Məhkəmə qərarları › İş №2(102)-2702/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2702/2024

17.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2702/2024 17.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi İddiaçı Cavabdeh Azər oğluna qarşı mülki iş üzrə QƏRARI Açar sözlər: işin məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlunun (məruzəçi), İnzibati kollegiyanın hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlundan Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlundan ibarət qarşıq tərkibdə, İddiaçı Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-785/2024 nömrəli iş üzrə 3 iyun 2024-cü il tarixli qəra rdadından Cavabdeh tərəfindən verilmiş şikayətə 17 iyul 2024-cü il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə qəbul olunmuş məhkəmə aktları

1. İddiaçı Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehin atası X11 iddiaçının notarial qaydasında aldığı torpaq sahələrini 2009-cu ildə məhkəmə qaydasında öz adına sənədləşdirmişdir. Çoxsaylı məhkəmə çəkişmələrindən sonra, nəhayət, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-237/2023 saylı, 22 fevral 2023-cü il tarixli qətnaməsi ilə, Quba rayon Məhkəməsinin qətnaməsindən maraqlarına toxunulan şəxs qismində verdiyi apellyasiya şikayəti təmin edilmiş, Quba rayon Məhkəməsinin 12 avqust 20 09-cu il tarixli, 2(027)-724/2009 nömrəli qətnaməsi qismən - X5, X2, X6, X17, X7, X8, X1, X9 və X12 münasibətdə iddia rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-237/2023 saylı, 22 fevral 2023-cü il tarixli qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəlmişdir. X5, X2, X6, X17 və X3, X13, X4, X14 və X10 2002-ci ildə alqı-satqı müqaviləsi əsasında torpaq sahələrini alsa da, 2009-cu ildən hal-hazıradək, ötən 14 il ərzində tam qanuni əsaslarla əldə etdiyi torpaq sahələrindən istifadə edə və faydalana bilməmişdir. Cavabdehin qanunsuz əməlləri nəticəsində məhrum olduğuna görə ona 29264 manat məbləğində zərər dəymişdir. Belə ki, Quba rayonu, Alpan kəndində 1,98 ha buğda sahəsindən hər il orta hesabla 50,4 sentner hesabı ilə, 14 il ərzində 831,6 sentner məhsul alınır. Həmin məhsulun hər sentneri 40 manat olmaqla, 831,6 sentner buğdanın dəyəri 33264 manat edir. Çəkilən məsrəflər 4000 manat hesabı ilə əldən çıxmış fayda 29264 manat təşkil edir. Eyni zamanda 14 il ərzində 1,98 ha torpaq sahəsi üçün dövlət tərəfindən verilən subsidiyaları ala bilməmişdir, hazırki iddia ərizəsi ilə həmin pul məbləğlərinin cavabdehdən tutularaq ona ödənilməsini tələb edir.

3. Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş mülki işin aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsinə dair vəsatət təmin olunmamışdır.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-785/2024 nömrəli, 3 iyun 2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən ver ilmiş mülki işin aidiyyəti üzrə göndərilməsinə dair yazılı vəsatətin təmin edilməməsi qərara alınmışdır.

5. Hazırda Cavabdeh nümayəndəsi və vəkili Vəkil elektron məhkəmə informasiya sistemi vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-785/2024 saylı, 3 iyun 2024-cü il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini və mülki işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş edir.

6. Şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə səhvən tərəflərin hər ikisinin VÖEN-i olsa da, onlar arasında olan mübahisə sahibkarlıq fəaliyyətindən irəli gələn münasibətlərdən irəli gəlməməsi, tərəflərin izahatından və iddia ərizəsində cavabdehin maraqlı şəxs qismində cəlb edildiyi əvvəlki məhkəmə proseslərində mübahisə tərəflərin sahibkarlıq fəaliyy ətindən deyil, iddiaçının mülkiyyətində olan daşınmaz əmlak – pay torpağı ilə bağlı cavabdehin mərhum atası (məhkəmə prosesləri davam edən müddətdə hüquqi varis qismində M.Sərdar cəlb edilmişdir) tərəfindən bağlanmış alqısatqı müqavilələrinin bağlanmış hesab edilməsi ilə əlaqədar yaranması, hazırda iddiaçı uzun müddət çəkən məhkəmə prosesləri davam edən vaxt o öz pay torpağından təyinatı üzrə istifadə etmək imkanından məhrum olması buna görə də maddi ziyan çəkməsi, məhkəmə qərarı ilə torpaq onun mülkiyyətinə qaytarılsa da, bu illər ərzində ona dəymiş ziyanın (əldən çıxmış fayda) cavabdeh tərəfindən ona ödənilməsi, subyekt tərkibinə görə münasibət sahibkarlıq statusuna malik iki fiziki şəxs arasında yaranması, işə mahiyyəti üzrə tələb onların birgə və ya təkbaşına sahibkarlıq fəaliyyətindən irəli gəlməməsi mövqeyi yalnışdır. Bu səbəblər işin adiyyəti üzrə göndərilməməsi üçün əsas deyildir.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş şikayətlə birlikdə yenidən baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Kassasiya instansiya məhkəməsinin mövqeyi

8. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-785/2024 nömrəli iş üzrə 3 iyun 2024-cü il tarixli qərardadı ləğv olunmalı və məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün iş iddia ərizəsinin verildiyi birinci instansiya məhkəməsinə göndərilməlidir.

9. Belə ki, MPM-in 24.2-ci maddəsinin tələbinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

10. Həmin Məcəllənin 25.1 və 26.1-ci maddələrinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 11. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusi yyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarına müvafiq olaraq MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. (bənd 11). Bu baxımdan, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərk ən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrıayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

12. Baxılan iş üzrə birinci instansiya məhkəməsinin mövqeyinə görə hər iki tərəf sahibkarlıq fəaliyyəti ilə məşğul olan müvafiq eyniləşdirmə nişanına malik olan fiziki şəxslərdir. Lakin tərəflərin izahatından və iddia ərizəsindən görünür ki, cavabdehin maraqlı şəxs qismində cəlb edildiyi əvvəlki məhkəmə proseslərində mübahisə tərəflərin sahibkarlıq fəaliyyət indən deyil, iddiaçının mülkiyyətində olan daşınmaz əmlak – pay torpağı ilə bağlı cavabdehin mərhum atası (məhkəmə prosesləri davam edən müddətdə hüquqi varis qismində M.Sərdar cəlb edilmişdir) tərəfindən bağlanmış alqı-satqı müqavilələrinin bağlanmış hesab edilməsi ilə əlaqədar yaranmışdır. Digər sözlə, hazırda iddiaçı iddia edir ki, uzun müddət çəkən məhkəmə prosesləri davam edən vaxt o öz pay torpağından təyinatı üzrə istifadə etmək imkanından məhrum olmuş, buna görə də maddi ziyan çəkmişdir. Hazırda məhkəmə qərarı ilə torpaq onun mülkiyyətinə qaytarılsa da, hesab edir ki, bu illər ərzində ona dəymiş ziyan (əldən çıxmış fayda) cavabdeh tərəfindən ona ödənilməlidir. Subyekt tərkibinə görə münasibət sahibkarlıq statusuna malik iki fiziki şəxs arasında yaransa da, mahiyyəti üzrə tələb onla rın birgə və ya təkbaşına sahibkarlıq fəaliyyətindən irəli gəlmir. Buna görə də mülki işə rayon məhkəməsində baxılmalıdır.

13. Məhkəmə tərkibi işin mahiyətinə qiymət vermədən qeyd edir ki, mövcud mübahisə iddiaçı ilə cavabdehin mərhum atası arasında yaranmışdır. Cavabdehin mərhum atasının isə müvafiq eyniləşdirmə nişanına malik olması baxılan iş üzrə müəyyən edilməmiş qalmışdır.

14. Digər tərəfdən birinci instansiya məhkəməsi müəyyən etməmişdir ki, iddiaçının tələbini yönəldiyi şəxs özlüyündə onun tələbinə cavab verməli olan şəxsdir və ya o, vəfat etmiş atasının hüquqi varisi kimi cavabdeh qismində cəlb olunmuşdur. Bu hallar müəyyən edilməmiş qaldığından yaranmış halda işin aidiyyətinin dəqiq müəyyən etmək mümkünsüzdür. Eyni zamanda iddiaçı göstərir ki, torpaq sahəsi kənd təsərrüfat təyina tlı olmaqla cavabdeh tərəf ona məxsus torpaqda taxıl əkməklə oradan gəlir əldə etmişdir.

15. Qeyd edilməlidir ki, kommersiya məhkəməsinə aidiyyətinin müəyyən edilməsi üçün həm mübahisənin subyekt tərkibi, predmeti, həm də xarakteri məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır. Bu zaman mübahisənin hər iki tərəfinin sahibkarlıq fəaliyyəti subyekti olması və mübahisənin predmetini təşkil edən tələbin onların birlikdə və ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətindən irəli gəlməsi tələb olunur.

16. Məhkəmə tərkibi qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi yaranmış mübahisənin fiziki şəxs olan iddiaçının, o cümlədən cavabdehin həyata keçirdikləri fəaliyyətin sahibkarlıq fəaliyyəti ilə bağlı yaranıb-yaranmamasını yoxlamadan yal nız iddia ərizəsinin məzmununda qeyd olunanları əsas götürərək, digər tərəfin mübahisənin xarakteri ilə bağlı dəlillərini tam araşdırmadan işin ümumi məhkəməyə aid olması barədə gəldiyi qənaət əsaslı sayıla bilməz.

17. Ona görə də şikayət təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş həmin məhkəməyə qaytarılmalıdır.

18. Qarışıq məhkəmə tərkibi qeyd edilənləri nəzərə alaraq və MPM-in 403-1.6 və 403-1.8.3-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Şikayət təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-785/2024 nömrəli iş üzrə 3 iyun 2024-cü il tarixli qərardadı ləğv edilsin və məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün iş iddia ərizəsinin verildiyi birinci instansiya məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar