Məhkəmə qərarları › İş №2(102)-2707/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2707/2022

16.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2707/2022 16.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2707/2022 (Açar sözlər: müqavilə üzrə artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması tələbi) Bakı şəhəri, 16 iyun 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1241/2022 nömrəli, 21 yanvar 2022-ci il tarixli qətnaməsindən cavabdehin verdiyi kassasiya şikayətinə 15 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraa t qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər arasında 06 dekabr 2013-cü il tarixdə bağlanmış müqaviləyə görə MTK, ünvan 1 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 2-ci korpusunun 3-cü girişinin 3-cü mərtəbəsində yerləşən 3 otaqlı, 148 saylı, ümumi sahəsi 161,4 kv.metrdən ibarət mənzili iddiaçıya təhvil verməyi, iddiaçı isə mənzilin dəyərini ödəməyi öhdələrinə götürmüşdür. Mənzilin dəyəri hər kv.metr üçün 880 manat olmaqla ümumilikdə 142 032 (yüz qırx iki min otuz iki) manat müəyyənləşdirililmişdir.

2. İddiaçının həmin məbləği tam ödədiyinə dair ona 07 dekabr 2013-cü il tarixdə maliyyə arayışı verilmişdir.

3. Sözügedən mənzil 08 sentyabr 2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən reyestr qeydiyyatına alınmış və İddiaçı m ülkiyyət hüququnu təsdiq edən müvafiq çıxarış verilmiş, çıxarışda mənzilin ümumi sahəsi 146,10 m2 göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mənzil Tikinti Kooperativindən 22.500 (iyirmi iki min beş yüz) manat və iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 (otuz) manat, ümumilikdə 22.530 (iyirmi iki min beş yüz otuz) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehlə arasında olan 06 dekabr 2013-cü il tarixli 185 saylı müqaviləyə əsasən, cavabdeh tərəfindən tikilmiş, ünvan 1 ünvanında yerləşən, çoxmərtəbəli yaşayış binasının 2-ci korpus, 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən, 3 otaqlı, 148 saylı, ümumi sahəsi 161,4 kv.metrdən ibarət mənzili almışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən qeyd olunan mənzilin dəyəri, hər kv.metr üçün 880 manat müəyyən edilmişdir. Beləliklə də qeyd olunan mənzilin dəyəri, ümumilikdə 142032 (yüz qırx iki min otuz iki) manat müəyyən olunmuşdur. Müqavilədə müəyyən edilmiş məbləği 06 dekabr 2013-cü il tarixində Cavabdeh Mənzil Tikinti Kooperativinə tam olaraq ödəmiş və bu barədə ona həmin tarixli maliyyə arayışı təqdim olunmuşdur. Qeyd olunan bina uzun müddətdir ki, yarımtikili olaraq qalmışdır. Belə ki, aralarında bağlanmış müqaviləyə əsasən cavabdeh üzərinə götürdüyü öhdəlikləri vaxtında yerinə yetirmədiyinə görə bina sakinləri ilə birlikdə iddiaçı tərəfindən binada olan çatışmazlıqlar aradan qaldırılmışdır. Bu çatışmazlıqları aradan qaldı rmaq onlara maddi olaraq çox baha başa gəlmişdir. Bu yaxınlarda bina sakinlərinin köməkliyi ilə bina istismara qəbul olunmuşdur. Buna görə də onların mənzillərinə dair çıxarış almaq hüquqları yaranmışdır. Bu zaman haradansa MTK peyda olmuş və onlara bildirilmişdir ki, onların icazəsi olmadan iddiaçı və digər bina sahibləri mənzillərinə çıxarış ala bilməzlər. Belə ki, müvafiq qurumdan da bildirilmişdir ki, cavabdeh tərəfindən onlara, müvafiq sənədlərin təqdim olunması zəruridir. Bundan sonra cavabdeh qeyd olunan sənədləri onlara təqdim etmək üçün, qanunsuz olaraq, onlardan qeyd olunan binaya kommunal xidmət göstərilməsi adı altında pul almışdır. Beləliklə də mənzilinə çıxarış almaqdan ötrü lazım olan sənədlər ona təqdim olunmuşdır. Nəticədə 2020-ci ilin avqust ayında onun mülkiyyətində olan mənzilə çıxarışın verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. Həmin orqan tərəfindən mənzilinin mülkiyyətində olması barədə çıxarış verilmişdir. Mənzilə dair ona verilmiş xx.xx.2020-ci il tarixli çıxarışdan və 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Texniki Pasportdan da göründüyü kimi, daşınmaz əmlakın ümumi sahəsi 146,10 kv.metr müəyyən edilmişdir. Lakin onunla cavabdeh arasında bağlanmış müqavilənin predmeti olan mənzilin sahəsi 161,4 kv.metr qeyd olunmuşdur. Yəni buradan da göründüyü kimi mənzilin sahəsi ilə bağlı yaranmış fərq 15,3 kv.metr təşkil edir. Burdan da belə məlum olur ki, cavabdeh onu aldadaraq, ondan əlavə olaraq 13 464 (on üç min dörd yüz altmış dörd) manat məbl əğində pul vəsaitini artıq olaraq almışdır. Lakin nəzərə alınsa ki, hal-hazırki dövrdə həmin ərazidə, çoxmənzilli binada mənzilin 1 kv.m-nin sahəsi orta hesabla 1500 (min beş yüz) manatdır, onda belə qənaətə gəlmək olar ki, cavabdeh tərəfindən ona 22.500 (iyirmi iki min beş yüz) manat ziyan dəymişdir. Odur ki, həmin pul MTK-dan tutularaq ona ödənilməlidir.

6. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi X1 bildirmişdir ki, iddia tələbini qəbul etmirlər. Belə ki, ümumi sahəylə yaşayış sahəsi ayrıdır. Onlar müqavilədə qeyd edilmiş ölçüdə mənzili cavabdehə vermişlər. Aradakı fərqin səbəbi mənzilin ümumi sahəsi hesablanarkən nəzərə alınmayan sahələrdir. Həmçinin, iddiaçı mənzilin 1 kv metrini 880 manata aldığı halda, onlardan hər kvadratmetr üçün 1500 manat tələb edir və bunun özü də əsassızdır.

7. Məhkəmə Ekspertizası Mərkəzinin 20 sentyabr 2021-ci il tarixli 10/2006 saylı rəyində göstərilmişdir ki, Cavabdeh tərəfindən inşa olunmuş Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 955-ci məhəllə, ev 21, mənzil 148, giriş 3, Yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 100 M4, 3 saylı mənzilin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələbləri nəzərə alınmaqla sahəsi 143,7 kv.m. təşkil edir.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim F.E.Hətəmzadə) (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-1306/2021 nömrəli iş üzrə 20 may 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh Mənzil Tikinti Kooperativindən 13 464 (on üç min dörd yüz altmış dörd) manatın və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 18 (on səkkiz) manatın tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından iddiaçı ilə cavabdeh MTK arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin münasibətlər çərçivəsində MTK məhz müqavilədə göstərilən ölçüdə olan mənzili iddiaçıya verməyi öhdəsinə götürdüyü halda, bu öhdəliyini lazımınca icra etməmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi iddiaçı, cavabdeh MTK-nın ona müqavilədə nəzərdə tutulan ölçüdən daha az ölçüdə mənzil verdiyini iddia etməklə hazırkı iddia tələbini irəli sürmüş, iş materiallarında olan sənədlərlə (Çıxarış və Texniki Pasport) və məhkəmə araşdırması zamanı əldə edilmiş ekspert rəyi ilə də iddia edilən həmin hal (mənzilin ölçüsündə əskiklik olduğu) öz təsdiqini tapmışdır. Məhkəmənin qənaətinə görə, bütün bunlar iddiaçının hazırkı iddia tələbini irəli sürməkdə haqlı olduğunu göstərir.

10. Birinci instansiya məhkəməsinin pul vəsaitinin məbləği ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış 06 dekabr 2013-cü il tarixli müqavilədə cavabdeh MTK-nın iddiaçıya təhvil verməli olduğu mənzilin ümumi sahəsi 161,4 kv.m olaraq nəzərdə tutulmuş, bununla belə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanı nda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin həmin mənzilə dair iddiaçıya təqdim etdiyi sənədlərdə (Çıxarışda və Texniki Pasportda) onun ümumi sahəsi 146,10 kv.m olaraq göstərilmişdir. Məhkəmə araşdırması zamanı əldə edilmiş ekspert rəyi ilə isə, həmin mənzilin ümumi sahəsinin 143,7 kv.m. olduğu müəyyən edilmişdir. Göründüyü kimi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mənzilə dair tərtib etdiyi Çıxarışda və Texniki Pasportda sözügedən mənzilin ümumi sahəsi 146,10 kv.m olaraq göstərildiyi halda, ekspert mənzilin ümumi sahəsinin 143,7 kv.m. olduğu qənaətinə gəlmişdir.

11. Bu baxımdan məhkəmə hesab etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sözügedən mənzilə dair tərtib etdiyi Çıxarışda və Texniki Pasportda göstərilən ümumi sahə əsas götürülməlidir. Nəzərə alınmalıdır k i, daşınmaz əmlakın dövlət reyestrində iddiaçının məhz ümumi sahəsi 146,10 kv.m olan mənzilə dair hüquqları qeydə alınmışdır; Mülki Məcəllənin 146.2-ci maddəsinə görə, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. cavabdeh MTK iddiaçıya təhvil verməli olduğundan 15,3 kv.m. daha az ölçülü mənzili onun sahiblik və istifadəsinə təqdim etmişdir. Tərəflər arasında bağlanmış 06 dekabr 2013-cü il tarixli müqavilə ilə isə mübahisəli mənzilin hər kv.m-nin dəyərinin 880 manat olaraq nəzərdə tutulduğu müəyyən edilmişdir. Bu mənada məhkəmənin qənaəti ondan ibarətdir ki, cavabdeh MTK-dan cəmi 13,464 manat tutularaq iddiaçıya ödənilməlidir (161,4 – 146,1 = 15,3 kv.m. x 880 manat = 13,464 manat).

12. Məh kəmə öz mövqeyini Mənzil Məcəlləsinin 385.1, 425.1, 442, Mülki Proosessual Məcəllənin 101.7, 103.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Şikayətini, məhkəmənin işin hallarına düzgün qiymət vermədiyi, iddiaçı ilə bağlanmış müqavilənin podrat müqaviləsi olduğunu, podrat müqaviləsi üzrə iddia müddətinin bir il müəyyənləşdirildiyini, mənzilin iddiaçıya 2013-cü ildə təhvil verildiyini və onun iddia müddəti olan 5 illik müddəti ötürdüyünü, mənzilin divarından divarına ölçülməsi zamanı müqavilədə müəyyənləşdirilən ölçüdə mənzil verildiyini, eləcə də Azərbaycan Respublikas ı Şəhərsalma və Tikinti Məcəlləsinin xx.xx.2013-cü il tarixdən qüvvəyə minməklə geriyə şamil edilməsinin mümkün olmadığını nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və F.F.Babayev) (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1241/2022 saylı mülki iş üzrə 21 yanvar 2022-ci il tarixli qətnaməsi ilə şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi iddiaçının iddia müddətini ötürmüş olması ilə bağlı cavabdehin nümayəndəsinin dəlilinə münasibətdə qeyd etmişdir ki, Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildi yi və ya bilməli olduğu gündən başlanır; işin hallarından isə aydın olur ki, iddiaçı mənzilin sahəsinin 06 dekabr 2013-cü il tarixli müqavilədə göstəriləndən az olduğunu 08 sentyabr 2020-ci il tarixdə mənzilə dair reyestr çıxarışı əldə etdikdən sonra bilmiş, 24 noyabr 2020-ci il tarixdə məhkəmədə müvafiq iddianı qaldırmışdır.

17. Göstərilənlərə əsasən kollegiyanın qənaəti ondan ibarət olmuşur ki, birinci instansiya məhkəməsi mübahisənin həlli ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissədə qətnamənin ləğvi üçün əsas deyildir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz

18. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 385.1, 442, 337.1, Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59.3-cü maddələrə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

20. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan RespublikasıŞəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3-cü maddələrinin tələblərinin yalnız mənzilin inventarlaşdırılması və müvafiq reyestrdə qeydiyyata alınması zamanı nəzərə alınması mümkün olduğundan, tərəflər arasında bağlanmış xx.xx.2008-ci il tarixli podrat müqaviləsinə əsasən cavabdeh öhdəli klərini tam yerinə yetirdiyindən, m ü l k i qanunvericilik müddəalarının geriyə qüvvəsi olmadığından, onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edildiyindən iddia ərizəsi təmin edilə bilməzdi. Mənzilin divarlarından divara ölçəndə də iddiaçıya müqavilədə nəzərdə tutulmuş ölçüdə mənzil verilməsi aydın olar.

21. İddiaçı, onunla MTK arasında bağlanmış podrat müqaviləsi əsasında 2013-cü ildə təhvil aldığı və təmir etdirdiyi mənzilin sahəsinə aid qüsuru barədə tələbi mülki qanunvericilikdə nəzərdə tutulmuş 5 il müddətində deyil, bundan 8 il sonra, yəni 2021-ci ildə irəli sürmüşdür. Başqa sözlə desək, iddiaçı 5 il ərzində öz hüququndan istifadə etməmiş, hərəkətsiz qalmış, bu isə həmin hüququn xitamına gətirib çıxarmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Ka ssasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

24. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

25. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

26. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

27. Maddə

766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.

28. Maddə

773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi:

29. Maddə

1. Azərbaycan Respublika sının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir.

30. Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır.

31. Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

32. Maddə 14.1. Məhkə mə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

33. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

34. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, iş də iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayət ində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

40. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırmas ı kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin olunur, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələri əsaslıdırsa) rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

43. İşdən göründüyü kimi, iddiaçı, cavabdeh tərəfindən inşa edilən binada ona təhvil verilmiş mənzilin sahəsinin müqavilədə göstəriləndən az olduğuna istinad edərək artıq ödədiyi pulun geri qaytarılmasını tələb edir.

44. Cavabdeh isə iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçıya müqaviləyə uyğun sahəsi olan mənzil vermişdir.

45. Belə olan halda, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 752.1, 766-cı maddələri nəzərdən keçirilə bilər. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəy ərini nə qədər azaldırsa, o qədər azalda bilər (§ 26-27).

46. Bununla belə, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli halcavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib-verməməsi iş üzrə sübutetmənin predmeti olmuşdur.

47. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur (§ 33-34).

48. Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur (§ 35).

49. Hazırkı işdə iddiaçı, mübahisəli hala dair sübut kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışa istinad edərək, ona müqavilədə nəzərdə tutulduğundan az sahəsi olan mənzil verildiyini bildirmişdir.

50. Məhkəmə bu xüsusatı yoxlamaq məq sədilə tikinti-texniki ekspertizası təyin etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli rəyinə görə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesab anması qaydaları”-na əsasən, sözügedən mənzilin ümumi sahəsi 143,7 m2 təşkil edir.

51. Rəyin təsviri hissəsindən görünür ki, ekspert hesablamanı Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsində və “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” Qaydalarının 3.8-ci bəndində nəzərdə tutulan qaydalar və əmsallar üzrə aparmışdır. Apellyasiya məhkəməsi də qətnaməsində həmin normaya istinad etmişdir.

52. Kollegiya nəzərə alır ki, ekspertin rəyi məcburi qüvvəyə malik ol mayıb, sübut növlərindən biri kimi məhkəmə tərəfindən qiymətləndirilməlidir.

53. Hazırkı işdə isə alınmış ekspertiza rəyində mənzilin ümumi sahəsi 143,7 m2 göstərilsə də, məhkəmə bu sübutu tətbiq edilməli hüquq normalarına uyğun şəkildə qiymətləndirməmişdir (§ 36-37).

54. Belə ki, apellyasiya məhkəməsi, təyinatı şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən etmək olan Şəhərsalma və Tikinti Məcəlləsinin (§ 29-31), buna müvafiq olaraq, tikinti obyektinin sahəsinin və həcminin hesablanmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların hansı meyarlara görə mülki hüquq sahəsindəki müqavilə münasibətlərinə, daha də qiq desək, iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsi üzrə öhdəliklərə şamil edildiyini əsaslandırmamışdır.

55. Bu xüsusatla bağlı nəzərə alınmalıdır ki, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun deyil.

56. Odur ki, cavabdehin müqavilədə göstərilən sahəni real olaraq iddiaçıya veribvermədiyi yerində (mənzilin içərisində) ölçmə işləri aparılmaqla müəyyən edilə bilər.

57. Bu araşdırmanın nəticəsindən asılı olaraq cavabdehin iddiaçı qarşısındakı müqavilə öhdəliklərini tam olaraq icra edib-etmədiyi aydınlaşdırılmalı və iddia tələbinə yek un hüquqi qiymət verilməlidir.

58. Hazırkı işdə isə apellyasiya instansiyası məhkəməsi tərəflər arasındakı öhdəliklərin nə vaxt icra edildiyini və ya pozulduğunu lazımi qaydada əsaslandırmamışdır.

59. Nəzərə alınmalıdır ki, məmulatın qüsurlu olduğu müəyyən edilsə belə, sifarişçinin əşyanı qəbul edərkən qüsurdan xəbərdar olub-olmaması, əgər olmamışsa bu halı hansı andan bilməsi və ya bilməli olması mübahisənin düzgün həlli baxımından əhəmiyyət kəsb edir.

60. Mülki Məcəllənin 776.1-ci maddəsinə görə, sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.

61. O da nəzərə alınmalıdır ki, həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarı lanadək verdiyi ərizə əsasında tətbiq edilir.

62. Hazırkı iş üzrə cavabdeh birininci intansiya məhkəməsində qətnamə çıxarılanadək iddia müddətinin tətbqiinə dair ərizə verməmiş, müddətin keçməsinə dair mövqeyini apellyasiya şikayətində göstərmişdir.

63. Buna baxmayaraq apellyasiya məhkəməsi müddətə dair məsələnin müzakirəsinin mümkün olub-olmamasını həll etmədən iddia müddətinin ötürülmədiyi qənaətinə gəlmişdir.

64. Beləliklə Kollegiya hesab edir ki, əvvəlcə tərəflər arasında bağlanmış müqavilənin predmetinə dair qüsurun olub-olmaması müəyyənləşdirilməli, qüsur aşkar edildiyi təqdirdə iddiaçının mənzili qəbul etdiyi zaman onun həcm baxımından qüsurlu olduğunu bilib-bilmədiyi aydınlaşdırılmalı, habelə iddia müddətinin tətbqi mümkün sayılarsa iddiaçının hüququnun pozulmasını bildiyi və ya bi lməli olduğu məqama, buna müvafiq olaraq tələb üzrə iddia müddətinin keçib-keçmədiyinə mülki qanunvericiliyin normaları əsasında hüquqi qiymət verilməlidir.

65. Hazırkı işdə isə apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən halları nəzərə almamış, sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməmiş, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl etməmişdir (§ 32, 38). Bununla da iş üzrə düzgün olmayan qətnamə çıxarılmışdır.

66. Ona görə də qətnamə ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq mü vafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

67. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1241/2022 nömrəli, 21 yanvar 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: Zaur Əliyev Abiddin Hüseynov İlqar Xələfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar