğu ata evinin həyətyanı torpaq sahəsi ilə sərhəddə yerləşir. Öz evin də yaşayarkən öz mülkiyyətində olan həmin torpaq sahəsindən istifadə etməklə yanaşı torpaq sahəsinə aqrotexniki qaydada qulluq da etmişdir. O, 2001-ci ildə Azərbaycan Respublikasının CMnin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilmiş və 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Həbsdən çıxdıqdan sonra özünə münasib iş tapa bilmədiyindən qazanc üçün Rusiyaya getməli olmuş və orada işləyə-işləyə ailə həyatı qurmuşdur, mülkiyyətində olan torpaq sahəsini də kənddə yaşayan ailə üzvlərinə tapşırmışdır. Bu yaxınlarda işi ilə bağlı rayona qayıdanda yaşadığı və qeydiyyatda olduğu ata evinə getmiş, həyətə girəndə həyətdə başqa şəxsləri görmüş, onlar da onu görüb kim lazım olduğunu soruşmuşlar. O,da onların kim olduğunu bilməmiş, elə bilmişdir ki, bunlar evin də kirayədə qalanlardır. Demişdir ki, “bu mənim evimdi, bəs siz kimsiniz? Onlar da oranı aldıqlarını bildirmişlər. O,həmin şəxslərə heç nə demədən həyətdən çıxmışdır. Məlum olmuşdur ki, qohumları onun razılığı olmadan ona məxsus evi və torpaq sahəsini onlara satmışdır. Yaşadığı ata evi və altındakı torpaq sahəsi hazırki məhkəmə predmeti olmadığından həmin məsələnin gələcəkdə həll edilməsi üçün ayrıca məhkəmədə iddia qaldıracaqdır. Lakin hazırkı iddiası ondan ibarətdir ki, pula ehtiyacı olduğundan mülkiyyətində olan kənd təsərrüfatlı torpaq sahəsini satmalıdır. Ondan ötrü isə mülkiyyətində olan torpaq sahəsi dövlət qeydiyyatına alınmalıdır, ona çıxarış verilməlidir. Bunun üçün DƏDK və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarənin mütəxəssi sləri dəfələrlə mülkiyyətində olan torpaq sahəsində müayinə aparmaq üçün kəndə gəlsələr də cavabdeh həmin şəxslərə ölçü işlərini aparmağa əngəllər törətmiş, nə onu, nə də ki, torpaq sahəsində ölçü və müayinə işlərini aparmaq üçün rəsmi müraciəti əsasında gələn mütəxəsisləri həmin torpaq sahəsinə buraxmamışlar. Bununla bağlı hətta cavabdehə pretenziya ilə müraciətinə məhəl qoymayaraq mülkiyyətində olan torpaq sahəsinə heç kəsi buraxmayacağını bildirmişdir. Bununla bağlı hətta polis şöbəsinə də şikayət etməli olmuş və oradan da ona məhkəməyə müraciət etməli olduğunu bildirmişlər.

6. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi vəkili Nümayəndə iddianı etiraf etməyərək izahatında göstərmişdir ki, Cavabdeh İddiaçı məxsus hər hansı torpaq sahəsini zəbt etməmişdir. Cavabdeh iddiaçıya məxsus hər hansı kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə etmir, həmin torpaq sahəsinin harada yerləşməsi barədə məlumatı yoxdur. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş JN 0797 KOD40102018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, İddiaçı 0.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş, həmin torpaq sahəsi iki konturda verilmiş, 797 planşet nömrəsində verilmiş torpaq sahəsi 328.51 kv/m-dən ibarətdir, 797 R planşet nömrəsində göstərilən torpaq sahəsi isə 2790.02 kvm-dən ibarətdir. İddiaçının isə hansı torpaq sahəsini mübahisələndirməsi bəlli deyildir. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Balakən Rayon Məhkəməsinin e-2(019)-131/2025 saylı mülki iş üzrə xx.xx.2025ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin ed ilməsi, JN 797 KOD 40102018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə iddiaçı X3 mülkiyyətinə verilmiş, Balakən rayonu Hənifə kəndində yerləşən 0.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinin mütəxəssisləri tərəfindən ölçmə və inventarizasiya işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılmaqla lazımi şəraitin yaradılması, ödənilmiş 100 manat dövlət rüsumu xərcinin Cavabdeh alınıb İddiaçı ödənilməsi qət edilmişdir (Hakim- Hümbət Səlimov).

8. Birinci instansiya məhkəməsi Cavabdeh İddiaçı məxsus hər hansı torpaq sahəsini zəbt etməməsi, İddiaçı məxsus 0.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iki konturda yerləşməsi, 797 planşet nömrəsində verilmiş torpaq sahəsinin 328.51 kv/m, 797 R planşet nömrəsində göstərilən torpaq sahəsinin isə 2790.02 kvm olmaları, iddiaçının isə hansı torpaq sahəsini mübahisələndirməsinin bəlli olmaması barədə Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə etirazı ilə bağlı qeyd etmişdir ki, İddiaçı 0.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verilməsi, torpaq sahəsinin iki konturda yerləşməsi, 797 planşet nömrəsində göstərilən torpaq sahəsinin 328.51 kv/m, 797 R planşet nömrəsində göstərilən torpaq sahəsinin isə 2790.02 kvm olmaları işin mübahisəsiz hallarıdır. İddiaçı bu torpaq sahələrinin hər ikisinin naturada yerlərini bilmir. Odur ki, o,torpaq sahələrinin koordinatlarının müəyyən edilməsi üçün ölçü iş lərinin aparılmasından ötrü Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə dəfələrlə müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinin mütəxəssislərinin ölçü, inventarlaşdırma işlərinin aparılmasına maneçilik törətdiyindən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi-vəkilinin etirazı əsassız olduğundan məhkəmə tərəfindən qəbul edilməmişdir.

9. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu; Mülki Məcəllənin 139.1, 152.1, 1 52.2, 152.3, 152.4, 152.5, 157.2, 157.4 və 165.1-ci; Mülki Prosessual Məcəllənin 119-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Balakən Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli e-2(019)131/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək (apellyasiya şikayətini nümayəndə (vəkil) Nümayəndə imzalamışdır), “Balakən Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli e-2(019)-131/2025 nömrəli qətnaməsinin ləğv olunması və iddianın rədd edilməsi” barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı X5 Balakən rayon Aqrar İslahat Komissiyasının qərarı ilə 0,15 ha həyətyanı to rpaq sahəsi verilmiş, həmin torpaq sahəsində 1 mərtəbəli, 2 otaqlı ümumi sahəsi 65,2 kv.m-dən ibarət fərdi yaşayış evi inşa edilmişdir. Balakən rayon Dövlət Notariat Kontorunda xx.xx.2006-cı ildə bağlanmış reyestr nömrəsi 4Ə-69 olan daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X8 ona məxsus olan Balakən rayonu Hənifə kəndindəki 0,15 ha torpaq sahəsində yerləşən həmin fərdi yaşayış evini Cavabdeh 6500 ABŞ dollarına satmış və bununla da, 0,15 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi üzərində olan hüquqlar Cavabdeh ötürülmüşdür. Cavabdeh İddiaçı məxsus hər hansı torpaq sahəsini zəbt etməmişdir. Cavabdeh iddiaçıya məxsus hər hansı kənd təsərrüfatı təyinatlı torpaq sahəsini istifadə etmir və həmin torpaq sahəsinin harada yerləşməsi barədə məlumatı yoxdur. İddiaçı tərəfind ən məhkəməyə təqdim edilmiş JN 0797Kod 40102018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, X5 0,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş, həmin torpaq sahələri iki konturda verilmiş, 797 planşet nömrəsində verilmiş torpaq sahəsi 328,51 kv.m-dən ibarətdir, 797R planşet nömrəsində göstərilən torpaq sahəsi isə 2790,02 kv.m-dən ibarətdir. İddiaçının isə hansı torpaq sahəsini mübahisələndirməsi bəlli deyil. Cavabdeh İddiaçı məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsini istifadə etmədiyinə görə hazırkı mübahisə üzrə cavabdeh ola bilməz. Belə olan halda məhkəmə ilk növbədə JN 0797 KOD 40102018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı verilmiş 0,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada yerini müəyyən et məli, həmin torpaq sahəsinin harada yerləşməsi və kim tərəfindən istifadə olunması aydınlaşdırılmalı, bundan sonra iddia tələbinə cavab verməli olan şəxs müəyyən edildikdən sonra iddia tələbinə baxılaraq yekun nəticə verilməli idi. İş üzrə çıxarılan məhkəmə qətnaməsi ilə də müəyyən edilmişdir ki, İddiaçı 0,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verilməsi, torpaq sahəsinin iki konturda yerləşməsi, 797 planşet nömrəsində göstərilən torpaq sahəsinin 328,51 kv/m, 797R planşet nömrəsində göstərilən torpaq sahəsinin isə 2790,02 kv.m olmaları işin mübahisəsiz hallarıdır. İddiaçı bu torpaq sahələrinin hər ikisinin naturada yerlərini bilmir. X3 mülkiyyətinə verilmiş Balakən rayonu Hənifə kəndi ərazisində yerləşən 0,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada yerinin müəy yən edilməsi, Cavabdeh tərəfindən iddiaçı X5 məxsus 0797 Kod 40102018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə verilmiş 0,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini istifadə edibetməməsi, 0,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ətrafında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssislərinin ölçü işlərinin aparılmasına maneələr yaradıb-yaradılmaması məqsədi ilə Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə vəsatətlə məhkəməyə müraciət edərək, iş üzrə “məhkəmə mühəndis-texniki” ekspertizasının təyin edilməsini xahiş etmiş, Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(019)131/2025 saylı qərardadı ilə vəsatət təmin edilməmişdir. İddiaçı X8 da torpaq sahəsini naturad a tanımadığına görə ekspertizanın keçirilməsinə razı olduğunu bildirmişdir. Lakin məhkəmə vəsatəti rədd edərək iş üzrə natamam araşdırma aparmaqla iddianı əsassız təmin etmişdir. Göründüyü kimi cavabdeh iddianı etiraf etmir, iddiaçı da ona məxsus olan torpaq sahəsinin naturada yerini tanımır, cavabdehin gözlənilən mülkiyyət hüquqlarına müdaxilə edərək hüquqdan sui-istifadə edilməsi yol verilməzdir və buna görə də hesab edilir ki, mülki işin obyektiv araşdırılması və mübahisənin düzgün həll edilməsi məqsədilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməklə mübahisəyə qanuni yekun vurula bilər. Buna görə də Balakən Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Məhkəmə tərəflərin mülkiyyətində və istifadəsində olan torpaq sahələrinin yerlərinin müəyyən edilməsi, iddiaçıya məxsus torpaq sahəsinin zəbt olub-olmamasının, yəni cavabdehin mübahisəli torpaq sahəsindən istifadə və sahibliyinin qanunsuz olub-olmamasının, iddia olunan torpaq sahəsinin naturada yeri müəyyən edildikdən sonra həmin torpaq sahəsinə cavabdeh tərəfindən hər hansı ölçü işlərinə maneənin olub-olmaması, bundan sonra iddianın baxılmasına zərurətin olubolmamasının müəyyən edilməsi ilə bağlı araşdırma aparmamış, bu barədə ekspert rəyi əldə etməmişdir. Hazırkı iddianın həlli üçün yuxarıda göstərilən halların müəyyən edilməsi əhəmiyyət kəsb etdiyi halda, bu istiqamətdə araşdı rma aparılmamış və birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan halları nəzərə almadan iddianın təmin edilməsini qanuni hesab etmişdir.

12. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-523/2025 nömrəli, 15 may 2025-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Balakən Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli e-2(019)131/2025 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimləri X4 (sədrlik edən və məruzəçi), X6 və X2 ibarət tərkibdə).

13. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh müvafiq səlahiyyətlər vermiş olduğu nümayəndəsi vasitəsi ilə məhkəmə icraatında təmsil olunmuş və məhkəmə icraatı zaman ı mövqeyi və hərəkətləri ilə daşınmaz əmlakların qeydiyyatı və s. məsələlər üzrə səlahiyyətlərə malik müvafiq icra hakimiyyəti orqanının əməkdaşları tərəfindən inventarlaşdırma məqsədilə ölçü işlərinin aparılmasına mane olduğunu bir daha təsdiq etmişdir.

14. Həmçinin, məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh təmsil edən nümayəndə həm birinci instansiya məhkəməsində aparılan icraatda, həm də apellyasiya instansiyasıda aparılan icraatda iddiaya etirazını – “iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməli olması və bu ekspertizanın rəyinə əsasən hazırkı mübahisənin həll edilməli olması” ilə əsaslandırmışdır. Halbuki, mövcud qanunvericiliyin tələblərinə görə işə baxılarkən xüsusi bilik tələb olunan sualların izah olunması məqsədilə məhkəmə tərəfindən müvafiq ekspertiza t əyin olunduğundan, iddia tələbinin əsaslandırıldığı hərəkətlərin edilməsi üzrə, yəni “müvafiq səlahiyyətlərə malik Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən müəyyən inventarlaşdırma işlərinin aparılmasına” yaradılan süni maneələrin aradan qaldırılması ilə əlaqədar verilmiş hazırkı iddia tələbi üzrə mövcud mübahisənin həll edilməsi üçün “məhkəmə tikinti-texniki” ekspertizasının keçirilməsinə zərurət olmamışdır. Yəni, iş üzrə məhkəmə icraatlarında hazırkı mübahisənin həlli baxımından əsaslılığı və zəruriliyi sübuta yetirilmədiyindən və eləcə də, hazırkı iş üzrə iddia tələbi və mövcud mübahisənin xarakterinə görə - “məhkə mə tikinti-texniki” ekspertizasının təyin edilməsi” barədə vəsatət təmin edilə bilməzdi (15 may 2025-ci il tarixli qərardad).

15. Eyni zamanda, məhkəmə kollegiyası cavabdeh tərəfin apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd etmişdir ki, daşınmaz əmlaka dair hüquqların qeydiyyatı üçün zəruri olan inventarlaşdırılma işləri Əmlak Məsələləri Dövlət Xidmətiinin müvafiq qurumları tərəfindən aparılır və daşınmaz əmlakın texniki inventarlaşdırma işlərinin aparılmasının əsas məqsədi - daşınmaz əmlak obyektinin, o cümlədən torpaq sahəsinin mövcudluğunu, faktiki vəziyyətini, texniki göstəricilərini, ölçülərini, tərkibini və s. müəyyən etmək və texniki sənədləri hazırlamaqdır. Lakin, hazırkı mübahisə üzrə iddia tələbində qeyd olunmayan və iddia tələbinə daxil olmayan hər hansı digər mübahisə və yaxud yanaşmalara istinad olunmaqla, müvafiq səlahiyyətlərə malik icra hakimiyyəti orqanının əməkdaşları tərəfindən məlum vəzifə səlahiyyətlərinin yerinə yetirilməsinə mane olunması - qanuni əsası olmayan hərəkətlərdir. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassızdır, formal mülahizə xarakteri daşıyır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas ola bilməz.

16. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiya sının 13 və 29-cu; Mülki Məcəllənin 139.1, 152.1, 152.2, 152.3, 152.4, 152.5, 157.2, 157.4 və 165.1-ci; Torpaq Məcəlləsinin 84.1 və 84.3-ci; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.1, 1.0.4, 2.1 və 7.1-ci; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur” Qaydaları 4.1 və 4.2-ci; Mülki Prosessual Məcəllənin 2.1, 2.2, 9, 10-1.1, 10-1.3, 14.2, 76.1, 76.2, 77.1, 81, 88, 97.1, 106.1, 106.3, 119.1, 217.3, 217.4, 217.5, 218.1, 218.3, 384.0.1 və 385.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Qətnamədən cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 may 2025-ci il tarixli 2(107)-523/2025 saylı qətnaməsinin ləğv olunması, işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə oxşarlıq təşkil etmişdir. Əlavə olaraq qeyd olunmuşdur ki, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı iddia ərizəsi ilə Şəki inzibati Məhkəməsinə müraciət edərək cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Re yestri Publik Hüquqi Şəxsinin 18 saylı ünvan 1i ünvanında yerləşən Balakən rayonu Dövlət Notariat Kontorunda xx.xx.2006-cı ildə bağlanmış (reyestr nömrəsi 4Ə-69 olan) daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən X8 tərəfindən Cavabdeh satılmış 0.15 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. Həmin iş hazırda e-2-1(116)-1268/2025 nömrə ilə Şəki İnzibati Məhkəməsinin icraatındadır. Cavabdeh İddiaçı məxsus hər hansı torpaq sahəsini zəbt etməmişdir. Cavabdeh iddiaçıya məxsus hər hansı kənd təsərrüfatı təyinatlı torpaq sahəsini istifadə etmir, həmin torpaq sahəsinin harada yerləşməsi barədə məlumatı yoxdur. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş JN 0797 K od 40102018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, X5 0.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş, həmin torpaq sahələri iki konturda verilmiş, 797 planşet nömrəsində verilmiş torpaq sahəsi 328.51 kv.m.-dən ibarətdir, 797R planşet nömrəsində göstərilən torpaq sahəsi isə 2790.02 kv.m.-dən ibarətdir. İddiaçının isə hansı torpaq sahəsini mübahisələndirməsi bəlli deyil. Cavabdeh İddiaçı məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsini istifadə etmədiyinə görə hazırki mübahisə üzrə cavabdeh ola bilməz. Belə olan halda məhkəmə ilk növbədə JN 0797 KOD 40102018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı verilmiş 0.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada yerini müəyyən etməli, həmin torpaq sahəsinin harad a yerləşməsi və kim tərəfindən istifadə olunması aydınlaşdırılmalı, bundan sonra iddia tələbinə cavab verməli olan şəxs müəyyən edildikdən sonra iddia tələbinə baxılaraq yekun nəticə verilməli idi. Göründüyü kimi cavabdeh iddianı etiraf etmir, iddiaçı da ona məxsus olan torpaq sahəsinin naturada yerini tanımır, cavabdehin gözlənilən mülkiyyət hüquqlarına müdaxilə edərək hüquqdan sui-istifadə edilməsi yol verilməzdir. Belə olan halda işə baxan məhkəmələr ilk növbədə JN 0797 KOD 40102018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı verilmiş 0.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada yerini müəyyən etməli, həmin torpaq sahəsinin harada yerləşməsi və kim tərəfindən istifadə olunması aydınlaşdırılmalı, bundan sonra iddia tələbinə cavab verməli olan şəxs m üəyyən edildikdən sonra iddia tələbinə baxılaraq yekun nəticə verilməli idi. Cavabdehin təqdim etdiyi dəlillərə hüquqi qiymət verilməsi isə hakimin xidməti vəzifəsindən irəli gəlir. Apellyasiya instansiyası məhkəməsinin iclasında məhkəməyə vəsatət göndərərək mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdim. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinin tələblərini pozaraq vəsatəti rədd etməklə yanaşı onu əsaslandırmamışdır. Belə ki, ekspertin verdiyi rəy əsasında İddiaçı məxsus torpaq sahəsinin naturada yerinin müəyyən etməsi, həmin torpaq sahəsinin harada yerləşməsi və kim tərəfindən istifadə olunması aydınlaşdırılması, bundan sonra iddia tələ binə cavab verməli olan şəxs müəyyən edilməsi zəruri idi, çünki İddiaçı özü də torpaq sahəsinin harada yerləşməsindən xəbərsizdir. İddiaçı Balakən rayonu Dövlət Notariat Kontorunda xx.xx.2006-cı ildə bağlanmış (reyestr nömrəsi 4Ə-69 olan) daşınmaz əmlakın alqı-satqısımüqaviləsinə əsasən Cavabdeh 0.15 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evini satdığına görə zənn edir ki, ona məxsus olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi də Cavabdeh tərəfindən istifadə olunur. Lakin Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı ddia ərizəsi ilə Şəki inzibati Məhkəməsində iddia qaldıraraq cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı ünvan 1i ünvanında yerləşən Balakən rayonu Dövlət Notariat Kontorunda xx.xx.2006-cı ildə bağlanmış (reyestr nömrəsi 4Ə-69 olan) daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən X8 tərəfindən Cavabdeh satılmış 0.15 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin qoyulmasını xahiş etmiş və həmin iş hazırda e-2-1(116)-1268/2025 nömrə ilə Şəki İnzibati Məhkəməsinin icraatındadır. Hər iki instansiya məhkəmələri işin bu hallarına da hüquqi qiymət verməmişdir. Yuxarıda qeyd edilənlərə əsaslanaraq hesab edirik ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi və sübutlara düzgü n hüquqi qiymət verməməsi nəticəsində qanunsuz qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

20. Maddə

13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

21. Maddə

29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

22. Maddə 2.1. Azərbaycan Respublikasının mülki qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və bu Məcəllədən, digər qanunlardan və onların əsasında qəbul edilən, mülki hüquq normalarını müəyyənləşdirən başqa normativ hüquqi aktlardan ibarətdir.

23. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

24. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

25. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşa ğıdakılar əsas hesab olunur:

26. Maddə 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;

27. Maddə 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər;

28. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

29. Maddə 146.3. Daşınmaz əmlak ın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır.

30. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

31. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

32. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

33. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətl ər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

34. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.

35. Maddə 153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyə t hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər.

36. Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir.

37. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

38. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

39. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

40. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

41. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

42. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

43. Maddə Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Torpaq Məcəll əsi

44. Maddə 84.1. Topaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

45. Maddə 84.3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu

46. Maddə 1.1.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir.

47. Maddə 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq i cra hakimiyyəti orqanıdır;

48. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.

49. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur” Qaydaları:

50. Maddə 4.1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir.

51. Maddə Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

54. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

55. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

56. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, m əhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

58. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkə mələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

59. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin lə ğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

61. İşə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, Cavabdeh müvafiq səlahiyyətlər vermiş olduğu nümayəndəsi vasitəsi ilə məhkəmə icraatında təmsil olunmuş və məhkəmə icraatı zamanı mövqeyi və hərəkətləri ilə daşınmaz əmlakların qeydiyyatı və s. məsələlər üzrə səlahiyyətlərə malik müvafiq icra hakimiyyəti orqanının əməkdaşları tərəfindən inventarlaşdırma məqsədilə ölçü işlərinin aparılmasına mane olduğunu bir daha təsdiq etmişdir. Həmçinin, məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh təmsil edən nümayəndə həm birinci instansiya məhkəməsində aparılan icraatda, həm də apellyasiya instansiyasında aparılan icraatda iddiaya etirazını – “iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməli olması və bu ekspertizanın rəyinə əsasən hazırkı mübahisənin həll edilməli olması” ilə əsaslandırmışdır. Halbuki, mövcud qanunvericiliyin tələblərinə görə işə baxılarkən xüsusi bilik tələb olunan sualların izah olunması məqsədilə məhkəmə tərəfindən müvafiq ekspertiza təyin olunduğundan, iddia tələbinin əsaslandırıldığı hərəkətlərin edilməsi üzrə, yəni “müvafiq səlahiyyətlərə malik Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən müəyyən inventarlaşdırma işlərinin aparılmasına” yaradılan süni maneələrin aradan qaldırılması ilə əlaqədar verilmiş hazırkı iddia tələbi üzrə mövcud mübahisənin həll e dilməsi üçün “məhkəmə tikinti-texniki” ekspertizasının keçirilməsinə zərurət olmamışdır. Yəni, iş üzrə məhkəmə icraatlarında hazırkı mübahisənin həlli baxımından əsaslılığı və zəruriliyi sübuta yetirilmədiyindən və eləcə də, hazırkı iş üzrə iddia tələbi və mövcud mübahisənin xarakterinə görə - “məhkəmə tikinti-texniki” ekspertizasının təyin edilməsi” barədə vəsatət təmin edilə bilməzdi.

62. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəf lərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

64. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

65. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-523/2025 nömrəli iş üzrə 15 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar