Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2707/2020 11.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, iddiaçı “xxxx” QSC-nin vəkili Ağamirov Mirağa Mirbəşir oğlunun, cavabdeh (ikinci iddia üzrə iddiaçı) Cavabdeh1, cavabdehlərin vəkili Həsənov Əkrəm Şirvan oğlunun iştirakları ilə, birinci iddia üzrə iddiaçı “xxxx” QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqavilələri üzrə öhdəliklərin icrasına və sair tələbinə” dair və ikinci iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə qarşı “zaminlik müqaviləsinin xitam verilməsi tələbinə dair” mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1645/2019 saylı, 15 oktyabr 2019-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2, Cavabdeh1 ( ikinci iddia üzrə iddiaçı) və onların vəkili Həsənov Əkrəm Şirvan oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-950/2017 saylı, 25 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə (hаkim S.R.Səlimova) iddia ərizəsi qismən təmin edilərək, Cavabdeh2 və Cavabdeh1 20.11.2014-cü il tarixli, 002R********** saylı kredit razılaşması üzrə müştərək qaydada əsas borca görə 275.852,33 ABŞ dolları, faiz borcuna görə 54. 955,91 ABŞ dolları, cəriməyə görə 1000 ABŞ dolları olmaqla cəmi 331.808,24 ABŞ dolları borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və məhkəmə xərclərinə görə 90 manat “xxxx” QSC-nin xeyrinə tutulması, Cavabdeh2 və Cavabdeh1 oğlundan 11.02.2015-ci il tarixli, 002R********** saylı kredit razılaşması üzrə müştərək qaydada əsas borca görə 150.000 ABŞ dolları, faiz borcuna görə 30.661,72 ABŞ dolları, cəriməyə görə 1000 ABŞ dolları olmaqla cəmi 181.661,72 ABŞ dolları borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla “xxxx” QSC-nin xeyrinə tutulması, Cavabdeh2 və Cavabdeh1 12.08.2015-ci il tarixli 002KK**********01 saylı kredit razılaşması üzrə müştərək qaydada əsas borca gö rə 9498,96 ABŞ dolları, faiz borcuna görə 1102,29 ABŞ dolları, cəriməyə görə 100 ABŞ dolları olmaqla cəmi 10.701,25 ABŞ dolları borcun ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla “xxxx” QSC-nin xeyrinə tutulması, Cavabdeh2 və Cavabdeh1 28.12.2015-ci il tarixli, 002R********** saylı kredit razılaşması üzrə müştərək qaydada əsas borca görə 671.500 manat, faiz borcuna görə 274.555,06 manat, cəriməyə görə 5000 manat olmaqla cəmi 951.055,06 manat borcun “xxxx” QSC-nin xeyrinə tutulması, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 250 manatın dövlət nəfinə tutulması, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ipoteka predmetlərinin qiymətləndirilməsinə çəkilən xərcə görə 400 manat “xxx x” MMC-nin xeyrinə tutulması, Cavabdeh2 mülkiyyətində olan Sabirabad şəhəri 20 Yanvar küçəsi 87 saylı 2 girişli 3 mərtəbəli qeyri-yaşayış binası (univermaq) ilkin satış qiyməti 380.000 manat olmaqla, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəsinin A,B,C,D tikililərindən ümumi sahəsi 6667,7 m² olan 50% hissəsi və Cavabdeh1 mülkiyyətində olan A,B,C,D tikililərindən ümumi sahəsi 6667,7 m² olan 50% hissəsi ilkin satış qiyməti 1.300.000 manat olmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitdən 524.171,21 ABŞ dolları borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, 951.055,06 manat borc, məhkəmə xərclərinə görə 90 manat “xxxx” QSC-nin hesabına, 250 manat ekspertiza tədqiqatının xə rcinin dövlət nəfinə, 400 manat “xxxx” MMC-nin hesabına keçirilməsi, Sabirabad şəhəri 20 Yanvar küçəsində 87 nömrəli 2 girişli 1283,4 m² əsas, 249,6 m² köməkçi, 1533 m² ümumi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış binası (univermaq) satıldıqdan ən geci bir ay ərzində qeyri-yaşayış sahəsini tərk etmədiyi halda Cavabdeh2 həmin qeyri-yaşayış sahəsindən çıxarılmaqla qeyri-yaşayış sahəsinin boşaldılması, ünvan 2 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəsinin A,B,C,D tikilərinin ümumi sahəsinin 6667,7 m² olan 50% hissəsi və A.B.C.D tikililərindən ümumi sahəsi 6667,7 m² olan 50% hissəsi satdıqdan ən geci bir ay ərzində qeyri-yaşayış sahəsini tərk etmədikləri halda Cavabdeh2 və Cavabdeh1 əmlak kompleksindən çıxarılmaqla əmlak kompleksinin boşaldılması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-107/2019 saylı, 18 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hаkim A.S.Məmmədov) iddiaçı Cavabdeh1 cavabdeh “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə qarşı “zaminlik müqaviləsinin xitam verilməsi” tələbinə dair iddia tələbi təmin edilməmiş, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu özünə aid edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1645/2019 saylı, 15 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər X.A.Mərdanova (sədrlik edən və məruzəçi), İ.S.Şirinov, F.F.Babayev) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apelyasiya şikayətləri təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-107/2019 saylı, 18 iyun 2019-cu il tarixli qətnaməsinin və Bakı şəhə ri Xətai Rayon Məhkəməsinin 2(011)-950/2017 saylı 25 oktyabr 2017-ci il tarixli qətnaməsinin X4 münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: Birinci iddia üzrə iddiaçı “xxxx” QSC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqavilələri üzrə öhdəliklərin icrasına və sair” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı xxxx Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 002R********** saylı kredit razılaşması üzrə 671500 manat kredit borcu, 136.841,61 manat faiz borcu və 196.746,50 manat cərimə olmaqla cəmi 1.005.088,11 manat borcun, 002R********** saylı kredit razılaşması üzrə 150.000 ABŞ dolları dolları kredit borcu, 15949,23 ABŞ dolları faiz borcu, 47550 ABŞ dolları məbləğ ində cərimə borcu olmaqla cəmi 213.499,23 ABŞ dolları borcun, 002R********** saylı kredit razılaşması üzrə 275.852,33 ABŞ dolları məbləğində kredit borcu, 27.899,40 ABŞ dolları məbləğində faiz borcu və 84.678,85 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 388.430,58 ABŞ dolları məbləğində borcun; 002KK**********01 saylı kredit razılaşması üzrə 9498,96 ABŞ dolları kredit borcu, 1102,29 ABŞ dolları faiz borcu, 968,99 ABŞ dolları cərimə olmaqla cəmi 11570,24 ABŞ dolları borcun, ümumilikdə cəmi 1.005.088,11 manat və 613.500,05 ABŞ dolları borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 63 manat xidmət haqqının tutulmasına, tələbin Sabirabad şə həri 20 Yanvar küçəsində 87 nömrəli 2 girişli 1283,4 m² əsas, 249,6 m² köməkçi, 1533 m² ümumi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış binasına (univermaq) və ünvan 1 ünvanında 7417 m² əsas, 3902,1 m² köməkçi, 11319,5 m² ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə (paylı mülkiyyət hüququ üzrə A,B,C,D tikililərindən Cavabdeh2 məxsus ümumi sahəsi 6667,7 m² olan 50% hissəsi və paylı mülkiyyət hüququ üzrə A,B,C,D tikililərindən Cavabdeh1 məxsus ümumi sahəsi 6667,7 m² olan 50% hissəsi) yönəldilməsinə, həmin qeyri-yaşayış binasının və əmlak kompleksinin açıq hərracdan satılmasına, cəmi 1.005.088,11 manat və 613.500,05 ABŞ dolları borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün öd ənilmiş 30 manat dövlət rüsumu və 63 manat xidmət haqqının ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına “xxxx” QSC-yə ödənilməsinə, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulmasına, Sabirabad şəhəri, 20 Yanvar küçəsində 87 nömrəli 2 girişli 1283,4 m² əsas, 249,6 m² köməkçi, 1533 m² ümumi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış binasına (univermaq) və ünvan 1 ünvanında 7417 m² əsas, 3902,1 m² köməkçi 11319,5 m² ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəsinə (paylı mülkiyyət hüququ üzrə A,B,C,D tikililərindən Cavabdeh2 məxsus ümumi sahəsi 6667,7 m² olan 50% hissəsi və paylı mülkiyyət hüququ üzrə A,B,C,D tikililərindən Cavabdeh1 məxsus ümumi sahəsi 6667,7 m² olan 50% hissəsi) tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh1 həmin əmlaklara istifadə hüququnun itirilməsi, qeyri-yaşayış sahəsinin və əmlak kompleksinin boşaldılmasına və “xxxx” QSC-yə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 002R********** saylı kredit razılaşması üzrə 671500 manat kredit borcu, 274555,06 manat faiz borcu və 412.295 manat cərimə olmaqla cəmi 1.358.350,06 manat borcun, 002R********** saylı kredit razılaşması üzrə 150.000 ABŞ dolları kredit borcu, 30.661,72 ABŞ dolları faiz borcu, 95.700 dolları məbləğində cərimə borcu olmaqla cəmi 27 6.361,72 ABŞ dolları borcun, 002R********** saylı kredit razılaşması üzrə 275.852,33 ABŞ dolları məbləğində kredit borcu, 54.955,91 ABŞ dolları məbləğində faiz borcu və 173.220,05 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 504.028,29 ABŞ dolları məbləğində borcun; 002KK**********01 saylı kredit razılaşması üzrə 9498,96 ABŞ dolları kredit borcu, 1102,29 ABŞ dolları faiz borcu, 3980,45 ABŞ dolları cərimə olmaqla cəmi 14.581,70 ABŞ dolları borcun, ümumilikdə cəmi 1.358.350,06 manat və 794.971,71 ABŞ dolları borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 63 manat xidmət haqqının tutulmasına, tələbin Sabirabad şəhəri 20 Yanvar küçəsində 87 nömr əli 2 girişli 1283,4 m² əsas, 249,6 m² köməkçi, 1533 m² ümumi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış binasına (univermaq) və ünvan 1 ünvanında 7417 m² əsas, 3902,1 m² köməkçi 11319,5 m² ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəsinə (paylı mülkiyyət hüququ üzrə A,B,C,D tikililərindən Cavabdeh2 məxsus ümumi sahəsi 6667,7 m² olan 50% hissəsi və paylı mülkiyyət hüququ üzrə A,B,C,D tikililərindən Cavabdeh1 məxsus ümumi sahəsi 6667,7 m² olan 50% hissəsi) yönəldilməsinə, həmin qeyri-yaşayış binasının və əmlak kompleksinin açıq hərracdan satılmasına, cəmi 1.358.350,06 manat və 794.971,71 ABŞ dolları borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsum u və 63 manat xidmət haqqının ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına “xxxx” QSC-yə ödənilməsinə, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulmasına, Sabirabad şəhəri, 20 Yanvar küçəsində 87 nömrəli 2 girişli 1283,4 m² əsas, 249,6 m² köməkçi 1533 m² ümumi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış binasına (univermaq) tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin qeyri-yaşayış sahəsindən çıxarılması, qeyri-yaşayış binasının boşaldılması və “xxxx” QSC-yə təhvil verilməsi, ünvan 1 ünvanında 7417 m² əsas, 3902,1 m² köməkçi, 11319,5 m² ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh1 əm lak kompleksindən çıxarılması, əmlak kompleksinin boşaldılması və “xxxx” QSC-yə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (ikinci iddia üzrə iddiaçı) həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına ayrı-ayrılıqda kassasiya şikayətləri vermiş və kassasiya şikayətlərində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh2 kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlili kimi qeyd olunmuşdur ki, MM-nin 741-ci maddəsinə əsasən, əg ər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdır. Müqavilədə faizlərin ayda bir dəfə tutulmasının nəzərdə tutulması və faktiki olaraq tutulması MM-in 741-ci maddəsində təsbit edilmiş impertativ normanın pozulmasıdır. Nəticədə cavabdehin iddiaçıya olan əsas borcu şişirdilmişdir. Belə ki, cavabdehin iddiaçıya ayda bir dəfə ödədiyi pul əsas borca yönəldilsəydi, cavabdehin iddiaçıya olan borcu xeyli azalmış olardı. Cavabdeh1 kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlili kimi qeyd olunmuşdur ki, iddiaçı Cavabdeh1 cavabdeh “xxxx” QSC-yə qarşı “zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə düzgün qiymət verilməmiş, MM-nin 477-ci maddəsinin tələbləri nəzərə alınmamışdır. Müqavilədə iddiaçının təminat verdiyi kreditin (əsas öhdəliyin) məbləği, müddəti və illik faiz dərəcəsi öz əksini tapmamışdır. Halbuki zaminin öhdəliyi aksessor öhdəlikdir və zaminlik müqaviləsi bağlanarkən əsas öhdəliyin bu şərtləri zaminlik müqaviləsində də aydın göstərilməlidir. Əks halda, zamin hansı öhdəlik üçün hansı müddətə və hansı həcmdə məsuliyyəti öz üzərinə götürdüyünü bilmir, nəticədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin zaminliyə dair müddəalarının tələbləri pozulur. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında cavabdeh (ikinci iddia üzrə iddiaçı) Cavabdeh1 və cavabdehlərin vəkili Həsənov Əkrəm Şirvan oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətlərin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Ali Məhkəmənin Mülki Kollegi yasının iclasında iddiaçı “xxxx” QSC-nin vəkili Ağamirov Mirağa Mirbəşir oğlu kassasiya şikayətlərinin dəlillərinə etiraz edərək şikayətlərin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, cavabdeh (ikinci iddia üzrə iddiaçı) Cavabdeh1, nümayəndəsi və vəkili Həsənov Əkrəm Şirvan oğlunun, iddiaçı “xxxx” QSC-nin vəkili Ağamirov Mirağa Mirbəşir oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh1 ( ikinci iddia üzrə iddiaçı) ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə koll egiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halların ın düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, borcverən “xxxx” QSC ilə borcalan Cavabdeh2 arasında bağlanmış 24.02.2009-cu il tarixli, 02L000004973 saylı kredit xətti müqaviləsinə əsasən, kredit alana 120 ay müddətinə, yəni 24.02.2019-cu il tarixədək 5.000.000 ABŞ dolları məbləğində kredit xəttini açmışdır. Borcverən “xxxx” QSC ilə borcalan Cavabdeh2 arasında bağlanmış 24.02.2009 cu il tarixli, 02L000004973 saylı kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 27.10.2014-cü il tarixli, 02L000004973S saylı sazişdən müəyyən olunur ki, bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alan a 10.000.000 ABŞ dolları uzunmüddətli kredit müqaviləsini açır, kreditlər tərəflər arasında kredit razılaşması, bank qarantiyası verilməsi haqqında müqavilə və akkreditiv açılması üçün razılaşma formasında bağlanacaq ayrıca razılaşmalar əsasında veriləcək. Bu müqavilə bankın kredit vermək vədini ifadə etmir. Bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 188 ay müddətinə, 24.10.2024-cü il tarixdən gec olmayaraq verilməlidir. Borcverən “xxxx” QSC ilə borcalan Cavabdeh2 arasında bağlanmış 24.02.2009-cu il tarixli, 02L000004973 saylı kredit xətti müqaviləsi üzrə bağlanan 20.11.2014-cü il tarixli, 002R********** saylı kredit razılaşmasından müəyyən olunur ki, bank borcalana aylıq faiz dərəcəsi 1,0833% olmaqla, 60 ay müddətinə qaytarmaq şərti ilə 700.000 ABŞ dolları kredit verməy i öhdəsinə götürmüşdür. Borcverən “xxxx” QSC ilə borcalan Cavabdeh2 arasında bağlanmış 24.02.2009-cu il tarixli, 02L000004973 saylı kredit xətti müqaviləsi üzrə bağlanan 11.02.2015-ci il tarixli, 002R********** saylı kredit razılaşmasından müəyyən olunur ki, bank borcalana aylıq faiz dərəcəsi 1,0833% olmaqla, 60 ay müddətinə qaytarmaq şərti ilə 150.000 ABŞ dolları kredit verməyi öhdəsinə götürmüşdür. Borcverən “xxxx” QSC ilə borcalan Cavabdeh2 arasında bağlanmış 24.02.2009- cu il tarixli, 02L000004973 saylı kredit xətti müqaviləsi üzrə bağlanan 28.12.2015-ci il tarixli 002R********** saylı kredit razılaşmasından müəyyən olunur ki, bank borcalana aylıq faiz dərəcəsi 1,9167% olmaqla, 36 ay müddətinə qaytarmaq şərti ilə 671500 manat kredit verməyi öhdəsinə götürmüşdür. Borcverən “xxxx QSC ilə borcalan Cavabdeh2 arasında bağlanmış 24.02.2009-cu il tarixli, 02L000004973 saylı kredit xətti müqaviləsi üzrə bağlanan 12.08.2015-ci il tarixli, 002KK**********01 saylı kredit razılaşmasından müəyyən olunur ki, bank borcalana aylıq faiz dərəcəsi 1,9167% olmaqla, 12 ay müddətinə qaytarmaq şərti ilə 9.500 ABŞ dolları kredit verməyi öhdəsinə götürmüşdür. Borcverən “xxxx” QSC ilə borcalan Cavabdeh2 arasında bağlanmış 20.11.2014-cü il tarixli, 002R********** saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında 13.11.2015-ci il tarixli, 002R**********S saylı sazişdən müəyyən olunur ki, bu saziş bağlandıqdan sonra 13.11.2015-ci il tarixdən 13.11.2017-ci il tarixədək kredit qalığına 0,917% dərəcəsi ilə faizlər hesablanacaq, 13.05.2017-ci il tarixdən etibarən kredit alanın 3 ay əvvəl məlumatlandırılması şərti ilə kreditin qalıq məbləğinə aylıq 1,083 faiz dərəcəsi ilə faiz hesablana bilər, kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri yeni ödəniş planına uyğun olaraq banka ödəməlidir. Borcverən xxxx QSC ilə borcalan Cavabdeh2 arasında bağlanmış 11.02.2015-ci il tarixli, 002R********** saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında 13.11.2015-ci il tarixli 002R**********S saylı sazişdən müəyyən olunur ki, bu saziş bağlandıqdan sonra 13.11.2015-ci il tarixdən 13.11.2017-ci il tarixədək kredit qalığına 0,917% dərəcəsi ilə faizlər hesablanacaq, 13.05.2017-ci il tarixdən etibarən kredit alanın 3 ay əvvəl məlumatlandırılması şərti ilə kreditin qalıq məblığinə aylıq, 1,083 faiz dərəcəsi ilə faiz h esablana bilər, kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin və hesablanmış faizlər yeni ödəniş planına uyğun olaraq banka ödənilməlidir. xxxx QSC ilə zamin Cavabdeh1 arasında bağlanmış 24.02.2009-cu il tarixli, 02S000006273 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin məbləği 5.000.000 ABŞ dolları olan 120 ay müddətinə açılan 24.02.2009-cu il tarixli, 02L000004973 saylı kredit xətti müqaviləsi və bu kredit xətt müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşmaları üzrə borclunun öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürməklə borclu ilə birgə birgə məsuliyyət daşıyır. “xxxx” QSC ilə zamin Cavabdeh1 arasında bağlanmış 24.02.2009-cu il tarixli 02S000006273 saylı zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqınd a 27.10.2014-cü il tarixli 02L000004973S saylı sazişdən müəyyən olunur ki, zaminlik müqaviləsi bank və Cavabdeh2 arasında 24.02.2009-cu il tarixdə bağlanmış 02L000004973 saylı uzunmüddətli kredit müqaviləsi və bu uzunmüddətli kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşması, bank qarantiyası verilməsi haqqında müqavilə və akkreditiv açılması üçün razılaşma formasında bağlanan ayrıca razılaşmalar üzrə borclunun öhdəliklərinin icrasını təmin edir. Bundan başqa ipoteka saxlayan “xxxx” QSC ilə ipoteka qoyan, borcalan Cavabdeh2 arasında bağlanmış 25.02.2009-cu il tarixli, 02M000000613 saylı ipoteka müqaviləsindən müəyyən olunur ki, ipoteka verən 24.02.2009-cu il tarixli, 02L000004973 saylı kredit xətti müqaviləsi və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşması, bank qara ntiyası verilməsi haqqında müqavilə, akkreditiv açılması üçün razılaşma formasında bağlanan ayrıca razılaşmalar üzrə öhdəliklərinin icrasının təminatı olaraq mülkiyyətində olan Sabirabad şəhəri 20 Yanvar küçəsi 87 saylı 2 girişli 3 mərtəbəli qeyri-yaşayış binasını (Univermaq) xxxx QSC qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka saxlayan “xxxx” QSC ilə ipoteka qoyan, borcalan Cavabdeh2 və ipoteka qoyan Cavabdeh1 arasında 14.11.2014-cü il tarixli, 002M**********02 sayl ipoteka müqaviləsindən müəyyən olunur ki, ipoteka verənlər 24.02.2009-cu il tarixli, 02L000004973 saylı kredit xətti müqaviləsi və bu müqavilənin ayrılmaz hissəsi olan kredirt razılaşması, bank qarantiyası verilməsi haqqında müqavilə, akkreditiv açılması üçün razılaşma formasında bağlanan ayrıca razılaşmalar üzrə öhdəliklər inin icrasının təminatı olaraq paylı mülkiyyətlərində olan ünvan 3 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəsinin paylı mülkiyyət hüququ üzrə A,B,C,D tikililərindən Cavabdeh2 məxsus ümumi sahəsi 6667,7 m² olan 50% hissəsini və paylı mülkiyyət hüququ üzrə A,B,C,D tikililərindən Cavabdeh1 məxsus ümumi sahəsi 6667,7 m² olan 50% hissəsini “xxxx” QSC qarşısında ipoteka ilə yüklü etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3237 saylı, 21.09.2017-ci il tarixli ekspert rəyinə əsasən, 20.11.2014-cü il tarixli, 002R********** saylı kredit razılaşması üzrə 23.11.2016-cı ilə əsas borc 273.235,60 ABŞ dolları, faiz borcu 28.414,49 ABŞ dolları; 11.02.2015-ci il tarixli, 002R********** saylı kredit razılaşması üzrə 23.11.2016-cı ilə əs as borc 148.496,51 ABŞ dolları, faiz borcu 16.847,31 ABŞ dolları; 28.12.2015-ci il tarixli 002R********** saylı kredit razılaşması üzrə 23.11.2016-cı ilə əsas borcu 671.500 manat, faiz borcu 134.269,95 manat və 12.08.2015-ci il tarixli 002KK**********01 saylı kredit razılaşması üzrə 23.11.2016-cı ilə əsas borcu 9498,96 ABŞ dolları, faiz borcu 1086,14 ABŞ dolları müəyyən edilmişdir. İşdən göründüyü kimi, tərəflər arasında kredit, zaminlik və ipoteka müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliklərə görə iddiaçı olan bank öhdəliyi yerinə yetirərək, kredit müqaviləsində göstərilən pul məbləğini Cavabdeh2 vermiş, bunun nəticəsində bankın borclulardan müqavilələr üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, cavabdehlər isə müqavilə üzrə öhdəlik ləri yerinə yetirməmişlər. Cavabdehlər müqavilə üzrə öhdəlikləri yerinə yetirməsinə görə onların bank qarşısında müqavilələrdən irəli gələn öhdəliyi icra etmək üzrə mülki hüquqi məsuliyyəti yaranmış, lakin öhdəlik icra edilməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Borcalan müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə və həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə kredit verənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, penyanı, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək, tələb icra olunmadıqda isə tələbi ipotekaya qoyulmuş əmlaka yönəltmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -739.1-ci maddəsinə əsasən borc (kredit) müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyən ləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür və bu zaman borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Cavabdehlərə hesablanmış borc məbləği iddiaçı tərəfindən iddia tələbinin həcmi artırıldıqdan sonra birinci instansiya məhkəməsinə təqdim edilmiş 10.10.2017-ci il tarixli maliyyə arayışlarına əsasən hesablandığından apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi qeyd olunan kredit müqavilələri üzrə əsas və faiz borcları təqdim edilmiş maliyyə arayışl arına uyğun müəyyən etməklə düzgün nəticəyə gəlmişdir. İş materiallarından görünür ki, məhkəmə-mühasibatlıq ekspertizasının nəticələrinə dair rəy məhkəməyə daxil olsa da, sonradan iddiaçı iddia tələbinin həcminin artırmışdır. Kredit öhdəlikləri üzrə isə müddət bitmədiyindən öhdəliyin həcmi artmış və bank tərəfindən buna dair məhkəməyə maliyyə arayışı təqdim edilmişdir. Qeyd olunan maliyyə arayışının mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən sübut cavabdeh tərəfindən təqdim edilməmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin iclasında mütəxəssis kimi dindirilmiş X5 bankın tələbi ilə məhkəmə mühasibatlıq ekspertizasının rəyinin nəticələri arasındakı cüzi fərqləri onunla izah etmişdir ki, bank tərəfindən faizlər günlər üzrə hesablanmış, ekspert isə faizləri aylar üzrə hesablamış, bütün ayları 30 gün kimi nəzərə almışdır. Lakin bəzi aylar 31 gün təşkil etdiyindən, həmin fərq bununla əlaqədar yaranmışdır. İddianın cərimə borcu ilə bağlı apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia tələbi qeyd olunan hissədə əsaslıdır. Belə ki, cərimənin (dəbbə pulu) ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdiril diyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi, müqavilənin şərtinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə uyğun olaraq, cavadehlərdən iddiaçının xeyrinə tutulmuş cərimə borcunu müəyyən edərkən düzgün nəticəyə gəlmişdir. Apelyasiya instansiya məhkəməsi iddia tələbinin borcun tutulması hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına və qanuna uyğun hesab etmişdir. Tələbin ipoteka predmetlərinə yönəldilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə də razılaşan apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -295-ci maddəsinə əsasən isə girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. - 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra et mədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. -319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini geçikdirirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti acıq hərraçdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini geçikdirildiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora kecməsi barədə razılaşma etibarsızdır. Apelyasiya instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu tərəfındən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipoteka qoyulmuş əmlaklara yönəldilməli, həmin əmlakların açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına kredit borcu tutularaq banka ödənilməlidir. İşin mübahisə olunmayan halına görə, Cavabdeh2 24.02.2009-cu il tarixli, 02L000004973 saylı kredit xətti müqaviləsi Sabirabad şəhəri, 20 Yanvar küçəsi, 87 saylı 2 girişli 3 mərtəbəli qeyri-yaşayış binasını (Univermaq) xxxx QSC qarşısında ipoteka ilə yüklü etmişdir. Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 002M**********02 saylı ipoteka müqaviləsindən müəyyən olunur ki, 24.02.2009-cu il tarixli, 02L000004973 saylı kredit xətti müqaviləsi üzrə paylı mülkiyyətlərində olan ünvan 2 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəsinin paylı mülkiyyət hüququ üzrə A,B,C,D tikililərindən Cavabdeh2 məxsus ümumi sahəsi 6667, 7 m² olan 50% hissəsini və paylı mülkiyyət hüququ üzrə A,B,C,D tikililərindən Cavabdeh1 məxsus ümumi sahəsi 6667,7 m² olan 50% hissəsini “xxxx” QSC qarşısında ipoteka ilə yüklü etmişlər. Bundan başqa Cavabdeh2 həyat yoldaşı X1 ərizə ilə Notariat Kontruna müraciət edərək, ünvan 4 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəsinin banka kreditin təminatı üçün ipoteka qoyulmasına razılıq vermiş, əmlaka tutma yönəldildikdə və satıldıqda əmlakı qeyd-şərtsiz tərk edəcəkyini və boşaldacağını öhdəsinə götürmüşlər. İş materiallarından görünür ki, bank ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə ərizə ilə müraciət etmiş və bildiriş ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 317-c i maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Mülki Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. “İpoteka haqqında” Qanunun “ipoteka predmetinə tutmanın yönəldilməsi qaydası” başlıqlı 36-cı maddəsinə görə, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yü klülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır. Tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kim i cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məxsus olan daşınmaz əmlaklar iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş, kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, borclular isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, ilk iddia üzrə qətnamənin “tələbin ipoteka ilə yüklü edilmiş ipoteka predmetlərinə yönəldilməsi, həmin daşınmaz əmlakların açıq hərraca çıxarılması, satılması və əldə ediləcək vəsaitin banka olan borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə edilmiş vəsait kifayət etmədiyi təqdirdə borcun ümumi qaydada icra edilməsi” hissəsi də qanunidir və birinci instansiya məhkəməsi bununla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, birinci ins tansiya məhkəməsinin qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyənləşdirilməsi hissəsində də əsaslıdır. Belə ki,“xxxx” MMC-nin 139 saylı 14 aprel 2017-ci il tarixli rəyindən görünür ki, Cavabdeh2 məxsus Sabirabad rayonu, 20 Yanvar küçəsində yerləşən 87 saylı qeyriyaşayış binasının 0,225 ha torpaq sahəsi ilə birlikdə 380.000 manat; 139/1 saylı 14 aprel 2017-ci il tarixli rəyindən görünür ki, Cavabdeh2 məxsus ünvan 5 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə 1.300.000 manat məbləğində qiymətləndirilmişdir. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan ə mlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, ilk iddia üzrə birinci instansiya məhkəməsi ipoteka predmetlərinin dəyərinin müəyyən edilməsi hissəsində düzgün nəticəyə gəlmişdir. Apelyasiya instansiya məhkəməsi apelyasiya şikayətlərinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair ” Konstitusiya Məhkəməsinin 31 may 2018-ci il tarixli qərarında həmin Məhkəmə belə nəticəyə gəlmişdir ki, “zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan də yişdirilməsini və digər halları nəzərdə tutur”. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün hüquqi mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “...Mülki Məcəllənin 477.0.1-ci maddəsində qeyd edilmişdir ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına: kreditin ümumi məbləğinin artırılması; kreditin faizinin artırılması; kreditin valyutasının dəyişdirilməsi; kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti mü qaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir”. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 iyul 2019-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutul mamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Qeyd olunan qərarda həmçinin göstərilmişdir ki, “Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin zaminin məsuliyyətini müəyyən edən 472.1 və 472.2-ci maddələrinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddələrin məzmunundan göründüyü kimi, müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, zamin borclunun kreditoru qarşısında öz öhdəliyini icra etməsi üçün məsuliyyəti üzərinə götürür və bor clu ilə eyni həcmdə (əsas borc, faiz, məhkəmə xərcləri, zərərin əvəzinin ödənilməsi və s.) məsuliyyət daşıyır. Bu baxımdan və Mülki Məcəllənin zaminliyə xitam verilməsi hallarını tənzimləyən 477-ci maddəsində zaminliyə qismən xitam verilməsi nəzərdə tutulmadığından, müqavilələrdə zaminin məsuliyyətinin artmasına və ya digər əlverişsiz nəticələrə səbəb olan (məbləğ, müddət, faiz dərəcəsi, valyutaya və s.) dəyişiklik edildiyi halda zaminliyə bütövlükdə xitam verilir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, zaminlik müqaviləsi qanunvericiliyin tələbinə uyğun olaraq bütün zəruri şərtlər barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə yanaşı kreditor qarşısında borcun məhz bütün həcminə (əsas borc, faiz, cərimə və s.) müştərək qaydada öhdə lik daşıyır və zaminin məsuliyyətinin artmasına səbəb olan hallar baş verdikdə zaminliyə bütövlükdə xitam verilir.” Göründüyü kimi birinci iddia üzrə Cavabdeh2 qeyd olunan öhdəlik üzrə ipoteka qoyan olsa da, eyni zamanda borcludur. Belə olan halda onun öhdəliyin müddəti məbləği, faizləri, valyutası və digər şərtləri ilə tanış olmuşdur. Beləliklə, onun öhdəlikdən məlumatının olmaması öz təstiqini tapmır. İkinci iddia üzrə iddiaçı Cavabdeh1 müvafiq kredit xətti müqaviləsi üzrə həm zamin, həm də ipoteka qoyandır. O, müvafiq kredit razılaşmaları üzrə tərtib edilmiş ödəniş planlarını ipoteka qoyan qismində imza etdiyindən və onun kredit müqavilələrinin şərtləri, o cümlədən öhdəliyin miqdarı, müddəti valyutası və faizləri barədə ətraflı məlumatı olduğundan apelyasiya instansiyası məhkəməsi bu nə ticəyə gəlmişdir ki, onun iddia tələbi əsassızdır. Mülki Məcəllənin 741-ci maddəsinin tələbləri baxımından faizlərin bir ilin sonunda ödənilməsinə dair göstərişlər olduğundan, həmin maddədə faizlərin hər gün üçün müəyyən edilməsinə dair hər hansı qadağan qeyd edilməmişdir. Kassasiya kollegiyası qeyd edir ki, kassatorlar kassasiya şikayətlərində apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını, işin faktiki hallarına və sübutlara düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaə tinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apelyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara ald ı: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1645/2019 saylı, 15 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2707/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2707/2020
11.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver