Məhkəmə qərarları › İş №2(102)-2703/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2703/2020

21.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2703/2020 21.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, İddiaçı, Cavabdeh və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim S.Mustafayeva) xx xxxx 2019-cu il tarixli qətnamə si ilə iddia qismən təmin edilmiş, Cavabdeh 5000 (beş min) manat pulun tutularaq İddiaçı verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli (sədrlik edən E.Şamayev, hakimlər M.Məmmədov və Ş.Məhərrəmova) qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi qət edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və q ətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7000 manat maddi ziyanın və 4000 manat mənəvi ziyanın ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6800 manat borcun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə müba hisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, xx xxxx 2016 və xx xxxx 2017-ci il tarixlərdə iddiaçı X4 ümumilikdə 7000 manat borc pul vermiş, sonuncu borcunu 2018-ci ilin mart ayına qədər qaytarmağı öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsində baxış zamanı iddiaçı cavabdehin aldığı borcdan 2000 manat qaytardığını və 5000 manat borcunun qaldığını etiraf etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsi biri nci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla, düzgün nəticəyə gəlmişdir. Belə ki, iddia üzrə sübutemə vəzifəsi bölüşdürərkən qeyd olunmalıdır ki, iddiaçı tələb olunan pul vəsaitini cavabdehə verdiyini sübut etməli olduğu halda, cavabdeh bunun əksini və ya alınmış pul vəsaitini qaytardığını sübut etməlidir. İddiaçı tərəfindən cavabdehə borca pul verilməsi məhkəməyə təqdim edilmiş qəbzlərlə öz təsdiqini tapmışdır. Həmin qəbzlərdə olan imzaların cavabdehə məxsus olması sonuncu tərəfindən mübahisələndirilməmişdir. Lakin cavabdeh qəbzdə qeyd olunan pul vəsaitini faktiki almadığını göstərsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda cavabdeh qəbzlə aldığını təsdiq etdiyi 5000 manat pul vəsaitinin iddiaçıya qaytarılmasını da sübut edə bil məmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Avropa insan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivə sində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non rıeganti, irıcumbitprobatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun'qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəlrgələ bilər”. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şika yəti təmin edilmədən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar